Rəngarəng varan
Rəngarəng varan | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Sinifüstü: Klad: Klad: Klad: Sinif: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstəüstü: Dəstə: Klad: Yarımdəstə: İnfradəstə: Klad: Fəsiləüstü: Fəsilə: Cins: ???: Rəngarəng varan |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Varanus varius (lat. Varanus varius) — varanlar cinsinə aid heyvan növü. Avstraliyada lace goanna[3][4] kimi də tanınır.
Yayılması
[redaktə | mənbəni redaktə et]Rəngarəng varanlara Avstraliyanın şərqi və cənub-şərq düzənliklərində yaşayırlar. Qidalanmaq üçün böyük məsafə qət edərək (gün ərzində 3 km-ə qədər) dəniz sahillərində, qayalıqlar və onlara bitişik düzən yerlərdə, meşələrdə tez-tez rast gəlinir.
Xarici görünüşü
[redaktə | mənbəni redaktə et]Bədənin yüxarı hissəsi çoxlu ağ, sarı, yaxud krem rəngində olan ləkələr olan qara, göy-qara rəngdə olur. Quyruğu nazik, uzun olub baş və bədənin uzunluğundan təqribən 1,5 dəfə böyükdür.
Çoxalması
[redaktə | mənbəni redaktə et]Cütləşmə adətən isti aylarda olur. Eyni dişı fərdlə cütləşmək istəyində olan erkək fərdlər arasında döyüş baş verir. Dişilər adətən termit yuvalarının üst hissəsinə bir dəfəyə 2-12 ədəd yumurta qoyur. Balaların yumurtadan çıxması 6 ay sürür.[5].
Zəhərliliyi
[redaktə | mənbəni redaktə et]Avstraliya tədqiqatçılarının fikrinə görə rəngarəng varanın tüpürcəyində zəif zəhər var.[6]. Ancaq bu, qurbanının öldürülməsində o dərəcədə də mühüm rol oynamayır.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Integrated Taxonomic Information System (ing.). 2007.
- ↑ The Reptile Database (ing.). / P. Uetz 2015.
- ↑ "Australian Goannas (Australian Monitor Lizards)". www.outback-australia-travel-secrets.com. 2016-05-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-27.
- ↑ "Lace Monitor / Goanna (Varanus varius)". www.ozanimals.com. 2016-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-27.
- ↑ "Varanus varius". www.serpentes.ru. 2016-06-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-01-27.
- ↑ Fry, Brian G., et al. (2006). «Early evolution of the venom system in lizards and snakes». Arxivləşdirilib 2010-04-10 at the Wayback Machine Nature. Letters. Vol. 439/2 February 2006, pp. 584—588.