[go: up one dir, main page]
More Web Proxy on the site http://driver.im/

Xiron (yun. Χείρων, lat. Chron) Yunan mifologiyasına görə KronFilirin oğlu, Zevsin ata tərəfdən qardaşı, yarı insan yarı at qamətli Kentavrlara aid əfsanəvi bir personajdır. İxiondan törənmiş yarı insan yarı heyvan məxluqları ilə eyni tutulsa da Xiron başqa mənşəyə malik olmuşdur. Belə ki, Kron onu öz arvadı Reyadan gizlin Filir adlı atdan dünyaya gətirmişdir.[1] İlliada əsərində Xiron digər kentavrlardan üstün sayılır.[2] Belə ki, Xiron digər əyyaş və ziyankar kentavrlardan fərqli olaraq, ApollonArtemidanın şagirdi, ağıllı, ədalətli, tanrıların dostu, qəhrəmanların tərbiyəçisi, əczaçı və təbadət bilicisi, təbib, sağlamlıq və təbabət tanrısı Asklepin müəllimi kimi təsvir edilmişdir. Heraklın yaxın dostu olmuşdur. Herakl ona ehtiram edərək onun mağarasında yaşamışdır. Alicənab Xiron səhvən Heraklın atdığı zəhərli oxla ayağından ölümcül yaralanır. Ölməz olan Xiron bu yaranın əzablarından qurtarmaq üçün Prometeydən onun həyatını ölməz Xironun həyatına dəyişməyi təklif edir. Beləliklə Prometey ölməz həyatı, Xiron isə sakit ölümü qazanaraq[3] göylərə oxatan bürcü kimi çəkilmiş olur.

Xiron
q.yun. Χείρων
Xiron Axillesə lira çalmağı öyrədərkən
Xiron Axillesə lira çalmağı öyrədərkən
Mifologiya Yunan
Yunanca adı Χείρων
Latınca adı Chron
Cinsi kişi[d]
Atası Kron
Anası Filir
Qardaşı Zevs
Mənşəyi Kentavrlar
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İstinadlar

redaktə
  1. Pseudo-Apollodor, Bibliotheke i.2.3
  2. Homer, İliada 11.831
  3. Греческая Мифология, Катерина Серви, səhifə 55

Mənbə

redaktə

Həmçinin bax

redaktə