Baradla mağarası
Baradla mağarası | |
---|---|
mac. Baradla–Domica-barlangrendszer | |
| |
Ümumi məlumatlar | |
Uzunluğu | 25500 m |
Tipi | karst |
Yerləşməsi | |
48°25′35″ şm. e. 20°30′00″ ş. u.HGYO | |
Ölkə | Macarıstan |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Baradla mağarası (mac. Baradla–Domica-barlangrendszer) — Macarıstanın ən uzun və tədqiq edilmiş mağaralarından biri. Aqqtelek karstının bir hissəsi olub uzunluğu 25,5 km-dən çoxdur və 5.3 km uzunluğundakı Domika mağarası ilə birlikdə Baradla-Domika mağara sistemini əmələ gətirir. Mağara stalaktitləri ilə məşhurdur.
Haqqında
[redaktə | mənbəni redaktə et]Mağara sisteminin təbii girişi Aqqtelek kəndində — kəndin kənarına tərəf baxan ağ yarğanın ayağında yerləşir. Onun buğumlu və əyri-üyrü əsas kanalı daş tunel və bir neçə nəhəng mağara ilə birlikdə 10 m genişliyində və 7–8 m hündürlüyündədir. Əsas qolu bir neçə qısa və uzun qollarla əlaqələnir. Mağaranın əsas hissəsində misilsiz mənzərə yaradan, müxtəlif rəngli və ölçülü stalaktitlər yerləşir. Mağarada yerləşən yeraltı çay isə daşqınlar vasitəsilə qidalanır. Mağaraya olan təbii girişlər qədim zamanlarda açılmışdır və burada Neolitik dövrün izləri tapılmışdır.
Tarixi
[redaktə | mənbəni redaktə et]Mağara haqqında ilk qeydlər 1549-cu ilə aiddir. Mağaranı ilk dəfə 1794-cü ildə Cozef Sartori öyrənmişdir. 1825-ci ilə qədər yalnız 1,8 km-lik hissəsi öyrənilmişdir. Bu hissə ilk dəfə 1802-ci tədqiq edilmiş və mağaranın ilk xəritəsi tərtib edilmişdir. 1825-ci ildə mühəndis İmre Vass mağaranı əsas kanal boyunca 5 km daha öyrənmiş, dəqiq və izahlı xəritə düzəltmişdir. Onun bu işi 1831-ci ildə macar və alman dillərində nəşr olunmuşdur.
Mağarada turist gəzintilərini asanlaşdırmaq üçün ilk addımlar 1806-cı ildə atılmışdır. 1890-cı illərdə Qırmızı göl çıxışları qurulmuşdur və mağaranın növbəti dəfə öyrənilməsi 1927-28-ci illərdə baş tutmuşdur.
Qorunması
[redaktə | mənbəni redaktə et]1995-ci ildə Baradla mağarası Aqqtelek və Slovak karstına daxil olan digər mağaralarla birlikdə YUNESKO-nun Dünya irsi siyahısına salınmışdır. Domikaval bataqlığı ilə birlikdə bütün mağara sistemini qorumaq 2001-ci ildə əsas mövzu olmuşdur. Mağaranın daxil olduğu Aqqtelek Milli Parkını ildə minlərlə turist tərəfindən ziyarət olunur.
Qalereya
[redaktə | mənbəni redaktə et]İllər üzrə ziyarətçi sayı
[redaktə | mənbəni redaktə et]İl | 1881 | 1882 | 1883 | 1884 | 1885 | 1886 | 1887 | 1888 | 1889 | 1890 | 1891 | 1892 | 1893 | 1894 | 1895 |
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Ziyarətçi sayı | 355 | 434 | 408 | 352 | 281 | 411 | 363 | 508 | 420 | 602 | 370 | 562 | 505 | 704 | 643 |
İl | 1896 | 1897 | 1898 | 1899 | 1900 | 1901 | 1902 | 1903 | 1904 | 1905 | 1906 | 1907 | 1908 | 1909 | 1910 |
Ziyarətçi sayı | 456 | 526 | 846 | 857 | 1 063 | 972 | 1.003 | 903 | 1.067 | 866 | 943 | 1.040 | 1.195 | 1.317 | 1.264 |
İl | 1911 | 1949 | 1950 | 1951 | 1952 | 1953 | 1954 | 1955 | 1956 | 1957 | 1958 | 1959 | 1960 | 1961 | 1962 |
Ziyarətçi sayı | 1.224 | 6.300 | 20.871 | 20.600 | 22.000 | 28.000 | 36.500 | 42.000 | 40.141 | 36.651 | 76.824 | 100.839 | 108.000 | 116.644 | 109.667 |
İl | 1963 | 1964 | 1965 | 1966 | 1967 | 1968 | 1969 | 1970 | 1971 | 1972 | 1973 | 1974 | 1975 | 1976 | 1977 |
Ziyarətçi sayı | 123.292 | 101.681 | 97.402 | 93.261 | 108.273 | 128.974 | 143.377 | 140.452 | 157.010 | 173.377 | 194.727 | 196.716 | 209.297 | 202.836 | 223.524 |
İl | 1978 | 1979 | 1980 | 1981 | 1982 | 1983 | 1984 | 1985 | 1986 | 1987 | 1988 | 1989 | 1990 | 1991 | 1992 |
Ziyarətçi sayı | 247.544 | 239.659 | 226.290 | 241.098 | 239.957 | 205.309 | 219.396 | 219.230 | 236.016 | 241.131 | 200.904 | 186.278 | 183.863 | 147.772 | 160.910 |
İl | 1993 | 1994 | 1995 | 1996 | 1997 | 1998 | 1999 | 2000 | 2001 | 2002 | 2003 | 2004 | 2005 | 2006 | 2007 |
Ziyarətçi sayı | 172.973 | 178.754 | 171.925 | 172.649 | 178.215 | 181.787 | 178.588 | 173.885 | 185.478 | 164.139 | 159.607 | 127.655 | 149.629 | 137.482 | 140.044 |