[go: up one dir, main page]
More Web Proxy on the site http://driver.im/

Qrimsey (isl. Grímsey) — Qrenland dənizində, İslandiyanın Nordürland-Eystra bölgəsinə aid olan ada. Adanın sahəsi 5,3 km²-dir. 2020-ci ilin yanvar ayına olan məlumata görə əhalinin sayı 61 nəfərdir[1]. Əhalinin sıxlığı 11,51 nəf/km²-dir. Qrimsey İslandiyanın ən şimal məskunlaşma olan ərazisidir. Sandvik kəndi adada yeganə yaşayış məntəqəsidir.

Qrimsey adası
isl. Grímsey
Ümumi məlumatlar
Sahəsi 5,3 km²
Uzunluğu
  • 4,8 km
Eni 1,9 km
Hündür nöqtəsi 105 m
Əhalisi 61 nəfər (2020-ci il)
Yerləşməsi
66°32′37″ şm. e. 18°00′05″ q. u.HGYO
Ölkə  İslandiya
Akvatoriya
Qrimsey adası xəritədə
Qrimsey adası
Qrimsey adası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Coğrafiyası

redaktə

Qrimsey adası İslandiya sahillərindən 40 kilometr şimalda, Şimal Qütb dairəsi xəttində yerləşir. İslandiyada Qütb gündüzlərinin olduğu yeganə yerdir[2] . Qrimsey adasının ən yüksək nöqtəsi dəniz səviyyəsindən 105 metr yüksəkliyə çatır[3].

Heyvanlar

redaktə

Adada köpəkpişik saxlamaq qadağandır. Səbəb isə burada şimal dəniz quşlarının böyük koloniyasının olmasıdır: adi təmizçi, qaqaralar və müxtəlif növ qağayılar.

İqtisadiyyat və nəqliyyat

redaktə

İqtisadiyyat kommersiya balıqçılığına əsaslanır. Kənd təsərrüfatı və dəniz quşu yumurtalarının toplanması da vardır. Turizm inkişaf edir. Adanın şimal hissəsində, Şimal Qütb dairəsindən kənarda, Aküreyriyə uçuşlar olan kiçik bir hava limanı var. Dalvikdən Qrimseyə həftədə üç dəfə, adətən istənilən havada və bütün il boyu bərə vardır.

İstinadlar

redaktə
  1. "citypopulation.de". 2021-01-19 tarixində arxivləşdirilib.
  2. Burada qütb gecələri yoxdur, çünki onun zonasının sərhədi şimala doğru uzanır (bu barədə məqaləyə baxın).
  3. "Um Grímsey". Grímseyjarhreppur. 2010-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-10-28. (isl.)