Əhzab surəsi
Əhzab surəsi (ərəb. سورة الأحزاب (oxunuşu: surətul-əhzab) - dəstələr) - Quranın 33-cü surəsi. Mədinədə nazil olmuşdur, 73 ayədir.
33-cü surə — Əhzab surəsi | |
---|---|
Adı | |
Ərəbcə adı | سورة الأحزاب |
Adının mənası | Müttəfiqlər |
Quranda yeri | |
Nömrəsi | 33 |
Statistika | |
Ayələrin sayı | 73 |
Əhzab surəsi Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar | |
Quran Akademiyasında tərcüməsi |
Surənin adı 20 və 22-ci ayələrdə işlədilən əl-əhzab (dəstələr) sözündən götürülmüşdür.
Surənin 56-cı ayəsi salavat ayəsi adlandırılır. Məşhur təthir ayəsi bu surənin 33-cü ayəsidir.
Surədə həmçinin cahilliyyət dövründə adət şəklini almış öz oğulluğunun boşamış arvadı ilə evlənməyin yasaq olması hökmünün qüvvədən düşməsini əmr edən ayə də nazil olmuşdur. Belə ki, Peyğəmbər (s) öz oğulluğu Zeydin arvadının boşanmasına imkan daxilində mane olmuşdur, lakin bu gerçəkləşmiş və Zeyd arvadı Zeynəb bint Cəhşi boşadıqdan sonra Allah Peyğəmbərə (s) onunla evlənmək əmrini verir ki, müsəlmanlar bu adətin əyani şəkildə ləğv olunmasına əmin olsunlar.[1]
İstinadlar
redaktə- ↑ (Ya Peyğəmbər!) Xatırla ki, bir zaman Allahın (islam dininə yönəltməklə) nemət verdiyi və sənin özünün (köləlikdən azad etməklə) nemət verdiyi şəxsə (Zeyd ibn Harisəyə): "Zövzəni (Zeynəb bint Cəhşi) saxla (boşama), Allahdan qorx!" – deyir, Allahın aşkar etdiyi şeyi (Zeynəbin boşanacağı təqdirdə onu almağın haqda sənə nazil olan vəhyi) ürəyində gizli saxlayır və adamlardan (onların Peyğəmbər oğulluğunun boşadığı övrətlə evlənir, – deyəcəklərindən) qorxurdun. Halbuki əslində sənin qorxmalı olduğuna ən çox layiq Allahdır. Zeyd zövcəsi ilə əlaqəsini kəsdikdə (Zeynəbi boşadıqda) səni onunla evləndirdik ki, oğulluqları övrətlərini boşadıqları zaman onlarla evlənməkdə möminlərə heç bir çətinlik (günah) olmasın! (Bu işdən möminlərə heç bir günah gəlmədiyini bildirmək üçün belə bir övrətlə birinci səni evləndirib bütün müsəlmanlara nümunə etdik). Allahın hökmü mütləq yerinə yetər! Allahın Peyğəmbərə vacib (halal) buyurduğu bir şeydə (Zeynəblə evlənməkdə) ona heç bir günah yoxdur. Daha öncə gəlib-getmiş (Davud, Süleyman və başqaları kimi) peyğəmbərlər barəsində də Allahın qayda-qanunu (sünnəsi) belədir. Allahın əmri əzəli hökmdür! (O, mütləq yerinə yetməlidir!) (Əhzab surəsi, 37-38)
Əvvəlki surə: Səcdə surəsi |
Surənin mətni: Əhzab surəsi | Sonrakı surə: Səba surəsi |
Əvvəl nazil olan surə: Ali-İmran surəsi |
Sonra nazil olan surə: Mumtəhinə surəsi | |
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 |