Əjdər Məlikov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Əjdər Məlikov
1917 – 1918
Şəxsi məlumatlar
Doğum tarixi 1889
Doğum yeri
Vəfat tarixi 23 avqust 1921(1921-08-23)
Vəfat yeri
Partiya
Fəaliyyəti siyasətçi
Uşağı
  • Georgi Məlikov[d]

Əjdər Dadaş oğlu Məlikov (1889, Pirşağı, Bakı qəzası23 avqust 1921, Binəqədi, Bakı qəzası) — Hümmət Partiyası qurucularından, Müsavat Partiyasının ilk üzvlərindən biri, Binəqədi Rayon Soveti sədri və Bakı Sovetinin üzvü.

Əjdər Məlikov 1889-cu ildə Pirşağı kəndində anadan olmuşdur. 1903-cü ildə Rusiya Sosial Demokrat Partiyasının sıralarına qatılmışdır. Əjdər Məlikov Hümmət Partiyasının qurucularından biri olmuşdur. 1917-ci ildə Binəqədi Rayon Sovetinin üzvü seçilmişdir. Burada o Hümmət Partiyasının liderlərindən olmuşdur.

Oktyabr inqilabından sonra Məlikov Binəqədi Rayon Partiya Komitəsinin katibi, Binəqədi Rayon Sovetinin sədri və Bakı Sovetinin üzvü olmuşdur.

Əjdər Məlikov Müsavat Partiyasının ilk üzvlərindən biri olmuşdur.

1920–1921-ci illərdə Bakı Şəhər Qida Komitəsinin Binəqədi Rayonu üzrə nümayəndəsi, Qida, Sağlamlıq və Torpaq Şöbəsinin sədri və İcraiyyə Komitəsinin sədri olmuşdur.

1921-ci ildə Pirşağıda öldürülmüşdür.

Əjdər Məlikov adına Bakı şəhər Binəqədi rayonu 6 saylı Birləşmiş Şəhər Xəstəxanası[1], Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Əjdər Məlikov küçəsi vardır.

  • Мәликов Әждәр Дадаш оғлу // Азербайджанская советская энциклопедия / Под ред. Дж. Кулиева. — 1982. — Т. VI.
  1. "Arxivlənmiş surət". 2018-11-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-02.