Şarl de Qoll
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Şarl de Qoll | |
---|---|
fr. Charles de Gaulle | |
8 yanvar 1959 – 28 aprel 1969 | |
Əvvəlki | Rene Koti |
Sonrakı | Jorj Pompidu |
Şəxsi məlumatlar | |
Doğum adı | Charles André Joseph Marie de Gaulle |
Doğum tarixi | 22 noyabr 1890[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 9 noyabr 1970[3][4][…] (79 yaşında) |
Vəfat səbəbi | Anevrizma[d][8][9] |
Dəfn yeri |
|
Fəaliyyəti | dövlət xadimi, memuarçı, hərbi nəzəriyyəçi[d], zabit, siyasətçi |
Uşaqları | |
Dini | katolisizm |
Hərbi xidmət | |
Qoşun növü | Azad Fransa |
Döyüşlər | |
Rütbəsi | briqada generalı |
Elmi fəaliyyəti | |
Elm sahəsi | siyasət |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Şarl de Qoll (fr. Charles André Joseph Marie de Gaulle; 22 noyabr 1890[1][2][…], Lill[6][7][…] – 9 noyabr 1970[3][4][…]) — fransız generalı və siyasətçisi. İkinci dünya müharibəsində alman faşistlərinə qarşı Müqavimət hərəkatına rəhbərlik etmişdir. 1944–46-cı illərdə Fransada yaradılmış müvəqqəti hökumətə başçılıq etmişdir. 1958-ci ildə Əlcəzair müharibəsi zamanı o, yeni hökumətin yaradılması üçün tapşırıq alır. Qoll bu ərəfədə konstitusiya islahatını həyata keçirir və Beşinci respublikanın əsasını qoyur. Qoll elə həmin il yeni respublikanın prezidenti seçilir. O, 1959–69-cu illərdə Fransanın prezidenti kimi yeni respublikanın formalaşmasında böyük rol oynamışdır. Onun qoyub getdiyi "Qollizm" ideologiyası bu gün də Fransa siyasətində böyük rol oynayır.
Tərcümeyi-halı
[redaktə | mənbəni redaktə et]De Qoll Lilldə təhsilli, katolik, konseravtiv ancaq sosial olan və mütərəqqi intellektual ailədə anadan olmuşdur. Onun bababsı tarixçi, nənəsi yazıçı idi. Qollun atası öz şəxsi məktəbini yaratmamışdan əvvəl müxtəlif katolik məktəblərində dərs deyir. Dreyvus qalmaqalı zamanı onun ailəsi konsevativ və millətçilərdən üz döndərirlər və antisemitist baxışlarından Alfred Dreyvusu təqib edirlər. 1908-ci ildə de Qoll Sen-Sire şəhərində yerləşən hərbi məktəbə daxil olur və oranı 1912-ci ildə leytenant rütbəsində başa vurur. Sonra o Fransa ordusuna daxil olur. O, 33-cü piyada alayına göndərilir. Bu alayın komandiri 1910-cu ildən Henri Fillip Peten idi.
Birinci Dünya müharibəsi
[redaktə | mənbəni redaktə et]Birinci Dünya müharibəsi zamanı 12 avqust 1914-cü ildən de Qoll 5-ci ordunun tərkibində hərbi döyüşlərdə iştirak edir. Üç gün sonra Dianada o yaralanır və ordu sıralarına müalicə olunduqdan sonra oktyabr ayında qayıda bilir. 10 mart 1915-ci ildə Menil-le-yurlu ətrafında gedən döyüşlərdə o yenidən yaralanır. 33-cü alaya qayıtdıqdan sonra onun rütbəsi artılır və o kapitan kimi rota komandiri olur. Verden döyüşlərində Duomon kəndində (1916) o, üçüncü dəfə yaralanır. Döyüş meydanında atılmış de Qoll Fransa rəhbərliyi tərəfindən ölümündən sonra hərbi mükafatlara layiq görülür. Ancaq o sağ qalır. Onu düşmən tərəfi Maysen hərbi hospitalında müalicə edirlər və qəsrdə həbsdə saxlayırlar.
De Qoll qaçmağa cəhd edir. Onunla birlikdə gələcək marşal Tuxaçevski də türmədə yatır. Onların arasında hərbi nəzəriyyə haqqında ümumi fikir yaranır. Həbsxanada de Qoll alman ədəbiyyatı oxuyur, Almaniya haqqında daha çox məlumat toplayır. Bu, ona sonrakı illərdə orduya rəhbərlik etməkdə kömək edir. O vaxtları o, ilk kitabını yazır: "Düşmən ordusunda parçalanma" (1916).
De Qoll Birinci Dünya müharibəsi başa çatdıqdan sonra 11 noyabr 1918-ci ildə azadlığa çıxır. 1919–21-ci illərdə de Qoll Polşada olur. O, burada Varşavanın yaxınlığında yerləşən Rembertdə keçmiş imperator qvardiyası məktəbində taktika nəzəriyyəsindən dərs deyir. 1920-ci ilin iyul-avqust aylarında sovet-polşa müharibəsində iştirak edir. Bu dövrdə rus ordusuna onunla vaxtilə bir türmədə yatan Tuxaçevskiy rəhbərlik edirdi. Müharibədən sonra o Polşada daimi qalmaqdan imtina edərək vətəninə dönür və 6 aprel 1921-ci ildə İvonne Vandra ilə evlənir. bir il sonra 28 dekabrda onun oğlu Filipp anadan olur. İlk vaxtlarda o Sen-Sir məktəbində dərs deyir, sonralar isə Ali Hərbi Məktəbə buraxılır. 15 may 1924-cü ildə onun qızı Elizabet dünyaya gəlir. 1928-ci ildə ikinci qızı (Daun sindromundan əziyyət çəkən Anna) anadan olur. O, 1948-ci ildə vəfat edir.
İkinci Dünya müharibəsi
[redaktə | mənbəni redaktə et]İkinci Dünya müharibəsi başlayan anda de Qoll polkovnik rütbəsinə malik idi. 14 may 1940-cı ildə ona yeni alaya komdanlıq etməyi həvalə edirlər (5000 əsgər və 85 tank). İyun ayının 1-dən o briqada generalınn vəzifəsini icra etməyə başlayır. Bu vəzifə müharibənin başlanan il ilə əlaqədar olaraq rəsmi təsdiq oluna bilmir və o, müharibədən sonra yalnız polkovnik pensiyası alır. 6 iyunda baş nazir Pol Reyno onu müdafiə nazirinin müavini vəzifəsinə təyin edir. Bu vəzifədə olan general barışıq şərtlərini qəbul etmir və 15 iyunda hökumət marşal Petenə keçdikdən sonra o Böyük Britaniyaya mühacirət edir.
Elə həmin bu zaman parçası de Qolun tərcümeyi halında dönüş rolunu oynayır. "Ümidlər memuarları"nda o yazır: "18 iyun 1940-cı ildə vətənin çağırışına səs verərək, öz ruhunu və namusunu qorumağa heç bir başqa imkanı qalmayan de Qoll, tək, heç kimə tanış olmayan bütün Fransanın taleyini öz üzərinə götürməli idi". Həmin gün BBC onun xalqa müqavimət göstərmək üçün çağırışı radioda yayımlayır. Tezliklə generalın "Bütün fransızlara" müraciəti vərəqlər şəklində ölkədə yayılmağa başlayır:
- "Fransa döyüşü uduzdu, amma o müharibəni uduzmayıb! Heç nə itirilməyib, çünki bu müharibə dünya müharibəsidir. O gün gələcək, Fransa azad olacaq… Bax buna görə mən bütün Fransızlara müraciət edərək mənim ətrafımda mübarizə, özünüqurban və ümid naminə birləşməyə çağırıram".
General Peten hökumətini satqınçılıqda ittiham edərək, "bütün məsuliyyəti ilə Fransanın adından çıxış etdiyini vurğulayır. Beləliklə de Qoll "Azad (sonralar- döyüşən) Fransa" təşkilatının başında duraraq işğalçılara və Vişi rejiminə qarşı mübarizə aparmağa çağırır.
De qolun əsas məqsədi Afrika, İndoçin və Okeaniyada olan Fransa koloniyalarını fransız patriotları tərəfinə çəkməkdən ibarət idi. De qoll Dakarı zəbt etmək cəhdi boşa çıxdıqdan sonra o Konqoda İmperiya müdafiə şurası yaradır. Bu andan başlayaraq de Qoll öz fəaliyyəttinin milli və tarixi köklərini müəyyənləşdirir.
"Azad Fransa"nın əsas qələbəsi 22 iyun 1941-ci ildən sonraya təsadüf edir. 1941–42-ci illərdə işğal olunmuş Fransa ərazilərində partizan döyüşləri güclənir. 1941-ci ildə almanların əsir düşənləri güllələməsindən sonra, de Qoll bütün fransızları mübarizəyə qalxmağa və işğalçılara tabe olmamağa səsləyir.
Bu ərəfədə onun fəaliyyəti qərbdə elə də müsbət qarşılanmırdı. "Azad fransızlar" müharibənin gedişinə mane olmaqda ittiham olunurdular. 7 noyabr 1942-ci ildə amerika əsgərləri Əlcəzair və Mərakeşə çıxaraq orada Vişi hökumətini dəstəkləyən yerli fransız rəisləri ilə danışıqlar aparırlar. Bu anda de Qoll Amerika və İngilis rəhbərliyini inandırmağa çalışır ki, vişistlərlə birgə işləmək Fransa tərəfində olanlarda ruh düşkünlüyü yaradacaq. De Qoll ilə müttəfiqlər arasında olan bu anlaşılmazlığa görə də, Şimali Afrikada onların birgə döyüş aparmaları baş tutmur.
4 iyun 1944-cü ildə de Qoll Vinston Çörçill tərəfindən Londona çağırılır. İngilis baş naziri Normandiyaya ordu çıxışı haqqında olan planlarını de Qolla bildirir. Həm də ona bildirilir ki, onun köməyinə ehtiyac yoxdur. General Eyzenhaun tərəfindən fransız xalqına yazılmış müraciətdə hamının yeni hökumət seçilənədək mütəffiqlərin ordusuna tabe olmağa çağırırdı. De Qollun kəskin etirazından sonra ona radioda fransız xalqı qarşısında çıxış etməyə imkan verirlər. Öz çıxışında o, "Döyüşən Fransa" hökumətinin legitimliyi haqqında danışaraq Amerika komandanlığına tabe olmamağa çağırır.
Fransanın azad edilməsi
[redaktə | mənbəni redaktə et]6 iyun 1944-cü ildə mütəffiq ordusu Normkandiyaya uğurla daxil olurlar və bununla Avropada ikinci döyüş cəbhəsi açılmış olur. De Qoll azad olunmuş Fransız torpağında qısa müddət olduqdan sonra Vaşinqtona səfər edir. Səfərin məqsədi Fransaya öz müstəqilliyini qaytarmaq idi.
İşğalçılara qarşı mübarizə aparan polkovnik Rol-Tanqinin komandalığı altında Parisə yol açıldıqdan sonra 25 iyun 1945-ci ildə de Qoll azad olunmuş şəhərə gəlir. Parisdə de Qollun görüşünə minlərlə adam çıxır, izdihamlı görüş olur.
De Qolla azad olunmuş ərazilərdə mütəffiqlərin hökumətini yox, yerli hökumətin yaradılması nəsib olur. O, Fransanın teleyini mütəffiqlərin ixtiyarına vermək istəməyərək, bunu Fransız xalqının öz həll edəcəyi məsələ olduğunu vurğulayırdı.4 aprel 1944-cü ildə Fransa milli azadlıq hərkatı iki kommunist kommissarını qəbul edir. 27 noyabr 1944-cü ildə de Qoll müharibənin əvvəllində SSRİ-yə qaçmış Fransa kommunist partiyasının baş katibi Marius Torezi əfv edir və bununla 1945-ci ilin fevralında Yaltada keçirilən görüşdə Fransanın müttəfiqlər tərəfindən Almaniyanın işğalında iştirakının tanınmasına nail olur. 1945-ci ilin dekabrında Fransa ilə SSRİ 20 illik qarşılıqlı yardım və dostluq müqaviləsi imzalayır.
Müharibədən sonrakı illər
[redaktə | mənbəni redaktə et]Artıq 16 may 1945-ci ildə de Qoll Fransanın Beynəlxalq təhlükəsizlik şurasına qəbul edilməsi üçün ərizə verir. O müharibədən sonra, 13 noyabr 1945-ci ildə müvəqqəti hökumətin başçısı təyin edilir. parlamentdə kommunistlər və sosial demokratlar arasında olan ziddiyətlərə görə o 20 yanvar 1946-cı ildə istefa verir. De Qoll dövlət komstutiyasında prezidentinin rolunun möhkəmləndirilməsinə cəhd etsə də, parlamentdə çoxluq hakimiyyətin onların əlində qalmasını istəyirdilər. De Qoll öz ideyalarını həyata keçirmək üçün 1947-ci ildə yeni siyasi hərəkat RPF (Fransız xalqının birləşməsi ilə) yaradır. Bu yolla o yeni konstitusiyanın qəbul edilməsinə nail olmaq istəyirdi. Bu alınmadığından o 1953-cü ildə Kolombe-le-dez-Eqliz (Colombey-les-Deux-Églises) şəhərinə köçür. Buradan o Fransada baş verən siyasi hadisələri müşahidə edir.
Fransanın dördüncü respublikasının lcəzair müharibəsində məğlubiyyətinədn sonra de Qollun yenidən siyasəyə qayıtmasına şərait yaranır. O 1 iyun 1958-ci ildə prezident Rene Koti tərəfindən, onun istəklərini nəzərə almaqla altı aylığa baş nazir vəzifəsinə təyin edilir. Bu imkandan istifadə edərək de Qoll yeni konstitusiyanın qəbul edilməsinə nail olur. Sentyabr ayında keçirilən referendumda yeni konstitusiya 83% səslə qəbul edilir. Beləliklə beşinci respublika yaranır. Bütün koloniyalar bundan sonra Respublikanın tərkib hissəi kimi qəbul eidlirdi. Həm də onlara müstəqilliklərini seçməyə imkan verilirdi. Bütün koloniyalar, Qvineyanı çıxmaq şərtilə, bu referendumda iştirak edirlər. Noyabr ayında keçirilən seçkilərdə de Qoll parlamet seçkilərdinə qalib gəlir. 21 dekabr 1958-ci ildə o 78% səs çoxluğu ilə bir başa prezident seçilir.
8 sentyabr 1961-ci ildə de Qolla "Gizli ordu təşkilatı" tərəfindən hazırlanmış sui qəsd edilir. Əlcəzairdəki müharibə 18 mart 1962-ci ildə Evianda bağlanan ikitərəfli razılaşma əsasında mümkün olur. Bundan sonra referndum keçirən Əlcəzair müstəqillik qazanır. Bunun arxasımca onlarxa Afrika dövlətləri və o cümlədən Vyetnam və Kombidca da müstəqillik qazanır. Bununla Fransa imperiyası dağılmış olur. Bu arada de Qollun əsas məqsədi dünyada ABŞ və SSRİ tərəfindən formalaşan yeni siyasi mühitdə Fansanın rolunu gücləndirməkdən ibarət idi.
ABŞ və NATO ilə ziddiyətlər
[redaktə | mənbəni redaktə et]1959-cu ildə yeni seçilmiş prezident Əlcəzairdən çıxarılmış qoşunu fransa komandanlığı altına keçirir. Bu qərar bir tərəfli qəbul edildiyindən ABŞ rəhbərliyinin narazılığına səbəb olur. De Qoll dönə-dönə Fransanın istənilən qərarı ev sahibi kimi özü verməsini inad edir. 1960-cı ildə Saxra səhrasında ilk atom sınağı keçirilməsi uzun illər davam edən sınaqların başlanğıcını qoyur. De Qoll sınaq yerlərini şəxsən səyahət edir, texnologiyanın inkişafı ilə maraqlanırdı. 1965-ci il de Qollun prezidentlik fəaliyyəti dövründə hərbi bloka iki böyük zərbə vurulur. 4 fevralda general dolların beynəlxalq hesablaşmalarda tətbiqindən imtina edərək qızıla keçir. 9 sentyabrda prezident ölkəsinin NATO blokundan çıxmasını bildirir. 21 fevral 1966-cı ildə de Qollun ölkəsində yerləşmiş yedelli hərbçilərə qarşı mübarizəsi öz yüksək pilləsinə çatır. Pompidu hökumətinin göndərdiyi rəsmi notada 29 hərbi baza və 33 min hərbçinin ölkəsndən çıxarılması elan edilir.
Bundan sonra hökumət partiyası beynəlxalq aləmdə amerika əleyhinə çıxış etməyə başlayır. General İsrailin altı günlük müharibədəki hərəkətini və Vyetnam müharibəsini pisləyir.
Fransa və Avropa
[redaktə | mənbəni redaktə et]De Qoll hakimiyyəti zamanı, 23 noyabr 1959-cu ildə "Avropa Atlantikadan Urala qədər" məşhur çıxışını edir. O anqlo-saksoniya qruplaşmasına qarşı Avropa dövlətlərinin birləşməsini təklif edir. Avropanın birliyinin yaradılmasında o yeni siyasi qüvvənin yaranmasına cəhd edirdi. Burada bir çox güzəştlərə gedir. Onun ilk və ən böyük güzəşti 1949-cu ildə Almaniya federativ respublikasının yaranmasına razılıq idi. Almaniya qısa müddətdə öz iqtisadiyyatını yendiən quraraq inkiaşf etdirir və Avropada mühüm bir dövlətə çevrilməyə çalışır. Bu anda o özünün bir dövlət kimi mövcudluğunu SSRİ ilə müqavilələrlə leqallaşdırmağa cəhd edir. De Qoll Almaniya kansleri Adenaurundan ingilis planına qarşı çıxmağa öhdəlik alır. De Qollun Almaniyaya səfəri bütün dünyanı dəhşətə gətirir. İki dünya müharibəsində Alman ordusuna qarşı vuruşan generalın bu hərkəti Avropa birliyinin yaradılmasında atılan ilk müf\druk addım idi.
De Qollun ikinci güzəşti NATO-ya qarşı mübarizədə SSRİ-nin köməyinə arxalanmaq idi. Burada kommunist totalirzmi onun üçün ikinci plana keçmişdir. 1964-cü ildə iki dövlət arasında ticarət, daha sonra isə elmi-texniki əməkdaşlıq haqqında müqavilə bağlanır. 1966-cı ildə de Qoll dövlət başçısının dəvəti ilə SSRİ-yə 11 günlük rəsmi səyahətə gəlir. Bu ərəfədə iki tərəfli siyasi, iqtisadi və mədəni əlaqələrin gücləndirilməsi haqqında bir çox sazişlər bağlanır.
may 1968
[redaktə | mənbəni redaktə et]1968-ci ildə Fransada baş verən iğtişaşlar de Qoll üçün böyük məsələ idi. De Qoll demosntarntların yüksək maaş tələbini qəbul etməyə hazır idi. O Reformlar haqqında referendum keçirməyə çalışsada sonra fikrini Corc Pompidunun təkidi ilə dəyişir və Pralamentin yığıncağını çağırır. Küələrdə baş verən iğtişaşlar Fransada iflic vəziyyətə salmağa yaxınlaşdığı bir anda de Qoll Parisə qoşun gətirilməsinə göstəriş verir. Bununla Parisdə siyasi ab-hava daha da pisləşir. O may ayının 29-u qəfildən yoxa çıxır. Onun geri qayıtmasından sonra məlum olur ki, de Qoll Əlcair müharibəsindən iştirak etmiş, Jak Massunun yanına Baden.badenə gedibiş. Bu səyahətin səbəbi gizli olaraq qalır. Çoxları onun generaldan əhaliyə qarşı qoşun yerdilməsinin mümüknülüyün xahiş etdiyi güman edilir.
Mayın 30-u de Qoll yeni seçkilərin keçirilməsini elan edir.
Seçki ərəfəsində de Qollun tərəfdaşları böyük mitinq təşkil edirlər. 30 may 1968-ci ildə keçirilən mitinqdə 300000 adam iştirak edir. İyun ayında keçirilən seçki de Qollun tərəfdaşları üçün böyük uğurla keçir. Onlar Parlamentdə olan 487 yerdən 358-ini tuturlar. İyul ayında Corc Pompidunun yerinə Moric Kuv de Murvil seçilir.
Referendum
[redaktə | mənbəni redaktə et]Apardığı referendumda de Qoll hakimiyyətin regionlar və mərkəz arasında bölünməsi, regionlarda həmkarlar ittifaqının aktiv iştirakına şərait yaratmağa nail olur. De Qoll həm də onu elan edir ki, referendum səsvermədə qəbul edilərsə, o istefa verəcək. Buna görə də, hətta reform əleyhdarları referendumun müsbət nəticələnməsinə çalışmışdılar. Referendum 52,46% səs çoxluğu ilə qəbul edilir. 28 aprel 1969-cu ildə de Qoll prezidentlik vəzifəsindən istefa verir. Bundan sonra o məzuniyyət götürərək İrlanda istirahətə gedir. Sonra Kolombe-de-dez-Eglisesə köçür və orada öz memuarları üzərində işləyir. 1970-ci ildə İspaniyaya növbəti səfəri zamanı 9 noyabrda ürək tutmasından vəfat edir. 12 noyabrda onun dəfnində hələ generalın 1952-ci ildə yazdığı vəziyyətinə əsasən yalnız onun yaxın qohumları iştirak edir. O Kolombedə qızı Annanın yanında dəfn edilir.
Şarl de Qoll Bakıda
[redaktə | mənbəni redaktə et]Şarl de Qoll İkinci dünya müharibəsinin iştirakçısı, partizan, Fransa Müqavimət Hərəkatının görkəmli nümayəndələrindən biri, Əhmədiyyə Cəbrayılovun izi ilə Bakıya gələrək, "Hacinski evində" qalmışdır. Bakıda olduğu müddətdə Azərbaycan Dövlət Opera və Balet Teatrında dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun "Koroğlu" operasına da tamaşa etmişdir.
Şarl de Qollun azərbaycanlı silahdaşı
[redaktə | mənbəni redaktə et]Əhmədiyyə Cəbrayılovun öz dilindən çıxan sözləri qeyd edək: "Mən bəstəboy, arıq bir oğlan idim. Partizanlara qoşulandan sonra aylarla onlar məni sınadılar. Saysız-hesabsız əməliyyat tapşırıqlarına gedərək, get-gedə partizanların rəğbətini qazanmağa nail oldum. Həmişə başıma fransız kepkası qoyardım ki, sadə fransızlardan seçilməyim. Bir gün elə oldu ki, Şarl de Qolla əməliyyata gedəsi oldum. De Qoll hansısa bir ərəfədə qabağa keçərkən ona dedim ki, sən keç arxaya və özüm qabağa keçdim. De Qoll dedi ki, niyə belə edirsən? Cavab verdim ki, əgər səni vursalar bütün Fransa partizanları, müqavimət hərakatı başsız qalacaq, əgər məni vurası olsalar, heç bir qorxusu yoxdur". De Qoll Əhmədiyyənin bu sədaqətindən, cəsarətindən vəcdə gəlir və onların birgə əməliyyatları həmin gün uğurla başa çatır. Lakin əsl dostluqlarının təməli elə o gün qoyulur. Sonralar saysız-hesabsız döyüş tapşırıqlarını yerinə yetirən Əhmədiyyə 1945-ci ilin mayında birinci fransız ordusunun tərkibində döyüşlərə qatılır. 1946-cı ildə Əhmədiyyə qəti qərara gəlir ki, vətənə qayıtsın. Şarl de Qoll nə qədər onu dilə tutursa ki, getmə, sənə hər cür şərait yaradacağam, xeyri olmur. Nəhayət, 1946-cı il 25 noyabrda Armed Mişel SSRİ-yə qayıdır. Burada onu vətən xaini kimi qəbul edirlər və mükafatlarının bir hissəsini də əlindən alırlar. Şarl de Qoll Sovet rəhbərlərinin iştirakı ilə keçən məclislərin birində azərbaycanlıların şərəfinə badə qaldırır. Sağlıq söyləyərkən qeyd edir ki, partizanlıq etdikləri vaxtı Əhmədiyyə ilə barmaqlarını çərtərək qədim əyyamların adət-ənənəsinə uyğun qanlarını birləşdirərək qan qardaşı olublar. Əhd-peyman bağlayıblar ki, heç bir zaman bir-birini unutmayacaqlar. Son cümləsində, sovet rəhbərlərini riqqətə gətirəcək bir söz deyir: "Mən bu Azərbaycan oğluna görə, SSRİ ilə Fransanın yaxınlaşmasına qərar verdim".[10]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 Charles André Joseph Marie De Gaulle (fr.). ministère de la Culture.
- ↑ 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 Charles de Gaulle // filmportal.de. 2005.
- ↑ Lundy D. R. General Charles Andre Joseph Marie de Gaulle // The Peerage (ing.).
- ↑ 1 2 Catálogo de autoridades BNMM.
- ↑ 1 2 Braziliya Milli Kitabxanası. 1810.
- ↑ http://www.rfi.fr/france/20101109-il-y-quarante-ans-derniers-mots-general-gaulle-j-ai-mal-le-dos.
- ↑ NDR.de (alm.). NDR.
- ↑ Prezidentin qan qardaşı [ölü keçid]
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Şarl de Qoll fondu (fransızca)
- Şəkil
- Trend Life: Бонжур, камарад!
- Əhmədiyyə Cəbrayılov — əfsanəvi partizan Arxivləşdirilib 2010-11-02 at the Wayback Machine
- Джабраилов Ахмедия Микаилович (Армед Мишель). "Разведка и контрразведка в лицах" — Энциклопедический словарь российских спецслужб. Автор-сост. А. Диенко, предисл. В. Величко. — М.: Русскій міръ, 2002.
- Ругия Алиева. Шарль де Голль и Ахмедия [ölü keçid].
- Семиряга М. И. Советские люди в европейском Сопротивлении, М., 1970
- 22 noyabrda doğulanlar
- 1890-cı ildə doğulanlar
- 9 noyabrda vəfat edənlər
- 1970-ci ildə vəfat edənlər
- 79 yaşında vəfat edənlər
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Fransa prezidentləri
- Fransa siyasətçiləri
- Poçt markalarında şəxslər
- İlin adamı
- Birinci Dünya müharibəsi iştirakçıları
- İkinci Dünya müharibəsi iştirakçıları