[go: up one dir, main page]
More Web Proxy on the site http://driver.im/

MakSim

rus müğənni, ifaçı və musiqi prodüseri

MakSim (əvvəlki adı Maxi-M; əsl adı - Marina Sergeevna Abrosimova (anası tərəfdən Maksimova); 10 iyun 1983[1], Kazan[3]) bir rus müğənni, müəllif, ifaçı və musiqi prodüseridir.

MakSim
Ümumi məlumatlar
Doğum adı Марина Сергеевна Абросимова
Ləqəbi МакSим[2]
Doğum tarixi 10 iyun 1983(1983-06-10)[1] (41 yaş)
Doğum yeri
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni, bəstəkar, musiqi prodüseri, prodüser
Fəaliyyət illəri 1998-ci ildən
Janrlar pop-rok[4][5], pop musiqisi[6], sinti-pop[7][8][…], elektropop[d], soft-rok[d][9], blüz[10], ballada, estrada[d], rəqs musiqisi[d]
Musiqi alətləri gitara, piano, fortepiano
Albom şirkətləri Soyuz[d], Warner Music Group[d], Sony Music
Təhsili
Mükafatları Golden Gramophone Award
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Müvəffəqiyyət müğənniyə 28 Mart 2006-cı ildə 1,5 milyon nüsxədən çox satılan "Трудный возраст" (Çətin yaş) albomunun çıxması ilə gəldi və 2007-ci ildə MakSim Rusiyada gəlir baxımından ən çox uğur qazanan müğənni oldu.

MakSim iki dəfə - MTV Russian Music Awards və Muz-TV Mükafatlandırma mərasimində ən yaxşı ifaçı nominasiyasını qazandı. 2 fevral 2008-ci ildə "Московский комсомолец" (Moskvanın komomolitləri) və “Звуковая дорожка” (Soundtrack) qəzetlərinin illik mükafatlandırma mərasimində müğənni “İlin ən yaxşı ifaçısı” nominasiyasını qazandı. MakSim, 15 "Qızıl Qrammofon" mükafatının sahibidir. Müğənninin ikinci albomu - "Мой рай" (Mənim cənnətim) albomunun 1,3 milyondan çox nüsxəsi satıldı. Müğənninin satılan albomlarının məcmu tirajı altı milyon nüsxədən çoxdur. MakSim, 7 singli MDB ölkələrinin ümumi radio siyahısında ardıcıl olaraq birinci yeri tutan yeganə müğənnidir.

2008-ci ildə "Бегущая по волнам" (Dalğaların üstündə qaçmaq) filminə eyniadlı soundtrack yazdırdı.

2009-cu ilin dekabrında müğənninin qızıl statusu və iki platin aldığı üçüncü studiya albomu - "Одиночка" (Tənha) çıxdı.

2011-ci ildə "Эхо Москвы" (Moskvanın əks-sədası) radiostansiyası, RİA Novosti, "İnterfaks" xəbər agentlikləri və "Огонёк" (Atəş) jurnalı tərəfindən tərtib edilən "Rusiyada ən nüfuzlu yüz qadın" reytinqinə daxil edildi.

2013-cü ildə, dördüncü albomu "Другая реальность" (Başqa bir Gerçəklik) çıxdı və bu, Music Box Mükafatlandırmasında ilin ən yaxşı albomu oldu. 2014-cü ildə MakSim ən yaxşı müğənni-bəstəkar oldu.

2015-ci ildə MakSim, beşinci albomunu "Хорошо" (Yaxşı) adlı albomunu çıxardı və bu, Music Box və Russian Top 2015 mükafatlandırmalarında ilin ən yaxşı albomu oldu.

2020-ci il fevral ayının əvvəlində sağlamlığı ilə əlaqədar yaradıcılıq fəaliyyətini qeyri-müəyyən müddətə dayandırdı.

Həyatı

redaktə

1983-1997: Uşaqlıq və gənclik illəri

redaktə

10 iyun 1983-cü ildə Kazanda avtomexanik Sergey Orefieviç Abrosimov və uşaq bağçası müəllimi Svetlana Viktorovna Maksimova ailəsində anadan olub. Kiçik yaşlarından musiqi öyrənməyə başladı, vokal və fortepiano siniflərində - musiqi məktəbində oxudu və tam təhsil kursunu tamamladı. Eyni zamanda karate bölməsinə qatıldı və qırmızı kəmər səviyyəsinə çatdı. Böyük qardaşı Maksim Abrosimovun şirkətində çox vaxt keçirdi, bununla əlaqədar daha sonra yaradıcı təxəllüsü halına gələn Maksim ləqəbini götürdü. 83 saylı Kazan Liseyini bitirib. Məktəbdə "Teen Star" (yeniyetmə ulduz) və "Ожерелье Нефертити" musiqi yarışmalarına qatıldı, "Мой рай" (Mənim cənnətim) ikinci albomuna daxil olan "Чужой" (Yad) və "Зима" (Qış) da daxil olmaqla öz mahnılarını yazdı. Tupolev adına Kazan Dövlət Texniki Universitetinin İctimaiyyətlə əlaqələr fakültəsini bitirib.

1998-2004: Karyeraya başlaması

redaktə

Kazan studiyalarında, "Pro-Z" qrupu ilə əməkdaşlıq edərək "Заведи" (Başlat) və "Прохожий" (Yoldan keçən) mahnılarını yazdırdı. "Заведи" mahnısı Tatarıstanda yerli bir hit oldu, yerli radioların rotasiyasına girdi, klublarda çalındı. Bir müddət sonra mahnı "t.A.T.u." qrupunun "Русская десятка" kolleksiyasına daxil edildi.

  İllər əvvəl "Заведи" adlı bir mahnım var idi. Bir neçə il sonra piratlar "Tatu" diskində bu mahnını buraxdılar və dinləyicilər onları “soymağa” çalışdığım qərarına gəldilər. Əslində o mahnı bu qrupun səhnəmizə çıxmasından xeyli əvvəl yazılıb.
MakSim
 

"Губы" (Dodaqlar) komandası ilə əməkdaşlıq edib.

  Xatırlamaq istəmirəm. Tamamilə maraqlı bir layihə deyildi, təsadüfən daxil oldum. Məni çağırdılar, materiallarını oxumağa razı oldum və qızlar mənim fonoqrammamı yaydı. Sadəcə o dövrdə çox ehtiyac duyduğum bir qədər pulu qazandım.
MakSim
 

O dövrdə "Ш-cola" qrupu üçün "Вечерина" (Ziyafət), "Ночные амазонки" (Gecə Amazonları), "Крутой продюсер" (Təsirli prodüser), "Любишь или нет" (Sevirsən, ya yox) və "Улетаю так" (Uçuram) mahnılarını yazdı.

2003-cü ildə ikinci mahnı "Нежность" (Zəriflik) kimi çox uğur qazana bilməyən "Трудный возраст" (Çətin yaş) mahnısını radioda müstəqil olaraq buraxdı. Mahnıların yazılmasında müğənniyə mahnıların tərtibatçısı və istehsalçısı kimi çıxış edən Kazan qrupu "Pro-Z" kömək etdi. 2004-cü ildə MakSim "Сантиметры дыхания" mahnısını radioda buraxdı. Mahnı böyük populyarlıq qazandı və MDB ölkələrinin ümumi radio qrafikində 34-cü mövqeyə çatdı. İlk çıxışlarını Kazan və Rusiyanın digər şəhərlərindəki klublarda etdikdən sonra Moskvaya köçdü.

İstinadlar

redaktə