[go: up one dir, main page]
More Web Proxy on the site http://driver.im/

Kanal səviyyəsinin protokolları kabelin uyğun tipləri ilə əlaqələndirilirlər. Bu protokollar həm də kabel seqmentinin maksimal uzunluğunu müəyyən edirlər. Sizin kompüter şəbəkəniz üçün daha çox uyğun gələn protokolu müəyyən etdikdə nəzərə almaq lazımdır ki, hansı müvafiq kabel tipi istifadə edilməlidir və o, sizin şəbəkə qurduğunuz yer üçün nə qədər uyğun gəlir. Bundan başqa, bu tip kabelin və onunla əlaqəli komponentlərin – şəbəkə platalarının, konnektorların dəyərini, həmçinin bütün bu komponentlərin quraşdırılması üzrə işlərin tələb olunan həcmini nəzərə almaq lazımdır. Həmçinin müəyyən etmək lazımdır ki, verilən tipli hansı sort kabel sizin seçdiyiniz yer üçün daha çox uyğun gəlir. Kabelin sortu kateqoriya, ekranlamanın mövcud olması və naqilin qalınlığı kimi parametrlərdən asılıdır. Kompüter şəbəkəsində istifadə etmək üçün kabelin sortunu müəyyən etdikdə nəzərə almaq lazımdır ki, divarların bütün üzlük panelləri, kommutasiya panelləri və konnektorlar daha etibarlı şəbəkə mühitini təmin etmək üçün verilmiş kabel sortu ilə eyni kateqoriyaya malik olmalıdırlar.

Üç əsas kabel tipi vardır: koaksial kabel, burulmuş cüt əsaslı kabel və optik lifli kabel. Koaksial kabel və burulmuş cüt əsaslı kabel elektrik siqnallarını keçirirlər və onların tərkibundə mis naqil olur. Optik lifli kabel işıq siqnallarını keçirir və şüşə və plastmas lifdən ibarətdir.

Koaksial kabel

redaktə
 
Koaksial kabel

Koaksial (eyni oxlu) kabelin örtüyünün daxilində iki naqil vardır. İki naqilli elektrik kabellərinin əksəriyyətində naqillər izolyasiyaedici örtük daxilində bir-birinin yanında yerləşirlər, bu örtük onları ayırır və qoruyur. Onlardan fərqli olaraq, koaksial kabel dairəvi formalıdır və onda bir naqil digərinin daxilində yerləşir (şək. 2.9). Kabelin mərkəzində yerləşən birinci naqil mis məftildir, hansı ki, elektrik siqnallarını keçirir. Məftil bütöv misdən və ya bir neçə mis teldən(damardan) ibarət ola bilər. Koaksial kabelin mis nüvəsi kabelin nüvəsini ikinci naqildən qorumaq üçün nəzərdə tutulan dielektrik köpüklü izolyator qatı ilə əhatə olunmuşdur.

 
RG-8 (Thick Ethernet) kabelində tətbiq olunan N-konnektorlar

İkinci naqil, bir qayda olaraq, mis hörmədən ibarətdir və "yer" kimi fəaliyyət göstərir. Bütün bu konstruksiya polivinilxlorid və ya teflondan hazırlanmış izolyasiyaedici örtüklə örtülür.

Burada qeyd etmək lazımdır ki, kabelin xarici izolyasiyaedici örtüyü bir neçə müxtəlif materialdan ibarətdir, ona görə də əmin olmaq lazımdır ki, sizin kabelin izolyasiyası sizin quraşdırmaq istədiyiniz kabel sisteminin tipi üçün uyğun gəlsin. Məsələn, əgər siz sizin binanın ventilyasiya sistemindən kabel çəkmək istəyirsinizsə, onda bu kabel elə materialdan düzəldilməlidir ki, yanma zamanı toksik qaz ayrılmasın. Belə kabelin, əlbəttə ki, polivinilxlorid örtüklü standart kabelə nisbətən daha yüksək qiyməti olur, lakin əgər siz binanın ventilyasiya sistemindən kabel çəkirsinizsə, ondan istifadə edilməsi mütləqdir.

Kompüter şəbəkələrində koaksial kabelin iki tipindən istifadə olunur: Thin Ethernet (və ya 10Base2) adı altında məlum olan RG-58 və Thick Ethernet (və ya 10Base5) adı altında məlum olan RG-8. Elektrik kabelinin bu tipləri üçün istifadə olunan 10Base2 və 10Base5 işarələri göstərir ki, bu kabellər üzrə verilənlərin ötürülmə sürəti 10 Mbit/san ilə məhdudlaşır, onlarda verilənlər siqnalın modulyasiyası olmadan ötürülür və kabel seqmentinin maksimal uzunluğu uyğun olaraq, təxminən 200 və 500 m-i keçə bilməz.

 
RG-58 (Thin Ethernet) kabelində tətbiq olunan BNC-konnektorlar

Koaksial kabelin bu hər iki tipi şin topologiyası ilə uzlaşaraq istifadə edilirlər. Kabellər bir-birindən əsasən qalınlığına və konnektorların tipinə görə fərqlənirlər. RG-8 kabelində N-konnektorlar (şək. 2.10), RG-58 kabelində isə Neyl-Konselmanın bayonet konnektorlarından (bayonet-Neill-Conselman, BNC) istifadə olunur.

Koaksial kabel verilənlərin ötürülməsi üçün, xüsusilə də korporativ mühitdə qeyri-effektivdir, çünki onun buraxma qabiliyyəti 10 Mbit/san ilə məhdudlaşır. Bu tip kabel bu gün bir çox məqsədlər üçün, o cümlədən kabel televiziyası şəbəkələri üçün istifadə olunsa da, kompüter şəbəkələrində o, nadir hallarda tətbiq edilir və yeni Ethernet şəbəkələrin əksəriyyəti üçün uyğun gəlmir.

Burulmuş cüt əsaslı kabel

redaktə

Hal-hazırda elektrik kabelinin ulduzşəkilli topologiyası olan lokal kompüter şəbəkələrində rast gəlinən ən geniş yayılmış tipi burulmuş cüt əsaslı kabeldir. burulmuş cüt əsaslı elektrik kabellərinin iki tipi vardır: yeni lokal kompüter şəbəkələrinin əksəriyyətində geniş istifadə edilən ekranlaşmamış burulmuş cüt və kabel sisteminin elektromaqnit əngəllərə məruz qaldığı hallarda istifadə olunan ekranlaşmış burulmuş cüt. burulmuş cüt əsaslı kabelin tərkibində izolyasiya olunmuş səkkiz ədəd məftil şəkilli mis naqil var. Bu səkkiz tel dörd burulmuş cüt əmələ gətirir və hər bir cütün 568 nömrəli standarta uyğun olaraq öz rəng nişanı var. Burulmuş cütlərdə çarpaz əngəllərdən (bir naqildən digərinə siqnalın parazit ötürülməsi) qorunmaq üçün, həmçinin xarici mənbələrin yaratdığı əngəllərdən siqnalı qorumaq üçün məftillər müxtəlif dərəcədə sarınırlar. Nəhayət, bu dörd cüt naqil ümumi ekranlama ilə örtülmüşlər.

Burulmuş cüt əsaslı kabeldə konnektor tanış görünə bilər, çünki modullu RJ-45 konnektoru RJ-11 konnektoruna çox oxşayır, hansı ki, artıq bir neçə ildir ki, standart telefon kabellərində istifadə olunur (RJ ingiliscə registered jack – konnektorun qeyd edilmiş yuvası ifadəsinin abbreviaturasıdır). Onların arasında fərq ondan ibarətdir ki, RJ-45 konnektorunun səkkiz (şək. 2.13), RJ-11 konnektorunun isə dörd və ya altı elektrik kontaktı var. TIA/EIA-568-A standartı burulmuş cüt əsaslı kabel üçün RJ-45 kabel konnektorunda kontaktların yerləşməsi sxemini müəyyən edir .

Burulmuş cüt əsaslı kabel koaksial kabellə müqayisədə üstünlüklərə malikdir. Çoxlu podratçı firmalar burulmuş cüt əsaslı kabelin quraşdırılması prosedurası ilə artıq tanışdırlar, çünki bu kabel tipi bir çox illərdir telefoniyada istifadə olunur.

Ekranlaşmamış burulmuş cüt əsaslı kabel

redaktə

Telekommunikasiya sənayesi assosiasiyası (TIA) və elektron sənayesi assosiasiyası (EIA) TIA/EIA-568 standartını işləmişlər, hansı ki, ekranlaşmamış burulmuş cüt əsaslı kabelin (Unshielded Twisted Pair, UTP) müxtəlif sortlarını (kateqoriyalarını) təyin edir. Kabelin kateqoriyası nə qədər yüksəkdirsə, verilənlərin ötürülməsi o, daha effektivdir və onun buraxma qabiliyyəti bir o qədər yüksəkdir. Kateqoriyalar arasındakı fərq kabeldə naqillərin hər bir cütünün sarınma dərəcəsindən ibarətdir. 100BaseT4 və 100BaseVG-AnyLAN protokolları istisna olmaqla Ethernet şəbəkələrdə bir qayda olaraq, UTP kabeldə dörd cüt naqildən yalnız ikisindən istifadə olunur – bir cütü verilənlərin qəbul edilməsi, digəri isə ötürülməsi üçün. Hətta əgər bütün cütlər işə cəlb olunmasa da, qalan iki cüt hər hansı digər məqsədlər üçün, məsələn telefon rabitəsi üçün istifadə edilə bilməzlər. İstifadə olunmayan iki cüt naqillə siqnalların ötürülməsi, daha çox ehtimal ki, çarpaz əngəllərin artmasına gətirəcək ki, bu da verilənlərin itməsi və siqnalın təhrif olunması riskini xeyli artırır.

Lokal kompüter şəbəkələri üçün hər şeydən əvvəl 3 kateqoriyalı və (həmçinin Cat5 adlanan) 5 kateqoriyalı ekranlaşmamış burulmuş cüt əsaslı elektrik kabellərindən istifadə olunur. Şəbəkələr üçün işlədilən ən müasir kabel sistemlərində 5 kateqoriyasından aşağı olmayan kabellər istifadə edilirlər. 3 kateqoriyalı UTP kabel bir qayda olaraq, Fast Ethernet tipli şəbəkələr üçün tətbiq olunmur, amma 10 Mbit/san (10BaseT spesifikasiyası) sürəti ilə işləyən Ethernet şəbəkələri üçün uyğun gəlir. 10BaseT spesifikasiyası üzrə Fast Ethernet tipli şəbəkələrin protokolu istisnadır, çünki onda 100 Mbit/san sürətində işləmək üçün hesablanmış 3 kateqoriyalı UTP kabeldə istifadə olunur. Lakin bu protokol böyük sürətdə də işləyə bilər, belə ki, 100BaseT4 spesifikasiyasında adi iki məftil əvəzinə kabelin məftillərinin bütün dörd cütü istifadə edilir.

5 kateqoriyalı UTP kabel 100 Mbit/san sürəti ilə işləyən Ethernet şəbəkələr üçün, həmçinin daha ləng protokollar üçün uyğun gəlir. 5 kateqoriyalı UTP kabel həm də 100BaseT spesifikasiyası üzrə işləyə bilər, o şərtlə ki, o, TIA/EIA TSB-95 standartının tələblərinə cavab versin. 5e kateqoriyalı UTP-kabellər üçün standart 1000BaseT spesifikasiyasılı (həm də Gigabit Ethernet adlanan) şəbəkələrdə istifadə olunduqda daha yüksək işçi xarakteristikaları müəyyən edir. Bu standart burulmuş cüt əsaslı UTP-kabelin seqmentlərindən istifadə etməni 100 m uzunluqla və siqnalın tətbiq edilməsini 100 MHs ilə təyin edir.

Ekranlaşmış burulmuş cüt əsaslı kabel

redaktə

İBM kompaniyası ekranlaşmış burulmuş cüt əsaslı kabelin (Shielded Twisted Pair, STP) istifadə edildiyi marker girişli (Token Ring) şəbəkə protokolunu işləmiş, həmçinin bu kabelin müxtəlif tipləri üçün standartları hazırlamışdır. (TIA/EIA-T568-A standartında bi tiplərdən yalnız ikisi qeyd edilmişdir: 1A və 6A). Ekranlaşmış burulmuş cüt əsaslı kabel (STP-kabel) indiyə qədər əsasən Token Ring tipli lokal şəbəkələrdə, həmçinin yaxınlıqda yerləşən elektrik avadanlığı tərəfindən yaranan elektromaqnit əngəllərindən qorunmaq üçün əlavə ekranlamanı tələb edən kabel sistemlərində istifadə olunur. Öz konstruksiyasına görə STP-kabel UTP-kabeldən fərqlənir – onda yalnız iki burulmuş cüt var, hansıların ki, hər birini əlavə folqa və ya hörmə qatı əhatə edir. Əlavə metal ekran da burulmuş cütlərdəki mis məftil kimi naqil rolunu oynayır. Əgər o, yerlə yaxşı birləşdirilmişdirsə, ətrafdakı elektromaqnit küyü cərəyana çevrilir, hansı ki, öz növbəsində ekranın daxilində yerləşən məftillərə təsir edir. Ekran cərəyanının sahəsi burulmuş cütlərdə moduluna görə bərabər, lakin əks istiqamətdə axan cərəyan yaradır. Nəticədə hər iki cərəyan bir-birini kompensasiya edir, bununla da naqillərlə ötürülən siqnallara ətraf küyün təhrifedici təsiri aradan qaldırılır.

Optik lifli kabel

redaktə
 
Optik lifli kabellərin konnektorları

Optik lifli kabel (fiber-optic cable) işıq impulslarını keçirə bilən şəffaf şüşə və ya plastik nüvədən ibarətdir. Nüvə əksetdirici qatla (cladding) əhatə olunmuşdur. Əksetdirici qat öz növbəsində, plastikdən olan bufer qatı ilə örtülmüşdür. Sonra öz aralarında hörülmüş liflərdən ibarət olan Kevlar fimasının qoruyucu qatı gəlir. Nəhayət bütün bunlar teflon və ya polivinilxloriddən hazırlanmış xarici örtüklə örtülmüşdür.

Optik lifli kabel elə kabel tipidir ki, koaksial kabeldən və ya hörülmüş cüt əsaslı kabeldən tamamilə fərqlənir. Siqnalların elektrik impulsları şəklində ötürüldüyü mis naqillərdən fərqli olaraq, optik lifli kabel şüşə və ya plastik liflə işıq impulslarını (fotonları) ötürür ki, onların vasitəsilə kompüterin generasiya etdiyi ikilik siqnallar ötürülür. Optik lifli kabellə siqnalların ötürülməsi üçün elektrik əvəzinə işıqdan istifadə olunduğundan kabel həm elektromaqnit, həm də çarpaz əngəllərə qarşı dayanıqlıdır. Bundan başqa, optik lifli kabeldə siqnalın sönmə (naqildən keçdikcə onun zəifləməsi) səviyyəsi mis naqildəkinə nisbətən aşağıdır. Optik lifli kabelin bəzi növlərində siqnal əhəmiyyətli dərəcədə zəifləmədən 120 km-ə qədər məsafə gedə bilər, amma ənənəvi mis kabeldə kabelin tipindən asılı olaraq siqnal 100 m-dən 500 m-ə qədər məsafə getdikdə artıq praktiki olaraq oxunmaz olur. Ona görə də binalar arasında rabitə qurmaq lazım olduğu və ya siqnalı böyük məsafəyə ötürmək gərək olduğu hallarda optik lifli kabel ən yaxşı ötürmə vasitəsidir. Optik lifli kabelin əlavə üstünlüyü odur ki, o, mis kabelə nisbətən böyük təhlükəsizlik dərəcəsi verir, belə ki, ona icazə verilməmiş qoşulma rabitənin pozulmasına gətirir.

Optik lifli kabelin iki əsas tipi mövcuddur: bir modlu və çox modlu. Bu iki tip arasında əsas fərq nüvənin və onun əksetdirici örtüyünün qalınlığındadır. Optik lifli kabelin tipini optik lifin ölçüsünə görə (nüvənin və əksetdirici örtüyün ümumi qalınlığına görə) müəyyən etmək olar. Bir modlu lifdə nüvənin diametri adətən 8,3 mikron, nüvənin və əksetdirici örtüyün ümumi qalınlığı isə 125 mikron olur, ona görə də bir modlu kabeli adətən "bir modlu 8,3/125 lif" kimi işarə edirlər. Ondan fərqli olaraq, çox modlu lif 62,5 mikron diametrli nüvəyə malikdir, nüvənin və əksetdirici örtüyün ümumi qalınlığı isə 125 mikrondur, ona görə də çox modlu lifi "çox modlu 62,5/125 lif" kimi işarə edirlər.

Bir modlu liflə siqnalı ötürmək üçün işıq mənbəyi kimi bir dalğa uzunluğunda işləyən lazerdən istifadə olunur. Ondan fərqli olaraq, çox modlu lifdə işıq diodundan (İŞD) istifadə edilir və o, siqnalları müxtəlif dalğa uzunluğunda keçirə bilər. Bir modlu liflə siqnalı ötürmək üçün bir dalğalı lazerdən istifadə edildiyindən bu lif siqnalları çox böyük məsafələrə ötürə bilir və buna görə də o, adətən xarici kabel xətləri (məsələn, kabel televiziya şəbəkələri) üçün istifadə olunur. Bu tipli kabel çox modluya nisbətən xeyli bahadır və böyük bükülmə radiusuna malikdir, buna görə də o, kompüter şəbəkələrinin kabel sistemləri üçün bir o qədər də uyğun gəlmir. Çox modlu kabel isə əksinə, lokal şəbəkələr üçün daha çox uyğun gəlir, belə ki, o, bir modlu kabel kimi böyük məsafələrdə istifadə edilə bilməsə də, onun qiyməti elə də yüksək deyil və o, böyük bükülmələrə yol verir. Optik lifli kabel üçün daha çox iki tip konnektorlardan istifadə edirlər: SC tipli konnektor (Subscriber Connector) və ST tipli konnektor (Straight Tip connector).