[go: up one dir, main page]
More Web Proxy on the site http://driver.im/Məzmuna keç

incə

Wiktionary saytından

azərbaycanca: incə

Mənalar :

  1. Zərif işlənmiş, nəfis, qəşəng. İncə qolbaq. İncə naxış. – Stolun kənarında krovatların yanında kifayət qədər incə sandalyalar düzülmüşdü. C.Məmmədquluzadə. Tacirin iddiasına görə, o günə qədər Bağdada bu qədər incə xələt gəlməmişdi. M.S.Ordubadi. // Nazik, zərif. İncə barmaqlar. Üzdə incə cizgilər. İncə qaşlar. – Gözəllərin gərək incə belləri; Qənddən, nabatdan şirin dilləri. Qurbani. Əcəb qurşanıbdı incə belinə; Gümüş kəmər, qəddidala yaraşır. Aşıq Ələsgər. // Çox kiçik, çox xırda, zorla seçilən, fərqləndirilən. İncə fərq. Sözün incə məna çalarları. İncə təfərrüat.
  2. məc. Mehriban, mülayim, həssas, riqqətli. İncə xasiyyət. İncə ürək. İncə ruh. – Həyatda yaranan hisslərdən ən incəsi, ən kəskini analıq hissidir. S.Rəhman. O qanadlı gəncin sadə; Təmiz, incə ruhu vardı. N.Rəfibəyli.
  3. məc. Üstüörtülü, pərdəli, tez sezilməyən, gizli. İncə mətləb. İncə istehza. – Sualın ahəngində incə bir istehza oxunurdu. M.Hüseyn.
  4. məc. Ən incəlikləri duyan, qavrayan, dərk edən, dəqiq. İncə ağıl. İncə zehin. incə-incə sif. və zərf Zərif, qəşəng, incə. İncə-incə çiçəklər. İncə-incə əllər. – İncəincə yarpağı var; Kölgələrdə bitib açar; Bənövşənin ətir dolu; Dəstəsini kim unudar? M.Dilbazi. // Kiçik, xırda. Mirzağa ortaya düşərək incə-incə addımlarla boynunu, çiynini büzüb özünü süzərək oynayır. S.Hüseyn.

Tərcümələr Dünya xalqlarının dillərində

[redaktə]

Ural-Altay dil ailəsi: Türk qrupu

[redaktə]