Fədayə Laçın
Fədayə Baris qızı Məmmədova (3 iyun 1977, Laçın) — Azərbaycanlı müğənni, aktrisa.
Fədayə Laçın | |
---|---|
Ümumi məlumatlar | |
Doğum adı | Məmmədova Fədayə Baris qızı |
Ləqəbi | Laçın |
Doğum tarixi | 3 iyun 1977 (47 yaş) |
Doğum yeri | |
Milliyyəti | azərbaycanlı |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | aktrisa, müğənni |
Janrlar | pop, muğam |
Həyatı
redaktəFədayə Məmmədova 3 iyun 1977-ci ildə Laçın şəhərində dünyaya göz açıb. Bacısı İlahə Fəda da ifaçılıq etmişdir. Bir dəfə ailəli olan xanım müğənninin bir oğlu var. Həyat yoldaşı onu tərk edərək Rusiyaya gedib. Oğlunu tək böyütməyə məcbur olan Fədayə Laçın elə o zamandan müğənniliyə başlayıb. Fədayə Laçın Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Azərbaycanın xalq artisti, xanəndə Canəli Əkbərovun tələbəsi olub və ifaçılığın sirlərini ondan öyrənib. Fədayə Laçın C. Əkbərovun tələbəsi olması ilə yanaşı, Azərbaycanın əməkdar və xalq artisti Arif Babayevdən də dərs almışdır. Fədayə Məmmədovanı Fədayə Laçın kimi Azərbaycan tamaşaçılarına tanıdan Azərbaycanın əməkdar artisti, mərhum Məhəbbət Kazımov olub.[1]
Karyerası
redaktəBir çox xalq və bəstəkar mahnılarının mahir ifaçısıdır. Azərbaycan Dövlət Muğam Teatrında (01 yanvar 2014-cü ildə ləğv edilmişdir) Azərbaycanın xalq artisti İslam Rzayev lə çalışmışdır.
2015-ci ildə müğənninin Cavanşir Quliyevin bəstələrindən ibarət albomu işıq üzü görmüşdür. [2]
Diskoqrafiyası
redaktə- Tamaşa və Filmlərə Yazılmış Mahnılar (Cavanşir Quliyevin bəstələri)
- Ordan Burdan (Cavanşir Quliyevin bəstələri)
İstinadlar
redaktə- ↑ "Arxivlənmiş surət". 2018-09-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-01.
- ↑ "Arxivlənmiş surət". 2023-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-01.