usta
Görünüş
- Bir sənəti lazımınca, əsaslı surətdə öyrənib onunla məşğul olan adam; sənətkar. Bununla belə onun bircə nəfər həqiqi dostu var idi: saatsaz usta Zeynal. Ə.Haqverdiyev. Usta Fərrux işdən kefi kök qayıtmışdı. B.Bayramov. // Peşə, sənət öyrədən şəxs; tərbiyəçi, müəllim. [Yusif] varid oldu Həmədana, orada usta Xəlilin yanında qırx yaşında ikən sərraclıq sənətini bir il müddətində öyrənib, Qəzvinə müraciət etdi. M.F.Axundzadə. // Öz işində böyük bacarıq və məharət qazanmış mahir adam, mahir sənətkar. Bədii söz ustası. İncəsənət ustalarının konserti. Üzümçülük ustası. – Usta gəmiçilər tufanda belə; Sükanı düz tutar öz əllərilə. S.Vurğun. [Rəssam] öz sənətinin bacarıqlı bir ustası idi. M.Hüseyn. // məc. Ümumiyyətlə, mahir, bacarıqlı, zirək adam haqqında. [Aslan bəy:] Xeyr, lazım deyil, .. Əhməd özü ustadır, əldən qoymaz. N.Vəzirov. Bişirdiyi xörəyin şirin yeyilməsindən bildi ki, o hər şeydə naşı olsa da, əlsuyu verməklə aş bişirməkdə ustadır. Mir Cəlal. _ Usta tərpənmək – zirəklik göstərmək, zirək tərpənmək, biclik işlətmək. Siyasət həmişə bir oyuncaqdır; Kim usta tərpənsə, o udacaqdır. S.Vurğun.
- İstehsalatda, uçuşda və s.-də inzibati və texniki rəhbərliyi həyata keçirən şəxs. Növbə ustası. Buruq ustası.
- Ən görkəmli idmançılara verilən ad və bu adı daşıyan şəxs. Əməkdar idman ustası.
Dünya xalqlarının dillərində
[redaktə]
|
Ural-Altay dil ailəsi: Türk qrupu
[redaktə]
|
türkcə: usta - azərbaycanca: usta
İsim usta (pl)- azərbaycanca:ağız (pl),dodaq (pl)
İsim usta (bs)- azərbaycanca:ağız (bs)