[go: up one dir, main page]
More Web Proxy on the site http://driver.im/

Qaraqoyunlular

1375–1468-cu illərdə Azərbaycan, Ermənistan, şərqi Anadolu və şimali İraq ərazilərini idarə etmiş oğuz tayfalarından ibarət tarixi Azərbaycan dövləti,tayfa ittifaqı

Qaraqoyunlular və ya Baharlılar (az.-əski. قاراقویونلولار‎; fars. قره قویونلو‎; türk. Karakoyunlular) — 1375–1468-ci illərdə Azərbaycan, Ermənistan, şərqi AnadoluŞimali İraq ərazilərini idarə etmiş Türkman tayfalarından ibarət tarixi tayfa ittifaqı və dövlət.[2][3] Van gölünün cənubunda məskən salmış Qaraqoyunlular XIV əsrin 70-ci illərindən Ərzincanda, Sivasda, ümumən Şərqi Anadolunun şimal-şərq torpaqlarında möhkəmlənib, Ağqoyunlulara, CəlairilərəTeymurilərə qarşı mübarizə aparmışlardır.

Konfederasiya
Qaraqoyunlular
az.-əski. قاراقویونلولار
Bayraq Gerb
Bayraq Gerb
Qaraqoyunlular Qara Yusif dövründə
Qaraqoyunlular Qara Yusif dövründə
 
 
1375 — 1468

Paytaxt

Ərciş (yay fəsillərində), Mosul (qış fəsillərində) (1375-1410)|

Təbriz (1410-1468)
Ən böyük şəhər Van, Ərzurum, İrəvan, Bağdad, Ərdəbil
Rəsmi dili Azərbaycan dili (sülalə, rəsmi məhkəmə, poeziya dili) fars dili (poeziya dili)
Dövlət dini İslam (şiəlik)
Valyuta Təngə
Ərazisi 3.000.000 km²[1]
Əhalisi 4.000.000 (Ağqoyunlulardakı kimi)
İdarəetmə forması Mütləq Monarxiya
Sülalə Baharlı sülaləsi
Bəy, Sultan, Padşah
 • 1351-1380 Bayram xoca
 • 1380-1389 Qara Məhəmməd
 • 1390-1420 Qara Yusif
 • 1421-1436 Qara İsgəndər
 • 1436-1467 Cahanşah Həqiqi
 • 1467-1468 Həsən Əli (Qaraqoyunlu)
 • 1468-1469 Yusif mirzə (Qaraqoyunlu)
Tarixi
 • 1375-1410 Bəylik dövrü
 • 1410-1468 İmperiya dövrü
 • 1469 Süqutu
Davamiyyət
 →
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qaraqoyunluların böyük bir imperiyaya çevrilməsi Qara Yusifin dövründə olmuşdur. TeymurilərCəlairilərlə gərgin mübarizədə Qara Yusif Azərbaycandan Şərqi Gürcüstan, Ərəb İraqıƏcəm İraqını öz sərhədləri daxilində birləşdirən nəhəng bir dövlət yaratmağa nail olub.[4]

Qara Yusifin oğlu Qara İsgəndər 1421-ci ildə Qaraqoyunlu hakimiyyətini bərpa etdi və Sultan Şahrux Təbrizi tərk etdikdən sonra şəhərə daxil oldu. 1421-ci ildə Alaşkert vadisindəki İsgəndərlə Şahruxun qoşunları arasında döyüş İsgəndərin məğlubiyyəti ilə nəticələnmişdir, lakin Şahrux geri qayıdandan sonra onun tutduğu bütün torpaqlar Qara İsgəndər tərəfindən yenidən ələ keçirildi.[5]

Qara İsgəndərdən sonra hakimiyyətə Cahan şah gəldi. Cahan şah Qaraqoyunluların güclü hökmdarlarından olmuşdur. Onun dövründə Qaraqoyunlu mədəniyyəti inkişaf etmişdir. Cahan şah "Həqiqi" təxəllüsü ilə Azərbaycan türkcəsindəFars dilində şeirlər yazırdı. Böyük fəthlər edərək Qaraqoyunlu imperiyasının ərazisini genişləndirmişdir.[6]

Alman Türkolog Gerhard Doerfere görə Ağqoyunlu və Qaraqoyunlu türkmanları "Türkmən" sözünün hələ də qarma-qarışıqlara yol açması çox qəribədir, Leninqradda iraq Oğuz ədəbiyyatının oğuz "Türkmən" adı ilə girdiyini gördüm; Türkmân sözü əslində "köçəri oğuz mənasını daşıyır. Ağqoyunlu və Qaraqoyunlu "Türkmənləri" hər halda azərbaycanlılardır.[7]

Cahanşahın 1467-ci ildə ölümündən sonra hakimiyyətə gələn Həsənəli mirzə Uzun Həsən tərəfindən öldürüldü, beləliklə Qaraqoyunlu imperiyası süqut etdi.[8]

Sülalənin mənşəyi

redaktə
border=none  Əsas məqalə: Baharlı oymağı

Qaraqoyunlular Oğuz türkman əsilli tayfa ittifaqıdır. Qaraqoyunluların tarixindən bəhs edən "Tarixi-Türkmaniyyə" və "Tarixi Sultan Qütbşahi" əsərlərində Qaraqoyunluların 1202–1203-cü ildə Qara Yusifin 7-ci ulu babası Oğuz nəslindən olan Törə bəyin rəhbərliyi altında 30 min çadırdan ibarət kütlə halında Türkistandan İrana, Azərbaycana və Şərqi Anadoluya gəlməsi göstərilir.[9]

Sədli, Baharlı, Duharlı, Qaramanlı, Alpavut, Çəkirli, Ayınlı, Hacılı, Ağaçəri, Dögər, Bayramlı tayfaları Qaraqoyunlu tayfa ittifaqına daxil olan tayfalar idilər.[10] Qaraqoyunluların Baranlı və yaxud Baharlı sülaləsinin[11][12][13] mənşəyi oğuzların Yıva boyundandır.[14] "Baranlı" sözü "Baranqar" sözündən yaranmışdır, bu sözün də mənası qədim türk dilində "Sağ qol" mənasına gəlir ki, bu da Oğuz tayfalarından Üç Oxların sağ qolunu təşkil etmək deməkdir.[15][16] XV əsr Osmanlı tarixçisi Mövlana Şükrullah "Behcətüt-Təvarix" əsərində yazır:

  "Şükrullah Sultan Cahan şahın yanına elçi olaraq getdiyi vaxt şahid olduqlarını belə danışırː Belə ki, 1499-cu ildə ildə Sultan Murad məni Mirzə Cahanşaha elçi göndərdi... Danışdığımız vaxt Cahanşah buyurdu ki:"Sultan Murad mənim axirət qardaşımdır, bu qardaşlıqdan əlavə qohumudur". Qohumluğunu soruşanda Mövlanə İsmayıl Uyğur əlifbası ilə yazılmış kitab gətirdi. Bu kitabdan aydın oldu ki, Oğuzun oğlu olmuşdur. Adları Göyalp, Yeralp, Günalp, Dənizalp, Ulduzalp və Ayalpdır. Cahanşah buyurdu ki:" Qardaşım Sultan Muradın əsli Oğuz oğlu Göyalpa çatır(Qayının atası), Qara Yusifin əsli isə Dənizalpa (Yıvanın atasına) çatır".  

Oğuz Xaqan dastanına görə Oğuzların 24 boyundan biri və Mahmud Qaşqarlıya görə "Divanü Lüğat-it-Türk"dəki iyirmi dörd Oğuz bölüyündən dördüncüsüdür. Damğaları budur: [17] "Yıva" sözünün mənası Qədim türk dilindən "mərtəbəsi yüksək" mənasına deməkdir. Həmçinin bu qara qoçun Bayandur xanın bir imzası olduğu deyilir. Bununla bağlı məlumatlar Azərbaycan Milli Ensiklopediyasından tapmaq mümkündür.

Bəzi tədqiqatçılar Qaraqoyunlu oğuz ləhcəsini Azərbaycan dili ilə əlaqələndirirlər. Məsələn, Faruk Şümer Qaraqoyunlu Şərqi Oğuz ləhcəsinin bu gün Azərbaycan dili adlandırıldığını,[18] Muhsin Behramnejad isə Azərbaycan dilini Qaraqoyunlu türkmən boylarından miras qalmış miras adlandırdığını qeyd edib.[19] Sultan Qara-Koyunlu 1435–1467 Cihanşah Azərbaycan poeziyasının hamı tərəfindən tanınan nümayəndəsidir.

Bəylik dövrü

redaktə

Bayram xoca (1351–1380)

redaktə
border=none  Əsas məqalə: Bayram xoca

Elxani Əbu Səid Bahadur xanın 1335-ci ildə ölümündən sonra Elxani xanədanlığını ara müharibələri bürüdü. Vəziyyətdən istifadə edən Sutayoğulları Barımbay və Hacı Toqay, Cəlairi Böyük Şeyx Həsənlə birləşərək hakimiyyəti ələ keçirdilər. Beləliklə Sutayoğulları Vandan ƏrzurumaMosula qədər əraziləri ələ keçirdilər.

Çox keçmədən Sutayoğulları arasında da ara müharibələri başladı. Belə ki, Barımbayın oğlu İbrahimşah atasının ölümündən sonra qiyam qaldıraraq Diyarbəkir və ətrafını ələ keçirdi. 1343-cü ildə əmisi Hacı Toqayı da öldürdükdən sonra İbrahimşah hakimiyyəti tamamilə ələ keçirdi.[20] Bu mübarizələrdə Qaraqoyunlular Hacı Toqayın, Ağqoyunlular isə İbrahimşahın tərəfində idilər.[21]

Sutayoğlu İbrahimşahın 1350-ci ildə ölümündən sonra Sutaylı hakimiyyəti zəiflədi. 1351-ci ildə hakimiyyətdə onun xələfi Hüseyn bəy gəldi.[22] Hüseyn bəy isə Mosul civarında-İmadiyə[q 1] adlı yerdə Bayram xoca tərəfindən öldürüldü.[23][24] Hakimiyyət boşluğundan istifadə edən Bayram xoca Vanı və Mosulu ələ keçirir.[25]

Bayram xoca Elxanilərin tamamilə zəifləməsindən istifadə edərək Azərbaycan və Şərqi Anadoluda Qaraqoyunlu hakimiyyətini genişləndirməyə başladı. XIV əsrin 70-ci illərinin sonunda Qaraqoyunlular Bayram xocanın rəhbərliyi altında Azərbaycanın cənub-qərb torpaqlarını — Xoyu, Naxçıvanı, AğkilsəniSürməli bölgəsini ələ keçirmiş və Cəlairi hökmdarına vergi ödəməkdən imtina etmişdilər.[26] Ərətnalıların[27][28] da məğlub edilməsiylə Ərzuruma qədər böyük ərazilər Qaraqoyunluların əlinə keçir.[29]

XIV əsrin 70-ci illərinin sonunda Qaraqoyunluların qüvvətlənməsi onlarla sərhəddə yerləşən Cəlairiləri narahat etməyə başlamışdı. Bu səbəbdən Sultan Hüseyn Cəlairi böyük orduyla Qaraqoyunluların üzərinə hücüma keçdi. Cəlairi ordusu Qara Məhəmmədin hakimlik etdiyi Ərcişi mühasirəyə aldı və Bayram xoca tərəfindən göndərilmiş ordunu məğlub etdilər. Qara Məhəmməd tabelilik göstərməyə və asılılığı qəbul edərək, bac verməyə məcbur oldu. Beləliklə Cəlairi ordusu geri çəkildi və Bağdada qayıtdı.[30][31]

1380-ci ildə Bayram xocanın ölümündən sonra Qara Məhəmməd Qaraqoyunlu hökmdarı oldu.[31]

Qara Məhəmməd (1380–1389)

redaktə
border=none  Əsas məqalə: Qara Məhəmməd

Qara Məhəmmədin hakimiyyətinin ilk illərində Cəlairilər sülaləsi içərisində ara müharibələri başladı. 1382-ci ildə Şeyx Əli qardaşı Sultan Əhməd Cəlairə qarşı üsyan etdi. Şeyx Əli ilə mübarizədə zəif olduğunu görən Sultan Əhməd Qara Məhəmməddən kömək istədi. Onun bu istəyini qəbul edən Məhəmməd bəy, ordusunun sayca azlığına baxmayaraq Şeyx Əlinin ordusunu darmadağın etdi.[32] Sultan Əhməd kömək əvəzində Qara Məhəmmədin hakimiyyətini tanıdı və sülh bağlandı. Qara Məhəmməd Sultan Əhmədin qızıyla evlənərək Cəlairilərə qohum oldu və öz mövqeyini daha da gücləndirdi.[33][34]

Qara Məhəmməd 1383-cü ildə Suriyaya yürüş etmək məcburiyyətində qaldı. Belə ki, Cabə hakimi Salim bəy Mosul hacılarının yollarını kəsərək onları qarət etmişdi. 12 minlik orduyla Salim bəyin üzərinə hücuma keçən Qara Məhəmməd onu darmadağın etdi. Salim bəy döyüşdən qaçdı və Məmlüklərə sığındı. Qara Məhəmməd bu döyüşdən böyük qənimət əldə etdi.[35]

Daxildəki çəkişmələri tamamilə aradan qaldırmaq üçün Qara Məhəmməd ilk növbədə qonşuları ilə münasibətləri yaxşılaşdırmağa başlamışdı. O, 1384-cü ildə Mardin hökmdarı Məlik İsaya elçilər göndərərək qızını özünə istədi. Ancaq Məlik İsa bu təklifi qəbul etmədi. Bu səbəbdən Qara Məhəmməd Məlik İsanın üzərinə hücuma keçərək onu məğlubiyyətə uğratdı. Müqavimət göstərə bilməyəcəyini anlayan Məlik İsa bacısını Qara Məhəmmədlə evləndirdi. Beləliklə sülh sazişi bağlandı və Qara Məhəmməd Ərcişə geri döndü.[36]

1387-ci ildə Ağqoyunluların qarşısında davam gətirə bilməyən Ərzincan əmiri Müdahhardən Qara Məhəmməddən kömək istədi. Bu təklifi qəbul edən Qara Məhəmməd Ağqoyunlu Əhməd bəyi ağır məğlubiyyətə uğratdı.[37] Ağqoyunlular Qazi Bürhanəddinin himayəsinə girməyə məcbur oldular.[38]

1387-ci ildə Naxçıvan yolu ilə Anadoluya daxil olan Əmir Teymur, Qara Məhəmmədin oğullarından Misir xocanın əlində olan Avnik qalasını mühasirəyə aldı, lakin qalanın möhkəm qorunduğunu görərək orada çox qalmadı və irəliləyərək Ərzurumu doğru yola düşdü. Ərzurum yaxınlığında Çapaqçur döyüşündə Qara Məhəmməd Əmir Teymurun qüvvələrini sıxışdıraraq geri çəkilməyə məcbur etdi.[39][40][41] Əmir Teymur dağlara çəkilmiş Qara Məhəmmədi ələ keçirə bilməyəcəyini başa düşərək Van yoluyla İrana doğru getdi.[42][43][44]

1388-ci ildə Teymurun İrana doğru getməsindən və Cəlairi əmirləri arasındakı qarışıqlıqdan istifadə edən Qara Məhəmməd Təbrizə yürüşə başladı. Şəhərdəki Cəlairi qarnizonunu məğlub edən Qara Məhəmməd Təbrizi ələ keçirdi[45] və öz adına pul zərb etdirməyə başladı.

Qara Məhəmməd 1389-cu ildə Pir Həsən bəy tərəfindən öldürüldü.[46]

İmperiya dövrü

redaktə

Qara Yusif (1390–1420)

redaktə
border=none  Əsas məqalələr: Qara YusifPirbudaq
 
Qara Yusif döyüşdə. 1412-ci il Kür sahili döyüşü, rəsm əsəri. Azərbaycan Milli Tarix Muzeyi

Qara Məhəmmədin ölümündən sonra Qara Yusif 1390-cı ildə Qara Pir Həsən bəyi öldürərək hakimiyyətə gəldi.[47] Qara Yusif 20 il Qaraqoyunlu xanədanlığına hökmdarlıq etdi. Həsən bəy Rumlu onun haqqında yazırdı:"Qara Yusif ibn Qara Məhəmməd son dərəcə cəsur, mərd və güclü olmuşdur. Belə ki, Əmir Teymurla dəfələrlə vuruşmuşdu və Sultan Əhməd Cəlairlə birgə Ruma, oradan isə Şama getdi."[48]

Qara Məhəmməd Təbrizi ələ keçirdikdən sonra Çalıq bəyi şəhərə hakim təyin ederək geri dönmüşdü, lakin Qaraqoyunluların daxilində başlayan ara müharibələri şəhərin yenidən Cəlarilərin əlinə keçməsinə səbəb olmuşdu. Qara Yusif ziddiyyətləri aradan qaldırdıqdan sonra 1391-ci ildə Təbrizə yürüşə başladı və şəhər yenidən Qaraqoyunlu hakimiyyəti altına düşdü. Qara Yusif geri qayıtdıqdan sonra Cəlairi əmirlərindən Məhəmməd Siyahi şəhəri mühasirəyə alsa da müvəffəqiyyətsizliklə üzləşərək geri çəkildi.[49][50]

1392-ci ildə Qara Pir Həsən bəyin oğlu Hüseyn bəy Qara Yusifə qarşı qiyam qaldırdı. Qara Yusif onu məğlub etdikdən sonra Təbrizə geri qayıtmağa məcbur oldu. Belə ki, Qara Yusifin başının Hüseyn bəyə qarışmasından istifadə edən Mahmud Xalxali adlı bir əmir Təbrizi ələ keçirmişdi. İkinci dəfə Təbrizə yürüş edən Qara Yusif şəhəri asanlıqla ələ keçirdi.[49][50]

Həmin ildə Azərbaycana 2-ci yürüşünə başlayan Əmir Teymur 1393-cü ildə Şimali İraqıBağdadı tutdu. Qara Yusif və Sultan Əhməd Əmir Teymura qarşı sülh müqaviləsi imzaladılar və birləşərək 1394-cü ildə Bağdada Teymurun üzərinə hücuma keçdilər. Bağdad yaxınlığında baş vermiş döyüşdə Əmir Teymur qalib gəldi. Qara Yusiflə Sultan Əhməd geri çəkildilər.[51] Avnik qalasına üz tutan Əmir Teymur Qara Yusifin qardaşı Misir xocanı da məğlub edərək əsir götürdü.[52][53][54] Avniki sərkərdələrindən Atlamış bəyə verərək Toxtamışın üzərinə yollandı, lakin Qara Yusifi ələ keçirə bilmədi.

Əmir Teymurun geri dönməsindən istifadə eden Qara Yusif 1395-ci ildə Ərcişi geri aldı. Avnikə hücuma keçərək Atlamışı əsir götürdü.[55] 1399-cu Əmir Teymurun yürüşü Qara Yusifi yenidən geri çəkilməyə məcbur etdi.[56] Sultan Əhməd Cəlairdə həmin ildə Qara Yusifin yanına — Mosula çəkildi. 1400-cü ildə müttəfiqlər İraqdan, Məmlüklərə sığınmaq üçün Suriyaya yola düşdülər, lakin Suriya hakimi Dəmirtaş onların yollarını kəsərək Məmlük torpaqlarına daxil olmağa icazə vermədi. Bu isə tərəflər arasında döyüşə gətirib çıxardı. Baş vermiş döyüşdə Dəmirtaş darmadağın edildi və böyük Məmlük sərkərdələri müttəfiqlər tərəfindən məğlub edildilər.

Bu hadisədən sonra Qara Yusif və Sultan Əhməd Misirə getməyin faydasız olduğunu başa düşərək Osmanlı sultanına sığınmağa qərar verdilər. İldırım Bəyazid onları qəbul edərək sığınacaq verdi.[57] Sultan Bəyazidin Qara Yusiflə Sultan Əhmədə sığınacaq verməsi onzuda yaxşı vəziyyətdə olmayan Teymuri-Osmanlı münasibətlərini pik həddinə çatdırmışdı. Əmir Teymur məktublarında müttəfiqlərin ya Osmanlı xanədanlığından kənarlaşdırıllmasını ya da özünə təhvil verilməsini tələb edirdi, lakin İldırım Bəyazid bunu qəbul etmədi.[58]

Əzəmətli noyon Bayazid xan bahadır!.. Qoy bizim aramızda elçi və kəlməçilər get-gəli başlasın Sultan Əhməd Cəlairi ilə Qara Yusifin arası yaxşıdır hərçənd ki, Sultan Əhməd tərəfdən üç-dörd nəfər o ölkələrdə[q 2] hakimiyyət etmişlər, amma Qara Yusif yolkəsən quldurdur. Bizim dostluğumuzun və sülhün davamı üçün: gərək o cənab Qara Yusifi öz yanında saxlamayıb, ya bizim tərəfə yollasın, ya da vilayətdən çıxarsın
Əmir Teymurun İldırım Bəyazidə məktubundan.[59]

Qara Yusif Ankara döyüşündən əvvəl Osmanlı torpaqlarını tərk edərək Suriyaya getdi. Orada Məmlük sultanı Fərəc Qara Yusifi həbs etdirdi. Əmir Teymurun ölümündən sonra Məmlüklərin Suriya valisi Şeyx əl-Mahmudi Qara Yusifi azad etdi. Hətta tərəflər arasında Məmlük sultanını devirmək haqqında müttəfiqlik müqaviləsi də bağlandı. 1405-ci ildə birləşmiş qüvvələr Misir yürüşünə başladılar, lakin məğlubiyyətə uğrayaraq geri çəkildilər. Belə olduqda Qara Yusif Suriyanı tərk etdi və Mardinə oradan da Mosula getdi. Ardınca Bitlisə yolan düşən Qara Yusif şəhər hakimi Şərəfoğlu Şəmsəddin tərəfindən yaxşı qarşılandı.[60][61][62]

Əmir Teymurun ölümündən (1405) sonra Əbu Bəkr mirzə Qara Yusiflə vuruşmaq üçün Naxçıvana gəldi. 1406-cı ildə baş vermiş I Şənbi-Qazan döyüşü Qara Yusifin üstünlüyü ilə sona çatdı və Əbu Bəkr Sultaniyyəyə qaçdı. Qara Yusif irəliləyərək Təbrizə daxil oldu.[63][64] 1408-ci ilin 21 aprelində Təbriz yaxınlığındakı Sərdrud düzündə Teymuri Miranşah üzərində 2-ci qələbə qazanıldı və bununla da Teymurilərin Azərbaycandakı hakimiyyətlərinə son qoyuldu.[65][66]

1409-cu ildə Mardin Artuqlu hökmdarı Məlik Saleh Qara Yuluq Osman bəyə qarşı Qara Yusifdən kömək istədi. Qara Yusif Osman bəyi məğlub edərək Mardini tutdu. Şəhərə öz sərkərdələrindən birini hakim təyin edərək, 1409-cu ildə Artuqlu hakimiyyətinə tamamilə son qoydu. Bundan sonra yaylağa — Aladağa getdi.[67][68][69]

Qara Yusifın Azərbaycanın cənub torpaqlarında getdikcə möhkəmlənməsi Bağdad hökmdarı Sultan Əhməd Cəlarini narahat edirdi. 1409-cu ilin 18 dekabrında Sultan Əhmədin elçisi Təbrizə gəlmiş və Həmədan yaylağının ona verilməsini Qara Yusifdən tələb etmişdi. Qara Yusif bu tələbi rədd edərək elçini geri qaytarmışdı. Bunu bəhanə edən Sultan Əhməd Bağdadda Qara Yusifin üzərinə hücum etmək üçün hazırlıq gördü. 1410-cu ilin 30 avqustunda Təbriz yaxınlığındakı Əsəd kəndi yaxınlığında baş vermiş döyüşdə Qara Yusif keçmiş müttəfiqinin üzərində qələbə çalaraq İraqı da Qaraqoyunlu dövlətinə birləşdirdi. Bu döyüşdə Şirvanşah İbrahimin oğlu Kəyumərsin başçılığı ilə müəyyən qədər Şirvan qoşunu da Sultan Əhmədə dəstək vermişdi.[65]

Qara Yusif şah nəslindən gəlmədiyi üçün adətlərə görə taxta çıxa bilməzdi. Ancaq Qara Yusif əvvəlcədən Pirbudağı Sultan Əhmədə oğulluğa verdiyi üçün Pirbudaq uşaq yaşında hakimiyyətə gəlir, ali hakimiyyət isə atasında qalır.[70] Lakin Pirbudaq çox yaşamadı, 1413-cü ilin noyabr ayında vəfat etdi. Bu hadisədən bir ay sonra Qara Yusif xütbəni öz adına oxutdurub, Qaraqoyunlu səltənət taxtına əyləşmişdi.[71]

Əziz oğlum Cahanşahı Sultaniyyəni mühafizə etmək üçün yolladım, sədaqətli oğlum Əmir Şahməhəmməd bahadırı İsgəndər bahadırlarla birgə bir mənzil məsafəlik qarovuliyə göndərdim. Özüm isə 50 minə qədər süvari ilə Təbriz yaxınlığında cəm olub, Ucan yaylağına tərəf getməkdəyəm, Dilavəar oğlum Qara İsgəndər 20 min süvari ilə arxa tərəfdən pusquda dayanmışdır. Başqa məsələlər barədə qasid məlumat verər.
Qara Yusifin Osmanlı sultanı I Mehmedə məktubu.[72]

Qara Yusifin Sultan Əhmədi ağır məğlubiyyətə uğradaraq öz mövqeyini daha da möhkəmləndirməsi Şirvanşah İbrahimi xeyli narahat etdi. Buna görə də, o, Şəki hakimi Seydi Əhməd və Gürcü çarı Konstantin ilə ittifaq yaradaraq Qara Yusifə qarşı döyüşə hazırlaşmışdı. Qara Yusif bu hadisədən xəbər tutdu və 1412-ci ilin 17 noyabrında Qarabağa gəldi. O, buradan I İbrahimə elçi gondərərək, ona barışıq təklif etdi. Qara Yusifin bu təklifi Şeyx İbrahim və müttəfiqləri tərəfindən qəbul olunmadı. Qara Yusif 1412-ci ilin 19 dekabrında Kür çayını keçərək Şeyx İbrahimi və müttəfiqlərini darmadağın etdi.[73] Şirvanşah I İbrahim, onun yeddi oğlu, qardaşı, məsləhətçiləri və Kaxetiya çarı Konstantin əsir alındı. Qara Yusif İbrahimdən 1200 İraq tüməni bac tələb etdi. Şirvanşahın Təbrizdəki tərəfdarları bu məbləğdə mal toplayıb verdilər. Qara Yusif I İbrahimi azad etdikdən sonra, o, 1413-cü ilin aprelində Şirvana qayıtdı. Qara Yusifin qoşunu Şirvanı tərk etdi. I İbrahim Şiravanı Qara Yusifdən asılı vəziyyətdə idarə etməyə başladı.[74]

1417-ci ildə Şirvanda I İbrahimin ölümündən sonra onun yerinə hakimiyyətə oğlu — I Xəlilullah keçdi. I Xəlilulllah Qaraqoyunlu hakimiyyətini tanımadı və Teymuri Sultan Şahruxla ittifaqa girdi.[75] 1420-ci ildə yaxın adamlarından Sadıq bəy adlı bir nəfəri məktubla Azərbaycana göndərərək Qaraqoyunlu hökmdarını itaətə çağırdı. Şahruxun elçisi rədd cavabı alaraq geri qaytarıldı.[76] Həsən bəy Rumlu yazır:

  Qara Yusifin yanına Təbrizə göndərilən elçi qayıdaraq [Şahruxa] bildirmişdi ki, Qara Yusif orada özünü müstəqil şah sayır, ətraf yerlərin bütün hakim və sərdarları ona tabedir. Şahruxun şövkəti və qoşununun qələbələrindən qorxmayan Qara Yusifin çoxlu döyüşçü dəstələri vardır.[77]  

Bu cavabı bəhanə edən Sultan Şahrux qoşun yığaraq Azərbaycana hücuma başladı. Sultan Şahruxu qarşılamaq üçün yola çıxan Qara Yusif yolda — Ucanda 13 noyabr 1420-ci ildə vəfat etdi.[78][79] Qara Yusif Ərcişdə atasının və babasının yanında dəfn edildi. Ancaq bu gün türbəsinin yeri belə bəlli deyil.[80][81]

Qara İsgəndər (1421–1436)

redaktə
 
Qara İsgəndərin adına zərb olunmuş pul.

Qara Yusifdən sonra hakimiyyətə gələn Qara İsgəndər bəy, Qara Yusifin ölümündən istifadə edərək fəallaşan Qara Yuluq Osmanı Suriyanın şimalında 1421-ci ilin mart ayında Sincar döyüşündə məğlubiyyətə uğratdı.[82][83] Bu səbəbdən Osman bəy Əmir Şəmsəddin adlı elçisini Qarabağda qışlayan Sultan Şahruxun hüzuruna göndərərək Qaraqoyunluların güclənməsindən şikayət etdi. Həsən bəy Rumlu onun haqqında yazır:

  "Qara İsgəndər ibn Qara Yusif son dərəcə şücaətli və cəsur idi. Atasının ölümündən sonra taxta çıxdı. 824-cü il rəcəb ayının 27-də (28.07.1421) bazar ertəsi Ələşkerddə Mirzə Şahruxla iki gün döyüşüb böyük şücaət və qəhrəmanlıq göstərdi. Axırda əldən düşdüyü üçün qaçıb Ruma getdi və Mirzə qayıtdıqdan sonra Azərbaycana gəlib taxta oturdu."[84]  

Bu xəbərdən narahatlıq keçirən Şahrux qərbə doğru hərəkətə başladı. Yolunun üstündəki Bəyazid qalasını tutduqdan sonra Aladağa getdi.[85][86][87][88] Oradan da Vana İsfəndiyarın üzərinə hücuma keçdi. İsfəndiyar isə geri çəkilərək Cizrədə olan qardaşı İsgəndərin yanına getdi.[89][90][91] Şahrux Van gölü ətrafındakı Əxlat, Adilcəvaz, Ərciş və Vanı tutdu. Qara Yuluq Osman bəyin oğulları Əli və Bəyazid gələrək Ağqoyunluların tabe olduğunu bildirdilər.[92][93]

Şərqi Anadolunu tabe etdikdən sonra Şahrux buradan Təbrizə getmək niyyətində idi, lakin həmin əsnada Qara İsgəndər və İsfəndiyarın Əxlat və Adilcəvaz ətrafına gəldikləri xəbəri çatdı. Sultan Şahruxun yanında olan Qara Yuluq Osman bəy: "Qara Yusifin oğulları tamamilə yox edilməsə, bu məmləkətlərdə qayda-qanun qurulmayacaq və bölgədəki xalq sülhə qovuşmayacağını" deyərək Şahruxu Qaraqoyunlularla təhrik etdi.[94][95][96][97] Şahrux Qaraqoyunluların üzərinə İlyas xocanın başçılığ ilə qüvvə göndərdi.1421-ci ilin avqustunda baş vermiş Alaşkerd döyüşündə Qaraqoyunlular məğlub oldular.[98][99][100][101] Döyüşdən sonra Şimali İraqa çəkilən Qara İsgəndər, Şahruxun Xorasana dönməsindən istifadə edərək Azərbaycanı yenidən ələ keçirdi.[102][103]

Qara İsgəndər ona tabesizlik göstərərk Şahruxa tabe olan əmirləri cəzalandırmaq üçün 1422-ci ildə Van gölü tərəfə hərəkətə başladı.[104][105][106] Bitlisi mühasirəyə alaraq şəhərin hakimi Şəmsəddinin bir neçə yaxın adamını qətlə yetirdi.[107] 1423-cü ildə isə yenidən hücum edərək Əxlata çəkilən Şəmsəddinin özünü öldürdü və Bitlisi mühasirəyə aldı.[108][109][110] Van hakimi Məlik Əhmədi də xəyanətinə görə əsir aldı və həps etdirdi. Van gölünün əarfı yenidən Qaraqoyunlu hakimiyyətinə tabe edildi.[111]

Van gölü və ətrafındakı əraziləri yenidən tabe etdikdən sonra Qara İsgəndər qisas almaq üçün Şirvana yürüş etdi. 1427–1428-ci illərdə Şirvana daxil olan İsgəndər Şamaxını çapıb-talayaraq Təbrizə qayıtdı. 1429-cu ildə Əbhər, QəzvinZəncana yürüşlər etdi.[111][112]

Bu Sultan Şahruxun Azərbaycana 2-ci yürüşünə səbəb oldu. 1429-cu Təbriz və Urmiya yaxınlığında Səlmas döyüşündə Qaraqoyunlular məğlub edildilər[113][114][115] və İsgəndər Ərzuruma çəkildi. Şahrux qayıtdıqdan sonra İsgəndər yenə bütün torpaqları özünə tabe etdi. Van gölü və ətrafının idarəsini qardaşı Cahan şaha tapşırdı.[116] Şahrux geri qayıdarkən Əbu Səidi özündən asılı şəkildə Qaraqoyunlu hökmdarı elan edərək taxta oturdu. 1431-ci ildə Qara İsgəndər geri döndü, Əbu Səidi məğlub etdi və Təbrizi yenidən ələ keçirdi.[117]

1435-ci ildə Şahrux Azərbaycana 3-cü yürüşə başladı. Reydə düşərgə saldığı vaxt Vandakı Cahan şahı hüzuruna dəvət etdi. Cahan şah bu dəvəti qəbul etdi və Reydə Şahruxla görüşdü.[118][119][120][121] 1436-cı ildə Cahan şahı Azərbaycan taxtına otuzduran Sultan Şahrux geriyə,Herata döndü.[122][123][124]

Geri qayıdan İsgəndər Təbrizə hücuma keçərək, hakimiyyəti yenidən öz əlinə almağa çalışsa da buna müvəffəq olmadı. Muğan valisi və Şirvan əmirləri ilə ittifaqa girən Cahan şahın hücumu nəticəsində Əlincə qalasına çəkilən İsgəndər elə orada da oğlu Şahqubadın xəyanəti nəticəsində öldürüldü. Beləliklə Cahan şahın hakimiyyəti üçün bütün təhlükələr aradan qalxdı.[125][126]

Cahan şah (1436–1467)

redaktə
border=none  Əsas məqalə: Cahan şah
 
Göy məsciddə Cahan şahın məzarı

Hakimiyyətini möhkəmləndirdikdən sonra Cahan şah dövlətin ərazisini genişləndirməyə başladı. O, 1440–1444-cü ildə Gürcüstana yürüş təşkil edərək Tiflisi tutdu. Cahan şah Azərbaycanda bütün torpaqları özünə tabe etsə də, qardaşı Əmir İsfahan Bağdadda özü müstəqil hakimlik etməyə başlamış və öz adına sikkələr vurdururaraq mərkəzi hakimiyyətlə hesablaşmırdı. Cahan şahın Tiflisə hücumu ərəfəsində Əmir İsfahanın ölüm xəbəri ona çatdırıldı. Gürcüstandan qayıtdıqdan sonra Bağdada yürüşə başlayan Cahan şah 1446-cı ilin iyununda Bağdadı tutdu. Şəhərin idarəsini Məhəmməd mirzəyə tapşıraraq Təbrizə qayıtdı.[84]

Mənim məktubum sənə çatanda xalqı özündən və öz söhbətlərindən uzaq etməyin gərək idi, yanında olan müridləri toplayıb sakit olmalısan, mən sənin sufilərindən xatircəm deyiləm. Cahillərə uyub qiyamdan dəm vurursan, ürəyində səltənət arzusu yer tutsun, asan gedən işlər çətinə düşsün və hər iki tərəfdən minlərlə qan tökülsün? Əgər mənim sözümü dinləməsən, bu həddini aşan hərəkətlərindən imtina etməsən yaxın vaxtda sənin və müridlərinin qovulması mənim üçün vacib olacaqdır.
Cahan şahın Şeyx Cüneydə məktubundan.[127]

1447-ci ildə Səfəvi təriqətinin başına Şeyx Cüneyd keçdi. Cahan şah təriqət üzvlərinin çoxalmasından çəkinərək Şeyx Cüneydin əmisi Şeyx Cəfərə müraciət edərək Cüneydin 1449-cu ildə Azərbaycandan çıxmasını təmin etdi. Azərbaycandan çıxan Cüneyd Uzun Həsənə sığındı.[128] 1460-cı ildə Şeyx Cüneyd 10000 tərəfdarı ilə Dağıstana yürüş etdi. Buradakı çərkəzlər I Xəlilüllahı Şeyx Cüneydlə döyüşə təhrik etdilər. Şeyx Cüneydlə tək mübarizə aparmaqdan çəkinən I Xəlilulah Qaraqoyunlu Cahan şahdan kömək istədi. 1460-cı ildə Samurçayın sol sahilindəki Qıpçaq kəndinin yaxınlığında Şeyx Cüneydlə birləşmiş qoşunlar arasında döyüş oldu. Baş verən vuruşmada Şeyx Cüneyd öldürüldü, onun müridləri isə məğlub edildi.[129][130]

1447-ci ildə Sultan Şahruxun ölümündən sonra Cahan şah Teymurilərin hakimiyyətini qəbul etmədi və müstəqil hakimiyyətə başladı. 1447-ci ildə hücuma keçərək Sultaniyyəni, Qəzviniİsfahanı ələ keçirdi.[131] 1452-ci ildə Teymurilərin müttəfiqi Ağqoyunluların üzərinə yürüş etdi. Cahangir mirzə Qaraqoyunlu hakimiyyətini tanıdı və sülh müqaviləsi imzalandı.[132]

Qərb sərhədlərinin təhlükəsizliyini təmin etdikdən sonra 1453-cü ildə şərqi İrana yürüşlər edərək FarsKirman vilayətlərini tutdu.[133] Lakin Qaraqoyunluların qərb sərhədlərində yeni bir təhlükə yarandı. Belə ki, Uzun Həsən qardaşı Cahangir mirzəni devirərək 1452-ci ildəki sülh müqaviləsini tanımadı. 1457-ci ildə Cahan şah Uzun Həsənin üzərinə Rüstəm bəyin başçılığı ilə qoşun göndərdi. Mardin yaxınlığında döyüşdə Rüstəm bəy məğlub edildi və öldürüldü.[134]

Bu məğlubiyyətə çox da önəm verməyən Cahan şah əsas rəqibləri Teymurilər arasındakı qarışıqlıqdan istifadə etməyə çalışırdı. Reydə hazırlıqları başa çatdıran Cahan şah 1458-ci ildə Cürcan, Xarəzm, Manqışlaq, Məşhəd, NişapurQərbi Xorasanı tamamilə tutdu. Həmin ildə çox asanlıqla Teymurilərin paytaxtı Herata daxil oldu. Qarşısında sadəcə Mavəraünnəhr hakimi Teymuri Əbu Səid qalmışdı. Ancaq bu vaxt oğlu Həsənəlinin üsyan qaldıraraq Təbrizi tutması[135] və Pirbudağın Bağdadda üsyan xəbəri ona çatanda, Əbu Səidlə sülh müqaviləsi bağladı və Xorasanı Teymurilərə güzəştə gedərək Təbrizə qayıtmağa məcbur oldu. Cahan şah Həsənəlinin və Pirbudağın üsyanlarını yatırdı. Həsənəli Maku qalasınsa həps olundu, Pirbudaq isə edam edildi.[136]

Cahan şah 1466-cı ildə Ağqoyunluları tabe etmek üçün böyük ordu ilə Təbrizdən hərəkət edərək Vanda düşərgə qurdu. Uzun Həsən Cahan şahı 12 min süvari ilə qarşılayırdı. Ordusunun az olmasına baxmayaraq Uzun Həsən strateji əhəmiyyətli qayalıq və keçidləri tutmuşdu. Cahan şah döyüşün çətin və böyük itkilər hesabına başa gələcəyini bilirdi. Həm də qış olduğu üçün ordunu yaylağa göndərdi, özü isə Muşda — Səncəq adlı yerdə qaldı. Bundan istifadə edən Uzun Həsən 1467-ci ilin noyabr ayında Cahan şahın düşərgəsinə hücuma keçdi və onu öldürdü.[137][138][139][140]

Dağılması

redaktə
 
Həsənəlinin adına zərb olunmuş pul.

Cahan şahın ölümündən sonra Qaraqoyunlu əmirləri Maku qalasındakı Həsənəlini azad etdilər. Ancaq onun hakimiyyətinə qarşı çıxan Qara İsgəndərin oğlu Hüseynəli özünü Təbrizdə sultan elan etdi. Hüseynəlinin hakimiyyəti çox sürmədi və o, Həsənəlinin tərəfdarları tərəfindən məğlub edilərək öldürüldü. Beləliklə Həsənəli mirzə 1468-ci ildə Qaraqoyunlu taxtına oturdu.[141][142]

Həsənəli tezliklə Uzun Həsənə qarşı ordu yığmağa başladı və böyük ordu toplandı, lakin taxta keçməsində böyük rola malik olan əmirləri və qardaşlarını öldürməsi getdikcə Həsənəlini ordudakı və dövlətdəki mövqeyini zəiflədirdi. Şahmənsur, Şahsuvar bəy və Əmir İbrahimşah kimi tanınmış Qaraqoyunlu əmirləri Uzun Həsən bəyin tərəfinə keçdilər. 1468-ci ildə Xoy yaxınlığında Uzun Həsənlə Həsənəlinin ordusu qarşılaşdı. Ordusunun daha böyük olmasına baxmayaraq Həsənəli məğlub oldu və Bərdəyə qaçaraq Qaramanlı tayfasına sığındı.[143][144][145][146]

1469-cu ildə Teymuri hökmdarı Əbu Səid böyük qoşunla Qaraqoyunlu səltənətinin bərpası adıyla Azərbaycana hücum etdi. Uzun Həsən sülh təklif etsə də, Əbu Səid bunu qəbul etmədi, lakin Teymurilərin müttəfiqi Şirvanşah I Fərrux Yəsarın da Uzun Həsənin tərəfinə keçməsi Əbu Səidin vəziyyətini ağırlaşdırdı. Uzun Həsən Əbu Səidin Mahmudabaddakı düşərgəsinə hücum edərək onu darmadağın etdi, Əbu Səid döyüşdə öldürüldü.[145][147] Həsənəli isə Həmədanda tutularaq öldürüldü.[148] Həsənəlidən sonra Cahanşahın digər oğlu Əbu Yusif Fars vilayətində hakimiyyəti ələ almaq istəsə də bu baş tutmadı. O, Uğurlu Məhəmməd tərəfindən öldürüldü.[149]

Beləliklə Azərbaycanda Qaraqoyunlu sülaləsinin hakimiyyəti sona çatdı və yerinə yeni Azərbaycan sülaləsi olan Ağqoyunlular gəldilər.[150]

Qaraqoyunlu hakimiyyəti Azərbaycanda ləğv edilməsinə baxmayaraq Qaraqoyunlular Azərbaycanın müəyyən ərazilərində və Hindistanda hakimiyyətlərini davam etdirdilər. Qaraqoyunluların Azərbaycandakı son nümayəndəsi Sultan Hüseyn Baranlı idi. O, 20 minlik Qaraqoyunlu elatına başçılıq edir və Göyçə gölü ilə Araz çayı arasındakı torpaqlara hökmdarlıq edirdi. Ağqoyunlu hökmdarı Əlvəndə tabe olan Sultan Hüseyn ona hər il sovqat göndərirdi[151] Lakin Sultan Hüseyn qarışıqlıqlardan istifadə edərək Qaraqoyunlu hakimiyyətini yenidən bərpa etmək istəyirdi. 1500-cü ildə Şeyx İsmayılla döyüşdə məğlub oldu,[152] həmin il Gəncə yaxınlığındakı Əlvəndlə döyüşdə isə öldürülür.[153]

Hindistandakı Qaraqoyunlulara gəldikdə isə onlar, 1518-ci ildə Qalkonda sultanlığının əsasını qoydular. Sultanlığa başçılıq edən Qütbşahlar sülaləsi Qara İsgəndərin nəslindən idilər.[154] Qaraqoyunlular Hindistanda 100 ildən çox hakimiyyətdə oldular və 1687-ci ildə Qütbşahlar sülaləsinin hakimiyyətinə Böyük Moğol İmperiyası tərəfindən son qoyuldu.[155]

 
Qaraqoyunlu və Ağqoyunlu döyüşçülərinə aid zireh və silahlar. Azərbaycan Milli Tarix Muzeyi

Qaraqoyunlularda ordu sarayın ixtiyarındakı qoşundan və ayrı-ayrı vilayətlərdə yaşayıb, yalnız müharibə vaxtı cəmlənərək öz başçıları ilə birlikdə hökmdarın köməyinə yollanan döyüşçü dəstələrindən- "çəriklərdən" ibarət olmuşdur. Qoşunlarda həm süvari, həm də piyada hissələr vardı. Hökmdarın asılılığında olan əmirlərin hamısı əmr alan kimi ətraf yerlərdən qoşun toplamağa başlardılar ki, bu, yasaq adlanardı. Yasaqdan ötrü əyalətlərə əmir və yüzlərlə mülazim göndərilirdi. [156]

Mənqəlay — qoşunun ön hissəsi. Mənqəlayın da bərənğar və cəvanğarı olurdu. Mənqəlayda minlərlə döyüşçü vuruşurdu, çünki mənqəlay hücumunun döyüşün sonrakı gedişi üçün böyük əhəmiyyəti vardı. Döyüş başlanmazdan əvvəl ordunun müəyyən bir dəstəsi kəşfiyyata göndərilir və həmin dəstə qarovul adlanırdı. Qarovula məşhur əmirlər rəhbərlik edirdi. Qarovulun vəzifəsi düşmənin vəziyyətini öyrənmək və mümkün olduqda əsir ələ keçirib geri qayıtmaq idi.[157]

"Ordu" sözu "ləşkər, qoşun," ordunu təşkil edən əsgərlər isə "mülazim, əsgər, qulluqçu, nökər, dilavər" adlandırılmışlar. Döyüşçülərə illik məvacib verilirdi ki, bu da "ordu divanı" — "divan-i ləşkər" tərəfindən icra edilirdi.[158]

Silahlar arasında qılınc, xəncər, ox, kaman, tüfəng, balta, gürz və qaladağıdan silahlar — rəadə, mancanaq da vardı. Silahlar "silah anbarında" — "qurxanədə" saxlanılır və qurxanəyə xüsusi başçılar cəbbədarlar rəhbərlik edirdilər. Döyüşçülərin əksəriyyəti zirehli idilər. Kəcim adlı örtük də döyüş libasları sırasına daxil idi.[159]

Döyüşə şeypur, nağara, gəbrəgə, təbilbayraqla yollanardılar. Hücum vaxtı kərənay, qələbə çalınanda isə nağara səsləndirilərdi. Döyüş zamanı əsgəri qüvvələrin bir hissəsi ehtiyatda durur, vuruşmanı müşahidə edir və lazım olduqda döyüş meydanına çıxırdılar.[160]

Müharibə gözlənilən vaxt yerlərə istimalətnamə (cəlbedici məktub) göndərilib, ənam vəd edilər və beləliklə, qoşun toplanışı sürətləndirilərdi. Vilayətlərdə yaşayan əmirfeodallar fərman alan kimi öz dəstələri ilə köməyə gəlir, yalnız müharibə qurtarandan sonra geri qayıdırdılar.[161]

Qaraqoyunlu dövlətinin ordusunun sayı isə 100 min idi.[162]

Dövlət quruluşu

redaktə
  • Əmir əl-üməra — Dövlətin idarə olunmasında şahdan sonra birinci yerdə əmirül-üməra durur və ölkənin hərbi qüvvələrinə başçılıq edirdi.[163]
  • Vəzir — Mərkəzi dövlət idarəsində mühüm yerlərdən biri də dövlət gəlirləri və maliyyə aparatını idarə edən baş vəzir olmuşdur. O, həmçinin ölkənin xarici işləri ilə məşğul olur və mülki-inzibati idarələrə başçılıq edirdi.[164][165]
  • Sədr — Vəqf torpaqlarının bütün məsələləri, qazı, müdərris və ruhani idarələrinin ixtiyarı baş Sədrə məxsus idi. Sədrin nəzarəti altında məhkəmə və dini işlərə baxan Sədarət divanı vardı. Mədrəsələrin nəzarət və təftişi də Sədarət divanının ixtiyarında idi.[166]

Vergilər

redaktə

Vergilər xüsusi dövlət vergiyığanları — mühəssillər vasitəsilə toplanırdı.[167] Qaraqoyunlu dövründə yığılan vergilər bunlardırː

  • Mal — Müxtəlif xüsusi əmlakdan bağ, meşə sahəsi, dəyirman və s.-dən, ümumiyyətlə, rəiyyət və köçərilərdən alınan vergi olmuşdur.[168]
  • Malcəhət — Məhsulun bir hissəsi kimi yığılan renta vergi növüdür[169]
  • Ələfə — İstilahı feodal qoşunlarındakı heyvanların yemlənməsindən ötrü əhalidən toplanan vergi olmuşdu.[170]
  • İxracat — Əyalətlərdə olan döyüşçü və dövlət qulluqçularının ehtiyaclarını ödəməkdən ötrü əhalidən yığılan vergi olmuşdu.[171]
  • Tamğa — Ticarət və istehsal edilən sənətkarlıq malları satılarkən onların üzərinə qoyulan vergi olub, əsasən, pul ilə yığılırdı.[172]

Torpaq mülkiyyəti

redaktə
  • Divan — dövlətə məxsus olub, gəliri birbaşa xəzinəyə daxil olan torpaqlar idi.[173]
  • Xass — ayrı-ayrı hökmdarların və sülalərin mülkiyyətində olan torpaqlar idi.[174]
  • Mülk — yerli feodalların mülkiyyətində olan torpaqlar idi.[175]
  • Vəqf — Dini müəssisələrə aid mülkiyyəti vəqf adlanırdı. Bu torpaqlarda yaşayan rəiyyət ruhanilərdən asılı idi. Vəqfdən götürülən gəlirin bir hissəsi məscid, mədrəsə və başqa dini idarələrin tikilməsinə xərclənirdi.[176]
  • Soyurqal — Soyurqal hökmdar tərəfindən verilirdi. Sahibləri öz torpaqlarında tam müstəqil idilər və həmin torpaqlardan vergi yığılmasına icazə yox idi.[177]
  • Tiyul — Tiyul müəyyən bir yerin müvəqqəti istifadə olunmasından ötrü şahın dövlət torpaqları hesabına xüsusi şəxslərə verdiyi sahəyə deyilirdi. Tiyuldar həmin torpaqdan alınan gəlirin hamısını, yaxud böyük bir hissəsini mənimsəyirdi. O, dövlətə hər il rüsum adı altında müəyyən məbləğ də pul verməli idi.[178]

Mədəniyyət

redaktə
 
XV əsrə aid Qaraqoyunlu miniatürü. Nyu-York, Metropoliten muzeyi.

Qaraqoyunlu hökmdarları həyatlarının çox hissəsini müharibələrdə keçirsələr də elmə və sənətə önəm vermişlər. Qaraqoyunlulardan əvvəl bir müddət CəlairilərinTeymuri canişinlərin mərkəzi olan Təbrizdə çoxlu sənətkarlar, şairlər və alimlər fəaliyyət göstərirdi.

1460–1480 illəri arası çəkilmiş Qaraqoyunlu miniaturu.
Qara Yusif bütün düşmənlərinə qalib gəldikdən sonra sənətkarların, şair və alimlərin Təbrizdən ayrılmaması üçün onlara şərait yaratdı və onlar fəaliyyətlərini yenidən davam etdirdilər.[179]

 
XV əsr Qaraqoyunlulara aid qab

Qaraqoyunlu hökmdarları memarlıq sahəsinə diqqət yetiridilər, onların Vanda, Təbrizdə və başqa ərazilərdə tikdirdikləri memarlıq obyektləri indi də qalmaqdadır. Bunlardan Cahan şahın Təbrizdə inşa etdirdiyi Göy məscid, Cahan şahn həyat yoldaşı Bəyim xatunun mədrəsə və imarəti, Vandakı Ulu məscid, İsfahandakı Cümə məscidi Qaraqoyunluların dini memarlığının ən gözəl örnəkləridir.[180]

 
Göy məscid.

İrəvanda tikilmiş Pir Hüseyn türbəsi də Qaraqoyunlu memarlığının incilərindəndir. Qaraqoyunlu əmirlərinin sərdabəsi üzərində ucaldılan türbənin hündürlüyü 12 metrdir. Türbəni yuxarıdan kəmərvari əhatə edən 22 metr uzunluğunda ərəbdilli kitabədə Çuxursəəd vilayətinin Saatlu türk tayfasından olan əmirləri. Kitabədə yazılıb :"Bu günbəzli müqəddəs sərdabə böyük hökmdar Pirbudaq xanın və noyon Yusifin padşahlığında Əmir Səədin oğlu Pir Hüseynin əmri ilə hicri 816-cı il rəcəb ayının 15–də (miladi 1413-cü il, 11 oktyabr) tikilmişdir.[181]

Cahan şahın dövrü Qara Yusifdən sonra Qaraqoyunluların siyasi və mədəni cəhətdən ən güclü dövlərindən biridir. Cahan şahın 1452–53-cü illərdə Teymurilərin böyük mədəniyyət mərkəzlərindən olan İsfahan və Şirazı işğal etməsi, Qaraqoyunlu mədəniyyətinin inkişafına böyük təkan verdi.[182]

Cahan şah "Həqiqi" ləqəbi ilə Azərbaycan türkcəsiFars dilində şeirlər yazmışdır. Cahan şah dövrün tanınmış şairlərindən olan Əbdürrəhman Cami ilə məktublaşmışdır.[183] Onun dövründə tanınmış alimlər Göy məsciddə dərs verirdilər. Məşhur İslam alimi Cəlaləddin əd-Dəvvani burada dərs vermiş və Risale-yi Zəvra, Şəvakülül xurc əsərlərini əsərlərini yazmışdı.[184][185] Şeyx Şücaəddin ibn Kəmaləddin Kirmani özünün 1462-ci ildə tamamladığ Gülşən-i Raz və Hədiqətül Maarif əsiərini Cahan şaha həsr etmişdir. Şair Mövlanə Tusi Cahan şahın oğlu Şahbudağın srayında xidmət edirdi.

Cahan şahın oğlu Pibudaq da elm və sənətə böyük önəm vermişdi. O Bağdad və Şirazda canişin olarkən məşhur alimləri və sənətkarları bir yerə toplamış və himayə etmişdi.[186] Pirbudağın dəstəyi ilə Nizaminin Xəmsəsi, Hacı Kirmaninin Xəmsəsi, İsxtəxrinin Məsalik vəl-Məmalik və bunlar kimi başqa əsərlərin üzü köçürülmüşdür.[187]

Qeydlər

redaktə
  1. İmadiyə İraqın şimalında, bugünkü Türkiyə ilə sərhəddə yerləşən qəsəbədir.
  2. Cəlairilər sülaləsini nəzərdə tutur. 1336-cı ildən 1432-ci ilədək Azərbaycanda, İranda və İraqda iqtidarda olmuş monqol xanədanıdır.

İstinadlar

redaktə
  1. "Arxivlənmiş surət". 2023-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-28.
  2. Solaiman M. Fazel. ETHNOHISTORY OF THE QIZILBASH IN KABUL: MIGRATION, STATE, AND A SHI’A MINORITY (ingilis). Submitted to the faculty of the University Graduate School in partial fulfillment of the requirements for the degree Doctor of Philosophy in the Department of Anthropology Indiana University. May 2017. 48.
  3. "Journal of History School". johschool.com. 2021-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-28.
  4. "Arxivlənmiş surət". haqqinda.az. 2023-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-04.
  5. "Qara İsgəndər I hakimiyyət dövrü". 2020-09-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-10.
  6. Azərbaycan tarixi. Yeddi cilddə. III cild (XIII–XVIII əsrlər).s.123.
  7. Gerhard doerfer, Turks in Iran, p. 248
  8. "Qaraqoyunlu Həsənəli". 2018-01-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-02-10.
  9. Nəcəfli T. H. Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tarixi müasir türk tarixşünaslığında.s.12.
  10. Çay. A. Karakoyunlular.s.344.
  11. Kitâb-ı Cihan-Nümâ.s. 821
  12. Cevâhirü‘l-ahbâr. s. 63
  13. Lübbü‘t-Tevârîh. s. 210
  14. "The Cambridge History of Iran, edited by William Bayne Fisher, Peter Jackson, Lawrence Lockhart". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-10.
  15. Şükrullah, s. 137
  16. Qaraqoyunlu dövləti [ölü keçid]
  17. Besim Atalay, Divanü Lügati't-Türk, Türk Tarih Kurumu Basımevi, Cilt I, Ankara 2006, s. 57. ISBN 975-16-0405-2
  18. M. Faruk Sümer, "Kara Koyunlular", s. VIII
  19. M. Behramnejad, "Karakoyunlular, Akkoyunlular: Iran ve Anadoluda Türkmen Hanedanları", s. 14
  20. F. Sümer, Kara Koyunlular, s. 34.
  21. Enver Konukçu, Selçuklulardan Cumhuriyete Erzurum, s.85.
  22. F. Sümer, Kara Koyunlular, s. 38.
  23. Claude Cahen, "Contribution A L’Histoire Du Diyar Bakr Au Quatorzieme Siecle", s.78.
  24. F. Sümer, Kara Koyunlular, s. 39
  25. F. Sümer, Kara Koyunlular, s. 40.
  26. Nəcəfli T. H. Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tarixi müasir türk tarixşünaslığında.s.37
  27. İsmail Hakkı Uzunçarşılı, Anadolu Beylikleri, Ankara 1988 (4. bs.), s. 155–161
  28. Kemal Göde, Eratnalılar, Ankara 1994; K. Göde, "Eretnaoğulları", D. İ. A., c. XI, s. 295–296.
  29. Sümer, Kara Koyunlular, s. 43
  30. Hafız-ı Ebru, Zeyl-i Camiü’t-Tevarih-i Reşidî, nşr. Han Baba Beyanî, Tahran 1317/1938, s.203–204
  31. 1 2 F. Sümer, Kara Koyunlular, s. 44
  32. Karakoyunlular. Doğu Anadolu, Azerbaycan, İran ve Irak 'ta hüküm süren Türkmen hanedanı (135 1–1469).
  33. Şahin Fərzəlibəyli. Azəbaycan və Osmanlı İmperiyası, səh.6.
  34. Nuriyeva İradə Tofiq qızı. Azəbaycan tarixi (ən qədim zamanlardan–XXI əsrin əvvəllərinədək). səh.99.
  35. "Karakoyunlular səh. 4 / 14" (PDF). 2022-03-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-02-06.
  36. Qara Məhəmməd
  37. F. Sümer, Kara Koyunlular, s.49.
  38. F. Sümer, Kara Koyunlular, s.47–49.
  39. Tovına Metsobetsi'i's, History of Tamer(ane and His Successors, İng. tərc. R. Bedrosian), New York, 1987, s. 6 vd.
  40. Nizameddin Şamî, Zafername, çev. Necati Lugal, Ankara 1987 (2.baskı), s. 124
  41. F. Sümer, Kara Koyunlular, s. 49–50
  42. N. Şamî, Zafername, s. 125
  43. F. Sümer, Kara Koyunlular, s. 51
  44. F. Sümer, Selçuklular Devrinde Doğu Anadolu Türk Beylikleri, Ankara 1990, s. 60
  45. Nəcəfli T. H. Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tarixi müasir türk tarixşünaslığında. səh. 38.
  46. F. Sümer, Kara Koyunlular, s. 53.
  47. Nuriyeva İradə Tofiq qızı. Azəbaycan Tarixin (ən qədim zamanlardan–XXI əsrin əvvəllərinədək).s.100.
  48. Qızılbaşlar tarixi. s.15
  49. 1 2 S. Onullahi. XIII–XVII əsrlərdə Təbriz şəhəri (Sosial-iqtisadi tarixi).s.61.
  50. 1 2 Nəcəfli T. H. Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tarixi müasir türk tarixşünaslığında.s.38.
  51. Şahin Fərzəlibəyli. Azərbaycan və Osmanlı imperiyası.s.5.
  52. N. Şamî, Zafername, s. 185–186
  53. F. Sümer, Kara Koyunlular, s. 57–58
  54. Enver Konukçu, "Kara Koyunlular’ın Avnik Kalesi", Prof. Dr. İsmail Aka Armağanı, İzmir 1999, s. 38–40.
  55. F. Sümer, Kara Koyunlular, s. 59
  56. Sümer, Kara Koyunlular, s. 60
  57. Şahin Fərzəlibəyli. Azərbaycan və Osmanlı imperiyası.s.6.
  58. "Qara Yusif dövrü". 2020-09-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-08.
  59. Şahin Fərzəlibəyli. Azəbaycan və Osmanlı İmperiyası, s.7.
  60. Ebu Bekr-i Tihranî, Kitab-ı Diyarbekriyye, çev. Mürsel Öztürk, Ankara 2001, s. 47–48
  61. Hasan-ı Rumlu, Ahsenü’t-Tevarih, çev. M. Öztürk, Ankara 2006, s. 53–54.
  62. Mirza Şahruh ve Zamanı, Ankara 1994, s. 51.
  63. Hasan-ı Rumlu, Ahsenü’t-Tevarih, s. 54–58
  64. F. Sümer, Kara Koyunlular, s. 72–73
  65. 1 2 Nəcəfli T. H. Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tarixi müasir türk tarixşünaslığında.s.24.
  66. Nuriyeva İradə Tofiq qızı. Azəbaycan Tarixin (ən qədim zamanlardan–XXI əsrin əvvəllərinədək).s.100
  67. F. Sümer, Kara Koyunlular, s. 79–80.
  68. Aka, Timurlular, s. 71.
  69. İ. Aka, İran’da Türkmen Hâkimiyeti, s. 8.
  70. Azərbaycan tarixi. Yeddi cilddə. III cild (XIII–XVIII əsrlər).s.73.
  71. Şahin Fərzəliyev Azərbaycan XV–XVI əsrlərdə (Həsən bəy Rumlunun ― "Əhsənüt-təvarix" əsəri üzrə)s.62.
  72. Şahin Fərzəlibəyli. Azəbaycan və Osmanlı İmperiyası, s.11.
  73. Nəcəfli T. H. Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tarixi müasir türk tarixşünaslığında.s.25.
  74. Nuriyeva İradə Tofiq qızı. Azəbaycan Tarixin (ən qədim zamanlardan–XXI əsrin əvvəllərinədək).s.101.
  75. Nuriyeva İradə Tofiq qızı. Azəbaycan Tarixin (ən qədim zamanlardan–XXI əsrin əvvəllərinədək).s.102.
  76. Nəcəfli T. H. Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tarixi müasir türk tarixşünaslığında.s.26.
  77. Şahin Fazil Fərzəlibəyli Azərbaycan və Osmanlı İmperiyası (XV–XVI əsrlər)s.11.
  78. Hasan-ı Rumlu, Ahsenü’t-Tevarih, s. 122–128
  79. İ. Aka, İran’da Türkmen Hâkimiyeti, s. 14–15.
  80. F. Sümer, Kara Koyunlular, s. 112
  81. İ. Aka, İran’da Türkmen Hâkimiyeti, s. 15n.52, 16, 73n.353
  82. Hasan-ı Rumlu, Ahsenü’t-Tevarih, s. 134.
  83. F. Sümer, Kara Koyunlular, s. 118–119.
  84. 1 2 Qızılbaşlar tarixi.s.16.
  85. Hafız-ı Ebru, Zubdetü’t-Tevarih, c. II, s. 767
  86. Hasan-ı Rumlu, Ahsenü’t-Tevarih, s. 137
  87. Hasan Geyikoğlu, "Selçuklular’ın Fethinden Osmanlı Hakimiyetine Kadar Bayezid ve Çevresinin Tarihine Bir Bakış", Güneşin Doğduğu Yer: Doğubayazıt Sempozyumu, Editör: Oktay Belli, İstanbul 2004, s. 181.
  88. İ. Aka, Mirza Şahruh ve Zamanı, s. 122
  89. Hasan-ı Rumlu, Ahsenü’t-Tevarih, s. 138
  90. F. Sümer, Kara Koyunlular, s.120
  91. İ. Aka, İran’da Türkmen Hâkimiyeti, s. 16.
  92. İ. Aka, İran’da Türkmen Hâkimiyeti, s. 17.
  93. F. Sümer, Selçuklular Devrinde Doğu Anadolu Türk Beylikleri, s. 60
  94. Hafız-ı Ebru, Zubdetü’t-Tevarih, c. II, s. 773–777.
  95. Hasan-ı Rumlu, Ahsenü’t-Tevarih, s. 138–139.
  96. F. Sümer, Kara Koyunlular, s. 120
  97. İ. Aka, Mirza Şahruh ve Zamanı, s. 123.
  98. Hafız-ı Ebru, Zubdetü’t-Tevarih, c. II, s. 777–796
  99. Hasan-ı Rumlu, Ahsenü’t-Tevarih, s. 139–145
  100. F. Sümer, Kara Koyunlular, s. 121–123
  101. İ. Aka, İran’da Türkmen Hâkimiyeti, s.17–18
  102. Hasan-ı Rumlu, Ahsenü’t-Tevarih, s. 145–146.
  103. F. Sümer, Kara Koyunlular, s.124.
  104. Tihranî, Kitab-ı Diyarbekriyye, s. 68–69.
  105. F. Sümer, Kara Koyunlular, s. 124–125.
  106. İ. Aka, Timurlular, s. 66.
  107. F. Sümer, Kara koyunlular, s. 125.
  108. Hasan-ı Rumlu, Ahsenü’t-Tevarih, s. 146.
  109. F. Sümer, Kara Koyunlular, s. 126.
  110. F. Sümer, Doğu Anadolu Türk Beylikleri, s. 60–61.
  111. 1 2 F. Sümer, Kara Koyunlular, s. 127.
  112. Hasan-ı Rumlu, Ahsenü’t-Tevarih, s. 196
  113. Hasan-ı Rumlu, Ahsenü’t-Tevarih, s. 196–198
  114. F. Sümer, Kara Koyunlular, s. 128–129.
  115. Pamuk Aydın, "Karakoyunlu–Temürlü Mücadelesi ve Eleşgird Meydan Muharebesi", s. 145–160.
  116. F. Sümer, Kara Koyunlular, s. 131.
  117. Azərbaycan tarixi. Yeddi cilddə. III cild (XIII–XVIII əsrlər).s.74.
  118. Hasan-ı Rumlu, Ahsenü’t-Tevarih, s. 212.
  119. F. Sümer, Kara Koyunlular, s. 134.
  120. İ. Aka, Mirza Şahruh ve Zamanı, s. 152.
  121. İ. Aka, İran’da Türkmen Hâkimiyeti, s. 22.
  122. Hasan-ı Rumlu, Ahsenü’t-Tevarih, s. 223.
  123. F. Sümer, Kara Koyunlular, s. 137
  124. İ. Aka, İran’da Türkmen Hâkimiyeti, s. 25.
  125. Şahin Fərzəliyev Azərbaycan XV–XVI əsrlərdə (Həsən bəy Rumlunun ― "Əhsənüt-təvarix" əsəri üzrə) ― "Elm" nəşriyyatı Bakı — 1983. s.68.
  126. Tihranî, Kitab-ı Diyarbekriyye, s.96–97.
  127. Aləm Ara-yi Şah İsmayıl, Haz. Əsgər Müntəzir Sahib, Şirkət-i İntişarət-ı Elmi və Fərhəngi, Tehran 1386, s.22–23
  128. İsgəndər bəy Münşi Türkman. Dünyanı bəzəyən Abbasın tarixi (Tarixe-aləmaraye-Abbasi).s.67.
  129. Azərbaycan tarixi. Yeddi cilddə. III cild (XIII–XVIII əsrlər). Bakı.s.90.
  130. İsgəndər bəy Münşi Türkman. Dünyanı bəzəyən Abbasın tarixi (Tarixe-aləmaraye-Abbasi).s.68.
  131. Nəcəfli T. H. Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tarixi müasir türk tarixşünaslığında.s.27.
  132. Nəcəfli T. H. Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tarixi müasir türk tarixşünaslığında.s.40.
  133. Azərbaycan tarixi. Yeddi cilddə. III cild (XIII–XVIII əsrlər).s.76.
  134. Nəcəfli T. H. Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tarixi müasir türk tarixşünaslığında.s.28.
  135. Qızılbaşlar tarixi.s.16–17.
  136. Nuriyeva İradə Tofiq qızı. Azəbaycan Tarixin (ən qədim zamanlardan–XXI əsrin əvvəllərinədək).s.103.
  137. Qızılbaşlar tarixi.s.17.
  138. Tihranî, Kitab-ı Diyarbekriyye, s. 252–253.
  139. Hasan-ı Rumlu, Ahsenü’t-Tevarih, s. 435–442
  140. İ. Aka, İran’da Türkmen Hâkimiyeti, s. 70–71.
  141. Şahin Fərzəliyev Azərbaycan XV–XVI əsrlərdə (Həsən bəy Rumlunun ― "Əhsənüt-təvarix" əsəri üzrə).s.68.
  142. PDF versiyası, səh. 83. // Azərbaycan tarixi. Yeddi cilddə. III cild (XIII–XVIII əsrlər). Məsul redaktor: Oqtay Əfəndiyev. Bakı: "Elm" nəşriyyatı, 2007, 592 səh. + 56 səh. illüstrasiya. ISBN 978-9952-448-39-9
  143. Şahin Fərzəliyev Azərbaycan XV–XVI əsrlərdə (Həsən bəy Rumlunun ― "Əhsənüt-təvarix" əsəri üzrə).s.70.
  144. Nəcəfli T. H. Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tarixi müasir türk tarixşünaslığında.s.51.
  145. 1 2 Nuriyeva İradə Tofiq qızı. Azəbaycan Tarixin (ən qədim zamanlardan–XXI əsrin əvvəllərinədək).s.105.
  146. Şahin Fərzəlibəyli. Azərbaycan və Osmanlı imperiyası.s.18.
  147. Şahin Fərzəlibəyli. Azərbaycan və Osmanlı imperiyası.s.23.
  148. Şahin Fərzəlibəyli. Azərbaycan və Osmanlı imperiyası.s.27.
  149. Qızılbaşlar tarixi. s.7.
  150. Şahin Fərzəliyev Azərbaycan XV–XVI əsrlərdə (Həsən bəy Rumlunun ― "Əhsənüt-təvarix" əsəri üzrə).s.72.
  151. Musalı N. S. I Şah İsmayılın hakimiyyəti ("Tarix-i aləm-ara-yi Şah İsmayıl" əsəri əsasında).s.124.
  152. Musalı N. S. I Şah İsmayılın hakimiyyəti ("Tarix-i aləm-ara-yi Şah İsmayıl" əsəri əsasında).s.125.
  153. Musalı N. S. I Şah İsmayılın hakimiyyəti ("Tarix-i aləm ara-yi Şah İsmayıl" əsəri əsasında).s.126.
  154. Minorsky, V. "The Qarakoyunlu and the Qutb-Shahs, Turkmenica", BSOS, Londra (1955), s. 50
  155. Satish Chandra, Medieval India: From Sultanat to the Mughals, Part II, (Har-Anand, 2009), 331.
  156. Şahin Fərzəliyev Azərbaycan XV–XVI əsrlərdə (Həsən bəy Rumlunun ― "Əhsənüt-təvarix" əsəri üzrə).s.45–46.
  157. Şahin Fərzəliyev Azərbaycan XV–XVI əsrlərdə (Həsən bəy Rumlunun ― "Əhsənüt-təvarix" əsəri üzrə).s.46.
  158. Nəcəfli T. H. Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tarixi müasir türk tarixşünaslığında.s.32.
  159. Nəcəfli T. H. Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tarixi müasir türk tarixşünaslığında.33.
  160. Nəcəfli T. H. Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tarixi müasir türk tarixşünaslığında.34.
  161. Şahin Fərzəliyev Azərbaycan XV–XVI əsrlərdə (Həsən bəy Rumlunun ― "Əhsənüt-təvarix" əsəri üzrə).s.45.
  162. "Düz görmək". www.google.com. İstifadə tarixi: 2023-05-26.
  163. Şahin Fərzəliyev Azərbaycan XV–XVI əsrlərdə (Həsən bəy Rumlunun ― "Əhsənüt-təvarix" əsəri üzrə). s.30.
  164. Şahin Fərzəliyev Azərbaycan XV–XVI əsrlərdə (Həsən bəy Rumlunun ― "Əhsənüt-təvarix" əsəri üzrə). s.35.
  165. Nəcəfli T. H. Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tarixi müasir türk tarixşünaslığında . səh.32
  166. Nəcəfli T. H. Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tarixi müasir türk tarixşünaslığında . səh.31
  167. Şahin Fərzəliyev Azərbaycan XV–XVI əsrlərdə (Həsən bəy Rumlunun ― "Əhsənüt-təvarix" əsəri üzrə). s.55.
  168. Şahin Fərzəliyev Azərbaycan XV–XVI əsrlərdə (Həsən bəy Rumlunun ― "Əhsənüt-təvarix" əsəri üzrə). s.57.
  169. "Malcəhət". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-11.
  170. "Ələfə". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-11.
  171. Şahin Fərzəliyev Azərbaycan XV–XVI əsrlərdə (Həsən bəy Rumlunun ― "Əhsənüt-təvarix" əsəri üzrə). s.58.
  172. Nuriyeva İradə Tofiq qızı. Azəbaycan Tarixin (ən qədim zamanlardan–XXI əsrin əvvəllərinədək).s.114.
  173. "Torpaq mülkiyyəti formaları". 2016-12-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-02-11.
  174. "Xass". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-11.
  175. "Mülk". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-11.
  176. Şahin Fərzəliyev Azərbaycan XV–XVI əsrlərdə (Həsən bəy Rumlunun ― "Əhsənüt-təvarix" əsəri üzrə).s.51.
  177. Şahin Fərzəliyev Azərbaycan XV–XVI əsrlərdə (Həsən bəy Rumlunun ― "Əhsənüt-təvarix" əsəri üzrə).s.52.
  178. Şahin Fərzəliyev Azərbaycan XV–XVI əsrlərdə (Həsən bəy Rumlunun ― "Əhsənüt-təvarix" əsəri üzrə).s.54–55.
  179. Sevay Okay Atılgan,"Karakoyunlular’da Sanat Koruyuculuğu ve Şehzade Pir Budak Bahadır Han", VII. Ortaçağ ve Türk Dönemi Kazı ve Sanat Tarihi Araştırmaları Sempozyumu Bildirileri (7–9 Nisan 2003, İstanbul), MSGSÜ Fen Edebiyat Fakültesi Sanat Tarihi Bölümü, İstanbul 2007, s. 25.
  180. "Karakoyunlular". 2021-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-12.
  181. Azərbaycan tarixi. Yeddi cilddə. III cild (XIII–XVIII əsrlər).s.145–146.
  182. Mükrimin H. Yınanç, "Cihan Şah" madd., İslâm Ansiklopedisi, Milli Eğitim Basımevi, İstanbul 1977, c. 3, s. 173–189
  183. Vladimir Minorsky, "Karakoyunlu Cihan Şah ve Şiirleri", Selçuklu Araştırmaları Dergisi II 1970, Ankara 1971, s. 165–166.
  184. İsmail Hakkı Uzunçarşılı, "Anadolu Beylikleri ve Akkoyunlu, Karakoyunlu Devletleri", s.186.
  185. Vladimir Minorsky, "Karakoyunlu Cihan Şah ve Şiirleri", s. 164.
  186. S. O. Atılgan, "Şeyh Mahmud Pir Budakî’nin Çalışmaları Işığında Karakoyunlu Türkmenlerinin 15. yy. Kitap Sanatlarına Katkıları", 6. Uluslararası Türk Kültürü Kongresi Bildirileri (21–26 Kasım 2005, Ankara) c. III, Atatürk Kültür Merkezi Başkanlığı Yayınları, Ankara 2009, s. 27.
  187. O. Atılgan, "Karakoyunlu ve Akkoyunlu Minyatür Sanatı", Anadolu Selçukluları ve Beylikler Dönemi Uygarlığı (Mimarlık ve Sanat), ed. Ali Uzay Peker, Kenan Bilici, T. C. Kültür ve Turizm Bakanlığı Yayınları, Ankara 2006, s. 590.

Ədəbiyyat

redaktə
  • Azərbaycan Arxeologiyası. Altı cilddə, VI cild. Bakı,”Şərq-Qərb”, 2008, 632 səh. ISBN 978-9952-448-28-3
  • Aləm Ara-yi Şah İsmayıl, Haz. Əsgər Müntəzir Sahib, Şirkət-i İntişarət-ı Elmi və Fərhəngi, Tehran 1386.
  • Seyidağa Onullahi.XIII-XVII əsrlərdə Təbriz şəhəri (Sosial-iqtisadi tarixi).“Elm” nəşriyyatı, Bakı – 1982
  • Balayev X. Azərbaycan dilinin dövlət dili kimi təşəkkül tarixindən (XVI-XX əsrlər). Elmi red. Y.Mahmudov. Bakı, "Elm və Həyat", 2002.
  • Şahin Fazil Fərzəlibəyli Azərbaycan və Osmanlı İmperiyası (XV–XVI əsrlər) "Azəbaycan Dövlət Nəşriyyatı" Bakı - 1995
  • Şahin Fərzəliyev Azərbaycan XV-XVI əsrlərdə (Həsən bəy Rumlunun ― "Əhsənüt-təvarix" əsəri üzrə) ― "Elm" nəşriyyatı Bakı - 1983.
  • Nəcəfli T.H. Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tarixi müasir türk tarixşünaslığında. Bakı: Çaşıoğlu, 2000. - 198 s.
  • Nuriyeva İradə Tofiq qızı. Azəbaycan Tarixin (ən qədim zamanlardan–XXI əsrin əvvəllərinədək). Bakı- "Mütərcim", 2015.–336 səh. ISBN 978-9952-28-202-3
  • Qızılbaşlar tarixi. Tərcümə və şərhlər M. Ə. Məhəmmədinindir. — Bakı, «Azərbaycan» nəşriyyatı. 1993 —48 s.
  • İsgəndər bəy Münşi Türkman. Dünyanı bəzəyən Abbasın tarixi (Tarixe-aləmaraye-Abbasi). Bakı, "Şərq-Qərb Nəşriyyat evi, 2010, 1144 səh.ISBN 978-9952-34-620-6
  • Musalı N.S. I Şah İsmayılın hakimiyyəti (“Tarix-i aləm-ara-yi Şah İsmayıl” əsəri əsasında). Bakı: “Nurlan”, 2011, 481 s.
  • V. Minorsky. "Jihān-Shāh Qara-Qoyunlu and His Poetry (Turkmenica, 9)", Bulletin of the School of Oriental and African Studies, University of London, Vol. 16, No. 2 (1954)
  • Claude Cahen, “Contribution A L’Histoire Du Diyar Bakr Au Quatorzieme Siecle”, Journal Asiatique, c. CCXLIII, Paris 1955,
  • Tovına Metsobetsi'i's, History of Tamer(ane and His Successors, İng. tərc. R. Bedrosian, New York, 1987
  • Minorsky, V. "The Qarakoyunlu and the Qutb-Shahs, Turkmenica", BSOS, Londra (1955).
  • Satish Chandra, Medieval India: From Sultanat to the Mughals, Part II, (Har-Anand, 2009).
  • Faruk Sümer, Kara Koyunlular (Başlangıçtan Cihan-Şah’a kadar), c.I, Ankara 1992 (3. baskı)
  • Enver Konukçu, Selçuklulardan Cumhuriyete Erzurum, Ankara 1992
  • İsmail Hakkı Uzunçarşılı, Anadolu Beylikleri, Ankara 1988 (4. bs.)
  • O. Atılgan, “Karakoyunlu ve Akkoyunlu Minyatür Sanatı”, Anadolu Selçukluları ve Beylikler Dönemi Uygarlığı (Mimarlık ve Sanat), ed. Ali Uzay Peker, Kenan Bilici, T.C. Kültür ve Turizm Bakanlığı Yayınları, Ankara 2006.
  • S. O. Atılgan, Şeyh Mahmud Pir Budakî’nin Çalışmaları Işığında Karakoyunlu Türkmenlerinin 15. yy. Kitap Sanatlarına Katkıları, 6. Uluslararası Türk Kültürü Kongresi Bildirileri (21-26 Kasım 2005, Ankara) c. III, Atatürk Kültür Merkezi Başkanlığı Yayınları, Ankara 2009.
  • Kemal Göde, Eratnalılar, Ankara, 1994.
  • Hafız-ı Ebru, Zeyl-i Camiü’t-Tevarih-i Reşidî, nşr. Han Baba Beyanî, Tahran 1317/1938
  • Vladimir Minorsky, “Karakoyunlu Cihan Şah ve Şiirleri”, Selçuklu Araştırmaları Dergisi II 1970, Ankara 1971, s. 165-166.
  • F. Sümer, Selçuklular Devrinde Doğu Anadolu Türk Beylikleri, Ankara 1990.
  • Nizameddini Şamî, Zafername, çev. Necati Lugal, Ankara 1987 (2.baskı).
  • Enver Konukçu, “Kara Koyunlular’ın Avnik Kalesi”, Prof. Dr. İsmail Aka Armağanı, İzmir 1999
  • Ebu Bekr-i Tihranî, Kitab-ı Diyarbekriyye, çev. Mürsel Öztürk, Ankara 2001
  • Hasan-ı Rumlu, Ahsenü’t-Tevarih, çev. M. Öztürk, Ankara 2006
  • İsmail Aka Mirza Şahruh ve Zamanı, Ankara 1994
  • İsmail Aka, Timur ve Devleti, Ankara 1991
  • İsmail Aka, Timurlular, Ankara 1995
  • İ. Aka, İran’da Türkmen Hâkimiyeti (Kara Koyunlular Devri), Ankara 2001
  • Sevay Okay Atılgan ,“Karakoyunlular’da Sanat Koruyuculuğu ve Şehzade Pir Budak Bahadır Han”, VII. Ortaçağ ve Türk Dönemi Kazı ve Sanat Tarihi Araştırmaları Sempozyumu Bildirileri (7-9 Nisan 2003, İstanbul), MSGSÜ Fen Edebiyat Fakültesi Sanat Tarihi Bölümü, İstanbul 2007.
  • Hasan Geyikoğlu, “Selçuklular’ın Fethinden Osmanlı Hakimiyetine Kadar Bayezid ve Çevresinin Tarihine Bir Bakış”, Güneşin Doğduğu Yer: Doğubayazıt Sempozyumu, Editör: Oktay Belli, İstanbul 2004,
  • Bilgehan Pamuk-Ahmet Aydın, ”Karakoyunlu–Temürlü Mücadelesi ve Eleşgird Meydan Muharebesi”, Güneşin Doğduğu Yer: Doğubayazıt Sempozyumu.
  • Mükrimin H. Yınanç, “Cihan Şah” madd., İslâm Ansiklopedisi, Milli Eğitim Basımevi, İstanbul 1977.
  • Çay, A. (1992). Karakoyunlular. Türk Dünyası El Kitabı. Ankara: Türk Kültürü Araştırma Enstitüsü Yayınları.
  • Kazvînî, Y. A. (1314). Lübbü‘t-Tevârîh. (S. C. Tehrani, Haz.). Tahran: Miras-ı Mektup. Koca, S. (2008).
  • Neşrî, M. (1987). Kitâb-ı Cihan-Nümâ. (F.R. Unat, M.A. Köymen, Nşr.). Ankara: TTK Yayınları.
  • Şükrullah, (1939). Dokuz Boy Türkler ve Osmanlı Sultanları Tarihi, İstanbul: Arkadaş Basımevi.

Xarici keçidlər

redaktə

Həmçinin bax

redaktə