azərbaycanca: batmaq
Mənalar :[1]https://web.archive.org/web/20140629024844/http://azerdict.com/izahli-luget/batmaq
- ↑
- Şiş tərəfi ilə bir yerə sancılmaq, girmək, soxulmaq (ucu iti şeylər haqqında). Ayağıma mıx batdı. Barmağıma iynə batdı. – Tikan olub ayağa batınca, gül ol yaxaya sancıl. (Ata. sözü). // məc. Batan kimi, girən kimi hiss olunmaq; sancmaq. Gözümə elə bil bir şey batır. Qulağıma sanki bir şey batıb. – Müctəhidzadənin bu sözləri sanki iynə olub ürəyimə batdı. M.S.Ordubadi.
- Suyun dibinə dalmaq, cummaq, düşmək. Suya batıb çıxmaq. Dalğıc suya batıb gözdən itdi. Ağac sudan yüngül olduğu üçün batmır. Vedrə suyun dibinə batdı. // Qərq olmaq, suda boğulmaq. Barkas tufana düşdü və dərhal batdı. Balıqçıların hamısını qurtardılar, amma balıqları batdı. // Yapışan, özlü, qəliz, qatı bir şeyin içinə girib çıxmamaq. Araba getmədi əsla qabağa; Deyəsən batmış idi bir batağa. A.Səhhət. // məc. dan. Bir şeyin həddindən artıq çoxluğunu göstərir. İşin içində batmaq. Kağızların içində batmışam, çıxa bilmirəm. Borca batmaq.
- Örtülmək, bir şeyin altında, yaxud arasında qalıb görünməmək, görünməz hala gəlmək, itmək. Taxıl o qədər hündürdür ki, adam arasında batır. Xırda daxmalar meşənin içində batıb gedir. – Yaylaq deyib ellər dağa köçəndə; Gül-çiçəyə tamam batar o dağlar. H.K.Sanılı. Bütün kainat qar altında batmış kimi idi. Mir Cəlal. Dağüstü şəhəri qaranlıq içində batıb gedirdi. S.Rəhimov.
- Qürub etmək, gözdən itmək. Gün batdı. – [Dost] sənə cavab vermədən əvvəl səndən soruşur ki, günəş saat neçədə batır. M.F.Axundzadə. Axşamdır, gün batmış, şəfəq saralmış; Çölə zülmət çökmüş, hava qaralmış. A.Səhhət. Günəş artıq batmaq üzrə idi. S.Rəhman.
- Məhv olmaq, zay olmaq, puç olmaq, heçə çıxmaq, hədər getmək, yox olmaq. Bütün qoyduğum əmək batdı. Bütün günüm batdı. Onun bütün pulları batdı. // Əldən çıxmaq, itmək. [Zibeydə:] Ağa Həsənə getməsən, bilirsənmi ki, altmış min tümən batar? M.F.Axundzadə. [Nəcəf bəy:] Nə vaxt sənin məndə iki quruşun batıbdır ki, gənə batsın. Ə.Haqverdiyev. // İflas etmək, müflis olmaq, heç bir şeyi qalmamaq. // məc. Ölmək, qırılmaq, tələf olmaq, məhv olmaq. Bütün mal-qara batdı. – [Ocaqqulu:] Sən öl, Vəliyulla, ev yiyəsinə qalsa, adam acından batar. S.Rəhimov.
- Yox olmaq, yerlə bir olmaq, məhv olmaq. Zəlzələdən bütün şəhər batdı. – .. İnqilab günlərində qarışqa yuvası kimi qaynaşan küçələr indi zəlzələdən batmış kimi susub durmuşdur. M.S.Ordubadi.
- Çökmək, çuxura düşmək. Ordları batmaq. Gözləri batmaq. – Pinəçi [Səriyyə xalaya] ordları batmış, yarpaq kimi saralmış və arıqlamış Ayazı və Niyazı göstərdi. M.İbrahimov.
- Əsəri, izi, nişanəsi qalmamaq, yox olub getmək. Adı batmaq. İzi batmaq.
- Bulaşmaq, bulanmaq. Palçığa batmaq. Kağız mürəkkəbə batıbdır. – Üstüm-başım qana və qanlı torpağa batmışdı. M.S.Ordubadi. [Qəhrəman] alınan, bölünən və göndərilmək üçün bağlanan dərs kitablarının tozuna batır. S.Rəhimov. // Başdan-başa örtülmək, basmaq. Cütçü batıb qan-tərə, yer şumlayır; Şumladığı torpaqları tumlayır. M.Ə.Sabir.
- Tutulmaq. Səsi batmaq. Qulağı batmaq.
- məc. dan. Qalib gəlmək, üstün gəlmək, gücü çatmaq. Hətta nikolaylara batan olubsa da, fazillərin sözünü danışmağa bir kimsə cürət eləməyib. C.Məmmədquluzadə. _ Bata bilməmək – qalib (üstün) gələ bilməmək, gücü çatmamaq. Xanın adamları həramilərə bata bilmədi. (Nağıl). Qoşun nə qədər hər tərəfdən hücum etdisə, dəlilərə bata bilmədi. “Koroğlu”. [Bədəl:] Bizə bu dağların arasında heç bir qüvvət bata bilməz. Ə.Haqverdiyev.
- məc. Təsir etmək. Bu uşaqlara heç bir söz batmır. – Neyləyəsən, xalqa sözün batmadı; Hiylələrin bir kəsi aldatmadı. M.Ə.Sabir.
- Bir sıra isimlərə qoşularaq, mürəkkəb feillər və müxtəlif ifadələr düzəldilir; məs.: ağlına batmaq, beyninə batmaq, günaha batmaq. ◊ Batıb çıxmaq – gah görünmək, gah yox olmaq. Axşam buludlar arasında batıb çıxan ayın işığında on altı atlı .. arana doğru enməyə başladı. Çəmənzəminli. Batıb qalmaq məc. – çıxa bilməmək, tamamilə ilişib qalmaq, çıxılmaz vəziyyətə düşmək.
Dünya xalqlarının dillərində
[redaktə]
Tərcümələr :
Ural-Altay dil ailəsi: Türk qrupu
[redaktə]
Tərcümələr :