40°00′19″ şm. e. 48°28′19″ ş. u.HGYO

Sabirabad

Vikipediya, azad ensiklopediya
(Sabirabad şəhəri səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
Bu məqalə Sabirabad şəhəri haqqındadır. Sabirabad rayonu üçün Sabirabad rayonu səhifəsinə baxın.
Şəhər
Sabirabad
40°00′19″ şm. e. 48°28′19″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub 1888
Sahəsi
  • 1.246 km²
Mərkəzin hündürlüyü −12 m
İqlimi Yarımsəhra
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 30.866 nəf. (2024)[1]
Rəqəmsal identifikatorlar
Telefon kodu +994 21
Poçt indeksi AZ 5400
Nəqliyyat kodu 54
Digər
sabirabad-ih.gov.az
Sabirabad xəritədə
Sabirabad
Sabirabad
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

SabirabadAzərbaycan Respublikasının Sabirabad rayonunun inzibati mərkəzi.

Cavad xanlığının ərazisi

Qədim Cavad Avropa-Şərq ölkələri arasındakı ticarət yolunun üstündəki əsas məntəqələrdən biri sayılırdı. Yazıları bizə gəlib çatmış bir sıra Avropa və rus səyyah və diplomatları – ingilis Antoni Cenkinson (6 oktyabr 1561), rus Artemi Suxanov (1551-1552-ci illər), Fyodor Kotov (avqust, sentyabr 1623), alman Adam Oleari (31 mart 1637), hollandiyalı Yan Streys (1671-1672-ci illər), şotlandiyalı Bel (7 dekabr 1716) Cavadda olmuş, buradakı zəncirlərlə bir-birinə bağlanmış gəmilərin üstündən salınmış körpüdən keçərək İrana getmişlər. Onların bəziləri burada şəhəri xatırladan qəsəbə olduğunu, kərpicdən, qamışdan tikilib palçıqla suvanmış evlər, bağ-bağat, xalça və müxtəlif ipək parçalar istehsal edən çox məşhur sənətkarların yaşadığını, hətta toxucu dəzgahlarını da gördüklərini yazmışlar. Səfəvilər hakimiyyəti dövründə Cavadda olmuş A. Cenkinsonun qeydləri çox maraqlıdır. O, 1562-ci 6 oktyabr tarixli qeydində yazır ki, “burada padşahın həyəti hər cür meyvələrlə dolu bağ-bağatlı gözəl sarayı vardır.” O, 1563-cü ildə İrandan geri qayıdarkən aprelin 6-da Cavadda Şirvan bəylərbəyisi Abdulla xan Ustaclı ilə Cavadda onun sarayında görüşür. O, bəylərbəyidən sərbəst ticarət icazə verən bir sənəd də alır. A. Cenkinsonun xatirələrində surəti saxlanılan bu sənəddə bəylərbəyi onun Cavad şəhərindəki sarayında yazıldığını, hakimiyyətdə olduğunun 12-ci ilində möhürlə təsdiq edildiyini bildirir və özünü “Şirvan və Girganın hakimiyyət başında olan padşahı” adlandırır. Cavad XVII—XVIII əsrlərdə də böyük qəsəbə olmuşdur. Səyyahlardan Övliya Çələbi, İ. Lerx, İ.Qerberq Şirvanın başqa nahiyələri ilə yanaşı Cavadda da ipək parçalar, xalçalar və digər şeylər istehsal edən böyük feodal toxucu ustalarının birləşdikləri “fabrik və manifakturalar” olduğunu görmüş və bu barədə də öz fikirlərini yazmışdır. Cavad bu dövrdə hətta XIX əsrin birinci yarısında da avropalıların da istifadə etdikləri dəniz və quru ticarət yolunun üstündə mühüm məntəqə olmuşdur. Həştərxan-Rəşt yolu adlanan bu xəttin bir qolu da “Şamaxı-Cavad” və “Cavad-Lənkəran” olmuşdur. Cavad yolu el arasında da çox şöhrətli olmuşdur.[2] Azərbaycan xanlıqlarının işğalı prosesində çarizm gəmiçiliyin inkişafı üçün əlverişli yer: ayılan Cavadda gömrük məntəqəsinin yaradılmasını da yaddan çıxartmamışdı. Pavel Sisiyanovun Nikolay Rumyantsevə 29 avqust 1805-ci il tarixli 594 saylı təqdimatında sözügedən məsələ haqqında məlumat verilir.[3]

Şirvan sərhədləri yaxınlığında ticarət kəsişməsi. KürAraz çaylarının birləşməsi. CavadQalaqayın. (1714-cü il)

Azərbaycanda möhkəmlənməyi qarşısına məqsəd qoymuş rus hakimiyyət orqanları bir sıra siyasi-iqtisadi tədbirlər həyata keçirməyə çalışırdılar. Zubov rus qoşunlarının mövqeyini möhkəmləndirmək və diyarın iqtisadi mənimsənilməsini təmin etmək üçün layihə hazırlamışdı. Bu layihəyə görə Kürlə Arazın qovuşduğu yerin yaxınlığında - Cavad yanında, yəni Qalaqayında (indiki Sabirabad şəhəri) II Yekaterinanın şərəfinə Yekaterinaserd adlanan qala salınmalı idi. Bura iki min cavan rus əsgəri göndərilməli, gürcü və ermənilər onlara gəlin verməyə məcbur edilməli idilər.[4][5][6][7] Həştərxandan gələn gəmilər yükünü burada boşaltmalı idi. Bu şəhərdən Gürcüstan, Gəncə, Bakı, Salyan, Şamaxı ilə əlaqə yaratmaq, İranla ticarətdə dayaq məntəqəsi kimi istifadə etmək niyyətində idilər. 8 mart 1736-cı ildə Nadir şah burada-"Suqovuşan" adlanan yerdə,Qalaqayında 100 min iştirakçının, onlardan 20 min nümayəndənin iştirakı ilə qurultay keçirmişdir.[8][9][10][11] Qurultayda tacqoyma mərasimi ilə yanaşı Osmanlı elçisi ilə müzakirə edilmiş müqavilə təsdiq olunmuşdur. Bizim dövrümüzdə Cavadın adı böyük bir qəzaya verilmişdi. O, Kür gəmiçiliyində xeyli müddət mühüm məntəqə olmuşdur. XIX əsrin ortalarından “Bakı-Salyan” və “Salyan-Astara” poçt yolu açıldı. Bu vaxt Cavad öz əvvəlki əhəmiyyətini yavaş-yavaş itirməyə başladı. Ancaq xeyli müddət balıqçılıq məntəqəsi kimi qaldı.

Çar Rusiyasının hakimiyyəti altında

[redaktə | mənbəni redaktə et]
Fotoqraf Sergey Prokudin Qorski tərəfindən 1905-ci ildə çəkilmiş Petropavlovka (Sabirabad ).

1813-cü il 12 oktyabr tarixli Gülüstan sülhü müqaviləsinə əsasən, Azərbaycan xanlıqlarının bir hissəsi ruslar tərəfindən işğal olundu. Muğan ərazisi də Rusiya əsarətinə alındı. Rusiyada həyata keçirilən inzibati ərazi islahatları nəticəsində 1868-ci ildə Bakı quberniyasının tərkibində yeni bir qəza-Cavad qəzası yaradıldı Azərbaycanın Rusiya ilə birləşdirilməsindən sonra çarizmin köçürmə siyasəti ilə əlaqədar Cavada xeyli ukraynalı kəndli köçürüldü və həmin yaşayış məntəqəsi 1888-ci ildən Petropavlovka adlandırıldı. Petropavlovka Bakı quberniyasının Cavad qəzasının tərkib hissəsi idi. 1901-ci ildə bu ərazidə cəmi 87 təsərrüfat olmuş, 1907-ci ildə həmin ərazilərdə rus kəndlərinin sayı 13-ə çatmışdı. 1913-cü ildə isə burada pambıqtəmizləmə zavodu, iki kustar sənaye müəssisəsi-dəyirman işə salınmışdı. Azərbaycanın yenidən Sovet Rusiyasının tərkibinə qatılmasından sonra 1920-ci il may ayının 1-də Petropavlovka ilk dəfə Salyan qəzası Dairə İnqilab Komitəsinin yerli dövlət hakimiyyəti orqanı kimi fəaliyyətə başladı. 1921-ci il may ayının 1-dən 1929-cu il aprelin 8-nə kimi Sabirabad rayonu Salyan qəzasının Petropavlovka dairəsi kimi fəaliyyət göstərmişdir. 1929-cu il aprel ayının 8-də VI Ümumazərbaycan Sovetlər qurultayının qərarı ilə bura Muğan mahalının Petropavlovka dairəsi adlandırılmışdır. 1930-cu il avqust ayının 8-də Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 476 №-li qərarına əsasən, mahal sistemi ləğv edilmiş və Petropavlovka müstəqil rayon olmuşdur. Təxminən bir il sonra, yəni 1931-ci il oktyabrın 7-də Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin Fərmanı ilə Petropavlovkaya Azərbaycanın böyük şairi, klassik ədəbiyyatımzda ictimai satiranın banisi Mirzə Ələkbər Sabirin adı verilmişdir.[12]

Şəhərin yaradılması

[redaktə | mənbəni redaktə et]
Pampıqtəmizləmə zavodunun inşası

Kür və Araz üstündəki qədim Suqovuşan və Qalaqayın kəndləri arasındakı ərazidə ənənəvi həftə bazarının (cümə axşamı) keçirildiyi yerdə salınmış Sabirabad şəhərinin tarixi 1868-ci ildən başlayır. Lakin sonradan şəhər salmaq fikrindən əl çəkilir. Muğana 1887-ci ildə ukraynalı kəndlilər köçürüldükdə 26 ailə bu məntəqədə məskunlaşdırılır və kəndə Petropavlovsk adı verilir. 1901-ci ildə burada 87 təsərrüfat olmuşdur. XlX əsrin sonlarında indiki şəhərin ərazisində Petropavlovka kəndi salındı. 1887-ci ildə ukraynalılıar bura köçürülməyə başladı.

Rus dilində: Bu daşın altında Bakı quberniyasının Cavad qəzasının Petropavlovka kəndinin (indiki Sabirabad şəhəri) ilk sakini 9 yanvar 1915-ci ildə Tanrı qulu Pyotr Stepanoviç Solonin 78 yaşında dəfn olunub.

Kənd XX əsrin əvvəllərində Sabirabadın (o dövrdə Qalaqayın adlanırdı) iqtisadi inkişafı başladı. 1913-cü ildə burada bir toxuma fabriki, 2 sənaye istehsalı fabriki fəaliyyət göstərməyə başladı. Sonra 1920-ci ildə Petropavlovka adlı qəsəbə inkişaf etməyə başladı. 8 avqust 1930-cu ildə Petropavlovka rayon mərkəzi oldu. 2 oktyabr 1931-ci ildə adı dəyişdirilib Sabirabad qoyuldu. 1952-ci ildə qəsəbə, 4 dekabr 1959-cu ildə şəhər statusu aldı.[13]

Çar Rusiyası XlX əsrin ikinci yarısından sonra, ya qardaş, ya da əmoğlu olan Pyotr və Pavel adlı varlı, zadəgan iki nəfəri bu əraziyə göndərərək, onlara burada pambıqçılığı inkişaf etdirmək tapşırığını verir. Onlar Kürlə Arazın qovuşan yerinə yaxın olan Cavad, Qalaqayın və Kürkəndi kəndlərinin hər üçünə yaxın olan indiki Sabirabad şəhərinin ərazisində pambıq zavodunun və indiki Heydər Həmidov küçəsi ilə Vidadi küçəsinin kəsişdiyi yerdə, S.Vurğun adına orta məktəbin arxasında gəmi limanı və tərsanənin əsasını qoyurlar. O vaxtlar Araz çayının məcrası orada olub Kürlə qovuşduğu yerə çox yaxın idi. Pyotr və Pavel pambığı zavodda istehsal etdikdən sonra gəmilər vasitəsilə Kür çayı ilə Xəzər dənizinə, oradan da Volqa çayı ilə Rusiyanın şəhərlərinə aparmaq niyyətində idilər. Pambığı isə yaxın kəndlərdə becərtdirib yığmalı idilər. Bundan ötrü yaxın kəndlərin əhalisinə pambıq toxumu və başqa vasitələr verərək onları pambıq əkməyə sövq edir və məhsulu onlardan neçəyə alacaqları barədə müqavilələr bağlayırdılar.

Zavodda və tərsanədə işləmək üçün Rusiyadan çoxlu mütəxəssislər və digər işçilər ailələri ilə birlikdə buraya gətirilir. Onların yaşaması üçün zavodun və limanın ərazilərində evlər, bundan əlavə xəstəxana, klub və bu kimi başqa ictimai binalar da tikilir. Beləliklə, indiki Sabirabad şəhərinin ərazisində bir rus kəndi yaranır.

Petropalovkada yaşayış məntəqəsi

Buradakı faktlar nə qədər təhrif olunsa da Rus imperiyasının o vaxtkı siyasətinə məntiqi cəhətdən çox uyğun gəlir. 1828-ci il Türkmənçay müqaviləsindən sonra Rus imperiyası Cənubi Qafqazdakı işğalçılıq siyasətini tamamladı. İran şahlığı ilə razılaşandan sonra imperiyanın cənub sərhədləri məlum idi. Ancaq bu sərhədlərin qorunmasını yerli əhaliyə etibarı olmadığından bu işi RusiyaUkraynadan köçürülən adamlara həvalə edirdi. Naxçıvandan tutmuş Astaraya qədər bütün sərhəd boyu rus kəndləri salınırdı. Sabirabadın ərazisində Krasnoselsk (Qara Nuru), Pokrovka (Qaratəpə), Novodon (Navadan), Aleksandrovka (Şəhriyar), Vladimirovka (Nizamikənd), Xersonovka (Nəsimikənd) və başqa kəndlər salındı. Bu kəndlərin torpaqlarında məhsul yetişdirmək və digər suya olan tələbatları ödəmək üçün Bəhrəmtəpədə Araz çayının qarşısına bənd çəkərək indiki Sabir kanalı da çəkildi. Yeni salınan rus kəndləri də bu kanalın ətrafında yerləşirdi. Yerli camaatın fikrinı azdırmaq üçün guya bura köçürülənlərin vətənlərindən sürgün edildiyi fikri yayıldı. Əslində, buranın iqlimi yaşamaq üçün öz vətənlərindən əlverişli idi. Sürgün üçün Rusiyada Sibir,Tayqa və başqa yerlər ucsuz-bucaqsızdır. Bu həm də osvaivat (özününküləşdirmə) siyasətinin bir hissəsi idi. Qonşu kəndlərdən və rayonlardan buraya yerli əhali də köçməyə başladı. XX əsrin əvvəlində Şamaxıda baş verən zəlzələdən sonra şamaxılıların axını başladı və onlar burada “Şamaxılılar” məhəlləsi, qəbiristanı və məscidi yaratdılar.

İranda baş verən inqilabi hərəkatlar yatırılandan sonra iranlılar da bura köç edib burada “həmşəri” məhəlləsində məskunlaşdılar. Qərbi Azərbaycandan da bura Stalinin əmri ilə deportasiya edilənlər gətirildilər. Mesxeti və ya Axısqa türkləri də bura pənah gətirdilər. Beləliklə, Sabirabadın əhalisi formalaşdı. Çar imperiyası Sovet imperiyası ilə əvəz olunandan sonra Leninin də Azərbaycana olan münasibəti əvvəlki çarların münasibətindən fərqlənməmişdir. Deyilənlərə görə Lenin hakimiyyətə gələndən sonra Türkmənçay müqaviləsindən başqa Çarın bütün müqavilələrini tanımamışdır. Hətta Stalin də bu müqaviləyə sadiq qalaraq 1945-ci ildə sovet qoşunları Tehranda olduğu halda Cənubi Azərbaycanı SSRİ-yə birləşdirmədi. Halbuki, SSRİ-nin məqsədi sosializmi dünyada yaymaq adı altında qonşu ölkələrin torpaqlarını zəbt etmək idi. Qərbi Belarus, Qərbi Ukrayna, Bessarabiya,Baltikyanı ölkələr SSRİ-yə birləşdirildiyi halda,Cənubi Azərbaycan birləşdirilmədi. İstehsal olunan xam pambığı mahlıca çevirmək üçün zavoda da ehtiyac var idi. Çar hökuməti bu işi Vaqin qardaşlarına həvalə edir. Onlar da öz növbəsində Almaniyadan mütəxəssislər dəvət edərək zavodu tikir və 1906-cı ildə istifadəyə verirlər.

Hər il Kür və Araz çayları daşaraq məcrasından çıxır və ətraf kəndlərə böyük ziyan vururdu. Odur ki, SSRİ hökuməti ölkədə cəmi iki ədəd olan Bəndatma İdarəsi yaratmaq barədə qərar qəbul etdi. Sonra texnika artdıqca avtobaza və traktor təmir stansiyaları da yaradıldı. Bu idarələrin ətrafında da rus məhəllələri yarandı. Bu məhəllələr, avtobazanın ətrafı da ona görə osvoennıy (asveenni) adlanırdı.[14]

Mühüm hadisələrin tarixi

[redaktə | mənbəni redaktə et]
  1. Tarixi ilk mərkəz Qalaqayın (III -XX əsrlər)
  2. Muğana 1887-ci ildə ukraynalı kəndlilər köçürüldükdə 26 ailə Qalaqayının bu məntəqəsində məskunlaşdırılır və bu yeni kəndə Petropavlovsk adı verilir.
  3. 1921-ci il may ayının 1-dən 1929-cu il aprel ayının 8-ə kimi Salyan qəzasının Petropavlovka dairəsinin[q 1] mərkəzi olaraq fəaliyyət göstərmişdir.
  4. 1930-cu il avqust ayının 8-də Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 476№-li qərarına əsasən mahal sistemi ləğv edilmiş və yaranan Petropavlovka rayonun mərkəzi olmuşdur.
  5. 1931-ci il oktyabrın 7-də Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin fərmanı ilə Petropavlovkaya Azərbaycanın böyük şairi klassik ədəbiyyatımızda ictimai satiranın banisi M.Ə Sabirin adı verilmişdir.
  6. 1935-ci ildə rayon tabeli şəhər statusu almışdır.[15]
  7. 1952-ci il noyabrın 7-də Sabirabada şəhər tipli qəsəbə statusu verilmişdir.
  8. 1959-cu ildən Sabirabad şəhəri adlandırılmışdır.

Relyef və geologiya

[redaktə | mənbəni redaktə et]

Sabirabad Kür çayının sağ sahilində yerləşir. Şəhər yaxınlığında Suqovuşan adlanan yerdə Araz çayı Kür çayı ilə birləşir. Antropogen çöküntülər yayılmışdır.

İqlimi yayı quraq keçən mülayim-isti yarımsəhra və quru çöl iqliminə aiddir. Əsasən, boz-çəmən torpaqlar yayılmışdır. Ərazidə yarımsəhra bitkiləri üstünlük təşkil edir. Ayrı-ayrı sahələrdə səhra bitkiləri də mövcuddur. Səhra bitkilərinə şoran torpaqlarda rast gəlinir. Şoran yarımsəhralarında çox vaxt halofit kolcuqlara: qara soğan, xəzər sarıbaşı rast gəlinir. Onlar yumru təpəciklər əmələ gətirir. Burada, həmçinin, Xəzər şahsevdisi, kolvari dəvəayağı, çərən, həmçinin birillik lətli şorangələr – duzlaq coğanı və s. bitkilərə rast gəlinir. Regionda yarımsəhra qruplaşmalarında yovşanlı, şorangəli efemerli və az sahədə kəvər yarımsəhraları geniş yayılmışdır.[16] Yovşan yarımsəhrasının geniş sahələri pambıq və taxıl bitkiləri altında istifadə olunur.[17]

Sabirabadda 2020-ci ilin yanvarın 1-dək əhali 30940 nəfərdir.

İl Sayı
1926 1.815 [18]
1939 6.175 [19]
İl Sayı
1959 8.872 [20]
1970 13.388 [21]
İl Sayı
1979 15.000 [22]
1989 18.612 [23]
İl Sayı
2024 30.866 [1]
border=none Əsas məqalə: Köhnə hamam

Şəhərdə, Füzuli küçəsi, 27 – də "Köhnə hamam" adı ilə tanınan memarlıq abidəsi yerləşir. Bina 1901-ci ildə inşa olunmuşdur. Hazırda tarixi memarlıq abidəsi olaraq qorunur və təmirə böyük ehtiyacı var.

border=none Əsas məqalə: Şamaxı məscidi

"Şamaxı məscidi" adı ilə tanınan abidə Şamaxıda baş vermiş zəlzələdən sonra Sabirabada köçüb gəlmiş Şamaxı sakinləri tərəfindən 1903-cü ildə inşa edilmişdir.

Ümumtəhsil məktəblərinin sayı 8 ,tam orta məktəblərin sayı 8, ümumi orta məktəblərin sayı isə 1-dir.[24]

Sabirabad Dövlət Sosial İqtisadi Kolleci

[redaktə | mənbəni redaktə et]

Sabirabad Dövlət Sosial İqtisadi Kolleci orta ixtisas təhsili şəbəkəsinin təkmilləşdirilməsi məqsədilə Nazirlər Kabinetinin qərarına əsasən Sabirabad Kənd Təsərrüfatı Texnikumunun bazasında yaradılmışdır. Kollecdə 40 nəfər pedaqoji işçi çalışır. Ümumi işçilərin sayı 93 nəfərdir. Hazırda kollecdə 570 nəfər tələbə aşağıdakı ixtisaslar üzrə təhsil alırlar:

  • fiziki tərbiyə
  • peşə təlimi
  • yol hərəkətinin təşkili
  • baytarlıq
  • mühasibat uçotu
  • maliyyə işi
  • bank işi
  • ailə və ev təhsili
  • bələdiyyə təsərrüfatının təşkili
  • arxiv işi və kargüzarlıq
  • kitabxana və informasiya təminatı

Sabirabad Peşə Liseyi

[redaktə | mənbəni redaktə et]

Sabirabad Peşə liseyi 1974-cü ildə orta texniki peşə məktəbi kimi fəaliyyətə başlamış, 1996-cı ildə ona lisey statusu verilmişdir. Lisey 7 hektar ərazidə yerləşir, 1 tədris, 2 yataqxana binası vardır. Liseydə 240 nəfər şagird təhsil alır. 8 ixtisas qrupu vardır:

  • traktorçu-maşinist, təmirçi-çilingər
  • kənd təsərrüfatı maşın və avdanlıqlarının təmiri üzrə çilingər
  • meliorasiya işlərinin traktorçusu, təmirçi-çilingər
  • heyvanlarda süni mayalanma üzrə texnik-dərzi
  • əl elektrik qaynaqçısı
  • kompüter ustası
  • pambıqçı

Şagirdlərin təlim-tərbiyəsi və ixtisas hazırlığı ilə 38 nəfər işçi, o cümlədən 24 müəllim, 14 istehsalat təlimi ustası məşğuldur.

Peşə liseyində 19 fənn kabineti yaradılmışdır.[25]

Sabirabad rayon Gənclər və İdman İdarəsi 1994 –cü ildən fəaliyyət gostərir. Fəaliyyətə başladığı müddətdən idarə bütün idman təşkilatlarını ətrafında birləşdirmişdir. 2008-ci ildə Sabirabad Olimpiya İdman Kompleksi istifadəyə verilmişdir. Sabirabad Olimpiya İdman Kompleksində sərbəst güləş, boks, mini futbol, karate, trenajor, stolüstü tennis, üzgüçülük, atletika idman növləri tədris olunur. Respublika çempionatlarında güləş, karate, boks, atletika və digər idman növlərində rayondan gənclər iştirak edir.

"İnşaatçı Sabirabad FK" futbol klubu 1989-cu ildə Sabirabadda yaranmışdır. Müxtəlif vaxtlarda 2 dəfə futbol üzrə Azərbaycan çempionatının elitasında iştirak etmişdir. Futbol üzrə Azərbaycan Kubokunun finalında 1 dəfə oynamışdır. Hal hazırda rayonda süni örtüklü bir uşaq futbol meydançası mövcuddur. İkinci süni örtüklü meydançanın inşasına start verilmişdir. Rayonumuzda üç yaş qrupunda uşaq futbolu fəaliyyət göstərir. Rayonun Futzal komandası isə ölkə çempionatında oynayır.

Görkəmli şəxslər

[redaktə | mənbəni redaktə et]
  1. Lütfiyar İmanov — SSRİ xalq artisti,opera müğənnisi
  2. Ayaz İsmayılov — İkinci Dünya müharibəsi iştirakçısı.
  3. Azad Əsgərov — qaydasız döyüşçü və güləşçi.
  4. Böyükkişi Ağayev — akademik, tibb elmləri doktoru, Azərbaycanın görkəmli alimi, cərrah, tibb xadimi, pedaqoq, xeyriyyəçi.
  5. Bəxtiyar Məmmədzadə — Azərbaycan filoloqu, əruz vəzninin tədqiqatçısı.
  6. Nisə Bəyim — Azərbaycan şairi,AYB-nin üzvü.
  7. Rafiq Nəsirov — Azərbaycan rəssamı,Azərbaycanın əməkdar artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü.
  8. Vladimir Qafarov — şair, tərcüməçi,Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR Əməkdar mədəniyyət işçisi, Azərbaycan SSR Əməkdar incəsənət xadimi.
  9. Zülfüqar Musayev — Dövlət xadimi, "Azdövsutəslayihə" institutunun (IV) direktoru.
  10. Elvin Əliyev — futbolçu.
  11. Xankişi Xankişiyev — iqtisad elmləri namizədi,dosent.
  12. Azər Məmmədov — azərbaycanlı yazıçı, publisist, televiziya aparıcısı, 2001-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.
  13. İlkin Həsəni — televiziya aparıcısı, aktyor, prodüser.
  14. Ədalət BayramoğluTürkiyədə fəaliyyət göstərmiş azərbaycanlı miniatür rəssam, heykəltaraş, keramika ustası.
  15. Elçin Quliyev — millət vəkili.
  16. Qüdrət MuğanlıAzərbaycan jurnalisti, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikasının əməkdar jurnalisti (2005).
  17. Kamil Akimov — ictimai xadim, neft sənayesi təşkilatçısı, Azərbaycan Respublikasının "Əməkdar Mühəndis"i.
  18. İradə Əlili — Azərbaycan mədəniyyət işçisi, kitabxana-biblioqrafiya sahəsini tədris edən müəllimə, jurnalist, ictimaiyyətçi, Peşəyönümlü Təhsilin İnkişafına Dəstək İctimai Birliyinin sədri, Azərbaycan Yazıçılar Birliyinin üzvü.
  19. Anar Bahadurov — Vətən müharibəsi şəhidi.
Şəkil Soyad.Ad.Ata adı Doğum tarixi Ölüm tarixi Vəfat yeri
Həmidov Heydər Rza oğlu 2 dekabr 1962 2 fevral 1992 Şuşa
Azərbaycan
Ağayev Ağadadaş Ağa oğlu 3 oktyabr 1973 26 yanvar 1994 Füzuli
Azərbaycan
Ağayev Həsən Hüseyn oğlu 14 iyul 1973 14 yanvar 1994 Kəlbəcər
Azərbaycan
Nadirov Eynulla Xankişi oğlu 5 noyabr 1961 13 yanvar 1994 Füzuli
Azərbaycan
İsmayılov Rəmzi Möhübbət oğlu (itkin) 25 avqust 1973 9 yanvar 1994 Füzuli
Azərbaycan
Qənbərov Eldar Muxtar oğlu 24 noyabr 1964 4 yanvar 1994 Ağdam
Azərbaycan
Novruzov Tərlan Nəriman oğlu 18 dekabr 1974 10 dekabr 1993 Xocavənd
Azərbaycan
Qasımov Elşən Qüdrət oğlu 1972 11 oktyabr 1992 Laçın
Azərbaycan
Əhmədov Vüqar Əhməd oğlu 1974 2 avqust 1992 Kəlbəcər
Azərbaycan
İbrahimov Mehdi Şahbaz oğlu 28 fevral 1973 20 iyun 1993 Ağdam
Azərbaycan
İsmayılov Qulam Mətləb oğlu 3 oktyabr 1969 24 may 1992 Füzuli
Azərbaycan

[26]

  • sabirabad-ih.gov.az
  • Dilavər Əzimli-AMEA-nın A.A. Bakıxanov adına Tarix İnstitutunun “Azərbaycanın orta əsrlər tarixi” şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru. Beynəlxalq ticarət əlaqələrində Xəzər ticarətinin rolu. Bakı.
  • Prof.S.Əliyarlı. Azərbaycan tarixi. Bakı:Azərbaycan. 1996. 870.
  • Дубровин Н. История войны и владычества русских на Кавказе. Т.ΙΙΙ, СПб, типография И.Н.Скороходова. 1886. 550.
  • АКАК Т.ΙΙ. Издание под редакцией председателя ко- миссии Ад. Берже. Тифлис: Главное Управление Наместника Кавказа. 1868. 1238.
  • Alexander, John T. Catherine the Great: Life and Legend. Oxford University Press. 1989. 321. ISBN 0199874301.
  1. Petropavlovka dairəsi tarixi Muğan mahalını əvəz etmiş, Salyan qəzası eyni inzibati ərazi çərçivəsində 1929-1930-cu illərdə Muğan mahalı adlanmışdır.
  1. 1 2 http://sabirabad-ih.gov.az/az/belediyyeler.html.
  2. Dilavər Əzimli-AMEA-nın A.A. Bakıxanov adına Tarix İnstitutunun “Azərbaycanın orta əsrlər tarixi” şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru. Beynəlxalq ticarət əlaqələrində Xəzər ticarətinin rolu. Bakı. 2018.
  3. АКАК Т.ΙΙ. Издание под редакцией председателя ко- миссии Ад. Берже. 69, c.II, sənəd 455, 1868. səh. 246
  4. Зубов (1873), 889-890)
  5. Alexander, 1989. səh. 321
  6. "Дубровин Н. cild 3. 1886 193"
  7. Ismail bey Zardabli. "Ethnic and political history of Azerbaijan.From ancient times to the present day" (ingilis). Published by Rossedale Books 3101 Hillsborough Street Suite 210 Raleigh,NC 27607-5436 United States of America. 2018. səh. 570. ISBN 978-0-244-99782-3. 2022-03-28 tarixində arxivləşdirilib.
  8. Prof.S.Əliyarlı, 1996. səh. 494
  9. "Azərbaycan Nadir şah imperiyasının tərkibində (1736–1747)" (PDF) (az.). 2018-04-03 tarixində orijinalından (PDF) arxivləşdirilib.
  10. "Şahin Fərzəliyev – tarix elmləri doktoru, professor. Quba xanlığı: əhali tarixi və azadlıq mücadiləsi. Bakı, 2012,336 sah" (PDF). 2021-08-31 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-12-03.
  11. "Salman Ərzuman oğlu İbişov.Quba xanlığının əhalisi" (PDF). 2019-01-23 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2018-12-03.
  12. "Sabirabad rayonun tarixi". 2018-12-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-03.
  13. "Управление делами Президента Азербайджанской Республики. Административно-территориальное деление. С. 119" (PDF). 2012-03-22 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2020-04-26.
  14. "World Digital Library.Sergei Mikhailovich Prokudin-Gorskii". 2019-01-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-03.
  15. Президиум Верховного Совета Азербайджанского ССР. "Азербайджанская ССР, Административно-территориальное деление на 1 января 1961-го года". Азербайджанское государственное издательство, Баку, 1961, стр. 9
  16. Musayev M.Ə., Hacıyev D.V., Qasımov Ə.Q. və b. Azərbaycanm heyvanlar alomi, 3 cilddə. Bakı: Elm, 2000–2004.
  17. Biomüxtəiiflik və bitkilərin introduksiyası. AMEA Nəbatat Bağmın 75 iiliyinə həsr olunmuş beynəlxalq elmi konfransm materialları. 2 cilddə. Bakı: CBS, 2009.
  18. SSRİ əhalisinin siyahıya alınması (1926).
  19. SSRİ əhalisinin siyahıya alınması (1939).
  20. SSRİ əhalisinin siyahıya alınması (1959).
  21. SSRİ əhalisinin siyahıya alınması (1970).
  22. SSRİ əhalisinin siyahıya alınması (1979).
  23. SSRİ əhalisinin siyahıya alınması (1989).
  24. Ümumtəhsil məktəbləri – Sabirabad Rayon Təhsil Şöbəsi[ölü keçid]
  25. "Təhsil". 2018-12-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-03.
  26. "Sabirabad LAYF Jurnalı ŞƏHİDLƏR ÖLMƏZ Xüsusi buraxılış". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-25.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]