Nine Inch Nails

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Nine Inch Nails
Loqonun şəkli
Nine Inch Nails Los-Ancelesdə Steypls-sentrda konsert zamanı (2013)
Nine Inch Nails Los-Ancelesdə Steypls-sentrda konsert zamanı (2013)
Əsas məlumatlar
Üslub indastrial rok
indastrial metal
alternativ rok
Fəaliyyət illəri 1988—h.h.
Ölkə ABŞ ABŞ
Şəhər Klivlend, Ohayo
Leybl Columbia Records
The Null Corporation
Interscope Records
Nothing Records
Universal Music Group
TVT Records
Heyət Trent Reznorqrupun konsert heyəti
www.nin.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Nine Inch Nails (qisaca NIN) — 1988-də ABŞ-də qurulmuş indastrial rok qrupudur. Nine Inch Nails musiqiçi, mahnı yazıçısı, prodüser Trent Reznor tərəfindən qurulmuş və albomlar onun tərəfindən yazılmışdır. Konsertlərdə isə Reznor, qrup işçiləri ilə birlikdə səhnədə olur.

1980-cü illərdə Trent Reznor Right Track studiyalarında çalışan bir proqramçı olaraq işləyirdi. 1988-də studiyada bir mahnı yazmaq üçün icazə alır ancaq öz beynindəki planlara uyğun bir qrup tapa bilmədiyi üçün bütün alətləri özü çalmağa qərar verir. Bu ilk etdiyi qeydlər daha sonra 1994-cü ildə Purest Feeling olaraq icazəsiz şəkildə nəşr olunur. Bir çox mahnıda ilk albom olacaq Pretty Hate Machine mahnılarına çevrilir. Reznor, bu musiqi proyektinin adını isə Nayn Inç Neylz qoyar. Trent Reznor qrupun adını asanca qısaldıla bildiyi üçün seçdiyini deyir.

1989-cu ildə ilk albom Pretty Hate Machine nəşr olunur. Albom ağılda qalan melodiyalarla olduğu qədər qaranlıq sözləriylə də diqqət çəkirdi. Onsuz da Reznor ilk albom təşəkkürlərində qorxu yazıçısı Kliv Barkerə təşəkkür edir. "Down in It" və "Head Like a Hole" klipləri MTVdə göstərilir. Albom "Platnium Val" mükafatı alır və təxminən iki il siyahılarda qalır.

İkinci NIN albomu The Downward Spiral 1994-cü ildə nəşr olunur və siyahılara ikinci sıradan girər. Albom ana xarakterini keçirdiyi mənəvi problemləri izah edən bir konsept albomdur və albom NIN-in bu vaxta qədər ən çox satan albomudur. Albomun ən mühüm mahnılarından "Closer" klipi MTV tərəfindən bəzi yerləri kəsilərək nəşr olunur və çox maraq görür. Albomdakı "Hurt" mahnısıda maraq çəkmiş, daha sonra Reznor və David Bowie tərəfindən birgə konsertdə oxunmuşdur. 2002-ci ildə isə Johnny Cash tərəfindən kover olunur, sənətçinin ən böyük müvəffəqiyyətini əldə etməsinə səbəb olur.

Konsert heyəti

[redaktə | mənbəni redaktə et]

Keçmiş üzvləri

[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]