Xəlil ibn Əhməd

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Xəlil ibn Əhməd
əl-Xəlil ibn Əhməd əl-Fərahidi Əl-Bəsri
Digər adı əl-Bəsri
Doğum tarixi 718[1]
Doğum yeri
Vəfat tarixi 1 noyabr 790
Vəfat yeri
Elm sahələri filologiya, musiqişünaslıq
Tanınmış yetirmələri Nəzzam, Sibəveyh
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Xəlil ibn Əhməd (ərəb. أبو عبد الرحمن الخليل بن أحمد الفراهيدي‎; 718[1], Bəsrə1 noyabr 790, Bəsrə) — VIII əsrin məşhur ərəb filoloqu və musiqişünası

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Bəsrə məktəbinin nümayəndəsidir. Əl-Bəsri təxəllüsü ilə də tanınmışdır. Əruz nəzəriyyəsinin ("əl-Əruz" risaləsi və s.) yaradıcılarındandır. "Kitab ül-eyn" adlı ilk ərəb dili izahlı lüğətini tərtib etmişdir. Sibaveyhi onun rəhbərliyi ilə ərəb dilinin "əl-Kitab" adlı ilk normativ qrammatikasını yaratmışdır. Musiqi nəzəriyyəsinə dair əsərləri də ("əl-nəğam" və s.) var.[2]

Xəlil ibn Əhmədin əruz nəzəriyyəsi

[redaktə | mənbəni redaktə et]

X. İ. Əhmədin müəyyən etdiyi əruz qəliblərində bölgüləri təfilələr (ərəbcə "fə’ələ" feilindən yaranmış müxtəlif ifadələr), uzun və qısa hecaların yerini isə təfilələrdəki uzun və qısa hecalar müəyyən edir. X. İ. Əhmədin əruz nəzəriyyəsinin ən kiçik anlayışından (vahidindən) ən böyük anlayışına qədər olan inkişafını sxem şəklində aşağıdakı kimi təsvir etmək olar:[3]

Hərəkəsiz və hərəkəli ərəb hərfləri. Şərti işarələri uyğun olaraq: ا (əlif) və ه (hə)

Müxtəlif kombinasiyaları nəticəsində 6 rükn yaranır:

Rüknlər: yüngül səbəb (bir hərəkəli və bir hərəkəsiz hərf), ağır səbəb (iki hərəkəli hərf), yanaşı vətəd (iki hərəkəli və bir hərəkəsiz hərf), aralı vətəd (bir hərəkəli, bir hərəkəsiz və bir hərəkəli hərf), kiçik fasilə (üç hərəkəli və bir hərəkəsiz hərf), böyük fasilə (dörd hərəkəli və bir hərəkəsiz hərf).

Müxtəlif kombinasiyaları nəticəsində 8 əsli təfilə yaranır:

Əsli təfilələr: fə’Ulün, fA’ilün, məfA’İlün, fA’ilAtün, müstəf’ilün, müfA’ələtün, mütəfA’ilün, məf’UlAtü

Müxtəlif dəyişmələr – zihaflar nəticəsində 60-dan çox törəmə təfilə yaranır:

Törəmə təfilələr

Müxtəlif kombinasiyaları nəticəsində qəliblər yaranır:

Qəliblər

Yarandığı əsli təfilələrdən asılı olaraq 16 bəhrdə (16-cı bəhr — Mütədarik alimin davamçıları tərəfindən yaradılmışdır) qruplaşdırılır:

Bəhrlər: Təvil, mədid, bəsit, vafir, kamil, həzəc, rəcəz, rəməl, səri, münsərih, xəfif, müzare, müqtəzəb, müctəs, mütəqarib, mütədarik

Ritmik yaxınlıqlarına görə 5 dairədə qruplaşdırılır:

Dairələr: I dairətəvil, mədid, bəsit; II dairəvafir, kamil; III dairəhəzəc, rəcəz, rəməl; IV dairəsəri, münsərih, xəfif, müzare, müqtəzəb, müctəs;

V dairəmütəqarib, mütədarik.

Sxemdən göründüyü kimi X. İ. Əhmədin nəzəriyyəsində ən kiçik vahid (ünsür) ritmik yox, qrafiki xarakter daşıyır. Ən kiçik ritmik vahidlər isə 6 rükndən ibarət qəbul olunmuşdur. Əslində əruzun ən kiçik ritmik vahidi olan uzun və qısa heca anlayışları isə bu nəzəriyyədə yoxdur. Həmin iki növ hecanı ərəb qrafikasına əsasən izah etmiş olsaq uzun hecalar birincisi hərəkəli, ikincisi hərəkəsiz olmaqla iki hərf (bu "yüngül səbəb" adlı rüknlə eynidir), qısa hecalar isə bir hərəkəli hərf (buna uyğun rükn yoxdur) vasitəsiylə düzəlir. Nəzəriyyədə rüknlərdən qəliblərə qədər daha iki mürəkkəb mərhələ (əsli və törəmə təfilələr) keçilir.[3]

  1. Əruz
  1. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. Azərbaycan Sovet Ensiklopediyası. X cild. Bakı-1987. Səh-75.
  3. 1 2 "Şirvani Ədilli, Azərbaycan şeirində forma məsələləri. Bakı-2014" (PDF). 2022-03-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2014-09-21.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]