[go: up one dir, main page]
More Web Proxy on the site http://driver.im/Məzmuna keç

mürəkkəb

Wiktionary saytından
İsim Tək Cəm
Adlıq halı mürəkkəb mürəkkəblər
Yiyəlik halı mürəkkəbin mürəkkəblərin
Yönlük halı mürəkkəbə mürəkkəblərə
Təsirlik halı mürəkkəbi mürəkkəbləri
Yerlik halı mürəkkəbdə mürəkkəblərdə
Çıxışlıq halı mürəkkəbdən mürəkkəblərdən

azərbaycanca: mürəkkəb

Mənalar :

  1. Yazı yazmağa məxsus rəngli maye – boya. Qırmızı mürəkkəb. Qara mürəkkəb. – [Mirzə Səfər] dörd-beş kərrə qələmi mürəkkəbə batırdıqdan sonra durub otaqda bir-iki baş gəzindi. Ə.Haqverdiyev. Uşaq qələm, mürəkkəb və kağız hazırlayıb nə yazacağını gözlədi. Ə.Vəliyev.

azərbaycanca: mürəkkəb

Mənalar :

  1. Bir neçə hissədən, ünsürdən ibarət olan (sadə ziddi). Mürəkkəb cümlə. Mürəkkəb cihaz. Mürəkkəb maddə. – Gənclər maşınla bərabər bu mürəkkəb mexanizmi hərəkətə gətirən cavan oğlanı da diqqətlə seyr edirdilər. Ə.Sadıq. // İbarət, əmələ gələn, düzəlmiş, təşkil edilmiş. İraq, Ərəb, Rey qoşunlarından mürəkkəb düşmən ordularına qarşı ancaq Azərbaycanda mövcud olan ordunu qoymaq mümkün idi. M.S.Ordubadi.
  2. Tərkibini təşkil edən hissələrinə, ünsürlərinə, əlaqələrinə, münasibətlərinə görə çox müxtəlif olan; çoxcəhətli. Mürəkkəb elmi məsələ. Mürəkkəb problemlər. // Müxtəlif, bəzən də zidd xüsusiyyətləri, cəhətləri özündə birləşdirən (insanın daxili aləmi, hissləri haqqında). Mürəkkəb xasiyyət. O çox mürəkkəb adamdır.
  3. Quruluşuna, şəklinə, formasına görə çətin başa düşülən; müəmmalı. Mürəkkəb ornament.
  4. Başa düşülməsi, qavranılması, yerinə yetirilməsi, həlli və s. cəhətdən çətinlik törədən; çətin. Mürəkkəb sual. Mürəkkəb əməliyyat. – Şirvan şahlığı məsələsi mürəkkəb bir məsələdir. M.S.Ordubadi.

Tərcümələr Dünya xalqlarının dillərində

[redaktə]

Ural-Altay dil ailəsi: Türk qrupu

[redaktə]