62°32′ şm. e. 113°57′ ş. u.HGYO

Mirnı (Yakutiya)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Mirnı
rus. Мирный
saxa Мииринэй
Bayraq[d] Gerb
Bayraq[d] Gerb
62°32′ şm. e. 113°57′ ş. u.HGYO
Ölkə
Rusiya Federasiyasının subyekti Saxa
Rayon Mirnı ulusu
Daxili bölgüsü şəhərətrafı qəsəbə və kəndlər var
Başçı Klim Nesteroviç Antonov
Tarixi və coğrafiyası
Əsası qoyulub 1955
Sahəsi ~15 km²
Mərkəzin hündürlüyü 350 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 34.013 nəf. (2023)[1]
Milli tərkibi ruslar, yakutlar və s. Cəmi 30-a yaxın millət
Rəsmi dillər yakut, rus
Rəqəmsal identifikatorlar
Telefon kodu +7 411 36
Poçt indeksi 678170
Digər
gorodmirny.ru
Mirnı xəritədə
Mirnı
Mirnı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mirnı (rus. Мирный, saxa Мииринэй) — Rusiya şəhəri, Saxa Respublikası (Yakutiya) Mirnı ulusunun inzibati mərkəzi. Rusiyanın almaz paytaxtı sayılır.[2][3]

Mir almaz yatağının ətrafında qəsəbə kimi yaranmışdır və yatağın şərəfinə Mirnı adlandırılmışdır; 1959-cu ildə qəsəbəyə şəhər statusu verildi.

Şəhər Yakutiyanın qərbində yerləşir, burada İrelyax çayı (Vilyoy hövzəsi) axır. Respublikanın paytaxtı Yakutsk şəhərindən Vilyui şossesi boyunca məsafə 1072 km, hava ilə 820 km təşkil edir.

Mirnı şimal yarımkürəsinin mülayim zonasının ən şimalında yerləşir. İqlimi kəskin kontinentaldır. Qışı çox soyuq, yayı isə qısa olsa da kifayət qədər isti keçir. Şəhər Uzaq Şimal şəhərlərinə aid olunur.


Mirnı iqlimi
Göstərici Yan Fev Mar Apr May İyn İyl Avq Sen Okt Noy Dek İl
Maksimum orta, °C −29 −24 −13 −3 7 17 21 17 8 −5 −19 −25 −4
Minimum orta, °C −34 −29 −18 −11 0 8 12 9 2 −9 −24 −31 −10
Yağıntı norması, mm 15 8 7 11 20 38 50 40 30 20 17 17 263
Mənbə: Turizm portalı


Şəhər 1955-ci ildə Mir yatağının açılmasından sonra yarandı və onun şərəfinə adlandırıldı.

1957-ci ildə 44 il davam edən (2001-ci ilə qədər) almazların açıq hasilatı (Mir karxanası) başlandı. 2001-ci ildə karxananın dərinliyi 525 metr və eni 1200 metrdən çox idi, bu göstəricilər ilə o, "Udaçnaya" karxanasından (dərinliyi 640 metr, səth üzərində 1600 x 2000) sonra dünyanın ən böyük karxanalarından biri olmuşdur.

1957-ci ildən etibarən Mirnı ulusu və Yakut Muxtar Sovet Sosialist Respublikasında almaz mədəninə ümumi olaraq trest nəzarət edirdi, daha sonra bu səlahiyyət Lenin adına "Yakutalmaz" İstehsalat və Elmi Birliyinə verildi. 1992-ci ildə birlik "Rusiya-Saxa Almazları" (ALROSA) Səhmdar Cəmiyyətinə çevrildi.

1959-cu ildə Mirnı artıq şəhər statusunu almışdır. 1950-ci ilin sonu — 60-cı illərinin əvvəllərində Mirnı şəhəri, Udaçnı və Ayxal kəndlərinin inkişafı və bu yaşayış məntəqələrində "Yakutalmaz" mədən müəssisələrinin inşası üçün uzunluğu təxminən 800 km olan Udaçnı - Lensk şossesi çəkildi.

Sonrakı 40 il ərzində şəhər əhalisi 5 dəfə artdı və yaşayış binalarının çoxusunu çoxmərtəbəli daş binalar təşkil etməyə başladı. 1, 2 və 3 nömrəli fabriklərdə almazların emalı başlamışdır. Uçuş-enmə zolağı uzunluğu təxminən 2800 metr olan kifayət qədər böyük hava limanı tikildi.

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Mirnı "Alrosa" səhmdar cəmiyyətinin mərkəzidir, bu şirkət Mirnı, AnabarNyurba uluslarının ərazisində almaz mədənində hasilat və onunla bağlı işləri həyata keçirir.

Şəhərin və Mirnı ulusunun sosial-mədəni sahəsinin əsas obyektləri "Alrosa" SC-nin inşaatçıları tərəfindən inşa olunmuş və şirkət tərəfindən maliyyələşdirilmişdir, buna görə onlar şirkətin balans hesablarında yerlışirlər.

Şəhərdən 130 km məsafədə bölgənin ən zəngin neft və qaz yataqlarından biri olan Srednebotuobinskoe neft və qaz-kondensat yatağı yerləşir.

Şəhər və Mirnı ulusunda həmçinin "Vilyuygesstroy" SC, "Zapadnı elektriçeskiye seti" müəssisəsi, "Alrosa-qaz" SC, yerli sənaye müəssisələri və ticarət təşkilatları yerləşirlər.

2017-ci ilin yanvar ayında Poçta Rossii şəhərdə beynəlxalq poçt mübadiləsinin böyük filialını açmaq planlaşdırırdı. Bu filial daha yüksək tariflərlə razılaşmayan xarici poçt xidmətlərinin qeydiyyatsız poçt və kiçik paketləri (2 kq-a qədər) ölkəyə çatdıra biləcəyi yeganə qurum olmalı idi. Bu sərt qaydanın istisnaları yalnız AİQ-a daxil olan ölkələrdən gələn EMS bağlamalara şamil olunurdu.[4][5][6]

Şəhərin ərazisində aşağıdaki mədəniyyət obyektləri yerləşir:[7]

  • "Almaz" Mədəniyyət Sarayı
  • "Yakutsk" Universal Teatr və Konsert Mərkəzi
  • Mirny Mərkəzi Şəhər Kitabxanası
  • Diyarşünaslıq Muzeyi
  • "Alrosa" SC Tarixi-İstehsal
  • Kimberlitlər Muzeyi
  • Nəbatat bağı
  • "Yakutiyanın Canlı Almazları" Təbiət Parkı
  1. Численность постоянного населения Российской Федерации по муниципальным образованиям на 1 января 2023 года.
  2. "В Мирнинском районе состоялся третий фестиваль «Настроение»". 2019-04-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-29.
  3. "RIA: Киану Ривз в Сибири и русская мафия: в прокат выходит фильм «Профессионал»". 2019-04-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-29.
  4. "«Почта России» изменила условия доставки из зарубежных интернет-магазинов". 2018-02-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-29.
  5. "Ъ-Газета — Вечную мерзлоту заполнят мелкими пакетами". 2018-02-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-29.
  6. "ВЕДОМОСТИ — «Почта России» с января меняет правила доставки мелких посылок из иностранных интернет-магазинов". 2018-02-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-29.
  7. "Памятники Мирного". 2014-07-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-01-23.