Melody Gardot
Melody Gardot | |
---|---|
Ümumi məlumatlar | |
Doğum adı | Melody Joy Gardot |
Doğum tarixi | 2 fevral 1985[1] (39 yaş) |
Doğum yeri | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni-mahnı yazarı, cazmen, müğənni, bəstəkar, pianoçu, səsyazma sənətçisi[d] |
Fəaliyyət illəri | 2004-cü ildən |
Janrlar | pop musiqisi, caz[3] |
Musiqi alətləri | piano[3], gitara[3] |
Səs tembri | messo-soprano |
melodygardot.co.uk | |
Vikianbarda əlaqəli mediafayllar |
Melody Gardot (2 fevral 1985[1], Nyu-Cersi[2]) — Qremmi mükafatçısı, yazıçı, bəstəkar.
Həyatı
[redaktə | mənbəni redaktə et]Melodi Qardot 2 fevral 1985-ci ildə doğulmuşdur. Ona blyuz və caz musiqisində Cudi Qarland Cenis Coplin Mayls Deyvis Dyuk Ellinqton Stan Qetz və Corc Göşvinin böyük təsiri olmuşdur. Onu həm də Nina Simyone ilə müqayisə edirlər. Qardot buddizmi öyrənir. O həm də özünü dünya vətəndaşı adlandırır. 2003cü ildə Filadelfiyada ağır yol qəzası keçirmişdir. Belə ki o işıqforun qırmızı işığına məhəl qoymamış və ağır qəza nəticəsində başından onurğa sütunundan ciddi xəsarət almış çanağının iki yerdən qırmışdır. Qəza onun həm də yaddaşının bir müddətinə pozulmasına da səbəb olmuşdur. Müalicədən sonra o yenidən musiqi karyerasına davam etmiş və 5 musiqidən ibarət Some Lessons: The Bedroom Sessions adlı EP albomunu öz prodüerliyi ilə buraxmışdır.
Musiqiyə o 9 yaşından başlamış Filadelfiyada piano dərsləri almışdır. Onun xəstəxanda olmağının müğənni üçün ən böyük faydası gitarda ifa etməyi öyrənməsidir. 2006ci ildə o ilk albomu olan Worrisome Heart-ı ardından ikinci albom olan My One and Only Thrill albomlarını dinləyicilərə təqdim etmişdir. İkinci albomdan olan "Who Will Comfort Me?" mahnısı Smooth Jazz radiosunda ilk 10luğda olmuşdur. Həmçinin o 2009da yeni EP albomu olan Live from SoHo-nu bitirmişdir. O 2007ci ildə Beynəlxalq Gənc Solist mükafatı ilə təltif edilmişdir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Deutsche Nationalbibliothek Record #135516897 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
- ↑ 1 2 Freebase Data Dumps. Google.
- ↑ 1 2 3 Montreux Jazz Festival Database.