[go: up one dir, main page]
More Web Proxy on the site http://driver.im/

Muaz ibn Cəbəl (600-cü illər, Mədinə[1]640[1], Suriya, ərəb. ‎) — Məhəmməd peyğəmbərin səhabələrindən biri, fəqih, hafiz və mühəddis. Cuşamə ibn əl-Xəzrəc qəbiləsindən Bənu Əddə qəbiləsinin ənsarlarından biri.

Muaz ibn Cəbəl
ərəb. معاذ بن جبل
Doğum tarixi 600-cü illər
Doğum yeri
Vəfat tarixi 640[1]
Vəfat yeri
Fəaliyyəti mühəddis, fəqih
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bioqrafiya

redaktə

Muaz ibn Cəbəl Mədinədə anadan olmuşdur. O, Xəzrəc qəbiləsindən idi. 18 yaşında İslamı qəbul etmiş, Akabedəki ikinci beyyətdə iştirak etmişdir. Müsəlmanlarla müşriklər arasında gedən döyüşlərdə iştirak etmişdir. Bütün Quranı əzbər bilməsi ilə tanınırdı. Muaz ibn Cəbəl İslam hüququnun (fiqhinin) parlaq bilicisi idi, Peyğəmbərin sağlığında fətvalar verirdi. İslam ənənəsinə görə, Məhəmməd peyğəmbər Muazı Quranın ən yaxşı alimləri sırasına daxil etmişdir. O, İslama yaymaq üçün Peyğəmbər tərəfindən Yəmənə göndərilmişdir. O, saleh xəlifə Əbu Bəkr əs-Siddiqin dövründə Yəməndən qayıtmışdır. O, Suriyaya gedir, burada taun xəstəliyinə tutulur və 38 yaşında dünyasını dəyişir. Muaz 150-dən çox hədis nəql etmişdir.

İstinadlar

redaktə