[go: up one dir, main page]
More Web Proxy on the site http://driver.im/Məzmuna keç

Kürd atalar sözləri

Wikipedia logo
Wikipedia logo
Kürdlər haqqında Vikipediyada məqalə var.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Ac — adam içinə çıxdı, lüt — çıxmadı.
  • Adam kasıblayanda köhnə borclarını və uzaq qohumlarını xatırlayır.
  • Adam kimi işlə, aslan kimi ye.
  • Adamlar qoruqsuz olur, sərvət qoruqsuz olmur.
  • Adamlar zamanla ayaqlaşmalıdır, zaman adamlarla yox.
  • Axşam çörəyini sabaha saxla, axşamın işini səhərə saxlama.
  • Ağac dedi: "Məndən balta sapı düzəltməsəydilər, balta məni doğramazdı.
  • Ağac nə qədər yoğunsa, bir o qədər bərk sınar.
  • Ağaca qurd düşməsəydi, çürüməzdi.
  • Ağacı kökündən kəsmə.
  • Ağacı qurd yeməsə min il yaşar.
  • Ağıl — qızıl tacdır, hər başda olmaz.
  • Ağıldan yüngül olanın yuxusu ağır olur.
  • Ağıllıların yükü axmaqların çiynində olar.
  • Ağız yeyər, üz utanar.
  • Ağlın azlığı ağır yükdür.
  • Allah dağı da tək qoymasın.
  • Allah dağı görür, üstünü qarla örtür.
  • Allah kasıbın qənimidir.
  • Allah tülküyə aslan gücü verməsin.
  • Allahın da adı var, özü yox.
  • And — ikiağızlı qılıncdır.
  • Arvad adamı evə gələr, kişi adamı evdən gedər.
  • Arvad var — arvaddır, arvad var — dərd-qəmdir, arvad da var — yaraya məlhəmdir.
  • Arvad var qardaş yerindədir, arvad da var qardaşdan eləyir, yıxılır.
  • Aslan qocalanda çaqqallar gülüncü olar.
  • Aslanı hiylə ilə təslim edərlər.
  • Aslanın gücü pəncəsindədir.
  • At dörd ayaqla yeriyir, o da büdrəyir,
  • At qaçır, atlı özünü tərifləyir.
  • Atanın düşməni oğula dost olmaz.
  • Atı nalladılar, eşşək ayağını qaldırıb dedi: "Məni də".
  • Balta öz sapını kəsməz.
  • Baltanın sapı ağacdan olmasa ağaç aşmaz.
  • Baş dilə dedi; "Nə qədər ki, sən mənim qonşumsan, mənə rahatlıq yoxdur".
  • Başısoyuq oğuldan kor qız yaxşıdır.
  • Bekarın dukanı; iki saxta sabun, dörd torba duz.
  • Bəd itin arxasından keç.
  • Bəxti taxta dəyişmə.
  • Bəla igidin başına gələr.
  • Bərk ayaqda qorxağa qapı açmaq lazım deyil.
  • Bir ağacın kölgəsində min qoyun daldalanar.
  • Bir ana duası yeddi kişi qarğışını heç edər.
  • Bir bəd itdən qorx, bir də deyingən arvaddan.
  • Bir dəfə iki nəfər bir aqili araya alıb soruşdu: "Sən dəlisə, yoxsa qudurmuş?". Aqil dedi: "İkisinin arasındayam".
  • Bir dəfə qonaq eləməklə duz-çörəkli olmazsan, bir dəfə vurmaqla — qoçaq.
  • Bir dəfə yaxşılıq eləmək min dəfə deməkdən yaxşıdır.
  • Bir evə üç nəfər üçün azar gəldi, hamı baxdı nökərin gözünə. Nökər dedi: "biri — mən, bəs qalanları".
  • Bir günlük aslan ol, bir illik tülkü olma.
  • Bir halda ki, dünyada ölüm var, qorxu nə üçündür?
  • Bir topa hünü fili qaçırdar.
  • Bir yalançı dost min düşməndən yaxşıdır.
  • Birinci yastiq yaxşıdır. ("Birinci qadın yaxşıdır" — mənasında).
  • Birindən soruşdular: "Sən baxt istəyirsən, yoxsa taxt?". Dedi; "Baxt olsa, taxt özü gələcək".
  • Birinin evi od tutub yanır, o biri də onda qoyun baş-ayağı ütür.
  • Böyük ürək qocalmaz.
  • Canavar duman axtarar.
  • Cöngənin dərisini buğa aparar, buğanın dərisinə cöngənin gücü çatmaz.
  • Çay balığı dənizdə yaşaya bilməz.
  • Çay dənizi bulandırmaz.
  • Çırağın kora, nağaranın kara faydası yoxdu.
  • Çox tələsən geri qalar.
  • Çox tələsən tez yorular.
  • Çox yatan — az bilər.
  • Çörək — Qurandan qədimdir.
  • Çörəyi itə ver, nanəcibə vermə.
  • Çörəyin dadı çörək yiyəsinin üzünə görədir.
  • Dağ nə qədər hündür olsa da, belindən yol aşar.
  • Daş da səhəngə dəyəndə — vay səhəngin halına, səhəng də daşa dəyəndə — vay səhəngin halına.
  • Dağa ki, od düşdü — yaş da yanacaq, quru da.
  • Dam dəlikdirsə, damdibi yaşdı.
  • Daş daşa dəyər — çınqı çıxar.
  • Dedilər: "Ay ulaq, gəl səni aparaq cənnətə". Soruşdu: "Bəs orda qanqal var?"
  • Deyirlər, sən ki yola çıxdın, qəza- bəla da yola çıxır.
  • Dəlilər dəli deyil, onlara inananlar dəlidir.
  • Dəniz itin ağzıyla haram olmaz.
  • Dəvənin dərisi bir öküzə yükdür.
  • Dilim, mən sənin artığını kəsməsəm, sən mənim başımı kəsəcəksən.
  • Dişləyə bilmədiyin əli öpməli olursan.
  • Dost ağladar, düşmən güldüər.
  • Dostumun dostu dostumdur, düşmənimin düşməni də dostumdur.
  • Dostuna qazdığın quyuya bir gün özün düşərsən.
  • Dovşan necə gizlənir gizlənsin gec-tez çıxıb qaçacaq.
  • Dövlətli kasıblayanda yeddi il ondan dövlətli iyi gəlir, kasıb dövlətlənəndə yeddi il ondan kasıb iyi gəlir.
  • Düşmənə şirin sözünlə möhkəm arxan olsun.
  • Dünya — qızılgüldür: qoxla, ver yoldaşına.
  • Dünya nemətini kim daddı? — Axmaq qabağında susan.
  • Dünya nemətlərinin xeyrini ya zorlu görür, ya da həyasız.
  • Dünya səbr üstündə dayanıb.
  • Dünyada dildən şirin, dildən də acı heç nə yoxdur.
  • Dünyada hər şeyi qazanmaq olar — ata ilə anadan başqa.
  • — Dünyanı necə gördün? — Ürəyim necə görürsə!.
  • Dünyaya görə danış, ağlına görə iş gör.
  • Düşmənə — yaxşı söz, dosta — yaxşı tikə.
  • Düşməni olmayan kişinin olumu ilə ölümü birdir.
  • Düşmənin bir qarışqa da olsa, tədbirini gör.
  • Düşmənin qoy aslan olsun, tülkü olmasın.
  • Düzü deyəndən sonra şirin də yanından keçə bilərsən.
  • Düzünü de — rahat yat.
  • Elə quru olma ki, səni sındırsınlar, elə də yaş olma ki, sıxsınlar.
  • Elə ölü var ki, ağlaşmaya ehtiyacı yoxdur.
  • Eləyən heyfsilənər, eləməyən heyfsilənməz.
  • Eşşək yıxılanda yiyəsindən güclüsü tapılmaz.
  • Eşşəkdən qurban olmaz, amma dəyərində puldan qurbanlıq olar.
  • Eşşəyini əvvəlcə özün möhkəm bağla, sonra allaha yalvar ki, onu qorusun.
  • Evdə ağsaqqal yoxdursa, bir ağır daş gətir, onunla məsləhətləş.
  • Əliaçığın əli qısa olmaz.
  • Əlim oğurlayır, ürəyim — əsir.
  • Əliylə buraxdı, ayağı ilə ardına düşdü.
  • Ər-arvad savaşına ağılsızlar inanar.
  • Əslini soruş, əsilsizdən qorx.
  • Ət xarab olsa duzlayarlar, duz xarab olsa neyləyərlər?
  • Əvvəl de, sonra gül.
  • Əyri ağacın kölgəsi də əyri olar.
  • Əyri ağıza gülmək yaraşmaz.
  • Gəlin at belində gələr. Ancaq kimə qismət olduğunu kimsə bilməz.
  • Gözəl gözlərinə sürmə çəkdi, cavanların qəlbini yandırıb — yaxdı.
  • — Gozünü kim oyub.
- Qohumum.
- Hə, deməli, ona görə belə dərin oyulub.
  • Haqsız bəraət cinayətdən ağırdır.
  • Hər ağac öz kökünə kölgə salmaz.
  • Hər dəmirdən qılınc olmaz.
  • Hər şey saqqala görə olsaa, onda gərək keçi sərdar ola.
  • Hər tikəni yemək olar, hər sözü demək olmaz.
  • Hər yuvaya əlini salma: birində siçan var, birində ilan.
  • Həya — damladır, bir damçı damsa yenə damacaq.
  • Hürəyən it qəfil qonaq çağırar.
  • Xasiyyətini dəyiş — gecələdiyin yeri dəyişmə. (Kürdlərdə adətdir: bir dəfə bir evdə gecələmiş müsafir, gələn dəfə də o evə düşməlidir, yoxsa ev yiyəsini incitmiş olar)
  • Xəstənin özünün bildiyini yüz həkim bilmir.
  • Xəstəyə kim şəfa verdi? — Halını soruşan.
  • İgid adam yava adamı bağışlaya bilər, yava adam igidi — yox.
  • İgidlik ondur: biri qüvvət, doqquzu fənd.
  • İkiarvadlı ikiüzlü olar.
  • İki güləşənin biri yıxılmalıdır.
  • İlan deyir: "Məni düşmən kimi öldürsən də dost kimi basdır".
  • İlan kəsilmiş quyruğunu unutmaz.
  • İlan kinli olmasaydı, ayaqları qarnında olmazdı.
  • İlan nə qədər ki, balacadır — əz başını.
  • İlandan ilan zəhəri getməz.
  • İlanı başından tutarlar.
  • İlanın balası zəhərsiz olmaz.
  • İllər qoranı şirin elər.
  • İnsan bir, qayğı min.
  • İnsan "haqq" dediyi zaman çay dayanır, su kəsilir.
  • İnsan yorğunluqdan ölməz.
  • İstəmək ayıbdır, verməmək ikiqat ayıbdır.
  • İş aslandır, alarsan ələ, olar tülkü.
  • İş görən əl- tox qarının üstündədir.
  • İt çörəkdən qaçmaz.
  • İt dənizdən su işməklə, dəniz murdar olmaz.
  • İt səni nə qədər yaxşı tanısa da, ağacı əldən vermə.
  • İtə nə qədər daş atsan, o qədər də hürər.
  • Kasıb çörək dərdində, ağa kefdə, şənlikdə.
  • Kiçik borc uşaq kimi böyüyər.
  • Kim elədi demə, kim söylədi de.
  • Kirpi ğz balalarını söğallayıb dedi: "Mənim ipək balam".
  • Kişi arxasında qadın — iki ağzı da itilənmiş qılınc kimidir.
  • Kişi o adamdır ki, öz yarasını özü sağaldır.
  • Kişinin düşməni pis dilidir, bir də pis arvadı.
  • Kor gözü müalicə eləmək olar, kor ürəyi — yoz.
  • Kor ölüncə ümid edər ki, görəcək.
  • Korlar şəhərinə gedən adam gərək gözünü yumsun.
  • Könlündəki bir dərd belindəki on yükdən ağırdır.
  • Kürd ac olanda yuxu onun nəyinə gərəkdir?
  • Qadın qaladı, kişi məhbus.
  • Qadın yanağı allığı kişidən alar.
  • Qadının könlü bir qaba düşdü, yeddi il bir yerdə dolandırdı.
  • Qalın nazilincə, nazik üzülər.
  • Qapını bağla, amma nə qonşunu, nə də kəndçini oğru bilmə.
  • Qapısı bağlı olanın gözü qapısı açıq olandadı.
  • Qara buluddan həmişə yağış gələr.
  • Qarğa başından bozartma bişirməzlər.
  • Qatırdan soruşdular: "Atan kimdir?". Dedi: "Atın bacısı oğluyam".
  • Qəhvəni çaya bərabər elədilər, çayın qiyməti düşdü.
  • Qərib adam kor kimidir.
  • Qılınc birini öldürər, dil — minini.
  • Qız dediyin meyvəli ağacdır, hər ötən bir daş atar.
  • Qocaların sözüylə arvad al, cavanların sözüylə — at.
  • Qohum nə qədər pis olsa, yenə gizlədilmiş qızıl kimidir.
  • Qonşunun qızını qonşu ərə verər, qonşunun oğlunu qonşu evləndirər.
  • Qorxağın ürəyi hər an döyünər.
  • Qoy ağac yıxılsın — bilərsən hansı tərəfə yıxıldı.
  • Qoy lal desinlər, tənbəl deməsinlər.
  • Qoy səni aslan yesin — yatma tülkü kölgəsində.
  • Qudurmuş it qırx gün yaşar.
  • Qulaqsız ulaq elə bilər ki, hələ qoduqdur.
  • Qurbağa quruldamasa partlar.
  • Qurd gəldi — vay dilənçinin, kasıbın halına.
  • Qurd öz gücünü bilsəydi, dünyanı alt-üst edərdi.
  • Qurddan soruşdular: "Sənin boynun niyə yoğundur?". Dedi: "Mən ruzumu özüm tapıb, özüm də yeyirəm".
  • Qurdla yeyir, çobanla axtarır.
  • Quş var ki, insan onun ətini yeyir, quş da var ki, insan ona ət yedizdirir.
  • Quzuya yazığı gələn kabab yeməz.
  • Libassız dolaş, ancaq başını düşmən önündə əymə.
  • Meyvənin dəymişini dərməzsən — çürüyər.
  • Məhəbbət — alovdur, əhd-peyman — külək.
  • Məhkəməyə gedən iki nəfərin ancaq biri razı qayıdar.
  • "Mən sancmıram" deyən ilandan qorx.
  • Mənim papağım düzlüyümə görə cırıldı.
  • Mərcimək quşu kimidir: nə sinəsi var, nə kürəyi.
  • Mərddən zərər olmaz, namərdə — inam.
  • Mərdin başı qaladır.
  • Molla öz borcunu tez unudur, borclularını yox.
  • Nabələdə zurna verərsən, gen tərəfindən piləyər.
  • Namərd körpü də olsa — üstündən keçmə.
  • Namuslu əmək tapdansa da zay olmaz.
  • Namusu itə atdlar — yemədi.
  • Heç nə bilməyən adam həmişə qəmgin olar.
  • Nə qədər ki, qapını döyməyiblər, sən də heç kəsin qapısını döymə.
  • Oddan qorxan suya düşər.
  • Oğul atanın yanına gəli deyir: "Ata, dəvə bir qəpiyədir". Atası deyir: "Alma, qəpiyimiz yoxdur". Onda ki, dəvənin qiyməti qızıla bərabər olur, ata deyir: "Bala, get al".
  • Ölənin dalınca heç kəs özünü öldürmür — yazıq ölənin halına.
  • Ölü mənim ölüm, nə olduğunu özüm bilərəm.
  • Ölümdən qorxan insan dirilər arasında ölüdür.
  • Övladına cəza verməyən özü cəza alar.
  • Öz atasını öldürdü — goruna and içir.
  • Öz atasını istəyən, özgə atasını söyməz.
  • Öz atına oğlunu da qoyma minsin.
  • Öz düşmənini göz tez tanıyar.
  • Öz düşmənini tanımayan gözlər kor olsun.
  • Öz evində yox, özgə evində əliaçıqdır.
  • Özgə quzudan bizə qoç olmaz.
  • Özgənin əlinə baxsan, əli bağlı qalarsan.
  • Özünü bir tərifləyəndə, dostunu iki təriflə.
  • Padşahdan daldada padşahın da atasını söyərlər.
  • Peyğəmbər əvvəlcə özünə xeyir-dua verib, sonra özgələrinə.
  • Pis dost qoçağı da pis eləyər.
  • Pis qadın yaxşı kişini keçəl eləyər, yaxşı qadın pis kişini yaxşı eləyər.
  • Pişiyi hər necə atsan pəncələri üstə düşəcək.
  • Sakit sudan və mızı adamdan qorx.
  • Sel gedər — daş qalar, aslan ölər — dərisi qalar, insan ölər — adı.
  • Səbirli olsan, Misirin də əmiri olarsan.
  • Səhər bir tikə ye, günorta — nə qədər bacarırsan, axşam yeyərsən — yeməzsən özün bilərsən.
  • Səhər küləyindən soyuqlamayanın, axşam küləyindən qorxusu olmaz.
  • Silahı böyüyə ver, suyu kiçiyə.
  • Sirri bir nəfərə ver, sualı — mun nəfərə.
  • Soruşdular: "Atanı atlı öldürüb, yoxsa piyada?". Dedi: "İndi ki, ölüb, nə fərqi var: atlı öldürüb, yoxsa piyada".
  • Soruşdular: "Nə əkirsən?". Dedi: "Bitər, görərsən".
  • Soruşdular: "Su, niyə haray salırsan?". Dedi: "Dostum daşlardır".
  • Söyləmək zərərdi, düzəltmək qərar.
  • Sözü əvvəlcə bişir, sonra çıxart.
  • Şam kimidir, kölgəni — özünə, işığı özgəsinə salar.
  • Şərəfsizin zərbəsi mərdi ağrıtmaz.
  • Təlxəyə hər yerdə yer var.
  • Tənhalıq dərdi diş ağrısı kimidir.
  • Tülkü aslanın yerinə keçdi, hər yanı viran etdi.
  • Tülkü meşədən çıxdı — fərq nədir ki, dişidir, ya erkək.
  • Tülkü yeyə bilmədiyi üzümə- "iylənib" -deyər.
  • Uca dağların zirvəsi həmişə duman içərisində olar.
  • Ulaq yeddi cür üzmək bilir, amma suyu görəndə hamısı yaddan çıxır.
  • Ulağa dedilər: "Gözün aydın, oğlun olub!". Dedi: "Yüküm artıb, yemim azalıb".
  • Uşaq idim — böyüklərdən qorxurdum, böyük oldum — uşaqlardan qorxuram.
  • Uşaq nə görər yapışar, nə eşidər — danışar.
  • Utancaq adam məqsədinə çatmaz.
  • Ürək daş deyil, güldən də zərifdir.
  • Ürək süfrədir ki, hər yetənin önündə açasan?
  • Ürəkdən ürəyə yol var.
  • Üzü ağrısın, qarnı ağrımasın.
  • Vaxtsız banlayan xoruzun başı kəsilər.
  • Vay o kişinin halına ki, arvadının gözü qapıdadır.
  • Vətənsiz adam qanadsız quş kimidir.
  • Yaxşı aqibət əvvəldən görünər.
  • Yaxşı at olsun, nalı olmasa da olar.
  • Yaxşı gəlin evin sütunudur.
  • Yaxşı gün səhərindən bilinər.
  • Yaxşı oğul pis atanın adını ucaldar, pis oğul yaxşı atanın adını batırar.
  • Yaxşılıq eləyən özünə xeyir eləyir, yamanlıq eləyən — zərər.
  • Yaxşılığı bir dəfə eləmək, min dəfə deməkdən yaxşıdır.
  • Yağış dənizin üstünə yağar.
  • Yağışdan sonra öküz çullanmaz.
  • Yalan Allahın düşmənidir.
  • Yalan hələ heç ağızdan çıxmamış başlayır valay vurmağa.
  • Yalqız adamdan heç kəs danışmaz.
  • Yalqız atlı toz qaldırmaz.
  • Yalqız qadın əzazil olar, yalqız kişi — yazıq.
  • Yaman gündə də namərd qapısını döymə.
  • Yamanlığı hamı eləyə bilər, yaxşılığı — yox.
  • Yaramaza hörmət elərsən, deyər: "Məndan qorxur".
  • Yaralı yarasını bilir.
  • Yava kişi bəd ayaqda arvadının gözünə baxar.
  • Yavaş gedəndə — bəla məni haqlayır, bərk gedəndə — mən bəlanı haqlayıram.
  • Yazda — qoyun, yayda — meyvə, payızda palıd közüylə yağlı ət, qışda da ki, mən. (Kürd qadının öz ərinə zarafatıdır).
  • Yazın axırında insanlar şad olur, yazın əvvəlində — heyvanlar.
  • Yeddi dəfə öz evində axtar, sonra qonşudan istə.
  • Yeməyə uzanan əl uzundur.
  • Yeməyi ye ər kimi, işi gör şir kimi.
  • Yetim bəxtəvər olsaydı, atası ölməzdi.
  • "Yoldaş, yoldaş" deyən dostun ardınca getmə.
  • Yoluxucu xəstəlik Şamdan gəldi, əcəli çatanlar öldü.
  • Yuxu — dəmirdən ağır, qənddən şirindir.
  • Yük uzunqulağa gəlməsə, uzunqulaq yükə gedər.

Mənbə

[redaktə]
  • Dünya xalqlarının atalar sözləri. Bakı, 2015.

İstinadlar

[redaktə]