Uhud döyüşü
Uhud döyüşü — 23 Mart 625-ci ildə (Hicri təqvimlə 3 Şəvval 3-cü il) hal-hazırkı Ərəbistan yarımadasının şimal-qərbində yerləşən Uhud dağında, Mədinədə məskunlaşan Müsəlmanlar ilə Məkkəli Əbu Süfyanın başçılıq etdiyi ordu arasında baş vermişdir. Döyüşün gedişində baş verən ən önəmli hadisələrdən biri də İslam peyğəmbərinin əmisi Hz. Həmzənin öldürülməsidir.
Uhud döyüşü | |||
---|---|---|---|
Tarix | 23 Mart 625 M - 3 Şəvval 3 H | ||
Yeri | Mədinədən 8 km şimalda, Uhud dağı, Ərəbistan yarımadası | ||
Səbəbi | Qureyşlilərin Bədr döyüşündə məğlub olması | ||
Nəticəsi | Qureyşlilərin qalibiyyəti | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
Səbəbi
redaktəDöyüşün baş tutma səbəbi Məkkəli Müşriklərin Bədr döyüşündə aldıqları məğlubiyyətin qisasını almaq istəmələri, verdikləri itkiləri unutdurmaq və müsəlmanların aldıqları qələbədən sonra yüksələn döyüş əhval-ruhiyyəsini aşağı salmaq idi.
Döyüş barədə
redaktəMəkkə ordusu 11 mart 625-ci ildə Məkkədən Mədinəyə doğru hərəkət etdi. Müsəlmanlar da döyüş üçün hazır idilər. Qısa müddət sonra hər iki ordu Uhud dağının yamaclarında üz-üzə gəldi.
Məhəmməd peyğəmbər iki ordunun qarşılaşdığı Uhud dağındakı dar keçidin hər iki tərəfinə də oxçuları yerləşdirdi. Bu Məkkəlilərin dağın ətrafını dolanaraq arxadan müsəlmanlara hücüm etməsinin qarşısını almaq üçün idi. Oxçulara xəbərdarlıq edilmədən yerlərini tərk etməmək əmrini verdi. İki tərəfin qüvvələri Uhud dağının ətəyində qarşılaşdı. Düşmən ordusunun say çoxluğuna baxmayaraq müsəlmanların təsirli hücumları ilə Məkkə ordusu geri çəkilməyə başladı. Bunu görən oxçular döyüşü qazandıqlarını fərz edərək gizləndikləri yerləri tərk edib, məkkəlilərin geri çəkilərkən qoyduqları qənimətləri talan etməyə başladılar.
Bundan istifadə edən məkkəlilərin komandanlarından Xalid ibn Vəlid rəhbərlik etdiyi qüvvələrlə oxçuların tərk etdiyi keçiddən müsəlmanlara hücum etdi. Bu hücum sonrası İslam ordusu ağır itkilər verərək geri çəkilməyə başladı. Beləliklə döyüşə yüksək əhval-ruhiyə ilə başlayıb, uğurlu təşkil olunmuş hücumla rəqibi geri çəkilməyə vadar edən müsəlmanlar itkilər verərək məğlub oldular. Məkkə ordusu da elədə böyük üstünlük qazanmamasına baxmayaraq bu nəticəyə qane olub müsəlmanları təqib etməyərək Məkkəyə doğru çəkildi.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 Najeebabadi, Akbar Shah, History of Islam, Vol.1, səh. 171
- ↑ Gil, Moshe. Ibn Sa'd, 1(1), 147 VII(2), 113f, Baladhuri, Tarikh Tabari, 1 2960, Muqaddasi, Muthir, 25f; Ibn Hisham, 311. Cambridge University press. 1997-02-27. səh. 119. ISBN 0521599849. İstifadə tarixi: 26 January 2020.