Şahruddin Qapurov
Şahruddin Aydiyeviç Qapurov | |
---|---|
çeç. Гапуров, Шахьрудин Айдиевич | |
Doğum tarixi | 6 yanvar 1951 (73 yaş) |
Doğum yeri | |
Milliyyəti | çeçen |
Elm sahələri | hindşünaslıq, qafqazşünaslıq |
Elmi dərəcəsi | |
Elmi adları | |
İş yeri | |
Təhsili |
|
Üzvlüyü | |
Mükafatları |
Şahruddin Aydiyeviç Qapurov (çeç. Гапуров, Шахьрудин Айдиевич; 6 yanvar 1951, Taş-Kumır, Cəlalabad vilayəti) — Çeçenistan tarixçisi, alimi, tarix elmləri doktoru (2004), professor (2006), Çeçenistan Elmlər Akademiyasının akademiki və prezidenti (2006-cı ildən). Çeçenistan Respublikasının əməkdar elm xadimi, Rusiya Puqvaş Komitəsinin Qroznı şöbəsinin üzvü.
Həyatı
[redaktə | mənbəni redaktə et]Şahruddin Qapurov 6 yanvar 1951-ci ildə çeçenlərin və inquşların deportasiyasından sonra Mərkəzi Asiyayada sürgün zamanı Qırğızıstan SSR-in Taş-Kumır şəhərində anadan olub. Atası öləndə onun təxminən iki yaşı vardı. Uşaqları saxlamaq üçün anası kömür mədəninə işləməyə getmişdi.
1958-ci ildə Taş-Kumırda məktəbə getmişdir. Amma rus dilini zəif bildiyi üçün dərslər yaxşı getmirdi. 1958-ci ilin noyabrında ailə vətənə qayıtdı. Şahruddin təhsilini Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının Naji-Yurt rayonunun Bulqat-İrzu kəndində davam etdirib. Tədris çeçen dilində aparılırdı və Şahruddin ən yaxşı şagird oldu. Beşinci sinifdən bədii ədəbiyyat oxumağa aludə olmuşdu. Doğma kəndində kitabxana olmadığından kitab almaq üçün qonşu kəndlərə getmək məcburiyyətində qalırdı. 1966-cı ilin fevralında mədəndə iş nəticəsində yaranan vərəm xəstəliyindən Şahrudinin anası vəfat etdi.[1]
Doğma kəndimdə cəmi səkkizillik məktəb olduğu üçün təhsilimi Beno-Yurt kəndindəki orta məktəbdə davam etdirməli oldu. 1968-ci ildə məktəbi qızıl medalla bitirmişdir. 1972-ci ildə Çeçenistan Pedaqoji İnstitutunun tarix fakültəsini fərqlənmə diplomu ilə məzun oldu.[1]
1972-ci ildə Qapurov "Ümumi tarix" ixtisası üzrə Rostov Dövlət Universitetinin əyani aspirantura şöbəsində oxumğa başlamışdır. Onun Hindistanın müasir tarixi üzrə namizədlik dissertasiyası yazmaq istəyi Şimali Qafqazda hindistanlı mütəxəssislərin olmaması ilə baş tutmadı. Bu səbəbdən Qapurov Moskva Dövlət Universitetinə getməyə məcbur oldu. Onun elmi məsləhətçisi vəzifəsinə SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda Hindistan və Pakistan şöbəsinin müdiri işləmiş məşhur vətəndaş müharibəsi iştirakçısının oğlu Qriqori Qriqoryeviç Kotovski təyin edildi. Mənbələrin əksəriyyəti ingilis dilində olduğundan (Qapurov isə alman dilini öyrənirdi), o bu dili təkbaşına öyrənməyə məcbur qaldı.[1]
Əmək fəaliyyəti
[redaktə | mənbəni redaktə et]1976-cı ildə Qapurov aspiranturanı bitirib. 1978-ci ildə "1959–1969-cu illərdə Hindistanda aqrar məsələ üzrə ideoloji və siyasi mübarizə" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək Şimali Qafqazda ilk hindşünas oldu.
1977-ci ildə Çeçen-İnquş Universitetində Asiya və Afrika ölkələrinin tarixindən dərs deməyə başladı. 1987-ci ildə Çeçen-İnquş Universitetinin Ümumi tarix kafedrasının müdiri və universitetin Elmi Şurasının ən gənc üzvü olmuşdur.[1]
1999-cu ildə təcrübə keçmək üçün Moskvaya getdi. Birinci Çeçenistan müharibəsi səbəbindən o, 2000-ci ilin may ayına qədər orda qalmaq məcburiyyətində qaldı. O, bu vaxtdan istifadə edərək XIX əsrin Qafqaz müharibəsi və bu müharibədə çeçenlərin rolu ilə bağlı materiallar topladı. Qapurov bu materialdan istifadə edərək 2002–2009-cu illərdə yeddi monoqrafiya nəşr etdirmişdir.[1]
Şaxrudin Qapurov 200-dən çox elmi məqalənin müəllifidir. 2006-cı ildə o, Çeçenistan Respublikası Elmlər Akademiyasının prezidenti seçilib.[2]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 5 "Гапуров Шахрудин Айдиевич" (PDF). 2018-01-12 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-10-30.
- ↑ "Президент Академии наук Чеченской Республики - Гапуров Шахрудин Айдиевич". 2022-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-30.
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Гапуров Ш. А. Россия и Чечня: последняя треть XVIII--первая половина XIX века. Академия наук ЧР. 2009.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- 6 yanvarda doğulanlar
- 1951-ci ildə doğulanlar
- Yaşayan insanlar
- Cəlalabad vilayətində doğulanlar
- Tarix elmləri doktorları
- Professorlar
- Akademiklər
- Çeçenistan Elmlər Akademiyasının alimləri
- Çeçen Dövlət Pedaqoji İnstitutunun məzunları
- Gürcüstan Milli Elmlər Akademiyasının üzvləri
- Rusiya Federasiyasının ali peşə təhsilinin fəxri işçiləri
- Əlifba sırasına görə alimlər