Valeri Qazzayev

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Valeri Qazzayev
rus. Валерий Газзаев, oset. Гæззаты Валери
Ümumi məlumatlar
Ləqəbi Leo,[1] VQQ,[2] Köpək[3][4]
Doğum tarixi 7 avqust 1954(1954-08-07)[5] (70 yaş)
Doğum yeri
Vətəndaşlığı
Təhsili
  • Moskva Dövlət Hüquq Universiteti[d]
Boyu 173 sm
Mövqeyi hücumçu
Karyerası
Gənclik karyerası
1966—1969 Spartak Orconikidze
Klub karyerası[* 1]
1970—1973 Spartak Orconikidze 53 (9)
1974 SKA Rostov-na-Donu 12 (1)
1975 Spartak Orconikidze 33 (14)
1976—1978 Lokomotiv Moskva 72 (14)
1979—1985 Dinamo Moskva 197 (70)
1986 Dinamo Tbilisi 14 (5)
Milli yığma[* 2]
1978—1980 SSRİ 8 (4)
1980—1983 SSRİ (olimp.) 11 (2)
Məşqçisi olduğu klublar
1986—1987 UGİM Dinamo Moskva məşqçi
1989—1991 Spartak Orconikidze
1991—1993 Dinamo Moskva
1994—1999 Alaniya
1999—2001 Dinamo Moskva
2001—2003 ÇSKA Moskva FK
2001—2002 Rusiya U-21
2002—2003 Rusiya
2004—2008 ÇSKA Moskva FK
2009—2010 Dinamo Kiyev
2011—2014 Alaniya prezident
2012—2013 Alaniya
Təltif və medalları
"Şərəf" ordeni (Rusiya)"Dostluq" ordeni (Rusiya)
Olimpiya Oyunları
 
Bürünc 1980 Moskva Futbol

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Valeri Georgiyeviç Qazzayev (rus. Вале́рий Гео́ргиевич Газза́ев, oset. Гæззаты Георгийы фырт Валери; 7 avqust 1954[5], Orconikidze) — Sovet futbolçusu (hücümçu), Sovet və Rusiya futbol məşqçisi, dövlət və siyasi xadimi. "Ədalətli Rusiya — Vətənpərvərlər — Həqiqət Naminə" partiyası Mərkəzi Şurasının üzvü. SSRİ beynəlxalq dərəcəli idman ustası (1980), Rusiyanın əməkdar məşqçisi (2005).[6]

Dövlət Dumasının Millətlər İşləri Komitəsinin sədri (4 fevral 2020 - 23 sentyabr 2021), VII çağırış Dövlət Dumasının deputatı (18 sentyabr 2016 - 23 sentyabr 2021). Oyunçu kimi Qazzayev "Spartak Orconikidze", "SKA Rostov", "Lokomotiv Moskva", "Dinamo Moskva" və "Dinamo Tbilisi" kimi klublarda çıxışları ilə tanınır; SSRİ milli komandasının tərkibində 1980 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı. Məşqçilik karyerasına 1986-cı ildə başlamış, 1995-ci ildə tarixdə ilk dəfə "Alaniya Vladiqafqaz" klubunu Rusiya futbol çempionatının çempionu etdi. 2001—2003 və 2004—2008-ci illərdə "ÇSKA Moskva" klubunun baş məşqçisi olaraq çalışmışdır və onunla birgə 3 dəfə Rusiya çempionatını, 4 dəfə Rusiya Kubokunu qazanmışdır, 2004/2005 mövsümündə isə 2004/2005 UEFA Kubokunu qazanaraq, 1991-ci ildə bu trofeyə yiyələnən ilk Rusiya klubu oldu. 2002—2003-cü ildə Rusiya milli futbol komandasının baş məşqçisi təyin olunmuşdur.

Qazzayev Rusiya tarixində qazanılan medalların və kubokların sayına görə ən titullu rusiyalı məşqçidir, eyni zamanda rəhbərliyi altında Avropa klub trofeyi qazanan yeganə rusiyalı məşqçidir. 2004/2005 mövsümünün nəticələrinə görə, o, UEFA-nın ilin məşqçisi mükafatının sahibidir. Rusiyalı oyunçuların və məşqçilərin hüquqlarının müdafiəsi ilə bağlı prinsipial mövqeyi ilə tanınır,[7] baxmayaraq ki, eyni zamanda xarici mütəxəssisləri Rusiya klublarına və milli komandaya dəvət etməkdə sərt qarşı deyil.[8]

Valeri Georgiyeviç Qazzayev 7 avqust 1954-cü ildə Şimali Osetiya MSSR paytaxtı Orconikidze (indiki Vladiqafqaz) şəhərində anadan olmuşdur. Valeri Qazzayevin atası Georgi Xristoforoviç Qazzayev (1920—1983)[9] Tsxinvalidən idi və keçmişdə polisdə işləyirdi və sərbəst güləşlə məşğul olurdu; ağır yaralanmalarla nəticələnən yol qəzasından sonra xidməti tərk edərək bənna kimi işə düzəldi. Anası Olqa Semyonovna dərzi idi.[10][11] Ailəsində həmçinin qardaşı Ruslan (hüquqşünas, 18 noyabr 2006-cı ildə avtomobil qəzasında öldü)[12] və Yuri adlı qardaşları var idi. Valerinin uşaqlığı Turhan bölgəsində keçdi.[13] Valeri bir yaşında ikən valideynləri Osetiya ənənəsinə sadiq qalaraq otağa fərqli əşyalar qoydular: uşağın seçdiyi əşyalar onun taleyinin nə ilə əlaqəli olacağına işarə edirdi. Valeri kiçik rezin topu seçdiyindən, valideynləri onun həyatını futbolla əlaqələndirmək istədiyini düşündülər. Valeri həyətdə dostları Georgi Xuadonov, Ruslan Tsalikov, Veneamin Fərəcov və Vladimir Takoyev ilə oynayırdı.[1]

Valeri Qazzayev Orconikidze şəhərinin 15 saylı orta məktəbini bitirmişdir.[14] Həyət komandasından "Spartak" klubunun futbol məktəbinə gəlib çıxmışdır; onun lk məşqçisi "Spartak Orconikidze" klubunun keçmiş oyunçusu Musa Daniloviç Tsalikov idi.[15] Məktəbdəki təhsili dövründən karyerasının sonuna qədər Qazzayev yalnız hücumçu mövqeyində oynamışdır.[9] Həmyaşıdların dediklərinə əsasən, Qazzayev hər bir məğlubiyyətin acısını yaşayaraq digər oyunçuları günahlandırırdı,[16] lakin hər hansı bir oyun zamanı oyunçuların etdiyi bütün fərdi səhvləri sadalamağı bacarırdı.[17] Tsalikov məşq prosesini çətinləşdirməyərək və uşaqları əyləndirməyə çalışaraq məşqlər təşkil edirdi, ancaq məşq zamanı hər hansı nalayiq sözlərin istifadəsinin qarşısını alırdı.[18] Fiziki gücü bərkitmək və fərdi bacarıqları inkişaf etdirmək üçün Qazzayev yüngül atletika, basketbol və voleybolla da məşğul olurdu.[19]

Qazzayev ilk ciddi qələbəsini Xuadonovun da çıxış etdiyi klubla qazandı: "Dəri top" uşaq yarışları çərçivəsində onların komandası Şimali Osetiya MSSR çempionluğunu qazandı və Qazzayev ilə Xuadonov turnirin ən yaxşı bombardiri oldular. Komandanı ümumittifaq yarışlarına göndərmək planlar var idi, lakin bir sıra problemlərə görə bunu həyata keçirmək heç vaxt mümkün olmadı.[20]

  1. 1 2 Житнухин, 2006. səh. 17
  2. "Интернет говорит… отставки Бышовца и Газзаева". РБК. 2007-10-31. 2021-10-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-01.
  3. "«Газзаев – пес». История легендарного мема". Sports.ru. 2018-06-09. 2019-10-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-15.
  4. "Слуцкий: у Газзаева в болельщицкой среде кличка Пёс". Чемпионат.com. 2021-03-05. 2021-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-04.
  5. 1 2 Valeri Gazzaev // Transfermarkt (çd.). 2000.
  6. "Газзаев: ЦСКА не хватило сил на весь матч против «Зенита»". РИА «Новости». 2005-05-25. 2015-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-08.
  7. "Валерий Газзаев: «Неприятно видеть в России засилье иностранных тренеров»". Спорт-Экспресс в Украине. 2012-05-18. 2012-06-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-22.
  8. Максим Квятковский. "Валерий Газзаев: «Не знаю футболиста по фамилии Плеймейкер»". Спорт-Экспресс. 2003-06-17. 2021-10-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-22.
  9. 1 2 "Валерий Газзаев: «Без эмоций жизнь мертва. Футбол тоже» (Часть 2)". Спорт-Экспресс. 2005-08-25. 2021-10-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-01.
  10. Житнухин, 2006. səh. 16
  11. "Известному футболисту и тренеру Валерию Газзаеву исполняется 60 лет". ТАСС. 2014-08-07. 2020-10-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-28.
  12. "Брат Валерия Газзаева погиб в автокатастрофе". Лента.ру. 2006-11-20. 2021-10-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-01.
  13. Житнухин, 2006. səh. 15
  14. "«Чтобы вступить в светлое завтра, нужно творить, выдумывать, пробовать…»". СОШ № 15 г. Владикавказ. 2020-01-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-11-01.
  15. Житнухин, 2006. səh. 23
  16. Житнухин, 2006. səh. 22
  17. МОБЦ
  18. Житнухин, 2006. səh. 26—27
  19. Житнухин, 2006. səh. 28
  20. Житнухин, 2006. səh. 31
  • Житнухин А. П. Газзаев. Жизнь замечательных людей. Биография продолжается. М.: Молодая гвардия. 2006. ISBN 5-235-02889-9.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]