Cohatsu

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Cohatsular əsasən utancla üzləşə bilmədikləri üçün "yoxa çıxırlar".

Cohatsu (蒸発?, hərf."buxarlanma")Yaponiyada qurduqları həyatdan məqsədli şəkildə heç bir iz qoymadan "yoxa çıxan" insanları bildirən termin. Fenomen ABŞ, Almaniya, Birləşmiş Krallıq kimi ölkələrdə də müşahidə olunsa da, Yaponiyada daha geniş yayılmışdır.[1]

"Cohatsu" (蒸発?) sözü hərfi tərcümədə "buxarlaşma" deməkdir. Termin kimi 1960-cı illərdə istifadə olunmağa başlanmışdır.[1]

Yaponiyada insanların cohatsu olmağının bir çox səbəbi var. Əsas səbəb Yaponiyanın gərgin iş mədəniyyəti və ailə mədəniyyətidir. Bu, potensial karoşi (həddən çox işləmə), intihar və ya cohatsuya səbəb olur. Yaponiyada işdən çıxmaq utanc mənbəyi hesab olunduğu üçün bunu ailəsinə açıqlaya bilməyən bir çox şəxs "buxarlaşmağa" qərar verir. Bəziləri borc, sevgisiz evlilik, məişət zoraklığı, dini kultlar, təqibçilərdən qurtulmaq üçün cohatsu olur.[1][2] Tokionun Sanya bölgəsi cohatsuların ən çox toplaşdığı yerdir.[2]

Yaponiyada şəxsi həyat qorunduğu üçün polislər vəziyyətə müdaxilə etmirlər.[1] Onlar yoxa çıxmış yaxınlarını tapmaq üçün özəl detektivlərdən yararlanırlar. İtmiş Şəxsləri Axtarma Dəstəyi Yaponiya Assosiasiyası cohatsuların ailələrinə dəstək göstərir. Təxminlərə görə Yaponiyada hər il 100.000-dən çox şəxs heç bir iz qoymadan "yoxa çıxır", lakin rəsmi statistika yoxdur.[2]

Yaponiyada bəzi şirkətlər insanların "buxarlaşmasına" kömək etməkdə ixtisaslaşıblar. Yoneqi-ye adlandırılan bu şirkətlər[2] "gecə daşıma" adlı əməliyyatlar keçirərək insanların səssizcə yoxa çıxmasına şərait yaradır, onları gizli məkanlarla təmin edir,[1] izlənməmələri üçün maşınlarını və evlərini dəyişir.[2]

  1. 1 2 3 4 5 "The companies that help people vanish". BBC (ingiliscə). 4 sentyabr 2020. 15 iyul 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 iyul 2024.
  2. 1 2 3 4 5 "Do Stressed-Out Japanese Really Stage Elaborate Disappearances? On the Trail of the Johatsu or 'Evaporated People'". The Time (ingiliscə). 2 may 2017. 15 iyul 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 iyul 2024.