Dielektriklər

Vikipediya, azad ensiklopediya
(Qeyri-Elektrolitlər səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç

Dielektriklər — elektrik cərəyanını keçirməyən maddələrdir. Dielektriklərin qaz, mayebərk növləri var. Dielektriklər neytral atom və ya molekullardan təşkil olunmuşdur. Dielektriklərin iki növü vardır: polyar və qeyri-polyar. Onlar molekulların quruluşuna görə bir-birindən fərqlənirlər. Elektrik sahəsində dielektrikin bağlı yükləri əks istiqamətlərdə yerini dəyişir; dielektrik polyarlaşır. Polyarlaşmış dielektrik özü elektrik sahəsi yaradır. Bu sahə dielektrikin daxilində xarici elektrik sahəsini zəiflədir.[1]

  • Dielektrikin polyarizasiyası-xarici elektrik sahəsində dielektrikin qarşı üzlərində əks işarəli bağlı elektrik yüklərinin yaranmasıdır.
  • Dielektrik nüfuzluğu-dielektrik daxilində sahə intensivliyinin vakuumdakı sahə intensivliyindən neçə dəfə kiçik olduğunu göstərən fiziki kəmiyyətdir: ε=E0/E. Dielektrik nüfuzluğu adsız kəmiyyətdir və maddənin növündən asılıdır.
  • İzolyatorlar-dielektriklərin izolyasiya məqsədilə işlədilən bir qrupudur.
  • Seqnetoelektriklərxarici elektrik sahəsi olmadıqda belə spontan(özbaşına) polyarizasiya kəsb edən dielektriklərdir. Onlar digər dielektriklərdən dielektrik nüfuzluğunun böyük olmasına və qalıq polyarizasiyaya malik olmalarına görə fərqlənirlər. Seqnetoelektriklərə misal olaraq seqnet duzunu,barium titanatı,qurğuşun titanatı və onun əsasında hazırlanmış bərk məhlulları göstərmək olar.
  • Pyezoelektriklər-mexaniki gərginliyin təsiri ilə qarşı üzlərində əks işarəli yüklər yaranan kristallardır.
  • Piroelektriklər-temperaturun və istilik şüalanmasının təsiri ilə qarşı üzlərində əks işarəli elektrik yükləri yaranan kristallardır.

Aktiv dielektriklər

[redaktə | mənbəni redaktə et]

Aktiv dielektriklər xassələri xarici energetik faktorların təsiri ilə idarə olunan materiallardır. Xarici energetik təsirlərdən istifadə etməklə elektronikanın funksional elementlərini yaratmaq mümkündür. Aktiv dielektriklər elektrik və optik siqnalların generasiyasının modulyasiyasını təmin edir, informasiyanın yadda saxlanılmasına və çevrilməsinə imkan yaradır. Elektron aparatların merəkkəbliyinin artması və funksional elektronikaya keçidlə əlaqədar bir çox vacib texniki və elmi məsələlərin həllində aktiv dielektriklərin rolu böyük əhəmiyyət kəsb edir. Lakin son dövrdə yeni hadisələrin-elektet, pyezoeffektlər, qeyri-xətti optik effektlər, seqnetoelektriklərin, injeksiya cərəyanlarının və s. kəşfi dielektriklərin aktiv rol oynadığı qurğuların layihələndirilməsinə təkan verir. Hazırda dielektrik cihazları yarımkeçirici cihazlar qədər perspektivli və bir sıra hallarda əvəz olunmazdır. Aktiv dielektriklərə seqnetolektriklər, pyezoelektriklər, piroelektriklər, elektretlər, kvant elektronikasının materialları, maye kristalları, maqnito və akustikooptik materiallar, qeyri-xətti optik xassələrə malik dielektrik kristalları və s. aiddir. Nəinki bərk dielektriklər, həmçinin mayelər və hətta bəzi şəraitdə qazlarda aktiv dielektrik xassələrinə malik ola bilərlər. Kimyəvi tərkibinə görə aktiv üzvi və qeyri-üzvi materiallar sinfinə daxil edilir. Quruluşuna və xassələrinə görə isə kristallik və amorf polyar və qeyri-polyar olur. Belə materiallar aktivlik xassələrini yalnız spontan və ya dayanıqlı qalıq polyarlaşma müşahidə olunduqda büruzə verir. Lakin xarici faktorla təsir etdikdə materialın aktivlik nümayiş etdirməsi üçün onun ilkin polyarlıq halında olması mütləq şərt deyil. Bütün xarakterik xüsusiyyətlərini nəzərə almaqla aktiv dielektriklərin ümumi təsnifatını müəyyənləşdirmək çox çətindir. Müxtəlif istismar şərtində eyni bir material ya izolyator, ya da kondensatorun passiv dielektriki, ya da idarə edici, çevirici elementlərin aktiv funksiyasını yerinə yetirə bilər. Texniki təyinatdan asılı olaraq materiallara qoyulan tələbat da fərqlidir. Belə ki, passiv dielektriklərlə olan başlıca tələblərdən biri xarici faktorların təsirindən xassələrinin sabit qalmasıdr. Aktiv dielektriklərdə isə tamamilə bunun əksinədir-xaricdən həyəcanlanma nəticəsində xassələri nə qədər güclü dəyişərsə də aktiv element enerjinin idarə olunması və ya daxil olan informasiyanın çevrilməsi funksiyası bir o qədər yaxşı yerinə yetirilir. Əksər hallarda aktiv dielektriklər materiallarının xassələrinin idarə olunmasında istifadə olunan fiziki effektlərin növünə görə təsnif olunur. Bu növ təsnifat məntiqli və əsaslandırılmış olsa da bir qrup materialı digər qrupdan aydın fərqləndirmək üçün kifayət etmir.

  1. M. Abbasov, S. Məşədibəyova, R. İbadov. Təbiət elmləri lüğəti, Bakı 2006, səh. 90
  • Elektriçestvo.1956
  • M. Murquzov və b. Fizika. IX Sinif üçün dərslik Bakınəşr 2005.
  • Рез И. С., Поплавко Ю. М. Диэлектрики. Основные свойства и применения в электронике. М.: Радио и связь, 1989, 288 с.
  • Kerimov M. K., Kurbanov M. A., Bayramov A. A., Mamedov A. I. Matrix Active Micro and Nanocomposites Based on the Polymer, Semiconductive and Ferropiezoceramic Materials. Nanocomposites and Polymers with Analytical Methods/Book 3. Book ed. By: John Cuppoletti, 2011, INTECH Open Access Publisher. pp. 375 – 404.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]