35°28′12″ şm. e. 138°31′11″ ş. u.HGYO

Aokiqahara

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Aokiqaxara
yap. 青木ヶ原
Say gölü və solda Aokiqahara meşəsi
Say gölü və solda Aokiqahara meşəsi
Ümumi məlumatlar
Sahəsi 35 ha
Yerləşməsi
35°28′12″ şm. e. 138°31′11″ ş. u.HGYO
Ölkə  Yaponiya
Yerləşməsi Tokio
Aokiqaxara xəritədə
Aokiqaxara
Aokiqaxara
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Aokiqaxara (yap. 青木ヶ原, "Yaşıl ağaclı düzənlik"); həmçinin Dzyukay (yap. 樹海, "Ağaclar dənizi") — Yaponiyanın Honşu adasında, Fudzi dağı ətəyində yerləşən meşə.

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]
Meşə daxilində yol

864-cü ildə Fudzinin püskürməsi nəticəsində dağın şimal-qərb yamacında sahəsi 40 km² olan lava yaylası meydana gəldi. Məhz bu ərazidə sonradan, tədricən çox qəribə görünüşə malik meşə meydana gəldi. Ərazidəki ağacların kökləri bərk lava örtüyünü dəlib keçə bilmədiyindən torpaq səthdə qəribə forma almışlar[1]. Meşənin yerləşdiyi bölgənin relyefi çox parçalanmışdır və ərazidə çoxlu mağaralara rast gəlmək olar. Bəzi mağaraların uzunluğu yüzlərcə metr olur. Ümumən, meşənin meydana gəlmə tarixi təxminən 1200 il hesab olnur. Ehtimal olunur ki, meşə altında zəngin dəmir filizi yataqları mövcuddur. Məhz buna görə də, ərazidə kompas düzgün işləmir[2].

Meşə əsasən şümşad, şam və başqa iynəyarpaqlı ağaclardan ibarətdir. Meşə örtüyü yetərincə sıxdır və bu üzdən, istənilən əsas cığırdan kənara çıxma meşədə azma ilə nəticələnə bilər. Bu üzdən, son illər turistlər azmamaq üçün xüsusi lentlərdən istifadə edirlər[3]. Aokiqaxara Fudzi-Hakone-İdzu milli parkının ərazisində yerləşir. Tokionun yaxınlığında yerləşməsi meşəni bölgənin məşhur istirahət mərkəzlərindən birinə çevirib. Bölgədə olan "Buz mağara" və "Küləkli mağara" ziyarətçilərin sevimli yerləridir.

Aokiqaxara, Yaponiyanın həm də, kədər gətirici məkanı hesab olunur. Bu ərazinin "intihar meşəsi" adlanması tarixi-mifoloji məqamlarla bağlıdır. Qədim dövrlərdə, meşə yapon mifologiyasının bir çox aspektləri ilə assosiasiya təşkil edir və ruhların, cinlərin məkanı hesab edilirdi. XIX əsrdə yoxsul yapon ailələri yaşlı valideyinlərinə baxa bilmədiyindən bu meşəyə gətirirdilər[4]. Müasir dövrdə, Aokiqaxara Tokio və bölgədə intihar yeri kimi məşhurdur. Meşə dünyada həm də, ən çox intihar hadisəsi qeydə alınan ikinci məkandır[5]. Birincilik San-Fransisko şəhərinin Qızıl körpüsünə məxsusdur. İl ərzində, meşədə ortalama 70-100 arası cəsəd tapılır. Rəsmi olaraq, 1970-ci ildən polis meşədə intihar etmiş cəsədlərin axtarışı ilə məşğuldur. 2002-ci ildə meşədən 78 cəsəd tapılmışdır. İntihar etmə metodları arasında dərmanlardan istifadə daha çox qeydə alınır. Meşənin əsas cığırlarından az kənara çıxmaq kifaət edir ki, müxtəlif dərman qutularına, şəxsi əşyalara, çanta və su qablarına rast gələsən.

Yerli qurumlar intihar hadislərinin qarşısı almaq üçün bir çox tədbirlər həyata keçirir. Meşə yaxınlığındakı mağazalarda dərman və kəndir satılmır. Meşə girişlərinə kameralar və bir çox lövhələr quraşdırılıb. Lövhələrdə intihar edən insana psixoloji dəstək vermək məqsədilə sözlər və telefon nömrələri qeyd olunub. Əraziyə yaxın marketlərdə işləyən işçilər artıq meşəyə bu məqsədlə gələnin onlarca adam içərisində aşkar edə bilirlər.

...Onlar cığırla meşəyə getməzdən əvvəl bir müddət ətrafda veyillənirlər, eləcə də, çalışırlar heç kimin gözünün içinə baxmasınlar.

- Kazuaki Amano. "Lava Cave" ticarət mərkəzinin satıcısı[6]

Meşə girişindəki lövhədə bu sözlər yazılıb:

Sizin həyatınız valideyinləriniz tərfindən verilmiş əvəzedilməz nemətdir.

Onlar haqqında və ailənizi düşünün.

Siz təklikdə əzab çəkməli deyilsiniz.

Bizə zəng edin. 20-0110.

  1. "Лес Аокигахара - Япония -". 2020-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-07.
  2. Detailed Travel Guide for Aokigahara Jukai Arxivləşdirilib 2012-06-22 at the Wayback Machine Must love Japan. Проверено 19 мая 2010.
  3. "Intruders tangle 'suicide forest' with tape" Asahi Shimbun. 2008-05-03.
  4. "The Suicide Woods of Mt. Fuji". 2014-04-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-01-08.
  5. "AOKIGAHARA SUICIDE FOREST". 2022-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-08.
  6. CHESTER DAWSON. Forest becomes suicide magnet Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine// THE ASSOCIATED PRESS. — Southeastern Newspaper Corp., 25 октября 1998.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]