[go: up one dir, main page]
More Web Proxy on the site http://driver.im/

Ubeyy ibn Kəb (I minillik, Mədinə649 və ya VII əsr, Mədinə, ərəb. أبي بن كعب‎) — Məhəmməd peyğəmbərin səhabələrindən biri, Quranı gözəl oxumaq bacarığına görə o, Seyid əl-Qurra (qiraət edənlərin ağası) ləqəbini almışdır.

Ubeyy ibn Kəb
Doğum tarixi I minillik
Doğum yeri
Vəfat tarixi 649 və ya VII əsr
Vəfat yeri
Fəaliyyəti Katib, fəqih

Bioqrafiya

redaktə

Tam adı Ubeyy ibn Kəb ibn Qeys əl-Xəzrəcdir. Mədinədə doğulmuş və Xəzrəc qəbiləsindəndir. Müsəlmanların Mədinəyə hicrətindən əvvəl İslamı qəbul etmiş, Əqəbədəki ikinci beyyətinin iştirakçısı olmuşdur[1]. Bədr, Uhud, Xəndək döyüşü və digər müsəlmanların müşriklərə qarşı döyüşlərində iştirak etmişdir. Uhud döyüşündə Ubeyy ağır yaralanır.

Ubeyy ibn Kəb İslamı qəbul etməmişdən əvvəl oxuyub yazmağı bilən nadir insanlardan idi. Hicrətdən sonra Mədinə əhli arasından onun birinci katibi olur. O, Məhəmmədə nazil olan İlahi vəhyləri yazmış və Quranı ən yaxşı oxuyan şəxs olmuşdur. Məhəmməd peyğəmbər onu Muaz ibn Cəbəl, Zeyd ibn Sabit və Əbu Zeyd kimi Quran alimləri ilə bərabər tutmuşdur. Mədinə məscidinə Quran müəllimi təyin edilir. Ubeyy həm də Quranın təfsirinin böyük bilicisi idi və Mədinədə Quranın bütöv bir təfsiri məktəbinin əsasını qoymuşdur.

Ubey fiqh üzrə mütəxəssis idi və Məhəmməd peyğəmbərin dövründə fətvalar verirmişdir. Ondan əlavə, belə bir şərəf Ömər ibn əl-Xəttab, Osman ibn Əffan, Əli ibn Əbu Talib, Muaz ibn CəbəlZeyd ibn Sabitə verilmişdir. Məhəmməd peyğəmbər Ubeyyəni də dövlət vəzifələrinə təyin etmişdir. O, Bali, Uzra və Bənu Səad qəbilələrindən zəkat yığan şəxs idi.

Ubeyy bir çox fəzilətli xüsusiyyətləri ilə seçilir, zahid həyat tərzi keçirir, təqvalı və Allahdan qorxan bir insan idi. Peyğəmbərin vəfatından sonra ictimai və dövlət fəaliyyətini davam etdirmişdir. O, xəlifələr Əbu Bəkr və Ömərin ən yaxın adamı və məsləhətçisi idi. Onun nəqlində onlarla hədis də məlumdur.

Ubeyy ibn Kəbə təxminən 649-cu ildə vəfat etmişdir.

İstinadlar

redaktə
  1. "Ubeyy ibn Kəb". 2019-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-11.