Elat
Elat (ümumtürk el-ölkə, xalq) — əsasən Azərbaycan ərazisində yarıköçəri(yaylaq -qışlaq) maldarlıqla məşğul olan sosial zümrə. Oturaq rəiyyətdən fərqli olaraq, elat xeyli az vergi yükü daşıyırdı, ancaq əvəzində bir çox elat tayfaları hərbi mükəlləfiyət daşıyırdı. Bir çox hallarda bir ərazinin rəyyəti hansısa elata təhkim olunurdu.
Faktiki olaraq həmin ərazidə yaşayan elat, ona təhkim olunmuş rəyyəti qoruyur, onun əvəzinə döyüşə gedirdi. Bunun səbəbi Orta Əsrlərdə qoşunların əsasən atlı olmasında idi. Elat termini daha çox türksoylu xalqlara aid edilirdi.