[go: up one dir, main page]
More Web Proxy on the site http://driver.im/

İran

Qərbi Asiyada dövlət
(Iran səhifəsindən yönləndirilmişdir)

İran (fars. ایران) və ya rəsmi adı ilə İran İslam Respublikası (fars. جمهوری اسلامی ایران) — Qərbi Asiyada dövlət. İran şimal-qərbdən AzərbaycanErmənistan, şimaldan Xəzər dənizi, şimal-şərqdən Türkmənistan, şərqdən ƏfqanıstanPakistan, cənubdan Fars körfəziOman körfəzi, qərbdən Türkiyəİraqla əhatə olunmuşdur. Paytaxtı və ən böyük şəhəri Tehran , ümumi sahəsi 1,648,195 kvadrat kilometr, əhalisinin sayı 83 milyon nəfərdən çoxdur. İran ərazi böyüklüyünə görə Yaxın Şərq regionunda ikinci, dünya ölkələri arasında on yeddinci, əhalisinin sayına görə isə on səkkizinci ölkəsidir.[7] Ölkənin Avrasiyanın mərkəzində və Qərbi Asiyada yerləşməsi, həmçinin Hörmüz boğazına yaxınlığı ona geostrateji əhəmiyyət qazandırmışdır[8]

İran
جمهوری اسلامی ایران
(Comhuri-ye Eslami-ye İran)
Bayraq Gerb
Bayraq Gerb
Azadlıq, Müstəqillik, İslam Respublikası
Təkbir
Tarixi
 • Əhəmənilər E.ə. 550
 • Əşkanilər E.ə. 247
 • Sasanilər 224
 • İran İslam İnqilabı 11 fevral 1979
Rəsmi dilləri
Paytaxt Tehran
İdarəetmə forması Unitar prezident teokratik İslam Respublikası
Ali Rəhbər Əli Xamenei
Prezident Məsud Pezeşkian
Vitse-prezident Məhəmməd Rza Arif
Sahəsi Dünyada 17-ci
 • Ümumi 1,648,195 km²
 • Su sahəsi (%) 1.63
Əhalisi
 • Əhali 86,758,304[1] nəfər (17-ci)
 • Siyahıyaalma (2016) 79 926 270[2] nəf.
 • Sıxlıq 48 nəf./km² (162-ci)
 • Ümumi 359.096.907.773 $[5], 388.544.468.140 $[5]
ÜDM (AQP)
 • Ümumi $1.691 trilyon dollar  (22-ci)
 • Adambaşına $19,500 dollar  (80-ci)
ÜDM (nominal)
 • Ümumi (2023) $367.970 milyard dollar  (43-cü)
 • Adambaşına $4,241 dollar  (120-ci)
İİİ (2022) 0.780 (azalma; 78-ci)
Demonim İranlı
Valyuta İran rialı
İnternet domeni .ir
ISO kodu IR
BOK kodu IRI
Telefon kodu +98
Saat qurşaqları
Nəqliyyatın yönü sağ[d][6]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İran dünyanın ən qədim sivilizasiyalarından birinə ev sahibliyi edir.[9][10] Hələ eramızdan əvvəl dördüncü minillikdə bu ərazidə Elam krallığı mövcud olmuşdur. Bu dövlət eramızdan əvvəl 7-ci əsrdə Madaylar tərəfindən işğal olunmuşdur.[11] Eramızdan əvvəl 6-cı əsrdə isə Əhəmənilər İmperiyasının banisi olan II Kirin hakimiyyəti illərində bu imperiyanın ərazisi Şərqi Avropadan (yəni indiki Türkiyə əraziləri daxil olmaqla Bolqarıstan, Albaniya, Ukrayna, Krım, şimali və cənubi Qafqazdan) Hind çayına qədər uzanırdı ki, bu da həmin imperiyanı tarixin ən böyük dövlətlərindən birinə çevirmişdi.[12] Eramızdan əvvəl dördüncü əsrdə İran ərazisinin Makedoniyalı İsgəndər tərəfindən işğal olunması nəticəsində burada Ellinizm mədəniyyəti kök saldı. Parfiya dövlətinin yaranması ilə İran üsyanı özünün kulminasiya nöqtəsinə çatdı. Həmin dövlətin ardıcılı hesab olunan Sasanilər İmperiyası isə eramızın üçüncü əsrindən etibarən dörd əsr boyunca dünyanın aparıcı gücü hesab edilirdi.[13][14]

Yeddinci əsrdə imperiya ərazisinin ərəblər tərəfindən işğal olunmasından sonra İranda mövcud olan yerli ZərdüştilikManixeizm dinləri İslam dini ilə əvəzləndi. İran İslamın qızıl çağına mühüm töhfələr vermişdir. Bu töhfələr xüsusilə incəsənət və elm sahələrində özünü büruzə verdi. İki əsrdən sonra İranın müxtəlif müsəlman xanədanlıqlarına bölünməsinin ardınca, ərazi türklərmonqollar tərəfindən işğala məruz qaldı. 15-ci əsrdə Səfəvilər dövlətinin yüksəlişə keçməsi ilə vahid dövlətin yaradılması prosesi yenidən başladı. Səfəvilərin şiəlik təriqətini əsas götürməsi ilə İran və İslam tarixində dönüş nöqtəsi qeydə alındı.[15][16] Nadir Şahın hakimiyyəti illərində İran dövrün ən güclü dövlətlərindən biri hesab olunsa da[17], 19-cu əsrdən etibarən Qacarilərin Rusiya imperiyası ilə aralarında baş verən ardıcıl münaqişələr ciddi ərazi itkiləri ilə nəticələndi. İran Qafqazı və İğdır, Qars və s əraziləri Gülüstan və daha sonra Türkmənçay müqavilələrində Rusiyaya verməli oldu.[18] 1905–1911-ci illəri əhatə edən Məşrutə inqilabı ölkənin konstitusiyalı monarxiyaya çevrilməsi ilə nəticələndi. 1953-cü ildə Böyük BritaniyaABŞ-nin təhriki ilə baş tutmuş İran çevrilişi ölkədə Qərb əleyhinə narazılığın artması ilə nəticələndi.[19] Xarici təsir və siyasi repressiya əleyhinə narazılıqlar 1979-cu ildə İran İslam İnqilabının başlanmasına səbəb oldu və nəticədə, ölkə İslam respublikasına çevrildi.[20] Beləliklə, "Ali lider" tərəfindən rəhbərlik olunan teokratik hökumətin əsası qoyuldu.[21] 1980-ci illər ərzində təqribən 8 il müddətinə davam etmiş İraq-İran müharibəsi hər iki tərəf üçün ciddi itkilərin baş verməsi ilə((2000-ci illərdən bəri İranın mübahisəli nüvə proqramı narahatlıqların artmasına səbəb olmuş və ölkə əleyhinə beynəlxalq sanksiyaların tətbiq olunması ilə nəticələnmişdir. 14 iyul 2015-ci ildə Altılıq ölkələri ilə İran arasında hərtərəfli fəaliyyət proqramı əsasında razılaşma əldə olunmuşdur. Bu razılaşmaya əsasən İrana qarşı tətbiq olunan sanksiyaların yumşaldılması qarşılığında İran hökuməti zənginləşdirilmiş uran istehsalını azaltmalı idi.

Suveren dövlət olan İran BMT, İqtisadi Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq TəşkilatıOPEK kimi qurumların üzvüdür.[22][23] Əsas regional güclərdən biri hesab olunan İran dünyanın ən böyük təbii qaz ehtiyatlarına və təsdiqlənmiş dördüncü ən böyük neft ehtiyatlarına sahib ölkədir.[24][25] Bu səbəblərdən də İran hal-hazırda beynəlxalq enerji təhlükəsizliyi və dünya iqtisadiyyatına nəzərə çarpacaq təsir göstərir.

Zəngin mədəni irsə sahib olan İran UNESCO-nun Ümumdünya irsi siyahısında 28 mədəni mirasa sahibdir. Bu, Asiyada üçüncü, dünya üzrə isə səkkizinci ən yaxşı göstəricidir.[26] İran müxtəlif etnik və linqvistik qrupların yaşadığı ölkədir. Ölkə ərazisində yaşayan ən böyük etnik qruplar farslar, azərbaycanlılar, kürdlər, talışlar, giləklər, mazanilər və lurlardır.

Etimologiyası

redaktə

"Arya(n)" sözündən törəyib. Mənası Arilərin vətəni deməkdir.

border=none  Əsas məqalə: İran tarixi

İslamdan öncəki dövr

redaktə

İran ərazisinin məskunlaşması Alt paleolit dövrünə aid edilir. E.ə. III minilliyin əvvəllərində İranın cənubi-qərbində ilk sinifli cəmiyyətlər meydana gəlmiş, əvəlcə ayrı-ayrı şəhər-dövlətləri yaranmış, sonralar Elame.ə. III minilliyin II yarısında Lullubilərin erkən quldarlıq dövlətləri mövcud olmuşdur. E. ə. təqribən 2200-cü ildə Kutilər SumerAkkadı müvəqqəti zəbt etmiş Kassilər isə XVIII-XVI əsrlərdə Babilistanı ələ keçirərək e.ə. XIII əsrin sonuna kimi burada hökmranlıq etmişlər. E.ə. II minilliyin sonudan İran ərazisinə hind-iran dillərində danışan Hind-Avropa tayfalarının İran qrupundan olan ari (müasir İranın adı buradandır; qədim İran dilində Arianam-"arilər ölkəsi" və ya padşahlığı deməkdir) tayfaları gələrək qərbi və mərkəzi rayonlarda məskunlaşdılar. İndiki İranın XuzistanLuristan ərazisini əhatə edən vilayətlərlə yanaşı e.ə. VII əsrə qədər İranın əsas əkinçilik rayonlarında sinifli cəmiyyətlər meydana gəlmişdir.

E.ə. təqribən 673-672–ci illərdə Assuriya (Aşşur) əleyhinə bağlanmış üsyan nəticəsində İran yaylasının şimal qərbində Midiya dövləti yarandı. E.ə. 616-605-ci illərdə Midiya Babilistanla ittifaqda Assuriya, Manna, Urartunu və İran yaylasının çox hissəsini işğal etmişdir.

Midiyanın tabeliyində olan pars (parsa, pars, müasir fars sözü buradandır) padşahlığı ilə müharibə (e.ə. 553-550) nəticəsində hakimiyyət Əhəmənilər (Haxamanişlər) sülaləsinin əlinə keçdi. VI əsrin sonunda II Kir (Kuş) və onun varislərinin işğalları nəticəsində Əhəmənilər dövlətinin sərhədi Hind çayından Egey dənizinəQafqaz dağlarından Nil çayına qədər genişləndi. Əhəmənilər dövləti I Daranın hakimiyyəti dövründə (e.ə. 521-485) daha da qüvvətləndi. Ticarət yolları üzərində hökmranlıq qərb ilə şərq arasında gedən mübarizə Əhmənilər dövlətini Yunanıstanla uzun sürən müharibələrə sövq etmişdir. E.ə. 330-cu ildə Makedoniyalı İsgəndər İranı işğal etdi.

 
Şapur Sasani

E.ə. 312-ci ildə İran Selevkilər dövlətinin tərkibinə qatıldı (İsgəndərin ölümündən sonra müstəqillik qazanan Atropatena dövləti yalnız e.ə. III 20-ci illərinin sonlarında Selevki hökmdarı III Antioxun hakimiyyətini tanımışdır) E.ə. III əsrin ortalarında indiki İran və Türkmənistan sərhəddində yaranmış Əşkanilər padşahlığı e.ə. II əsrin ortalarında bütün İranı hakimiyyət altına almışdır. Əşkanilərdən asılı olan fars hökmdarı I Ərdəşir 224-cü ildə Parfiyanın axırıncı padşahı II Artabanı məğlub edərək Sasanilər dövlətinin əsasını qoymuşdur. Sasanilər dövründə (III-VII əsrlər) İranda feodal münasibətlər yaranmağa başladı. Sasanilər İranda möhkəmləndikdən sonra Cənubi Ərəbistan, Suriya, Fələstin, Misir, Atropatena, Albaniya (Qafqaz), Ermənistanİberiyanı ələ keçirdi. Sasani hökmdarları hələ Əhəmənilər dövründə yeridilən xətti dövlət aparatında və orduda farslara üstünlük verilməsi, onların vergilərdən azad edilməsi siyasətini daha da gücləndirmiş, Zərdüştlüyü dövlət dini elan etmişlər.

Cənubi-Qafqaz (Zaqafqaziya) xalqlarının Sasani əsarətinə qarşı 450–451, 457, 481–484 illərdə qüdrətli üsyanları baş verdi. Sasanilər dövlətində sinfi ziddiyyətlərin kəskinləşməsi və feodal separatizminin güclənməsi həmçinin Bizansla aparılmış uzun sürən müharibələr VII əsrdə Ərəblərin İranı işğal etməsini asanlaşdırdı; İslam dini və Ərəb dili yayılmağa başladı.

İslamdan sonrakı dövr

redaktə

İranda ərəb hökmranlığı VII əsrin 80-ci illərinə kəndli üsyanlarına səbəb oldu. 747-ci ildə Mərvdə əbu-Müslimin başçılığı ilə Əməvilər Xilafətinə qarşı xalq hərəkatı bütün İranı bürüdü. Abbasilər hökmranlığı dövründə Mak Sumbatın (755), Ustad Sisin (767) və Azərbaycanda Babəkin başçılığı ilə xalq üsyanları baş verdi. Şüubiyyə hərəkatı geniş vüsət alırdı. Bütün bunlar xilafətin süqutunu sürətləndirirdi. IX-X əsrlərdə İranda yalnız formal sürətdə xilafətdən asılı olan əmirliklər var idi. 900-cü ildə Xorasan və İranın şərq hissəsi Samanilər dövlətini tərkibinə daxil oldu (999-a qədər). İranın qərbində və İraqda Büveyhilər dövləti (935–1055), Azərbaycan ərazisində isə IX əsrin sonu – XI əsrdə Sacilər, Səlarilər, Rəvvadilər, ŞəddadilərŞirvanşahlar dövlətləri yarandı.[27]

X əsrdə şəhərlərin və tranzit ticarətinin inkişafı Ərəb hökmranlığına son qoyulması XI əsrdə İranda iqtisadi və mənəvi yüksəlişə şərait yaratdı. Samanilər dövlətinin süqutundan sonra İranın şərqi- Orta Asiyanın bir hissəsi və indiki Əfqanıstan ərazisi Qəznəvilər dövlətinin tərkibinə daxil oldu. 1040-cı ildə səlcuq (oğuz) türkləri İranı və onunla həmsərhəd ölkələri işğal edərək Səlcuqilər dövlətinin yaratdılar. XII əsrin əvvəllərində Səlcuqilər dövləti ayr-ayrı sultanlıqlara parçalandı; Sultanlıqlar içərisində Atabəylərin hakimiyyəti yarandı.

Mərkəzi Əlamut qalası olan İsmaililər dövləti (1090–1256) habelə Eldəgizlər dövləti (1136–1225) İranın xeyli hissəsini ələ keçirmişdir. 1220–56-cı illərdə İranı Monqollar işğal etdi. XIII əsrin ortaları XIV əsrlərdə İran monqol Elxanilər dövlətinin tərkibinə daxil idi, Qazan xanın (1295–1304) keçirdiyi islahatlar İranın iqtisadi inkişafına şərait yaratdı. Elxanilər dövlətinin süqutundan sonra İran ərazisi Cəlairilər, Müzəffərilər (XIV əsrin 40–50-ci illərində) və s. feodal dövlətlərinin tərkibinı daxil oldu. Feodal zülmü və monqol hökmranlığı Xorasanda Sərbədarlar üsyanına (XIV əsrin 30–80-ci illərində) MazandaranGilanda seyidlər hərəkatına (1350) səbəb olmuşdur.

 
Şah İsmayıl Səfəvi (Xətayi)
 
Ağa Məhəmməd Şah Qacar

1380–1393-cü illərdə Teymur İranı işğal etdi. Onun ölümündən sonra İran TeymurilərQaraqoyunlu dövləti arasında bölüşdürüldü. 1468-ci ildə, Muş döyüşündən sonra Qaraqoyunlu dövlətini Ağqoyunlu dövləti əvəz etdi. Qızılbaşlara arxalanan İsmayıl Səfəvi xalq kütlələrinin ümumi narazılığından və daxili çəkişmələrindən istifadə edərək Azərbaycanda hakimiyyətini möhkəmləndirdi və Ağqoyunlu dövlətinə son qoyuldu. 1501-də o Təbrizə daxil olaraq özünü şah elan edib, Şah I İsmayıl adını qəbul edir. 1501-ci ildə Azərbaycanın şahı, 1502-ci ildə isə bütün Iranın şahı titulunu qəbul edir[28]. 1502-ci ildə şiəliyi dövlət dini elan etir. 1510-cu ilə qədər İran səfəvilərin hakimiyyətinə keçdi. 1514-cü ildə Səfəvilər İraq, KürdüstanCənubi Qafqaz uğrunda Osmanlı İmperiyası ilə uzun sürən müharibələr aparmışlar. XVI əsrin axırlarına qədər Səfəvilər dövləti xarakter etibarilə Azərbaycan dövləti idi, lakin sonralar dövlətin idarəsində üstünlük farslara keçdi. Qızılbaşların siyasi mövqeyi məhdudlaşdırıldı. (Bax-Səfəvilər).

 
Nadir Şah Əfşar

1709–1722-ci illərdə üsyan etmiş əfqan tayfaları Səfəvilərin paytaxtı İsfahanı ələ keçirdilər (1722). Əfqan xanlıqlarının qısa müddətli hökmranlığı əleyhinə xalq hərəkatları baş verdi. Əfqanlar əleyhinə mübarizəyə və Osmanlı türklərin ölkədən qovulmasına başçılıq edən Nadir xan Əfşar böyük feodal imperiyası yaratdı (Bax-Əfşarlar), lakin o öldürüldükdən sonra (1747) bu dövlət süqut etdi. Kərim xan Zəndin hakimiyyət dövrü (1760–1779) istisna olmaqla İranın XVIII əsr tarixi fasiləsiz feodal çəkişmələri ilə xarakterizə olunur. ZəndlərQacarların uzun sürən müharibəsi Qacarlar sülaləsinin (1796–1925) hakimiyyətə gəlməsi ilə başa çatdı. 1795–1797-ci illərdə Ağa Məhəmməd Şah Qacarın başçılıq etdiyi İran ordusunun Cənubi Qafqaza (o cümlədən Qarabağa) basqınları böyük dağıntılara və qırğınlara səbəb oldu. XVIII əsrin axırları XIX əsrin əvvəlləri Böyük Britaniya, RusiyaFransanın İranı əsarət altına almaq cəhdləri ölkədə kaputilyasiya rejiminin yaradılması İranla bir sıra Avropa dövlətləri arasında qeyri-bərabər müqavilələr imzalanması ilə nəticələndi.

Azərbaycan torpaqları Rusiya-İran müharibələri nəticəsində iki imperiya arasında bölündü. (Gülüstan 1813-cü il, Türkmənçay müqaviləsi) 1828-ci il. İranın Avropa ölkələrinin sənaye malları üçün satış bazarına çevrilməsi sosial ziddiyyətlərin daha da kəskinləşdirdi və anti-feodal Babi üsyanlarına (1848–1852) səbəb oldu. Feodal mülkədar dairələri böhrandan çıxış rolunu mərkəzi hakimiyyəti və dövlətin müstəqilliyini möhkəmlətməkdə və bir-sıra islahatlar keçirilməsində görürdülər. Mirzə Tağı xanın (Əmir Nizam) islahatları (XIX ortalarında) nəticəsində iqtisadiyyat və mədəniyyət sahəsində müəyyən irəliləyiş oldu. XIX sonu-XX əvvəllərində İran imperialist dövlətlərin (Böyük Britaniya, Rusiya) yarımmüstəmləkəsinə çevrilmişdir. XIX əsrin sonundan milli şüur inkişaf edir, burja-millətçilik ideyaları yayılır, (Mülküm xan, Ə. Talıbov, Zeynalabdin Marağayi, Ağaxan Kirmani və b.) burjua tələbləri irəli sürən gizli cəmiyyətlər yaranırdı.

 
Rza Şah Pəhləvi

XIX əsrin sonlarından İranda başlayan sənayeləşmə və 1905–1911 İran Konstitusiya İnqilabı Qacarları daha da zəiflətdi. 1919-cu ildə Böyük Britaniya İranda öz protektaratını qurmağa çalışsada alınmadı, nəticədə 1921-ci ildə elit hərbi süvari briqadanın rəhbəri Rza Xan (sonradan Rza Şah) İngiltərə və digər Avropa dövlətlərinin dəstəyi ilə Qacarları devirdi. 1925-ci ildə Məclis onu yeni sülalə-Pəhləvilərin ilk hökmdarı kimi tanıdı. Rza şahın dövründə ifrat Fars milliyətçiliyinə baxmayaraq, genişmiqyaslı yenilənmələr aparıldı, sənaye inkişafı ölü nöqtədən tərpəndi, yeni dəmiryolları çəkildi, milli təhsil sistemi yalnız Fars dilində təşəkkül tapdı.

İkinci dünya müharibəsi zamanı İran öz "neytrallığını" elan etsə də, ölkədə çox güclü faşist kəşfiyyatı vardı. Bunu bilən Sovetlər və İngiltərə öz qoşunlarını İranın ərazisinə yeritdilər. SSRİ qoşunları İran Azərbaycanına girdi. SSRİ İranın ərazisinə girməsini 1922-ci ildə İran və SSRİ arasında olan müqavilə ilə izah etdi (həmin müqaviləyə görə əgər bir dövlətin təhlükəsizliyinə qarşı şərait yaranarsa digər onun ərazisinə qoşun yeridə bilər). Ölkədə yaranmış olan vəziyyət şahı öz oğlu Məhəmməd Rza Pəhləvinin xeyrinə taxtdan əl çəkdirdi. SSRİBöyük Britaniya qoşunları İran ərazisində 1946-cı ilə kimi qaldılar. Bu qoşunların əsas məqsədi Fars körfəziXəzər dənizini birləşdirən nəqliyyat yollarını müdafiə etməli idi. Müharibə qurtardıqdan sonra Sovet qoşunlarının bir hissəsi, həmçinin qoşunla birgə getmiş olan azərbaycanlılar İran Azərbaycanında məskunlaşdılar.

1951-ci ildə demokratik millətçi Məhəmməd Musaddıq İranda yaranmış olan vəziyyətə qarşı qalxdı və Baş nazir seçildi. Baş nazir kimi o ölkənin neft sərvətlərinə nəzarəti ələ keçirməyə və Anqlo-İran Neft Kampaniyasını (indiki BP) milliləşdirməyə cəhdi Qərbi narahat etməyə başladı. Mussadıq bununla da İranın "neytrallığını" qorumağa çalışırdı. Bunun cavabında isə Britaniya İrana embarqo qoydu. Tezliklə Amerika Birləşmiş Ştatları-nda Britaniyaya qoşuldu. Nəticədə ölkədə çevriliş oldu Nazirlər Kabineti qovuldu, Mussadıq həbs edildi. Şah Amerika Birləşmiş Ştatları və Böyük Britaniyanın dəstəyi ilə ölkəyə qayıtdı.

Neftdən gələn gəlirlər şaha qısa zamnda hərbi gücü artırmağa və çoxsaylı islahatlar aparmağa şərait yaratdı. Yeni yollar tikildi, limanların geişləndirildi, kəndilərin xeyrinə islahatlar, qadınlara seçki hüququ verildi və s. irəliləyişlər baş verdi.

Şah xarici siyasətdə isə qərbyönümlü siyasət aparırdı. 1960-cı illərin ortalarından başlayaraq şahın müstəqil siyasət aparmaq istəyi qərbin heç xoşuna gəlmədi. Tezliklə qərbdə onun avtoritar idarə etmədə, insan haqlarını pozmaqda ittiham etdilər. 1977-ci ildə Amerika Birləşmiş Ştatları-nda hakimiyyətə gəlmiş olan prezident Karter və onun əhatəsi İrana qarşı zidd mövqe tutmağa və İrana zidd qüvvələrlə yaxınlaşmağa başladı. Bu müddət ərzində isə İran daxilində Ruhullah Musəvi Xomeyni artıq öz ətrafında antişah qüvvələr toplaya bilmişdi. Xomeyni dindar-şiələrin dəstəyinə arxalanırdı. Xomeyni şahın daxili və xarici siyasətini həmçinin aqrar islahatları, qadınlara verilmiş seçki hüququnu tənqid edirdi. Bu fəaliyyətinə görə o 1963 və 1964-cü illərdə həbs edilmiş və ölkə xaricinə çıxardılımışdır. Sonrakı fəaliyyətini İraqda davam etdirən Xomeyni burada da İrandaxili qüvvələrlə əlaqə saxlayırdı. 1978-ci ilə kimi şah rejimi ölkədaxili vəziyyəti gizli polisin hesabına qoruyub saxlaya bilirdi. Bu vaxta qədər ölkə ərazisini antişah nümayişləri bürüdü. Bu aktivlik təkcə Xomeyni və onun tərəfdarlarından gəlmirdi. İran mucahidləri və İran fədailəri təşkilatları da bu işdə SSRİ, Fələstin Azadlıq Təşkilatı və radikal ərəb rejimlərinin dəstəyi ilə fəal iştirak edirdilər. İqtisadiyyat sarsılmışdı. Tezliklə nümayişkarlara qarşı qoyulmuş ordu 1979-cu il fevralın 11-də öz neytrallığını elan etdi, bununla da Pəhləvilərin taleyi həll edildi.

İslam inqilabı

redaktə
border=none  Əsas məqalə: İran İslam İnqilabı

Müasir İran

redaktə

İrana qayıtmış Xomeyni dini və siyasi rəhbər kimi qarşılandı. Müvəqqəti hökumətin lideri Mehdi Bazarqanın iştirakı ilə 15 nəfərdən ibarət İslam İnqilabı Şurası yaradıldı. 1979-cu ilin 1 aprelində ölkə İran İslam Respublikası, daha sonra isə Xomeyni ömürlük lider elan edildi.

1980-ci ildə Məclisə keçirilmiş seçkilər nəticəsində İslam Respublikası Partiyası (Xomeyni və onun tərəfdarları) qalib gəldi. Tezliklə ölkə prezidenti Əbülhəsən Bənisdar və İRP arasında açıq mübarizə başladı. Bəndisar və İran Mücahidləri təşkilatı ölkənin klerikal (din ölkə siyasətinə təsir) idarə metodunun əksinə çıxırdılar. 1981-ci ilin iyununda mücahidlər üsyana qalxdı, Xomeynin göstərişi ilə Məclis ölkə prezidentinə impiçment elan etdi, prezident vəzifəsindən getdi. Yeni prezident keçmiş baş nazir Rəcai oldu, Baş nazir postuna Məhəmməd Cəvar Bəhonar gəldi. İlyarımdan sonra mücahidlərin üsyanı yatırıldı. Avqustda Rəcai və Bəhonar bomba partlaması nəticəsində həlak oldu. Yeni prezident Seyid Əli Xameneyi oldu, Baş nazir postuna Mir Hüseyn Musavi seçildi. 1984-cü ildə məclisə keçirilən seçkilərdə İRP yenidən qalib gəldi. 1985-ci ildə keçirilmiş seçkilərdə Xameneyi yenidən prezident seçildi. Ölkədə gedən proseslər yüzlərlə zadəgan ailəsini xaricə emiqrasiya etməyə məcbur etdi.

İranda baş verən şiə inqilabının ölkə şiələrinə təsirini azaltmaq, həmçinin Fars körfəzində yeganə hakim olmaq istəyi İraqı 1980-ci il İrana qarşı müharibə başlamağa məcbur etdi. Hər iki tərəfin zəifləməsində mənafe güdən qərb müxtəlif vaxtlarda İranı və İraqı dəstəklədi. Ümumi ziyan 300 mlrd. dollara çatdı. İranın cənubdakı neft infrastrukturuna hədsiz ziyan dəydi. 1988-ci ildə İran BMT-nin dəstəyi ilə KüveytSəudiyyə Ərəbistanı ilə diplomatik əlaqələrə başladı. 8 il davam edən müharibə nəticəsində heç bir tərəf qalib gəlmədi.

1980-ci illərin sonunda İranda mühafizəkarlar və islahatçılar arasında baş verən hakimiyyət daxili qarşıdurma İRP-nin buraxılması ilə nəticələndi, yeni seçkilərdə islahatçılar qalib gəldilər. Ölkədaxili və beynəlxalq siyasətdə radikal dini siyasət mülayimləşdi.

Xomeyni 1989-cu il iyunun 3-də vəfat etdi. Konstitusiyaya dəyişikliklər edildi, ömürlük lider Xameneyi seçildi, Baş nazir postu ləğv edildi. Prezident Məclisin spikeri Əli Əkbər Haşemi-Rəfsəncani seçildi. Yeni hökumətin tərkibinə islahatçılarla yanaşı mühafizəkarlar da daxil oldular.

1990-cı ildə İraq Küveytə hücumu ilə əlaqədar İranla sülh bağlayıb, diplomatik əlaqələrə başladı. Buna baxmayaraq İran Küveytə hücumu pislədi, BMT-nin sanksiyalarına əməl etdi. Qərb qoşunlarının Küveytdə olmasını arzulamayan İran onların Fars körfəzindən çıxarılmasını tələb edirdi. 1991-ci ildə Küveytdən İraq qoşunlarının çıxarılması ilə İran-İraq münasibətləri yenidən gərginləşdi. Bununla yanaşı Rəfsəncani İran neftinin Qərbə eksportunu təmin etdi.

Buna baxmayaraq ölkədaxili gərginlik Rəfsəncaniyə islahatlar aparmağa həmçinin Amerika Birləşmiş Ştatları-nın siyasətini daha da mülayimləşdirməyə maneə oldu. Nəticədə ölkə iqtisadiyyatının bərpası üçün lazım olan xarici investisiya İrana gəlmədi. 1993-cü ildə Rəfsəncani yenidən prezident seçilsə də, bu problemləri həll edə bilmədi. Artıq dini dairələrdə onun siyasətinin tənqid etməyə başladı. Nəticədə 1997-ci ildə keçirilmiş seçkilərdə Seyid Məhəmməd Xatəmi qalib gəldi, Qərblə münasibətlər yaxşılaşdı.

1997–1998-ci ildə dünya bazarlarında neftin qiymətinin aşağı düşməsi İran iqtisadiyyatına mənfi təsir göstərdi.

Xatəmi islahatların və qərblə yaxınlaşmanın tərəfdarı idi. Bu da islahatçılar və mühafizəkarlar arasındakı münasibəti kəskinləşdirdi. Bu münasibət Xameneyi və Xatəmi arasında ziddiyyətə səbəb oldu. 1999-cu ilin yayında tələbə nümayişləri oldu. 2000-ci ilin mayında Xatəminin qardaşı – M. R. Xatəminin rəhbərlik etdiyi islahatçılar seçkini qazandılar. Qərblə İran arasında istiləşmə müşahidə olundu. 2001-ci ildə keçirilən seçkilərdə Xatəmi yenidən qalib gəldi.

Amerika Birləşmiş Ştatlarındakı "11 sentyabr hadisələri"ndən sonra İranın nüvə texnologiyalarını inkişaf etdirmək niyyəti onu Amerika Birləşmiş Ştatlarının düşmənləri sırasına aid etdi. Amerika Birləşmiş Ştatlarının "nəzarəti altında" "Fridom Hous"(Freedom House), "Soros Fondu" (Soros Foundation) və digər təşkilatlar İrandakı seperatçı qrupları maliyələşdirir.

2003-cü ildə yerli idarəetmə orqanlarına və 2004-cü ilin fevral-may Məclis seçkilərdə mühafizəkarlar qalib gəldilər. İran İraqdakı antinato qüvvələrinə dəstək verməyə başladı. İranda davam edən mühafizəkar-islahatçılar mübarizəsində keçmiş prezident Rəfsəncaninin reytinqi qalxdı. Onu sağmərkəzçi qüvvələr dəstəkləyirdilər. 2005-ci il Məclisə keçirilən seçkilərdə mühafizəkarlar əksər yerləri tutdular. İranda keçirilən son 17 iyun 2005-ci il tarixli seçkilərin ilkin mərhələsində Rəfsəncani qələbə çalsada, ikinci turda gözlənilmədən Tehranın keçmiş meri, qatı-mühafizəkar Mahmud Əhmədinecad 62% səslə qalib gəldi. 6 avqust 2005-ci ildə inauqurasiya olundu. Əhmədinecad İslam inqilabı ideallarını bərpa etməyi, hakimiyyəti rüşvətxorlardan təmizləməyi, ölkədə islam prinsiplərinə uyğun sosializm qurmağı söz verib. Amerika Birləşmiş Ştatlarıİsrail seçkilərin nəticələrini tanımadıqlarını bəyan etdilər.

border=none  Əsas məqalə: İran əhalisi

Əhalinin əksər hissəsi şimali və qərbi rayonlarda yerləşmişdir.

2011-ci ildə aparılmış siyahıya almanın nəticələrinə əsasən əhalinin sayı 75.149.669 nəfərdir və əhalinin 71,4 % şəhər əhalisidir.[29]. Ən böyük şəhər Tehrandır. Tehranın əhalisi 1926–2006-cı illərdə 210 min nəfərdən 7,1 milyona çatmışdır. 1960-cı illərin əvvəllərindən başlayaraq urbanizasiya prosesi daha da sürətlənmişdir.

Əksər əhalinin etnik mənşəyi yerli midiyalılara və e.ə. VIII – VI əsrdə Dağlıq TacikistandanƏfqanıstandan İrana miqrasiya etmiş ari tayfalarına çatır (Seyid Əhməd Kəsrəvi Təbrizi, İqrar Əliyev və digər alimlərin fikrinə əsasən). Buna baxmayaraq Ərəb Xilafətinin bu regionlardan çəkilməsindən sonra bu ərazilərə gəlmiş türk tayfaları mərkəzi, qərbi və bir neçə şimali regionlarda əhalinin etnik mənşəyinə təsir etmişdir. Hal-hazırda buna baxmayaraq İranda yaşayan əhalinin nümayəndələrində: farslarda, kürdlərdə, lurlarda, bəxtiyarilərdə, mazandaranlılarda , gilanlılardatalışlarda ari-iran etnik mənşəyi dominionluq təşkil edir. Şimalda yaşayan xalqlarda (Xəzərsahili istisna olmaqla) türk cizgiləri özünü kəskin büruzə verir.

Milli tərkib

redaktə
 

Ethnologue report for İran – a görə ümumilikdə ölkə ərazisində 69-a yaxın dildə danışan etnik qrup var :[30] farslar , azərbaycanlılar , kürdlər , ləklər , gilanlılar , mazandaranlılar , türkmənlər , ərəblər , bəluclar , qaşqaylar , qaraçılar , Xorasan türkləri , talışlar, həzaralar , aymaqlar , lurlar , bəxtiyarilər , tatlar , gürcülər , ermənilər , puştunlar, assuriyalılar , taciklər , yəhudilər , qazaxlar , xələclər və sairə.

Dini mənsubiyyət, dil

redaktə
 

Ölkə əhalisinin 98% müsəlmandır. Əhalinin 90%-i şiə təriqətinə məxsusdur. Şiələrdən 85% imamilərdir (İsnə Əşəriyyə), qalanları başqa şiə təriqətlərinə mənsubdurlar- İsmaillilərZeydilik. Ölkə əhalisinin 9%- sünnüdür (əksərən kürdlər). Xristianlardan Qriqoryan (ermənilər), Nestorian (assurlar), Roma-katolik həmçinin anqlikan və başqa protestant kilsələrinin nümayəndələri mövcuddur. Ölkədə həmçinin bəhailiyə, iudaizməzərdüştlüyə mənsub insanlarda mövcuddur. Fars dili — İran İslam Respublikasının rəsmi dilidir. Fars dili Hind-Avropa dil ailəsinə mənsubdur. MKİ–nin məlumatlarına əsasən İran dilləri qrupuna aid dillərdə əhalinin 78%-i danışır. Əhalinin 16%-dən çoxu türk dilləri ailəsinə mənsub dillərdə danışır.

İnzibati ərazi bölgüsü

redaktə

İran İslam Respublikası inzibati cəhətdən 31 ostana bölünmüşdür.[31]

Buşəhr, Cənubi Xorasan, Çahar-Mahal və Bəxtiyari, Əlburz, Ərdəbil, Fars, Gilan, Gülüstan, Həmədan, Hörmüzqan, Xuzistan, İlam, İsfahan, Kirman, Kirmanşah, Kohgiluyə və Boyar-Əhməd, Kürdüstan, Qərbi Azərbaycan, Qəzvin, Qum, Luristan, Mazandaran, Mərkəzi, Rəzəvi Xorasan, Simnan, Sistan və Bəlucistan, Şərqi Azərbaycan, Tehran, Yəzd, Zəncan, Şimali Xorasan.

İranın ən böyük şəhərləri

redaktə

Əhalisinə görə İran şəhərlərinin siyahısı

(2011-ci il siyahısına görə)[32]

Şəhər Əhalisi
Tehran 8,154,051
Məşhəd 2,749,374
İsfahan 1,756,126
Təbriz 1,494,988
Şiraz 1,460,665
Əhvaz 1,112,021

İqtisadiyyatı

redaktə

İran neft sənayesi yüksək inkişaf etmiş aqrar-sənaye ölkəsidir. Sənayenin inkişafı üçün ölkədə bir sıra imkanların olmasına baxmayaraq, onun artım sürəti sənaye məhsullarına olan tələbatı tam ödəyə bilmir. Neft-qaz sənayesi İran iqtisadiyyatının başlıca sahəsidir və dövlətin gəlirlərinin 90%-i verir. Bu sahə İran Milli Neft Şirkətinə məxsusdur. Ölkə ərazisində neft emalı və neft-kimya müəsisələri fəaliyyət göstərir. Təbii sərvətlərdən neft, qaz, kömür, mis, dəmir, manqanlı və sink-qurğuşun filizləri istehlak edilir. Ölkənin cənubu, cənub-qərbi və şimal-qərbi neft və qazla zəngindir. Ən böyük neft emalı zavodları Abadan və Tehran sənaye rayonlarıdır. Ölkədə həmçinin maşınqayırmametalişləmə, qidatekstil sənayesi inkişaf etmişdir. Metallurgiya yerli xammala əsaslanır. İsfahan şəhərində tam dövriyyəli qara metallurgiya müəssisəsi fəaliyyət göstərir. Əlvan metallurgiya zavodlarında əsasən misalüminium istehsal edilir. Maşınqayırma sənayesinin inkişafında AlmaniyaBöyük Britaniyaya məxsus şirkətlərin fəaliyyəti böyükdür. Xalçaların kustar üsulla istehsalı geniş yayılmışdır. Təbriz, İsfahan, Məşhəd şəhərlərində toxunan xalçalar, Şiraz, Tehran, İsfahanda hazırlanan bəzək əşyaları dünya bazarında yüksək qiymətləndirilir. Əsasən xam neft və neft məhsulları, metal filizləri, kənd-təsərrüfatı məhsullarının ixracı üstünlük təşkil edir. Ölkəyə xaricdən ağır maşınqayırma və kimya sənayesi, maşın, dəmir, polad, tekstil malları, kağız idxal olunur. Əsas ticarət əməkdaşlarına Türkiyə, BƏƏ, Almaniya, Böyük Britaniya, İtaliya, Yaponiya daxildir.

İranda ABŞ-nin tətbiq etdiyi ölkəni neft gəlirlərinin yarısından məhrum edən sanksiyaların təsiri altında 2019-cu ildə inflyasiya tempi kəskin artıb. 2019-cu ilin aprel ayında bu ölkədə istehlak qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 51.4 faiz artıb. Hələ neft ixracının tam qadağan olunmasına qədər İranın neft ixracı kəskin azalmışdı. Belə ki, 2019-cu ilin aprel ayında İran gündə 1 milyon barreldən də az neft sata bilib. Bir il əvvəl isə gündə 2.3 milyon barrel neft satırdı. Hesablamalara görə ABŞ-nin sanksiyalarının təsiri nəticəsində İran iqtisadiyyatı bir ildə azı 10 milyard dollar gəlirdən məhrum olub.[33]

Kənd təsərrüfatı

redaktə
İran kənd təsərrüfatı 
İran kənd təsərrüfatı

Ölkədə şimal-qərbdən cənub-şərq istiqamətində illik yağıntıların miqdarının azalması müşahidə edilir. Kənd təsərrüfatının inkişafı üçün ən əlverişli şərait Xəzərsahili bölgələrdə, və Azərbaycan ostanlarındadır. İran ərazisinin təxminən 2/3 hissəsini tutan Dəşti-KəbirDəşti-Lüt kənd təsərrüfatına tamamilə yararsızdır. Kənd təsərrüfatı məhsullarının böyük hissəsini bitkiçilik verir. Dənli bitkilərin əkinləri üstünlük təşkil edir. Buğdaarpa əkinlərinə ölkənin bütün əyalətlərində rast gəlindiyi halda, çəltik əsasən GilanMazandaran ostanlarında yetişdirilir. Texniki bitkilərdən şəkər çuğunduru ölkənin bütün bölgələrində, çay, tütün, pambıq Xəzərsahili bölgələrdə yetişdirilir. İran dünya bazarına müxtəlif boyaq bitkiləri, həna və zəfəran çıxarır. Bağçılıq və üzümçülük qədim zamanlardan inkişaf etdirilir.

Heyvandarlıq davar saxlanması üzrə ixtisaslaşmışdır. Qoyunçuluq Şərqi və Qərbi Azərbaycan, Xorasan, İsfahan, Fars, Mazandaran ostanlarında yayılmışdır.

Təbii qaz

redaktə

İran bütün dünyada təbii qaz ehtiyatının 16%-nə malikdir. Əsas qaz yataqları Fars körfəzi şelfində həmçinin ölkənin şimali-şərqində yerləşir.

2010-cu ilədək qaz hasilatının ildə 290 milyard m3-a çatacağı gözlənilir. Bundan sonra qaz ixracı tam gücüylə fəaliyyətə başlayacaq. Hal-hazırda qaz ixracı əsasən Türkiyəyə-dir, Şimali-Fars adlı qaz yatağından çıxan qazın qaz-sıxıcı zavodlara çatması üçün ötürücü borular inşa edir.

İran konstitutsiyasına əsasən milli neft hasil edən müəssisə aksiyalarının xarici kompaniyalara satılması və ya onlara neft hasil etməyə icazə verilməsi qadağandır. Neft yataqlarının kəşfini İran Milli Neft Kompaniyası aparır (İMNK). 1990-cı illərin sonlarından başlayaraq neft sektoruna xarici investorlar gəlmişdir (Fransa-TotalElf Aquitaine, Malayziya-Petronas, İtaliya- Eni həmçinin Çin Milli Neft Kompaniyası). Onlar "kompensasiya edilmiş kontraktlar" əsasında hasil edilmiş neftin bir hissəsini əldə edirlər, müddət bitdikdən sonra isə yataqları İMNK-nın nəzarətinə verirlər.

Coğrafiyası

redaktə
 
İran

Mənbə

redaktə

İstinadlar

redaktə
  1. "Population Clock of Iran". Statistical Center of Iran. 2020-04-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 novambr 2020–ci il, 02:30. (#apostrophe_markup)
  2. (Farsca:پورتال - مرکز آمار ایران) Portal - Statistical Center of Iran (Markaz-e Amar-e Iran): Selected findings of the 2016 National Population and Housing Census Arxivləşdirilib 2020-05-23 at the Wayback Machine
  3. Moin M. فرهنگ فارسی معین. Amir Kabir Publishers, 1972.
  4. 15 // İran İslam Respublikasının Konstitusiyası.
  5. 1 2 https://data.worldbank.org/indicator/NY.GDP.MKTP.CD. Dünya Bankı.
  6. http://chartsbin.com/view/edr.
  7. https://financialtribune.com/articles/domestic-economy/61421/national-census-preliminary-results-released-irans-urban-population (#bare_url_missing_title). 2017-07-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-03.
  8. https://web.archive.org/web/20151208071232/http://thediplomat.com/2012/07/irans-strategy-in-the-strait-of-hormuz/ (#bare_url_missing_title). Archived from the original on 2015-12-08. İstifadə tarixi: 2018-11-03.
  9. Christopher Whatley. Bought and Sold for English Gold: The Union of 1707. Tuckwell Press. 2001.
  10. Lowell Barrington. Comparative Politics: Structures and Choices, 2nd ed.tr: Structures and Choices. Cengage Learning. 2012. səh. 121. ISBN 978-1-111-34193-0. 2019-09-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 noyabr 2018.
  11. Encyclopædia Britannica. "Encyclopædia Britannica Encyclopedia Article: Media ancient region, Iran". Britannica.com. 2015-05-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 noyabr 2018.
  12. David Sacks; Oswyn Murray; Lisa R. Brody; Oswyn Murray; Lisa R. Brody. Encyclopedia of the ancient Greek world. Infobase Publishing. 2005. 256 (at the right portion of the page). ISBN 978-0-8160-5722-1. İstifadə tarixi: 3 noyabr 2018.
  13. Stillman, Norman A. The Jews of Arab Lands. Jewish Publication Society. 1979. səh. 22. ISBN 0827611552.
  14. Jeffreys, Elizabeth; Haarer, Fiona K. Proceedings of the 21st International Congress of Byzantine Studies: London, 21–26 August, 2006, Volume 1. Ashgate Publishing. 30 sentyabr 2006. səh. 29. ISBN 075465740X.
  15. Andrew J. Newman. Safavid Iran: Rebirth of a Persian Empire. I.B. Tauris. 21 aprel 2006. ISBN 978-1-86064-667-6. 12 October 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 June 2013.
  16. Savory, R. M. Safavids // Encyclopaedia of Islam (2nd).
  17. Axworthy, Door Michael. The Sword of Persia: Nader Shah, from Tribal Warrior to Conquering Tyrant. 2006. ISBN 9780857721938. 2019-06-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 noyabr 2018.
  18. Dowling, Timothy C. Russia at War: From the Mongol Conquest to Afghanistan, Chechnya, and Beyond. ABC-CLIO. 2 dekabr 2014. 728–730. ISBN 1598849484. 2017-10-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-03.
  19. Cordesman, Anthony H. Iran's Military Forces in Transition: Conventional Threats and Weapons of Mass Destruction. 1999. səh. 22. ISBN 9780275965297. 2017-10-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-03.
  20. "Iran". Encyclopædia Britannica. Encyclopædia Britannica. 2012. 2019-01-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 noyabr 2018.
  21. قانون اساسی جمهوری اسلامی ایران (Persian). 10 April 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 3 noyabr 2018.
  22. The Committee Office, House of Commons. [https://publications.parliament.uk/pa/cm2 00607/cmselect/cmfaff/363/36310.htm "Select Committee on Foreign Affairs, Eighth Report, Iran"] (#bad_url). Publications.parliament.uk. 2021-08-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 noyabr 2018.
  23. "Iran @ 2000 and Beyond lecture series, opening address, W. Herbert Hunt, 18 May 2000". 3 yanvar 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 noyabr 2018.
  24. "UPDATE 3-BP cuts global gas reserves estimate, mostly for Russia". Reuters.com. 2013. 2015-09-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 3 noyabr 2018.
  25. CIA World Factbook. "Iran". 2020-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 noyabr 2018.
  26. "World Heritage List". UNESCO. 2020-05-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-03.
  27. "Arxivlənmiş surət". 2009-02-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-02-21.
  28. (#empty_citation)
  29. (Farsca:پورتال — مرکز آمار ایران) Portal — Statistical Center of Iran (Markaz-e Amar-e Iran): Selected findings of the 2011 National Population and Housing Census Arxivləşdirilib 2016-03-03 at the Wayback Machine
  30. "Ethnologue : Languages of the World – 14 edition (2000) : Languages of İran". 2009-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-07-30.
  31. "İran, Daxili İşlər Nazirliyi". 2008–12–06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2008–12–05.
  32. "Statistical Center of Iran : 1385 (2006) census". 2009-11-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-03-07.
  33. "Qiymətlər bir ildə 52 faizə yaxın artıb, özəl sektor can verir…". 2019-05-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-04.

Xarici keçidlər

redaktə

Həmçinin bax

redaktə