[go: up one dir, main page]
More Web Proxy on the site http://driver.im/

Fumiko Hayaşi (yap. 林 芙美子; 31 dekabr 1903[1], Şimonoseki, Yamaquçi prefekturası[3]29 iyun 1951[2] və ya 28 iyun 1951[1], Tokio[d]) – Yaponiya yazıçısı və şairi. 48 yaşında ölsə də, ədəbi karyerası müddətində 30.000-dan çox səhifə və 278 kitab yazmışdır. XX əsrin ən uğurlu yapon qadın yazıçısı hesab olunur. Bir çox romanı bestseller olmuş, bəziləri əsasında filmlər çəkilmişdir.[4]

Fumiko Hayaşi
yap. 林芙美子
Doğum tarixi 31 dekabr 1903(1903-12-31)[1]
Doğum yeri
Vəfat tarixi 29 iyun 1951(1951-06-29)[2] (47 yaşında) və ya 28 iyun 1951(1951-06-28)[1] (47 yaşında)
Vəfat yeri
Fəaliyyəti romançı, şair, yazıçı, ssenarist
Fəaliyyət illəri 1928-ci ildən
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

redaktə

1903-cü ildə Yamaquçi prefekturasının Şimonoseki şəhərində anadan olub. Anası Kikunun bir neçə kişidən uşağı olub və Fumiko onun qeyri-leqal uşaqlarından biri idi. Buna baxmayaraq, Fumiko anası ilə səmimi münasibət saxlayıb.[5]

Yazıçı kimi tanınmamışdan qabaq yoxsulluq içərisində yaşayıb, fabrikdə fəhlə, evdə xidmətçi kimi işlərdə işləyib. Sonda 1922-ci ildə Tokioya köçüb. Burada tanış olduğu və qısa müddət birlikdə yaşadığı sevgilisi tərəfindən aldadıldıqdan sonra qadın ofisiant, satıcı və digər işlərdə işləməli olub. 1926-cı ildə rəssam Ryokutoşi Tezuka ilə tanış olaraq onunla evlənib. 1951-ci ildə ölüb.[5]

Yaradıcılığı

redaktə

Qadın yazıçıları hədəf alan "Nyonin geijutsu" jurnalının redaktoru tərəfindən ziyarət olunduqdan sonra ilk uğurlarını qazanmağa başlayıb. Deyilənə görə Hayaşi o qədər yoxsul idi ki, redaktoru hamam paltarı ilə qarşılamalı olmuşdu, çünki evindəki yeganə paltar o idi. Hayaşinin jurnal redaktoruna 1928-ci ildə təqdim etdiyi "Avaranın gündəliyi" hekayəsi 600 min nüsxə satıb və ölkədə yazıçı kimi tanınmağa başlayıb.[5]

Anası Kikunun qızına böyük təsiri olub və hətta əsərlərində də bunu əks etdirib. Bundan əlavə, yoxsulluq illərində yaşadığı təcrübələrindən daha sonra yazıçılıq karyerasında istifadə etmişdi. 1948-ci ildə nəşr olunan "Şəhər mərkəzi" adlı hekayəsi bunun bir nümunəsidir.[5]

1931-ci ildə "Yoxsulluq qeydləri" adlı avtobioqrafik əsəri də uğurlu olub. Əsərdə Tezuka ilə olan həyatından səhnələrə də yer verib. 1935-ci ildə "İstridyə" və "İbis" kimi hekayələri də nəşr olunub.[6]

Evlənməsinə baxmayaraq, Hayaşi səyahət sevgisindən heç vaxt əl çəkə bilməyib. Avropa, ÇinCənub-Şərqi Asiyaya uzun səyahətlər edib. 1941-ci ildə "Mainichi" qəzetinin əməkdaşı kimi Mancuriyaya səyahət edib və ordakı əsgərlər görüşüb və cəbhədən xəbərlər gətirib. Daha sonra bu səyahətində yaşadığı təcrübələr əsasında 1949-51-ci illərdə "Uçan bulud" adlı hərbi roman yazıb. 1948-ci ildə digər əsas romanı olan "Qoca payızgülü" romanı nəşr olunub. Yaşlanmış bir geyşanın izolyasiya şəraitində yaşamasından və keçmiş sevgililərindən birini qəbul etməsindən bəhs edən bu romana görə 1949-cu ildə Qadınların Ədəbi Mükafatına layiq görülüb.[6]

Əsərləri

redaktə

Romanlar və hekayələr

redaktə
  • Uçan bulud (1951)
  • Avaranın gündəliyi (1930)
  • Yoxsulluq qeydləri (1933)
  • Qoca payızgülü (1952–1957)
  • Sümüklər (1949)
  • Şəhər mərkəzi (1948)

Poemalar

redaktə
  • Ümidsizlik mahnısı
  • Evə qayıdış
  • Lord Budda

İstinadlar

redaktə

Ədəbiyyat

redaktə
  • Lewell, John. Modern Japanese Novelists (ingiliscə). Kodansha America. 1993. 73–79. ISBN 4-7700-1649-2. İstifadə tarixi: 16 fevral 2021.