Qarabağ FK
Bu məqalə Ağdam şəhərini təmsil edən Qarabağ FK haqqındadır. Digər mənalar üçün Qarabağ FK (dəqiqləşdirmə) səhifəsinə baxın. |
Qarabağ FK — Azərbaycanın Ağdam şəhərini təmsil edən peşəkar futbol klubu.
Qarabağ FK | ||||
---|---|---|---|---|
Klubun tam adı | Qarabağ Futbol Klubu | |||
Ölkə | Azərbaycan | |||
Ləqəb(lər) |
Atlılar Köhlən Atlar |
|||
Rəng(lər) | Göy–Ağ | |||
Yaranma tarixi |
1951[1] 1987 ) , "Qarabağ" adı ilə[1] ) , "Məhsul" adı ilə |
|||
Stadionu |
Azərsun Arena Tofiq Bəhramov adına Respublika Stadionu "İmarət" stadionu |
|||
Tutumu | 5.850, 31.200 | |||
Prezidenti | Tahir Gözəl[2] | |||
Baş məşqçisi | Qurban Qurbanov | |||
Liqa | Azərbaycan Premyer Liqası | |||
2023–24 | 1 | |||
| ||||
Rəsmi saytı | ||||
Vikianbarda əlaqəli mediafayllar |
"Qarabağ" klubu bütün Azərbaycan çempionatlarında iştirak edən iki komandadan biridir (ikinci "Neftçi" klubudur). 1951-ci il tarixində, Ağdam şəhərində "Məhsul" idman cəmiyyətinin futbol komandası yaradılmaqla klubun əsası qoyulub.[3][4]
Klub daimi olaraq "Qarabağ" adlanana, yəni 1987-ci ilə kimi "Məhsul", "Şəfəq" və "Kooperator" olmaqla üç fərqli ad ilə çıxış etmişdir.[5] 1993-cü ilin 23 iyul tarixində Ermənistan Silahlı Qüvvələrinin Ağdam şəhərini işğal etdikdən sonra Qarabağ ev oyunlarını Ağdam şəhərindən uzaqda yerləşən stadionlarda keçirir.
"Qarabağ" 1992-ci ildən Azərbaycan Premyer Liqasında mübarizə aparır. "Qarabağ" tarixində 11 dəfə Azərbaycan Premyer Liqasının Çempionu olmuşdur. "Qarabağ" eyni ildə həm ölkə çempionu olan, həm də ki ölkə kubokunu qazanaraq qızıl dubl edən ilk Azərbaycan klubudur.
"Qarabağ" avrokuboklarda mərhələ keçən ilk[6], Çempionlar liqasının qrup mərhələsinə vəsiqə qazanan ilk və yeganə, avrokuboklarda qrup mərhələsini keçərək play-offa yüksələn ilk və yeganə Azərbaycan klubudur.
Adları
redaktə- "Məhsul": 1951–1977
- "Şəfəq": 1977–1982
- "Kooperator": 1982–1987
- "Qarabağ": 1987–2001
- "Qarabağ-Azərsun": 2001–2004
- "Qarabağ": 2004-cü ildən indiyə kimi
Qeyd edək ki, komandanın yaranma tarixi 1951-ci ildən başlasa da, "Qarabağ" adı ilə 1987-ci ildə yaranmışdır.
Tarixi
redaktə1950-ci illər
redaktəKlubun yaranma tarixi 1950-ci illərin əvvəllərinə təsadüf edir. Belə ki, 1951-ci ildə Ağdam şəhər stadionunun tikintisi başa çatdıqdan sonra klubun da peşəkar bir idman təşkilatı kimi formalaşdırılması sahəsində ciddi işlər görüldü.
1960-cı illər
redaktəYarandığı gündən sonra bir müddət "Məhsul" adı ilə çıxış edən "Qarabağ" ilk dəfə 1966-cı ildə Azərbaycan SSR çempionatında iştirak etmişdir. Həmin il çempionatı 4-cü yerdə başa vuran "Qarabağ" 4 il ardıcıl olaraq ölkə birinciliyində mübarizə apardı. Bu illər ərzində ən yaxşı nəticəni 1968-ci ildə 2-ci yeri tutmaqla qazandı. Lakin 1968-ci ildən sonra baxımsızlıq üzündən Ağdam uzun müddət ölkə çempionatlarında təmsil olunmadı.
1970–1980-ci illər
redaktə1977-ci ildə "Qarabağ" yenidən "Şəfəq" adı ilə bərpa edildi. Elə həmin il "Şəfəq" Azərbaycan SSR çempionatının 2-ci dəstəsində yarışdı. "Şəfəq" 1982-ci ilə qədər Ağdam futbolunun yeganə təmsilçisi oldu. 1982-ci ildən 1987-ci ilə qədər isə klub "Kooperator" adı ilə yarışlara qatıldı. "Qarabağ" ilk dəfə Azərbaycan SSR çempionu adına 1988-ci ildə – Azərbaycan keçmiş SSRİ-nin tərkibində olarkən layiq görüldü. Həmin çempionluqdan sonra "Qarabağ" SSRİ çempionatının 2-ci dəstəsinə vəsiqə qazandı. 1989-cu ildə "Qarabağ" SSRİ çempionatının 9-cu zonasında yarışdı[7]. 1990-cı ildə SSRİ çempionatının 2-ci dəstəsinin zona yarışlarında dəyişiklik edildiyindən "Qarabağ" Azərbaycan SSR çempionatının zona yarışlarında iştirak etmək məcburiyyətində qaldı.
1990-cı illər
redaktə1990-cı illərin əvvəlləri
redaktə1991-ci ildə SSRİ dağılandan sonra Azərbaycan Respublikasının müstəqil futbol çempionatı təşkil olundu. "Qarabağ" Azərbaycan çempionatının bütün mövsümlərində iştirak edən 2 komandadan biridir(Neftçi PFK ilə yanaşı). Təbii ki, müstəqillik illərində "Qarabağ"ın ağır günləri də az olmayıb. Azərbaycan tarixinin ən qara günlərdən biri olan Ağdam şəhərinin işğalı günü (23 iyul 1993-cü il) "Qarabağ" komandasının tarixində də ən qara gündür – həmin tarixdən etibarən komanda "qaçqın klub" kimi fəaliyyət göstərir.
Qeyd edək ki, 1992–1993-cü illərdə rəqiblərini Ağdamda qəbul edən "Qarabağ" burada 28 oyun keçirib. "Qarabağ" Ağdamda keçirdiyi son 22 matçda qalib gəlib. Əyalət təmsilçisinin evdə son məğlubiyyətindən isə daha uzun 27 oyunluq seriya keçir. Maraqlıdır ki, "Qarabağ"ın Ağdamda uduzduğu yeganə oyun onların müstəqilik tarixindəki ilk qarşılaşması olub. Və məğlubiyyətlə başlayan tarix qələbə seriyası ilə davam edib[8]
"İmarət"də…
redaktə- … son oyun — "Qarabağ" – Turan Tovuz 1:0 (Azərbaycan kubokunun yarımfinalı, 12. may 1993)
- … son qol — Yaşar Hüseynov ("Qarabağ" – Turan Tovuz 1:0, Azərbaycan kubokunun yarımfinalı, 12. may 1993)
- … son fiti çalan hakim — Rüstəm Rəhimov ("Qarabağ" – Turan Tovuz 1:0, Azərbaycan kubokunun yarımfinalı, 12. may 1993)
- … son sarı vərəqə — Vəli Hüseynov (Qarabağ – Turan Tovuz 1:0, Azərbaycan kubokunun yarımfinalı, 12. may 1993)
- … son çempionat oyunu — "Qarabağ" – Xəzər Sumqayıt 1:0 (9. may 1993)
- … son qırmızı vərəqə — Aqil Məmmədov (Qarabağ – Xəzər Sumqayıt 1:0, 9. may 1993)
- … son penalti — Mehman Alışanov (Qarabağ – Xəzər Sumqayıt 1:0, 9. may 1993)
- … qonaqların son qolu — Samir Ələkbərov (Qarabağ – Neftçi Bakı 2:1, Azərbaycan kubokunun ¼ finalı, 28. aprel 1993)
- … son heç-heçə — Qarabağ – Kəpəz 0:0 (24. iyun 1992)
- … son məğlubiyyət — Qarabağ – İnşaatçı Sabirabad 1:2[8]
1990-cı illərin sonları
redaktəXX əsrin son illərində klub maddi sıxıntılardan ciddi əziyyət çəkirdi. Məhz bu səbəbdən 1998–2001-ci illərdə ölkə çempionatının güclülər dəstəsində zəif nəticə göstərdi. Üstəlik maddi vəziyyət klubun aparıcı futbolçularının da "Qarabağ"ı tərk etməsinə gətirib çıxartdı.
Bütün bunlara baxmayaraq belə bir çətin dövrdə "Qarabağ" Avrokuboklarda mübarizə aparmışdır. Azərbaycan klublarından ilk dəfə mərhələ adlayan "Qarabağ"ın uğuru da məhz bu dövrə təsadüf edir. İsrailin Makkabi Hayfa klubu ilə baş tutmuş oyunların nəticəsində klub qələbə qazanaraq mərhələ adlamışdır. Azərbaycan futbolunun tarixində ilk dəfə olaraq Azərbaycana "böyük beşlik" təmsilçisi gəlmişdir. Bu Fransanın Monpelye klubu idi.
2000-ci illər
redaktə"Qarabağ-Azərsun"
redaktəXXI əsrin əvvəlində klub maddi problemlərlə üz-üzə qaldı. Bu problemlər 2001-ci ildə Azərbaycanda fəaliyyət göstərən ən böyük holdinqlərdən biri olan "Azərsun" şirkətinin komandanı sponsorluğa götürməsindən sonra həll olundu. "Azərsun" Holdinq şirkəti "Qarabağ"ın inkişafı üçün əməli işə girişdi. Şirkətin prezidenti Abdulbari Gözəlın bilavasitə şəxsi köməkliyi ilə komandanın maddi problemləri həll olundu. İmkansızlıq ucbatından digər klublara keçmiş eks-qarabağlılar heyətə qaytarıldı və həmin dövrdən klub "Qarabağ-Azərsun" adı ilə çıxış etməyə başladı.
Maddi vəziyyətin düzəlməsi klubun nəticələrinə də təsir göstərdi. 2001-ci ildə "Qarabağ-Azərsun" ölkə çempionatında 9-cu yeri tutsa da qarşıdakı mövsümə hazırlıq işləri ciddi gedirdi və iddiası böyük olan klubun qarşısına ən yüksək yerləri tutmaq vəzifəsi qoyulmuşdu. Lakin həmin dövrdə Azərbaycan futbolunda baş verən böhran səbəbindən ölkədə 2002–2003-cü ildəki çempionat yarımçıq dayandırıldığı üçün qarşıya qoyulan məqsədə nail olmaq mümkün olmadı.
Azərbaycan futbolundakı böhran başa çatdıqdan sonra, 2003-cü ildə "Qarabağ-Azərsun"un rəhbər strukturunda bir sıra dəyişikliklər aparıldı və Tahir Gözəl komandanın vitse-prezidenti təyin edildi. Tahir Gözəlin kluba gəlişindən sonra "Qarabağ"ın tarixində sanki yeni səhifə açıldı. Komandanın ölkə çempionatında uğur qazanması üçün bütün imkanlar səfərbər edildi. Və məhz bu səylərin nəticəsi idi ki, 2003–2004-cü il mövsümündə "Qarabağ" uzun fasilədən sonra yenidən Azərbaycan çempionatının mükafatçıları sırasında yer aldı və birincilikdə ilk dəfə bürünc medalları qazandı.
2022-ci ilin payızında klub ölkə çempionatında 10, bu mövsüm beş, keçmiş mövsümdə isə beş dəfə ardıcıl qalib gələn ilk Azərbaycan komandası kimi rekord vurdu.[9]
Tarixi adın bərpası və yeni loqotip
redaktə"Qarabağ"ın rəhbərliyi 2004–2005-ci il mövsümündə İsveçdə yaşayan təcrübəli məşqçi İqor Ponomaryovu baş məşqçi postuna təyin etdi. Bundan sonra qısa zamanda Azərbaycanın müxtəlif yaş qruplarına aid yığma komandalarının üzvü olan bir sıra futbolçular heyətə cəlb olundu. Tahir Gözəlin təşəbbüsü ilə 2004-cü ildə "Qarabağ"ın tarixi adı özünə qaytarıldı və komanda yenidən bu adla adlandırılmağa başlandı. Bundan başqa Tahir bəy klub üçün yeni loqotip də hazırlatdırdı. İngiltərədə dizaynerlər tərəfindən hazırlanan bu loqotipdə "Qarabağ"ın simvolu olan Qarabağ atları təsvir olunub. Loqotipi bundan başqa futbola aid müxtəlif atributlar bəzəyir[10].
Qurban Qurbanov dövrü
redaktəAzərbaycan Kubokunda qələbə
redaktə2008-ci ildə Rasim Karadan sonra Qarabağın sükanı arxasına Qurban Qurbanov gətirildi. 2008/2009 sezonunda Azərbaycan Premyer Liqasında Qurban Qurbanovun komandası 5-ci yer ilə kifayətləndi. Azərbaycan Kubokunda isə Qarabağ finala qədər bütün rəqiblərini məğlub elədi. Finalda 23 mayda Bakıda Tofiq Bəhramov adına Respublika Stadionunda Qarabağ paytaxt təmsilçisi İnter ilə qarşılaşdı. Görüşün 57-ci dəqiqəsində Vaqif Cavadovun vurduğu yeganə qol Qarabağa Azərbaycan Kubokunda 3-cü zəfəri gətirdi. Bununla da Qurban Qurbanovun komandası gələn mövsüm Azərbaycanı UEFA Avropa Liqasında təmsil etmə hüququ qazandılar.
Avropada ilk qələbələr
redaktə2009/2010 mövsümündə Qarabağ Qurban Qurbanovun rəhbərliyində uzun fasilədən sonra UEFA Avropa Liqasında mübarizə aparacaqdı. Lakin UEFA Avropa Liqasında Qarabağdan uğur gözləyənlər çox deyildi. Buna əsas səbəb isə heyətdə gənc və təcrübəsiz Azərbaycanlı futbolçuların olması idi. Heyətdə Elvin Məmmədov, Əfran İsmayılov, Maksim Medvedev, Rauf Əliyev və Vaqif Cavadov kimi gənc və təcrübəsiz futbolçular olsa da, Qurban Qurbanov onları UEFA Avropa Liqasında Qarabağın əsas futbolçuları kimi istifadə edirdi.
2009-cu ildə Qarabağ mövsümə UEFA Avropa Liqasının II təsnifat mərhələsində Rusenborq ilə səfər oyunu ilə başladı. 16 iyulda Qurban Qurbanovun komandası Norveç klubu ilə səfərdə 0–0 hesablı bərabərə qaldı. 1 həftədən sonra isə Qarabağ Bakıda Tofiq Bəhramov adına Respublika Stadionunda Rusenborq ilə cavab oyununa çıxdı. Görüşdə yeganə qolu oyunun 45-ci dəqiqəsində möhtəşəm cərimə zərbəsindən Rəşad Sadıqov vurdu. Güclü Norveç klubunu məğlub edən Qarabağ UEFA Avropa Liqasında III təsnifat mərhələsinə vəsiqə qazandı. Bu mərhələdə isə Qurban Qurbanovun komandasını Finlandiya təmsilçisi Honka ilə oyun gözləyirdi. İki oyunun nəticəsində görə Honkanı 3–1 məğlub edən Qurban Qurbanovun yetirmələri pley-off mərhələsinə vəziqə qazanır və bu mərhədə Hollandiyanın Tvente kollektivi ilə üz-üzə gələrək məğlub olurlar, Növbəti mövsümlərdə Qarabağ klubunun Avrokubok nəticələri yüksələn xətt üzrə artmağa başlamışdır.
2017/2018 mövsümündə Qarabağ daha fəal çıxış etməyə başladı. ÇL-in I təsnifat mərhələsində Samtredia üzərində qələbə qazandı (birinci oyun 5–0, ikinci oyun 1–0). II təsnifat mərhələsində Şeriflə birinci oyun qolsuz bərabərliklə bitsə də, ikinci oyunda 2–1 hesablı qələbə qazanaraq tarix yazdı. Pley-off mərhələsi çərçivəsində Kopenhagen komandası ilə birinci oyunda 1–0 hesablı qələbə qazandı. İkinci oyunda 2–1 hesabı ilə məğlub olsa da, səfərdə vurduğu qola görə ÇL-in qrub mərhələsinə vəsiqə qazandı. Bununla da Çempionlar liqasının qrup mərhələsinə vəsiqə qazanan ilk Azərbaycan klubu Qarabağ oldu. Qrup mərhələsində Çelsi, Atletiko Madrid və Roma kimi Avropa nəhəngləri ilə qarşılaşdı. Atletiko ilə hər iki oyunda bərabərliyə imza atan Qarabağ Çempionlar liqasının qrup mərhələsində xal qazanmış ilk Azərbaycan klubu kimi tarixə düşdü.
Klubun rəngləri və loqosu
redaktəLəqəbləri
redaktəKomandanın konkret bir ləqəbi olmasa da, müəyyən dövrlərdə müəyyən ləqəbləri qazanmışdır. "Qarabağ"ın ləqəbləri içərisində ən qədimi "Atlılar" ləqəbidir. Ləqəb Qarabağ atları ilə əlaqəlidir. İngiltərədə xüsusi dizaynerlər tərəfindən hazırlanan loqotipdə də "Qarabağ"ın simvolu olan atlar təsvir olunub.[11]
1993-cü ildə Ağdam şəhəri ermənilər tərəfindən işğal olunduqdan sonra doğma İmarət stadionundan didərgin düşən komanda məcburi olaraq "Qaçqın klub" adını almışdır.[12]
Qurban Qurbanovun gəlişindən sonra Qarabağın cəlbedici oyunu kluba "Qafqazın "Barselonası" adını qazandırmışdır.[13]
Forma sponsorları və istehsalçıları
redaktə"Qarabağ"ın ənənəvi forması tünd göy və ağdır. Amma klub nədənsə ev forması kimi qara rəngdən istifadə edir. 2015-ci ildə klub yeni dizaynda tünd göy-qara rəngli formalardan istifadə etdi. 2016 və 2017-ci illərdə sezonun əsasən ilk yarısında Qarabağ bu rəngli formalardan istifadə edib. Forma əsasən Azərbaycan Premyer Liqası və Azərbaycan kuboku matçlarında istifadə olunur. Yalnız bir oyunda, Monako ilə səfərdə 0–1 başa çatan oyunda Qarabağ bu dizaynda formadan Avroliqada istifadə edib. Klubun forması Adidas tərəfindən istehsal olunurdu, 2022-ci ilin iyun ayından etibarən Azerbaycanın ilk idman brendi olan IL’Azero tərəfindən istehsal olundu. Ancaq klubun formalarını 2023/2024 mövsümündən etibarən Adidas hazırlamağa başladı və 2001-ci ildən Azərsun Holdinq tərəfindən sponsorluq edilir.
Uğurları
redaktəÖlkədaxili turnirlər
redaktə- Qızıl (11) — 1993, 2013/2014, 2014/2015, 2015/2016, 2016/2017, 2017/2018, 2018/2019, 2019/2020, 2021/2022, 2022/2023, 2023/2024
- Gümüş medal (4) — 1993/1994, 1996/1997, 2012/2013, 2020/2021
- Bürünc medal (4) — 2001/2002, 2003/2004, 2009/2010, 2010/2011
- Azərbaycan Kuboku
- Qalib (8) — 1993, 2005/2006, 2008/2009, 2014/2015, 2015/2016, 2016/2017, 2021/2022, 2023/2024
- Finalçı (3) — 1995/1996, 1997/1998, 1999/2000
- Azərbaycan SSR Milli Futbol Çempionatı
- Çempion (2) — 1988, 1990
- Azərbaycan SSR Milli Futbol Kuboku
- Çempion (1) — 1990
Beynəlxalq arenada ən yaxşı nəticələri
redaktə- UEFA Çempionlar Liqası
- Qrup mərhələsi (1) — 2017/18
- UEFA Avropa Liqası
- 1/8 final mərhələsi (1) — 2023/24
- UEFA Konfrans Liqası
- Pley-off mərhələsi (2) — 2021/22,
- 2022/23
- Birlik Kuboku
- 5-ci yer (1) — 1994
UEFA turnirlərindəki oyunları
redaktəYarışlara görə
redaktə- O = oyun, Q = qələbə, H = heç-heçə, M = məğlubiyyət, VQ = vurduğu qollar, BQ = buraxdığı qollar, QN = qolların nisbəti
28 noyabr 2024-cü il tarixinə olan məlumat:
Sıra | Turnir | O | Q | H | M | Qollar | QN |
---|---|---|---|---|---|---|---|
1 | UEFA Çempionlar Liqası | 57 | 24 | 18 | 15 | 82–54 | +28 |
2 | UEFA Kuboku / UEFA Avropa Liqası | 106 | 37 | 23 | 46 | 122–151 | -29 |
3 | UEFA Konfrans Liqası | 16 | 8 | 4 | 4 | 19–17 | +2 |
4 | UEFA Kuboklar Kuboku | 4 | 0 | 1 | 3 | 1–12 | -11 |
5 | UEFA İntertoto Kuboku | 4 | 1 | 0 | 3 | 2–11 | -9 |
- | Cəmi | 187 | 70 | 46 | 71 | 226–245 | -19 |
"Qarabağ" avrokuboklarda Azərbaycanın bir sıra "siftə"lərinə imza atıb. Belə ki, avrokuboklarda səfərdə ilk xal məhz bu komanda sayəsində qazanılıb. Ağdam klubu qitə miqyasında debüt mövsümündə Bəxtiyar Musayevin vurduğu qol sayəsində buna nail olmuşdu. Həmin qol Azərbaycan klublarının UEFA Kuboklar Kubokunda vurduğu ilk və son qol idi[14].
Azərbaycan klublarından avrokuboklarda ilk dəfə mərhələni İsrailin Makkabi Hayfa klubunu yenən "Qarabağ" keçib. "Qarabağ"ın məşqçisi Müşfiq Hüseynov 1999-cu ildə hücumçu kimi UEFA İntertoto Kubokunda Hayfa təmsilçisi ilə görüşdə etdiyi dublla qələbənin memarı olub – 2:1. Bu, eyni zamanda Azərbaycan klublarının Avropa miqyasında ilk səfər qələbəsi kimi tarixə düşüb[14].
Nəhayət, UEFA Kubokunun xələfi, UEFA Avropa Liqası adlanan turnirdə iki mərhələni ilk keçən də "Qarabağ"dır. 2009-cu ildə Skandinaviya təmsilçilərini yenən ağdamlıların xüsusilə Rusenborq kimi güclü klubu turnirdən kənarlaşdırması Avropada da böyük əks-səda doğurdu[14].
2010-cu ildə isə UEFA Avropa Liqasında ardıcıl üç mərhələ keçərək daha bir tarix yazdı. Bu da Azərbaycan futbolu tarixində ilk dəfə idi. Həmin turnirin III təsnifat mərhələsində Visla Krakov klubunun mübarizədən kənarlaşdırılması isə Azərbaycan futbolundakı "Polşa sindromu"na son qoydu[15].
2011-ci ilin 30 iyununda UEFA Avropa Liqasında ilk dəfə Azərbaycan komandası səfərdə 3 və ya daha çox top fərqi ilə qalib gəldi ki, bu qələbə də Banqa Qarqjday klubunu səfərdə 4:0 hesabı ilə məğlub edən "Qarabağ"ın aktivindədir. Bu qələbə eyni zamanda Azərbaycanın avrokuboklarda o dövr üçün ən böyük hesablı qələbəsi idi[16].
Həmçinin Qarabağ 11 il ard-arda Avroliqanın qrup mərhələsinə adını yazdıran ilk Azərbaycan klubudur. Avroliqanın qrup mərhələsində ilk qəbələ qananan, həmçinin ilk səfər qəbələsi qazanan ilk Azərbaycan klubu Qarabağ olmuşdur. Dnepropetrovk-un "Dnipro", Belçikanın "Anderlext", Yunanıstanın "PAOK" kimi komandalarını məğlub etməklə Avropada diqqət çəkməyə nail olmuşdur. Bundan başqa, Ağdam təmsilçisi Çempionlar Liqasının pley-off mərhələsinə (2017–2018-ci il) yüksələn, eyni zamanda qrup mərhələsinə vəziqə qazanan ilk Azərbaycan klubu olmuşdur.
Birlik Kubokundakı iştirakı
redaktəAğdamlılar 1994 və 2004-cü illərdə 2 dəfə Birlik Kubokunda iştirak etmişdir.
Birlik Kubokundakı bütün oyunları
redaktə№ | Tarix | Mərhələ | Adı | Rəqib | Hesab |
---|---|---|---|---|---|
2-ci Birlik Kuboku – Moskva 1994 | |||||
1 | 29. yanvar 1994 | Qrup | Qarabağ | Sitora | 4:0 |
2 | 30. yanvar 1994 | Qrup | Qarabağ | Romar | 2:1 |
3 | 31. yanvar 1994 | Qrup | Qarabağ | Dinamo Tbilisi | 0:3 |
12-ci Birlik Kuboku – Moskva 2004 | |||||
4 | 17. yanvar 2004 | Qrup | Qarabağ-Azərsun | U-18 | 0:1 |
5 | 18. yanvar 2004 | Qrup | Qarabağ-Azərsun | Şerif Tiraspol | 0:0 |
6 | 20. yanvar 2004 | Qrup | Qarabağ-Azərsun | Kaunas | 0:3 |
Birlik Kubokundakı nəticəsi
redaktəİl | Yer | Adı | O | Q | H | M | T/F | B | Xal |
---|---|---|---|---|---|---|---|---|---|
1994 | 5 | Qarabağ | 3 | 2 | 0 | 1 | 6:4 | +2 | 6 |
2004 | 13 | Qarabağ-Azərsun | 3 | 0 | 1 | 2 | 0:4 | -4 | 1 |
2 turnir | V yer | Cəmi | 6 | 2 | 1 | 3 | 6:8 | −2 | 7 |
Qarabağ — Neftçi rəqabəti
redaktəAzərbaycan futbolunda digər vacib oyunlardan biri də "Neftçi — Qarabağ" rəqabətidir. Bu matçları prinspial edən səbəblərdən ən başlıcası hər iki komandanın 1992-ci ildən indiyədək təşkil olunan bütün çempionatlarda iştirak etməsidir. "Neftçi — Qarabağ" rəqabəti ilk dəfə 26 sentyabr 1992-ci ildə Tofiq Bəhramov adına Respublika Stadionunda başladı. Bu oyundan tərəflər 1–1 hesablı bərabərliklə ayrıldı. Bu oyunlarda ilk qələbəni 20 oktyabr 1992-ci ildə Ağdamın "İmarət" stadionunda keçirilən oyunda "Qarabağ" komandası 2–1 hesablı qələbəylə əldə etdi. Bu tərəflərin çempionatda "İmarət" stadionunda baş tutdan yeganə oyunu oldu. "Neftçi" komandası isə əzəli rəqibi üzərində ilk qələbəsini 1994/1995 mövsümündə evdə 3:2-lik qələbəylə əldə etdi. Azərbaycan futbolunda böyük marağa səbəb olan bu rəqabət "Azərbaycan derbisi" olaraq tanınır. Bu derbilərdə ən böyük hesablı qalibiyyət "Qarabağ" komandasına məxsusdur. Beləki, 8 noyabr 2020-ci ildə "Bakcell Arena''da baş tutan oyunda "Qarabağ" rəqibini 0:6 hesabıyla məğlub etmişdir. Neftçinin ən böyükhesablı qələbəsi isə 4 noyabr 2000-ci ildə qeydə alınıb — 0:4.[17]
Şəxsi oyunların statistikası
redaktə04.10.2024 ilə olan məlumat.
Azərbaycan Premyer Liqası | |||||||
---|---|---|---|---|---|---|---|
Klub | O | Q | Н | M | QV | QB | ± |
"Qarabağ" | 96 | 42 | 31 | 23 | 133 | 84 | +49 |
"Neftçi" | 96 | 23 | 31 | 42 | 84 | 133 | −49 |
Azərbaycan Kuboku | |||||||
O | Q | Н | M | QV | QB | ± | |
"Qarabağ" | 23 | 12 | 5 | 6 | 23 | 22 | +1 |
"Neftçi" | 23 | 6 | 5 | 12 | 22 | 23 | −1 |
Bütün turnirlərdə | |||||||
O | Q | Н | M | QV | QB | ± | |
"Qarabağ" | 119 | 54 | 36 | 29 | 156 | 106 | +50 |
"Neftçi" | 119 | 29 | 36 | 54 | 106 | 156 | −50 |
İFFHS reytinqində
redaktə2009/2010 mövsümündə "Qarabağ"ın Avropa Liqasındakı uğurlu çıxışı komandanın reytinqinin yüksəlməsinə səbəb olub. Azərbaycanın müstəqillik tarixində ilk dəfə reytinq gətirən yarışda 2 mərhələ keçən komanda 11 xal toplamaqla Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) reytin cədvəlində dünyanın 350 ən güclü klubunun sırasına düşüb. "Qarabağ" İFFHS-in siyahısında 418-ci pillədən 279-cu yerə yüksəlib.[18][19][20][21] Növbəti ayda daha 20 pillə irəliləyən "Qarabağ" aktivindəki 76,5 xal ilə "CAPS United Harara" (Zimbabve") və "Falkirk" (Şotlandiya) komandaları ilə birgə 259-cu pilləyə şərik çıxmışdır[22]. Dünya klublarının reytinq cədvəlində yüksəlişi davam etdirən Ağdamlılar 2009-cu ilin dekabr ayının əvvəlinə olan reytinqdə 249-cu pillədə qərarlaşmışdır[23].
2010/2011 mövsümündə də "Qarabağ"ın uğurlu çıxışı davam etmişdir. Belə ki, 30 iyul 2010-cu ildə açıqlanmış son siyahıda isə "Qarabağ" 88,5 xal ilə 189-cu pillədə qərarlaşmışdır[24].
2010-cu il noyabrın 26-da açıqlanan klublarının XXI əsr üçün reytinqində isə ilk onilliyi 357 xal ilə Azərbaycan klubları arasında 2-ci, dünyada isə 339-cu pillədə başa vurmuşdur[25].
2013-cü ilin ən güclü 200 klubu arasında "Qarabağ" 111-ci olub.[26]
2014-cü ilin aprel ayında açıqlanan yeni reytinq siyahısında isə "Qarabağ" 112-ci sırada qərarlaşıb.[27]
2015-ci il nəticələrinə görə klub 142 xalla 77-ci yerdədir və pilləni İspaniya "Valensiya"sı ilə bölüşür.[28]
UEFA reytinqində
redaktəQarabağ FK | 2010 | 2011 | 2012 | 2013 | 2014 | 2015 | 2016 | 2017 | 2022 | 2023 |
---|---|---|---|---|---|---|---|---|---|---|
Yer | 237 | 216 | 212 | 226 | 210 | 151 | 134 | 106 | 62 | 60 |
Qarabağ FK tarixində ilk dəfə Avropada 2021-ci ilin Ən Güclü 50 klubu siyahısında yer alıb.
UEFA klub reytinqində
redaktə- Sonuncu dəfə 24 fevral 2024 tarixində yeniləndi
Sıra | Klub | Koefisent |
---|---|---|
54 | Makkabi | 33.500 |
55 | Betis | 33.000 |
56 | Fənərbaxça | 32.000 |
57 | Qarabağ | 32.000 |
58 | Seltik | 32.000 |
59 | Qalatasaray | 31.500 |
60 | Fiorentina | 31.000 |
Fanatları
redaktəQarabağ FK-nun ilk azarkeş qrupu olan "Qarabağ Ordu"nun əsası 14 aprel 2004-cü ildən qoyulub. 2004-cü ildən bu yana fəaliyyət göstərir. Komandanın bir digər azarkeş qrupu olan İmarət 2009-cu ilin noyabr yaranıb. Adını Qarabağın Ağdamdakı stadionun adından götürən azarkeş qrupunun məqsədi yalnız Qarabağı dəstəkləmək deyil, həm də Qarabağ həqiqətlərini dünyaya çatdırmaqdır. İmarət azad azarkeş qrupunun İmarət Avropa və İmarət Türkiyə kimi bölmələri var. Əsas idaredici orqan İdarə Heyətidir.
PES üzvü
redaktəGöstərdiyi nəticələrlə diqqət cəlb edən "Qarabağ" 2014-cü ildə dünyanın ən məşhur oyunlarından sayılan "Pro Evolution Soccer"in (PES) üzvünə çevrilib. Oyunun məxsus olduğu "Konami"nin mühəndisləri 2014-cü il üçün nəzərdə tutulan "PES 2015"ə və 2015-ci il üçün nəzərdə tutulan "PES 2016"a "Qarabağ"ın da adını daxil ediblər.
Heyəti
redaktə- Sonuncu dəfə 26 sentyabr 2024 tarixində yeniləndi:[29]
|
|
İcarəyə gedənlər
redaktə
|
İndividual rekordlar
redaktəƏn çox oyun keçirən futbolçular
redaktə02.06.2024 tarixinə
sıra | Ölkə | Oyunçu | Mövsümlər | Çempionat | Kubok | Avropa kubokları | Cəmi |
---|---|---|---|---|---|---|---|
1 | Azərbaycan | Maksim Medvedev | 2006–2024 | 376 (12) | 50 (2) | 126 (3) | 552 (17) |
2 | Azərbaycan | Qara Qarayev | 2008–2023 | 308 (5) | 41 (0) | 120 (0) | 469 (5) |
3 | Braziliya | Riçard Almeyda | 2012–2018 2018–2019 2021-… |
249 (49) | 30 (5) | 91 (8) | 370 (62) |
4 | Azərbaycan | Bədavi Hüseynov | 2013–… | 231 (5) | 31 () | 89 (0) | 351 (5) |
5 | Azərbaycan | Müşfiq Hüseynov | 1989–1999 2003–2004 2005–2007 |
320 (120) | ? (?) | 12 (2) | 332 (127) |
6 | Azərbaycan | Yaşar Hüseynov | 1989–2002 | 325 (44) | ? (?) | ? (?) | 325 (44) |
7 | Albaniya | Ansi Aqolli | 2010–2019 | 224 (3) | 24 (0) | 69 (1) | 317 (4) |
8 | Azərbaycan | Səttar Əliyev | 1989 1990–2004 |
306 (17) | ? (?) | ? (?) | 306 (17) |
9 | Azərbaycan | Aslan Kərimov | 1993–1997 2003–2011 |
268 (12) | ? (?) | ? (0) | 268 (12) |
10 | Azərbaycan | 2001–2005 2009–2015 2016–2017 |
211 (28) | 19 (8) | 36 (5) | 266 (41) |
Ən çox qol vuran futbolçular
redaktə02.06.2024 tarixinə
Sıra | Ölkə | Oyunçu | Mövsümlər | Çempionat | Kubok | Avropa kubokları | Cəmi |
---|---|---|---|---|---|---|---|
1 | Azərbaycan | Müşfiq Hüseynov | 1989–1999 2003–2004 2005–2007 |
125 (320) | ? (?) | 2 (12) | 127 (332) |
2 | Azərbaycan | Mahir Emreli | 2015–2021 | 59 (126) | 7 (21) | 5 (49) | 71 (216) |
3 | Braziliya | Riçard Almeyda | 2012–2018 2018–2019 2021-…. |
49 (249) | 5 (30) | 8 (91) | 62 (370) |
4 | Braziliya | Reynaldo | 2012–2017 2019 |
44 (92) | 7 (9) | 11 (35) | 62 (139) |
5 | Fransa | Abdullah Zubir | 2018–…. | 43 (158) | 4 (21) | 14 (84) | 61 (263) |
6 | Azərbaycan | Samir Musayev | 2002–2006 | 44 (85) | ? (?) | 2 (?) | 46 (85) |
7 | Azərbaycan | Yaşar Hüseynov | 1989–2002 | 44 (?) | ? (?) | ? (?) | 44 (?) |
8 | İspaniya | Dani Kintana | 2015–2020 | 33 (98) | 3 (12) | 8 (44) | 44 (154) |
9 | Xorvatiya | Filip Ozobiç | 2018–2023 | 34 (95) | 0 (8) | 7 (47) | 41 (150) |
10 | Azərbaycan | Vüqar Nadirov | 2001–2005 2009–2015 2016–2017 |
28 (211) | 8 (19) | 5 (36) | 41 (266) |
Komandanın keçmişində əməyi olanlar
redaktəƏvvəlki baş məşqçiləri
redaktə- Azərbaycan Allahverdi Bağırov
- Azərbaycan Ağasəlim Mircavadov
- Azərbaycan Böyükağa Ağayev
- Azərbaycan Elşad Əhmədov
- Azərbaycan Şahin Diniyev
- Azərbaycan İqor Ponomaryov
- Azərbaycan Elxan Abdullayev
- Azərbaycan Rasim Kara
Əvvəlki prezidentləri
redaktəİndiki rəhbərlik
redaktəVəzifəsi | Adı |
---|---|
Fəxri Prezident[30] | Abdulbari Gözəl |
Vitse-prezident | Tahir Gözəl |
Klub direktoru | Əmrah Çəlikəl |
Maliyyə direktoru | Murat Karaman |
İdarə və Maliyyə işlər üzrə menecer | Asif Əsgərov |
İdarə Heyətinin Üzvü | Rafiq Şahverdiyev[31] |
Mətbuat katibi | Anar Hacıyev[32] |
Baş məşqçi | Qurban Qurbanov |
Məşqçi | Çudomir Çakarov |
Məşqçi | Müşfiq Hüseynov |
Məşqçi | Elxan Həsənov |
Məşqçi | Elçin Rəhmanov |
Məşqçi | Zaur Tağızadə |
Qarabağ Futbol Klubu Rəsmi Himni Notlar
redaktəQarabağ Futbol Klubunun himninin müəllifi bəstəkar Rüzgar Əhmədzadədir. [33]
İstinadlar
redaktə- ↑ 1 2 "Qarabağ FK haqqında". 2022-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-24.
- ↑ "ABDULBARİ GÖZƏL: "QARABAĞ" ADINI BİZ HƏMİŞƏ YAŞADACAQ, DAHA UCA ZİRVƏLƏRƏ QALDIRACAĞIQ"". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-08.
- ↑ "Azerbaijan - List of Champions". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-09.
- ↑ "HAMININ VƏ HEç KƏSiN OLMAYAN ""QARABAğ""". 2023-02-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-09.
- ↑ "Qurbanlı uğurlar". 2023-02-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-09.
- ↑ Layihə. Azərbaycan futbolunun tarixi: heç kim və heç nə unudulmur!. "Klublarımızın Avrokuboklarda ilkləri: "Turan"dan "Qarabağ"a kimi". qol.az. 2023-02-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 fevral 2023.
- ↑ "klisf.info - klisf Resources and Information". ww1.klisf.info.
- ↑ 1 2 ""Qarabağ"la Qarabağdakı xatirələr…".[ölü keçid]
- ↑ "Премьер-лига Азербайджана: очередной рекорд "Карабаха" и волевая победа "Сабаха"" (rus). az.sputniknews.ru. İstifadə tarixi: 2022-11-13.[ölü keçid]
- ↑ ""Qarabağ" futbol klubunun yaranma tarixi". qarabagh.com. 2015-06-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-08-27. (az.)
- ↑ "404!". www.qarabagh.com. 2023-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-05.
- ↑ "UEFA "Qarabağ"dan yazdı". futbolinfo.az (Azerbaijani). 8 August 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 31 July 2014.
- ↑ "Qafqazın "Barselona"sı: axı niyə məhz o?". news.milli.az (Azerbaijani). Day.az. 10 August 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 July 2014.
- ↑ 1 2 3 ""Siftələr kralı" – "Qarabağ"! apasport.az". 2022-02-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-08-20.
- ↑ Yeni rekordların mübarək, "Qarabağ"! Arxivləşdirilib 2022-02-18 at the Wayback Machine (az.) Apasport. tarixi:2010.08.06
- ↑ Azərbaycan futbolunda görünməmiş hadisə Litvada gerçəkləşdi Arxivləşdirilib 2012-03-25 at the Wayback Machine (az.) Apasport. tarixi:2011.06.30
- ↑ "avrofutbol.com". ww12.avrofutbol.com.[ölü keçid]
- ↑ "Qarabağ" dünyanın ən güclü klubları sırasındadır. Arxivləşdirilib 2015-06-10 at the Wayback Machine (az.) Anspress. tarixi:2009.09.02
- ↑ "Qarabağ" 139 pillə irəlilədi. Arxivləşdirilib 2015-06-10 at the Wayback Machine (az.) Fanat.az tarixi:2009.09.02
- ↑ Hardasan, "Qarabağ"? (az.) Apasport. tarixi:2009.09.02
- ↑ "Qarabağ" dünya reytinqində 139 pillə irəlilədi. Arxivləşdirilib 2009-11-01 at the Wayback Machine (az.) Qol.az tarixi:2009.09.02
- ↑ ""Qarabağ" dünya klublarının reytinqində 20 pillə irəlilədi. lent.az". 2016-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-10-05.
- ↑ "Fanat.az". fanat.az. 2024-01-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-05.
- ↑ Top 350. Arxivləşdirilib 2013-05-12 at the Wayback Machine (ing.) iffhs.de tarixi:2010.07.30
- ↑ Reytinqə sözardı, yaxud "Neftçi" "Qarabağ"ı necə keçdi? Arxivləşdirilib 2022-02-18 at the Wayback Machine (az.) apasport.az tarixi:2010.11.27
- ↑ ""Qarabağ" "Liverpul"u geridə qoydu" (azərb.). Qol.az. 9 yanvar 2014. 2016-03-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 yanvar 2014.
- ↑ ""Qarabağ"ın dünya reytinqində yeni yeri məlum oldu". Milli.Az. 4 apr 2014. 18 February 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 October 2022.
- ↑ ""Qarabağ" "Qalatasaray"ı qabaqladı". 7 yanvar 2016. İstifadə tarixi: 10 iyul 2016.
- ↑ pfl.az. "Komandanın heyəti". pfl.az (az.). 2022-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 noyabr 2022.
- ↑ bizim.media. ""Qarabağ"ın fəxri prezidenti klubun üzvləri ilə görüşdü". bizim.media (az.). İstifadə tarixi: 2024-09-28.
- ↑ "Banker.az | Banker.az" (ingilis). 2021-08-28. 2024-09-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-28.
- ↑ ""Qarabağ"ın yeni mətbuat katibi o oldu". 2023-09-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-04.
- ↑ qarabagh.com. "Qarabağ Futbol Klubu Rəsmi Himni Notlar" (az.). 27.01.2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27.01.2024.
Xarici keçidlər
redaktə- Rəsmi saytı (az.) (ing.) (rus.)
- Qarabağ pfl.az Saytında (az.)
- Qarabağ national-football-teams.com Saytında (ing.)
- Qarabağ FK UEFA saytında
- Qarabağ FK FIFA saytında