Ueno zooparkı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Ueno zooparkı
恩賜上野動物園
Zooparkın girişi.
Açılma tarixi1882[1]
YerTokio, Yaponiya Yaponiya
Sahəsi14,3 ha[1]
Heyvanların sayı2600[1]
Növlərin sayı464[1]
Üzv olduğu qurumlarYZAA[2]

Ueno zooparkı (恩賜上野動物園, Onshi Ueno Dōbutsuen?)Yaponiyanın Tokio şəhərinin Tayto xüsusi rayonunda yerləşən zoopark. Sahəsi 14,3 hektardır. Tokio Metropolitan Hökuməti tərəfindən idarə olunur. Yaponiyanın ən qədim zooparkıdır. 20 mart 1882-ci ildə açılmışdır. Ueno stansiyasının park çıxışından 5 dəqiqəlik uzaqlıqdadır. Ölkənin ilk monorelsi olan Ueno zooparkı monorelsi parkın şərq və qərb hissələrini əlaqələndirir.

Zoopark Ueno parkında yerləşir. Parkda muzeylər, kiçik əyləncə parkı və digər attraksionlar var. Zoopark bazar ertəsi günləri bağlı olur.

Zoopark fəaliyyətinə Təbiət Tarixi Milli Muzeyinin heyvanxanası kimi başlamışdır. 1881-ci ildə heyvanxananın səlahiyyətləri təbiətşünas Tanaka Yoşioya ötürülmüşdür. O, heyvanxananı ictimai zooparka çevirmişdir.[3] Ərazi imperiya ailəsinin mülkü olsa da, 1924-cü ildə Hirohitonun toyu münasibətilə Ueno parkı ilə birlikdə bələdiyyəyə verilmişdir.[4]

1943-cü ilin avqustunda Tokio administratoru Şiqeo Odaçi zooparkdakı bütün "vəhşi və təhlükəli heyvanlar"ın öldürülməsini əmr etmişdir. O, Tokionun bombardmanı zamanı zooparkın da zərər çəkəcəyini, heyvanların Tokio küçələrinə düşəcəyindən ehtiyat etmişdir. Zoopark işçiləri əmri təxirə salmağı və ya heyvanları təxliyə etməyi təklif etsələr də, təklifləri rədd edilmişdir. Heyvanlar əsasən zəhərlənərək, boğularaq və ya ac buraxılaraq öldürülmüşdürlər. 1943-cü ilin sentyabrında heyvanlar üçün memorial xidmət keçirilmiş (bu zaman fillərdən ikisi hələ də aclığa tab gətirməyə çalışırdı) və daimi memorial (1975-ci ildə yenilənib) qoyulmuşdur.[5]

Tokionun 1945-ci ilin martında bombardman edilməsindən qısa müddət sonra yaponlar ABŞ Hava Qüvvələrinin naviqatoru və bombardmançısı Rey "Hep" Helloranı lüt vəziyyətdə pələng qəfəsinə qoyaraq ictimaiyyətə nümayiş etdirmişdir.[6][7]

Hazırda zoopark heyvanlar üçün vəhşi təbiətə bənzər mühit yaratmağa çalışır. Son illərdə köhnə qəfəslər müasir areallarla əvəz olunmuşdur. İki bədbəxt hadisədən sonra 1999-cu ildə qorillalar üçün ayrıca areal salınmışdır.[8]

Kaliforniya dəniz şiri.
Lama.
Qorilla.
Böyük panda.

Zooparkda 400-dən çox növə mənsub 3000 heyvan saxlanılır.[1] Sumatra pələngi və qərbi düzənlik qorillası zooparkın nadir heyvanlarındandırlar. Ueno zooparkı Yaponiyada ən çox sərgilənən heyvana malik zooparkdır.

Zooparkda zebralar, yapon əntərləri, ağquyruq dəniz qartalları, kral pinqvinləri, yapon durnaları, keçilər, qoyunlar, lamalar, donuzlar, dəvəquşulardovşanlar saxlanılır.

Heyvanların Tokionun digər zooparkları ilə yenidən bölüşdürülməsi zamanı Ueno zooparkı şirsiz qalmışdır. Lakin ictimaiyyətin tələbindən sonra zoopark rəhbərliyi Yokohama Bələdiyyə Zooparkından dişi şir götürmüşdür.

2008-ci ildə böyük panda Lin Linin ölümündən sonra Ueno zooparkı 1972-ci ildən sonra ilk dəfə pandasız qalmışdır.[9] 2011-ci ilin fevralında Çinin Volon təbiət qoruğundan iki yeni böyük panda gətirilmişdir. Erkək panda Billinin adı Lili olaraq dəyişdirilmişdir. Dişi panda Siennyunun adı isə Şinşin olaraq dəyişdirilmişdir. Yeni adlar ictimaiyyətin səsverməsi ilə müəyyənləşdirilmişdir.[10][11][12]

Zooparkda saxlanılan digər heyvanlara Asiya şirləri, ağ ayılar, Asiya filləri, qorillalar, Somali zürafələri, Sumatra pələngləri, susamurları, adi tülkülər, yarasalar, tukanlar, tapirlər, kenqurular, Kaliforniya dəniz şirləri, koalalar, pinqvinlər, Malay ayıları, tənbəl lorilər, flaminqolar, panqolinlər, cənub armadilləri, çöl tülküləri, pigmey begemotlar, begemotlar, okapialar, qarışqayeyənlər, başmaq dimdikli leyləklər, timsahlar, tısbağalar, lemurlar, pelikanlar, tupiklər, qara kərgədanlar aiddir.

  1. 1 2 3 4 5 "About Ueno Zoo". tokyo-zoo.net. Tokyo Zoological Park Society. 17 April 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 16 April 2011.
  2. Şablon:ZooOrg
  3. Mayumi Itoh. Japanese Wartime Zoo Policy: The Silent Victims of World War II. Palgrave Macmillan. 15 November 2010. 16–17. ISBN 978-0-230-11744-0. 12 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 August 2019.
  4. Kawata, Ken, Zoos of Japan // Kisling, Vernon N. (redaktor), Zoo and Aquarium History: Ancient Animal Collections to Zoological Gardens, CRC Press, 2001, səh. 298, ISBN 978-0-8493-2100-9
  5. "Starving the Elephants - The Slaughter of Animals in Wartime Tokyo's Ueno Zoo". 2014-10-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-01.
  6. War trauma leads to efforts to reconcile | The Japan Times Online Arxivləşdirilib 2012-07-16 at Archive.today Article dated Wednesday, April 30, 2008 (Retrieved on June 28, 2009)
  7. "The Autobiography of Raymond "Hap" Halloran". 2011-05-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-01.
  8. "The Controversy over the Value of Zoo Animals Two Stories about Gorillas in a Japanese Zoo and What They Mean". 2011-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-01.
  9. Giant panda Ling Ling dies at Ueno Zoo Arxivləşdirilib 2012-05-24 at Archive.today, Kyodo News, Japan Times, 2008
  10.  (yap.) The Ueno Pandas' Profiles Arxivləşdirilib 2022-04-07 at the Wayback Machine, Ueno Zoo, 2011
  11.  (çin.) PRC Embassy in Japan, 大熊貓"比力、仙女"抵東京 Arxivləşdirilib 2011-07-28 at the Wayback Machine (Giant Pandas Bili & Xiannü Arrived at Tokyo)
  12.  (yap.) ジャイアントパンダの名前が決まりました Arxivləşdirilib 2014-10-06 at the Wayback Machine (Panda's Names Have Been Decided)
  • Itoh, Mayumi (2010). Japanese Wartime Zoo Policy: The Silent Victims of World War II. Palgrave-MacMillan. ISBN 978-0230108943.
  • Miller, Ian Jared (2013). The Nature of the Beasts: Empire and Exhibition at the Tokyo Imperial Zoo. University of California Press.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]