ƏKOB
Ən kiçik ortaq bölünən — a və b natural ədədlərinin hər ikisinə bölünən ən kiçik natural ədədə a və b-nin ən kiçik ortaq bölünəni deyilir və ƏKOB (a;b) kimi işarə olunur. ƏKOB (a;b)-ni tapmaq üçün
- a və b sadə vuruqlarına ayrılıb qüvvət kimi göstərilir.
- Bütün sadə vuruqlardan qüvvəti böyük olanlar seçilir.
Nümunə
Nümunə: ƏKOB (16;24)
= ?
16=2×2×2×2
24=2×2×2×3
ƏKOB(16;24)=2×2×2×3×2=48
42=2×3×6×7×14×21 70=2×7×10×35 ƏKOB(42:70)=210
Yəni böyük ədədin sadə vuruqlarını kiçikdə olub böyükdə olmayan sadə vuruqlara vururuq.
Xüsusi hallar
Birdən başqa ortaq bölənləri olmayan natural ədədlərə qarşılıqlı sadə ədədlər deyilir.
Qarşılıqlı sadə ədədlərin ən kiçik ortaq bölünəni onların hasilinə bərabərdir.
Ardıcıl ədədlər qarşılıqlı sadə ədədlərdir. Məsələn, ƏKOB (10, 11)=110
Ardıcıl tək ədədlər də qarşılıqlı sadə ədədlərdir. Məsələn, ƏKOB (5, 7)=35
Ədədlərdən biri digərinin bölənidirsə, ƏKOB bu ədədlərdən böyüyünə bərabərdir. Məsələn, ƏKOB (9, 3)=9
Həmçinin bax
- ƏBOB- ƏN BÖYÜK ORTAQ BÖLƏN
Riyaziyyat haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |