[go: up one dir, main page]
More Web Proxy on the site http://driver.im/

Endi Vorhol

(Endi Uorhol səhifəsindən yönləndirilmişdir)

Endi Uorhol (ing. Andy Warhol (d. 1928-ö. 1987), əsl adı Andrey Varhola — Amerika rəssamı, dizayner, prodüser, yazıçı, kolleksiyaçı, jurnal naşiri və kinorejissor, pop-art cərəyanının görkəmli nümayəndəsidir. 1960-cı illərdə alternativ rok qrupu olan "The Velvet Underground"un meneceri və prodüseri olmuşdur.

Endi Uorhol
ing. Andy Warhol
Doğum adı Andrew Warhola Jr.
Doğum tarixi
Doğum yeri Pensilvaniya
Vəfat tarixi (58 yaşında)
Vəfat yeri Nyu-York
Milliyyəti Amerkalı
Fəaliyyəti rəssam, dizayner və heykəltaraş
Təhsili
Janrlar portret rəssamlığı[d][1][2], natürmort[1][2], portret[2]
Stil pop-art[1][2]
Tanınmış işləri
İmza
warhol.org
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Uşaqlıq illəri

redaktə

Endi Pittsburqda (Pensilvaniya ştatı) rusin əsilli ailənin dördüncü uşağı olaraq anadan olmuşdur. Uşaq ikən xorea, daha sonra skarlatin xəstəliklərinə tutulur və xəstəliyi çox vaxt yatağa bağlı olaraq keçirir. Yatağa bağlı olarkən, rəsm çəkməklə məşğul olur, qəzet parçalarından kollaj düzəldir.

13 yaşında ikən atası mədəndə həlak olur.

Karyeranın başlanğıcı

redaktə

1949-cı ildə Korneqa Texniki Universitetinin rəssamlıq fakultəsini bitirdikdən sonra Nyu Yorka köçür və orada Vogue, Harper's Bazaar kimi məşhur jurnallarda və başqa nəşrlərdə rəssam-illüstrator kimi işləyir. Bununla yanaşı o, vitrinplakatların dizaynı ilə də məşğul olur.

Endinin 1950-ci ildə ayaqqabı kompaniyasının reklam dizaynı uğurlu alınır.

Yaradıcılığı

redaktə

1960-ci illərdə Endi dollar əskinaslarının, göbələk buludlarının, elektrik stulunun, Campbell's Soup Cans, Coca-Cola rəsmlərini yaradır. Bu dövrdən Endi fotoqraf və rəssam kimi Merilin Monro, Elizabet Teylor, Cim Morrison, Elvis Presli, Məhəmməd Əli və başqa məşhurlarla əməkdaşlıq edir. Merilin Manronun ölümündən sonra, Endi, aktrisanın həyat və ölümünün alleqoriyasına çevrilmiş məşhur «Merilin Diptixi» əsərini yaradır.

Endi film çəkməyə başlayır, lakin həmin dövrdə çəkdiyi filmlərin çoxunun sujet xətti yox idi.

1963-cü ildə rəssam öz «Fabrik» adlandırdığı sudiyasını yaradır və ətrafına müxtəlif yazıçı, musiqiçi, rəssam və başqa məşhurları toplayır.

Sui-qəsd cəhdi

redaktə

1968-ci ildə Uorholun bir neçə filmində çəkilmiş radikal feminist Valeri Solanas «Fabrik»ə daxil olaraq 3 dəfə Uorhola atəş açır və polisə təslim olur. Uorhol sağ qalır, amma onun daxili üzvləri zədələnmişdi. Buna baxmayaraq, o, Solanası ittiham etməkdən imtina edir və Solanas 3 il həbs cəzası ilə cəzalandırılır, həmçinin psixiatrik xəstəxanada müalicə alır.

Bu hadisədən sonra, Uorhol ukrain yunan katolik kilsəninə mütəmadi olaraq gedir. Onun əsərlərində şiddətli ölüm mövzusu yer almağa başlayır.

Endi Uorhol 1987-ci ildə Manhettendə Kornuell tibb mərkəzində, öd kisəsinin ləğvi (lat. cholecystectomy) əməliyyatından sonra yuxuda dünyasını dəyişdmişdir.

Qardaşları cəsədini Pittsburqa aparmış və St. John Baptist Bizans Katolik qəbiristanlığında dəfn etmişlər.

Şəxsi həyat

redaktə

Endi Uorhol homoseksual idi.

Filmoqrafiya

redaktə
  • Blow Job (1963)
  • Eat (1963)
  • Haircut (1963)
  • Kiss (1963)
  • Naomi's Birthday Party (1963)
  • Sleep (1963)
  • 13 Most Beautiful Women (1964)
  • Batman Dracula (1964)
  • Clockwork (1964)
  • Couch (1964)
  • Drunk (1964)
  • Empire (1964)
  • The End of Dawn (1964)
  • Lips (1964)
  • Mario Banana I (1964)
  • Mario Banana II (1964)
  • Messy Lives (1964)
  • Naomi and Rufus Kiss (1964)
  • Tarzan and Jane Regained... Sort of (1964)
  • The Thirteen Most Beautiful Boys (1964)
  • Beauty No. 2 (1965)
  • Bitch (1965)
  • Camp (1965)
  • Harlot (1965)
  • Horse (1965)
  • Kitchen (1965)
  • The Life of Juanita Castro (1965)
  • My Hustler (1965)
  • Poor Little Rich Girl (1965)
  • Restaurant (1965)
  • Space (1965)
  • Taylor Mead's Ass (1965)
  • Vinyl (1965)
  • Screen Test (1965)
  • Screen Test No. 2 (1965)
  • Ari and Mario (1966)
  • Hedy (1966)
  • Kiss the Boot]] (1966)
  • Milk (1966)
  • Salvador Dalí (1966)
  • Shower (1966)
  • Sunset (1966)
  • Superboy (1966)
  • The Closet (1966)
  • Chelsea Girls (1966)
  • The Beard (1966)
  • More Milk, Yvette (1966)
  • Outer and Inner Space (1966)
  • The Velvet Underground and Nico (1966)
  • The Andy Warhol Story (1967)
  • Tiger Morse (1967)
  • **** (1967)
  • Imitation of Christ (1967)
  • The Nude Restaurant (1967)
  • Bike Boy (1967)
  • I, a Man (1967)
  • San Diego Surf (1968)
  • The Loves of Ondine (1968)
  • Blue Movie (1969)
  • Lonesome Cowboys (1969)
  • L'Amour (1972)

Haqqında çəkilən filmlər

redaktə

İstinadlar

redaktə
  1. 1 2 3 Union List of Artist Names (ing.).
  2. 1 2 3 4 RKDartists (nid.).