[go: up one dir, main page]
More Web Proxy on the site http://driver.im/Məzmuna keç

səhv

Wiktionary saytından

azərbaycanca: səhv

Mənalar :

  1. Yazıda, hesablamada, müəyyən məsələnin həllində, işdə və s.-də yanlışlıq; nöqsan, xata. İmla səhvi. Səhv hərəkət etmək. Səhv düşmək. – Demək, Nigar səhvini anlamış, başa düşmüşdür ki, ev kişisiz dolana bilməz. S.Hüseyn. Gəldiyev sinəsini irəli verdi, layihənin səhvini danışdı. Mir Cəlal. _Səhv etmək (eləmək, buraxmaq) – xataya, nöqsana yol vermək, yanılmaq, düzgün hərəkət etməmək. Birinci dəfə səhv etmək. Səhv buraxdığına görə töhmət aldı. – Aç qabağına tarixin səhifələrini və əgər gördün ki, bir vaxt insanlar bir para işlərdə səhv eləyiblər, dəxi sən haman səhvi eləmə. C.Məmmədquluzadə. [Süleyman:] ..Vallahi, çox böyük səhv eləmişəm, gərək bu qızı mən alaydım... Ü.Hacıbəyov.

Tərcümələr Dünya xalqlarının dillərində

[redaktə]

Ural-Altay dil ailəsi: Türk qrupu

[redaktə]