Yoçi Papai

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Yoçi Papai
mac. Joci Pápai
Yoçi Papai 2017-ci ildə
Yoçi Papai 2017-ci ildə
Ümumi məlumatlar
Doğum adı Yojef Papai
mac. József Pápai
Ləqəbi Yoçi Papai
Doğum tarixi 22 sentyabr 1981(1981-09-22)[1] (43 yaş)
Doğum yeri
Milliyyəti qaraçı
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni, aktyor, reper, gitarist
Fəaliyyət illəri 2005–h.h.
Janr
Musiqi aləti gitara
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yojef "Yoçi" Papai (mac. József "Joci" Pápai; 22 sentyabr 1981[1], Tata) — Qaraçı əsilli Macarıstan müğənnisi, reper, aktyor və gitara ifaçısı. O Macarıstanı 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil edərək, 8-ci yeri qazanmışdır. Yoçi 2019-cu ildə yenidən Macarıstanı Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir.[2]

Musiqi karyerası

[redaktə | mənbəni redaktə et]

Yoçi Papainin musiqi ilə ilk tanışlığı mahnı yazan və eyni zamanda gitarada ifa edən böyük qardaşının sayəsində olmuşdur. Macar xalqı Yoçi ilə ilk dəfə 2005-ci ildə ölkənin TV2 telekanalında keçirilən Megasztár musiqi yarışmasında iştirakı sayəsində tanış olmuşdur. Yarışmada gözlədiyi uğuru qazana bilməsə də, Yoçi öz qeyri-adi ifası ilə izləyicilərin diqqətini cəlb edə bilmişdir.

2010-cu ildə müğənninin "Ne nézz így rám" adlı debüt sinqlı təqdim edilmişdir. Mahnı Macarıstanda hitə çevrilmişdir. Bunda başqa Yoçi macar reper Majka ilə duet şəklində "Nélküled" və "Nekem ez jár" mahnılarını ifa etmişdir. 2015-ci ildə təqdim edilən "Mikor a test örexik" müğənninin Macarıstan hit paradlarında növbəti uğuru olmuşdur.

Macarıstanın MTVA telekanalının Avroviziya 2017 üçün təşkil etdiyi A DAL 2017 mahnı müsabiqəsində qalib gələn Yoçi Papai "Origo" mahnısı ilə Macarıstanı Ukraynanın paytaxtı Kiyevdə keçirilən Avroviziya 2017-də təmsil etmək hüququnu qazanmışdır[3]. Yoçinin ifa etdiyi mahnıda Roman milli musiqisi təbliğ edilir və mahnı müğənninin özü tərəfindən bəstələnmişdir. Uzun məşqlərdən sonra Yoçi 11 may tarixində baş tutan müsabiqənin yarımfinal mərhələsində 7-ci nömrə altında səhnə almışdır. Nəticədə 231 xalla 2-ci yerdə qərarlaşaraq, final mərhələsinə vəsiqə qazanmışdır. Müsabiqənin finalında bir daha öz mahnısını ifa edən Yoçi 26 ölkə təmsilçisinin mübarizə apardığı şouda 200 xal toplayaraq, 8-ci yerdə qərarlaşmışdır.

Yoçi Papai növbəti dəfə 2019-cu ildə Macarıstanın A DAL mahnı müsabiqəsində iştirak edərək qələbə qazanmışdır. O, yarışmada ifa etdiyi "Az én apám" mahnısı ilə Macarıstanı İsrailin Tel-Əviv şəhərində keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmək hüququ əldə etmişdir. Lakin bu dəfə ifaçı müsabiqənin yarımfinal mərhələsində məğlub olaraq, finala adlaya bilməmişdir.

Mahnı adı İl
"Ne nézz így rám" 2010
"Nélküled"
(Majka və Tyson ilə)
"Rabolj el" 2011
"Nekem ez jár"
(Majka, Kyörtis və BLR)
2013
"Mikor a test örexik"
(Majka ilə duet)
2015
"Elrejtett világ"
(Caramel və Ze Jabo ilə)
"Senki más"
(Majka ilə duet)
2016
"Origo" 2017
"Özönvíz"
"Az én apám" 2019
  1. 1 2 Pápai Joci // Discogs (ing.). 2000.
  2. Herbert, Emily. "Hungary: Joci Pápai Selected For Eurovision 2019". Eurovoix. 23 fevral 2019. 2019-02-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 fevral 2019.
  3. "Hungary: Joci Pápai to Sing 'Origo' in Kyiv". Eurovoix. 18 fevral 2017. 2017-02-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-20.
Əvvəlki:
Freddi
"Pioneer"
Macarıstan Avroviziya Mahnı Müsabiqəsində

2017
Sonrakı:
AWS
"Viszlát nyár"
Əvvəlki:
AWS
"Viszlát nyár"
Macarıstan Avroviziya Mahnı Müsabiqəsində

2019
Sonrakı:

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]