[go: up one dir, main page]
More Web Proxy on the site http://driver.im/

Adana Ulu məscidi

Adanada 16. əsrdə inşa edilən məscid

Adana Ulu məscidiAdanada yerləşən XVI əsrdən qalma tarixi bir məsciddir. Adana Ulu məscidi adı ilə tanınır.

Adana Ulu məscidi
Xəritə
36°59′06″ şm. e. 35°19′50″ ş. u.HGYO
Ölkə  Türkiyə
Şəhər Adana
Yerləşir Adana
Aidiyyatı Osmanlı imperiyası
Sifarişçi Ramazanoğlu Xəlil Bəy
Tikilmə tarixi 1513—1541
Üslubu Səlcuqlu memarlığı
Vəziyyəti stabil
Adana Ulu məscidi (Türkiyə)
Adana Ulu məscidi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ramazanoğulları bəyliyinin şah əsəri olan məscid, şəhərin ən mühüm tarixi tikililərindən biridir. 1998-ci ildə Sabancı mərkəz məscidinin istifadəyə verilməsinə qədər Adananın ən böyük məscidi olma xüsusiyyətini saxlamışdır.[1]

Tikintisinə Ramazanoğlu Xəlil Bəy tərəfindən 1509-cu ildə başlanıb. Xəlil Bəyin ölümündən sonra tikintisi oğlu Piri Mehmet Paşa tərəfindən 1541-ci ildə tamamlanıb. Ramazanoğlu Xəlil Bəy və Piri Mehmed Paşa ilə Mehmet Paşanın iki oğlu məscidinin cənub-şərqindəki 1541-ci il tarixli türbəsində dəfn olunublar.

Məscidin memarlığı Səlcuqlu və Məmlük üslubundadır.[2] Divarları qara ağ mərmər daşlarla bəzədilmişdir. Qərb və şərq istiqamətində qapıları var. Qərb qapısı üzərində iki ilan şəkli olan bir günbəz və bir kitaba var. Şərq qapısı üzərində və minbərin üstündə də bir kitabə yerləşir. XVI əsrdən qalma çinilərlə məşhurdur.

Mədrəsə, türbə, imarət, darül hədis, darül şəfa, sıbyan məktəbi kimi quruluşları da ehtiva edən Ramazanoğlu kompleksinin bir hissəsidir. Bu məscidin günümüzə qədər gəlmiş hissələri - mədrəsə, türbə və Ramazanoğulları Saray mərasimi (Tuz hanı) bölməsidir.

1998-ci il Adana-Ceyhan zəlzələsində zərər görən məscid, 1998-2004-cü illərdə bərpa olundu və ibadətə açıldı.

Şəkillər

redaktə

Həmçinin bax

redaktə
  1. "Selçuklu Memluk ve Osmanlı mimarisiden bir esinti: Ulu Cami". 2021-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-25.
  2. "Adana'da 10 Tarihi Eser". 2015-01-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-01-25.