[go: up one dir, main page]
More Web Proxy on the site http://driver.im/

Kosmos və ya kosmik fəzaYerin atmosferindən kənarda və digər kosmik cisimlər arasında yerləşən, amma kosmik cismlər istisna olmaqla kainatın geri qalan hissəsində sonsuz olduğu düşünülən boşluğa verilən addır. Orta istiliyi −271 °C, mütləq sıfır nöqtəsi isə −274 santiqrad dərəcədir. Atmosfer ilə kosmos arasında qəti bir sərhəd yoxdur, lakin Yerin atmosferi yuxarı doğru qalxdıqca incəlməkdədir. Kosmosda təxminən milyardlarla qalaktika olduğu ehtimal edilir. Bu təxmini qalaktikaların içərisində təxminən milyonlarla ulduz sistemi, planetlərasteroidlər var. Fizik Karl Saqanın "Kosmos" kitabında yazdığı kimi universal atom sabiti 1088 qədərdir yəni 10 üstü 88-dir, Karl Saqana görə kainatda təxminən 1-in yanında 88 sıfır dənə atom var (on oktoviqintilyon). Bu formada bir hesablama və insanlığın bildiyi hər növ qalaktika kosmik fəzanın böyüklüyünü sübut edir. Albert Eynşteynin Nisbilik nəzəriyyəsinə görə kosmos elastik bir toxumaya malikdir. Cismlərin bu elastik toxumanı bükmələrindən dolayı cazibə qüvvəsinin olduğunu irəli sürən bir nəzəriyyədir. Kosmosda zaman anlayışı yoxdur. Zaman bizim qavrayışlarımız ilə yaratdığımız bir anlayışdır.

Bir sənətkarın gözündə Günəş sisteminin doğuşu.

Kosmos qaranlığı, böyüklüyü, hadisələri ilə maraqlı, qarmaşıq və araşdırmaya dəyər olmuşdur. Bu səbəbdən insanlar hər dövrdə kosmosla maraqlanıb və davamlı kosmosu araşdırmaq üçün ixtiralar hazırlamışlar. Teleskop bu sahədə çox önəmli bir alətlərdən sadəcə biridir. Dövrlər ötdükcə insanlar daha güclü teleskoplarla kosmosu araşdırmış, kosmos haqqındakı məlumatlarını artırmışlar. Beləliklə marağını aradan qaldırmağa başlayan insanlıq bununla kifayətlənməyib uçaraq daha çox məlumat toplamaq istəmişdir. İnsanlığın uçmağı kəşf etməsi ilə Yeri əhatələyən yaxın kosmos haqqındakı məlumatlar, daha da artmağa başladı. Nəhayət güclü raket silahları, süni peyklər, Aya pilotlu və pilotsuz raketlər göndərilməsi, süni peyklərin inkişaf etdirilməsi, çox güclü radio teleskoplar ilə kosmosun dərinliklərinin araşdırılması, XX əsrin ikinci yarısında insanlığın kosmos haqqındakı məlumatlarını önəmli səviyyədə genişlətdi. Həmçinin insanlar kosmosu araşdırmaq üçün "Astronomiya" elmini yaratdı.

Həmçinin nəzəri fizik və astronomiya mövzusunda inqilab yaradacaq fikirlər ortaya atan A. Eynşteyn kimi alimlərin kosmos mövuzusunda ortaya atdıqları bir çox nəzəriyyə, müşahidəçilərin kosmos üzərinə verdikləri kəşflərin məntiqli bir şəkildə açıqlamasını təmin etdi.

Kosmos haqqında ilk dəqiq məlumatlar, XIX əsrin sonu ilə XX əsrin əvvəlində, xüsusilə şimal ölkələrində qurulan rəsədxanalar sayəsində əldə edildi. ABŞ-nin Kaliforniya ştatında olan Palomar rəsədxanası, Dünyada mövcud rəsədxanaların ən böyüyüdür. Buradakı reflektorlu teleskopun diametri 5, yüksəkliyi isə 40 metrdir. Bu rəsədxanalarda göy cisimlərinin kütləsi, həcmi, işığın şiddəti və b. fiziki proseslər araşdırılmaqdadır. Praktiki fizikanın inkişaf etdirdiyi tayf (spektr) analizi, kosmosdan gələn işıqlardan, cisimlərin hansı elementlərdən ibarət olduğunu göstərməkdədir.

1932-ci ildə Karl Guthe Jansky adlı bir mühəndisin təsadüf nəticəsində tapdığı kosmosdan gələn radio yayımları, daha sonrakı illərdə radio teleskopların yaranmasına və kosmosun dərinliklərinin dinlənməsinə, bu radio yayımlarının qaynaqlarının və səbəblərinin kəşf edilməsinə yol açdı. İkinci dünya müharibəsi əsnasında almanların inkişaf etdirdiyi V-1 və V-2 silahlı roketləri daha sonrakı illərdə kosmosun kəşfi üçün ediləcək layihələrdə böyük bir addım oldu. 1947–1956-cı illər arasında xüsusilə ABŞ, kosmik çalışmalara böyük önəm verdi. Edilən kosmik uçuş sınaqlarının heç biri kosmik gəminin orbitdə yerləşdirməyi bacara bilmədi. Bu əsnada SSRİ, 1957-ci ildə üç pilləli Vostok raketləri ilə Suputnik adındakı ilk süni peyki Yer ətrafında orbitə yerləşdirərək, kosmik yarışda önə keçdi. Peyklərdən əldə edilən kosmik məlumatlar, canlıların, xüsusilə insanların, kosmosda yaşaya bilmələri üçün hansı şərtlərin yerinə gətirilməsi lazım olmasını ortaya qoydu. Beləliklə "kosmos tibbi" quruldu və inkişaf etdirildi. Kosmosda ilk insan isə 12 aprel 1961-ci ildə SSRİ-nın kosmosa göndərdiyi Yuri Qaqarin oldu. Yeri gəlmişkən, insanların kosmos boşluğuna yerləşmələrini təmin etmək, kosmosu kosmosdan izləmək və Yer üzərində xəbərləşməni asanlaşdırmaq üçün həm minlərlə peyk orbitə yerləşdirildi həm də kosmosun boşluğuna göndərildi. Nəhayət 1969-cu ilin iyun ayında Ayın amerikalı astronavtlar tərəfindən fəth edilməsi, kosmik çalışmalarda ən önəmli addımlardan biri oldu. Günümüzdə kosmos yarışı böyük bir sürətlə davam etməkdədir. Xüsusilə də ABŞ, RusiyaÇin bu yarışda amansız bir rəqibdirlər.

Super boşluqlar

redaktə

2004-cü ildə alimlər Böyük Partlayışdan artıq qalan kosmik arxa fon radiasiyasını tədqiq edərkən, gözlənilməyən böyüklükdə soyuq bir bölgə kəşf edirlər. İlk öncələr hesablama xətası ehtimalı olduğunu fikirləşsələrdə 2013-cü ildə Plank kosmik peykinin məlumatlarında da eyni nəticə əldə olunur.

İlkin Kainat modellərini nəzərdən keçirsək bu qədər böyük bir soyuq sahənin var olması gözlənilmirdi. Bu soyuq sahəni açıqlamaq üçün "Böyük Super Boşluq" nəzəriyyəsi ortaya atılır. Kosmik boşluqlar nəhəng ulduz topalarının arasında yerləşən nəhəng boş sahələrdir. Kosmik boşluqlar çox az miqdarda qalaktikaya və ya heç bir qalaktikaya sahib olmayan əraziləri əhatə edir. Bu ərazilər kosmosun digər sahələrinə nisbədən 1/10 qədər az maddə ehtiva edən sahələrdir. Əgər Kainatımızı İsveçrə pendirinə bənzətsək kosmik boşluqlar pendirdəki boşluqlar olardı. Kosmik boşluqlar ilk dəfə 1978-ci ildə "Kitt Peak" Milli Rəsədxanasında Stephen Gregory və Laird Thomson tərəfindən kəşf edilib.

2015-ci ildə bizdən 3 milyard işıq ili uzaqlıqda soyuq bölgə ilə eyni istiqamətdə nəhəng Super Boşluq qeydə alınır. Eridan adlı bu Super Boşluq 1.8 milyard işıq ili genişliyində idi. Bu boşluqda hətta qaranlıq maddə belə yox idi. Eridan Super Boşluğu, Kainatda ən böyük boşluqlardan biridir.

Bu kəşfdən sonra yeni suallar ortaya çıxdı; necə ola bilərdi ki belə nəhəng ölçülərdə boşluq yarana bilərdi? Bu boşluğun yaranmasına səbəb olan nə idi? Boşluqların adətən Böyük Partlayışdan sonra yaranan kvant rəqsləri ilə yarandığı düşünülür, lakin bir çox kosmoloqa görə bu qədər böyük bir boşluğun kvant rəqsləri ilə meydana gəlməsinin ehtimalı çox azdır və əlimizdə olan tək nəzəriyyə budur,

lakin Eridan Super Boşluğundan daha böyük və Kainatın ən böyük boşluğu 2 milyard işıq ili genişliyindəki "KBC" super boşluğudur. Bu boşluq Kainatın ən böyük boşluğu olması ilə yanaşı bizim üçün də önəmlidir çünki həyatımızı bu boşluğun içində davam etdiririk. Sistemimizin də yerləşdiyi Südyolu qalaktikası bu boşluğun mərkəzindən bir neçə milyon işıq ili uzaqlıqdadır. "KBC" super boşluğunun ölçüləri hələ də müqayisəli olsa da həqiqət budur ki, qorxunc dərəcədə böyük bir boşluğun içindəyik.