[go: up one dir, main page]
More Web Proxy on the site http://driver.im/

Tabi (yap. 足袋) — Yaponların ənənəvi milli corabı. Ayaq biləyinə qədər hündürlüyə malik olan pambıq üzü və pambıq astarlı, klassik ağ rəngdə və də bağlamaq üçün dəmir sancaqlara malik bu corablar adət etdiyimiz corablardan həm də baş barmağının digər barmaqlardan ayrılması ilə fərqlənir. Bu formada olduqlarından onları kişi və qadınlar zori, geta və digər qayış və ya ipli ənənəvi ayaqqabılarla geyinə bilirlər.

Tabi

Tabi milli geyimləri — kimono (yap. 着物) və digər vafuku (yap. 和服Yaponiya geyimi) növlərini, eləcə də, orta əsrlərdə samuray paltarlarını bir növ tamamlayır. Tabinin daha geniş yayılmış forması ağ rəngdədir. Ağ tabilər rəsmi mərasimlərdə, məsələn, məşhur çay mərasimi zamanı geyinilir. Kişilər səfərlər zamanı bəzən qara və göy tabi geyinir. Rəngli, eləcə də, naxışlı tabilər də geniş yayılıb və belə tabiləri daha çox qadınlar geyinir. Lakin bununla belə, kişilər arasında da məşhurlaşmaqdadır.

Elastik quruluşuna görə ayağın formasını rahat şəkildə alan adi corablardan fərqli olaraq, tabilər parçanın hissələrindən ibarət olur. Arxa tərəfdən tabilər açıqdır, bu da onların düşmə, ayaqdan çıxma ehtimalını artırır. Buna görə də, tabinin arxasında bərkitmə vasitələri (dəmir sancaq və ya ip) yerləşir ki, tabiləri bağlamaq olsun.

Tabi üçün sancaqlar kohaze adlanır. Belə ki, XVIII əsrin əvvəllərində yaponlar Çindən geyimlərin sancaqlarla bağlanması üsülunu mənimsəyirlər. İlk növbədə, tabilər bu sancaqlara adaptasiya edilir. Kohazenin hazırlandığı xammala görə müxtəlif növləri var. Qızıl, fil sümüyü, balina bığı (dişsiz balinalar, bığlı balinaların üst çənəsində diş əvəzinə "balina bığı" adlanan uzun buynuz lövhələri olur) və digər bu kimi qiymətli materiallardan hazırlanan kohazelər olub. Adi, sadə dəmir sancaqlar isə, ancaq Meici dövründə meydana gəlib. Tabidə kohazelərin sayı 2-dən 6-dək olurdu. Hazırda bu say 4–5 arasında dəyişir.

Daha sonra, dəb bütün istiqamətlərdə inkişaf etməyə başlayır. XIX əsrdən ölkənin xarici dövlətlərə açıq elan edilməsilə tabilər yeni materiallar və fikirlərlə zənginləşdirilməyə başlanır.

Cika tabi

redaktə

Yerlə, torpaqla təmasda olan tabidən daha çox inşaat sektorunda işləyənlər, fermer, bağban, rikşi (yap. 人力車 — arabada sərnişin daşıyanlar) və digər işçilər istifadə edirlər. Bu tip tabilər daha çox ağır, cod, möhkəm materiallardan hazırlanır. Həm də adətən kauçuk pəncə altlığına sahib olurlar. Onlar boğazı müxtəlif uzunluqda olan çəkmələri xatırladır və corabdan daha çox ayaqqabıya oxşayır. Adi tabilər kimi, cika tabilərdə də baş barmaq ayrılmış olur ki, bunun sayəsində onu ipli, kəmərli ayaqqabı ilə asanlıqla geyinmək mümkündür.

Böyük lastik şirkəti olan "Bridgestone Corporation"nın qurucusu Şōcirō İşibaşi (yap. 石橋正二郎) bu yeniliyi öz adı ilə bağlayır.

Zaman keçdikcə istehsalın bir neçə sahəsində daha sərt dabanlığın əvəzlənməsinə baxmayaraq, fəhlələrin əksəriyyəti yumşaq dabanlıqlı cika tabiyə üstünlük verir. Bu bir növ sahiblərinə səthlərlə əlaqəni tamamilə hiss etməyə və cəld hərəkəti asanlaşdırır. Məsələn, inşaat sahələrində çalışanlar, fəhlələr, bağban və dülgərlər ayaqları altında olanı bilmək və ayaqlarından köməkçi əl kimi istifadə etməyin tərəfdarıdırlar.

Cika tabini Yaponiyanın hüdudlarından kənarda ancaq internet maqazinlər və eləcə də, döyüş sənəti məhsullarının satışı üzrə ixtisaslaşan dükanlarda əldə etmək olar. Cika tabiyə təkcə şərq döyüş sənəti ilə maraqlanan insanlar deyil, həm də qaçışçılar, alpinistlər, eləcə də, müxtəlif təlimlər zamanı və sadəcə gündəlik geyimin bir parçası kimi üstünlük verilir.

Mənbə

redaktə