Martin Van Buren

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Martin Van Buren
ing. Martin Van Buren[1]
4 mart 1837 – 4 mart 1841
ƏvvəlkiEndrü Cekson
SonrakıVilyam Henri Harrison
4 mart 1833 – 4 mart 1837
ƏvvəlkiCon Kelhun
SonrakıRiçard Conson
28 mart 1829 – 23 may 1831
ƏvvəlkiCeyms Aleksander Hamilton[d]
SonrakıEduard Livinqston[d]
Nyu-York qubernatoru[d]
1 yanvar 1829 – 12 mart 1829
ƏvvəlkiNataniel Pitçer[d]
SonrakıEnos Tompson Trup[d]
Nyu-Yorkun Baş prokuroru[d]
17 fevral 1815 – 8 iyul 1819
ƏvvəlkiAbraham Van Veçten[d]
SonrakıTomas C. Oakli[d]
ABŞ senatoru[d]
4 mart 1821 – 4 mart 1823
ƏvvəlkiNathan Senford[d]
ABŞ senatoru[d]
4 mart 1823 – 4 mart 1825
ABŞ senatoru[d]
4 mart 1825 – 4 mart 1827
ABŞ senatoru[d]
4 mart 1827 – 20 dekabr 1828
Amerika Birləşmiş Ştatlarının seçilmiş prezidenti[d]
dekabr 1836 – 4 mart 1837
ƏvvəlkiEndrü Cekson
SonrakıVilyam Henri Harrison
Şəxsi məlumatlar
Doğum adı Maarten van Buren
Doğum tarixi 5 dekabr 1782(1782-12-05)[2][3][…]
Doğum yeri
Vəfat tarixi 24 iyul 1862(1862-07-24)[2][3][…] (79 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ürək çatışmazlığı
Dəfn yeri
  • Kinderhuk qəbirstanlığı[d]
Partiya
Fəaliyyəti siyasətçi, vəkil, diplomat, dövlət xadimi, yazıçı
Atası Abraham Van Buren[d]
Anası Maria Hoes[d][4]
Həyat yoldaşı
Uşaqları
  • Abraham Van Buren[d],
  • Con Van Buren[d],
  • Martin Van Buren (oğul)[d][4],
  • Vaynfild Skott Van Buren[d][4],
  • Smit Tompson Van Buren[d][4]

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Martin Van Buren (ing. Martin Van Buren; 5 dekabr 1782[2][3][…], Kinderhuk[d], Nyu-York ştatı24 iyul 1862[2][3][…], Kinderhuk[d], Nyu-York ştatı 5 dekabr 1782, Kinderhuk, Nyu-York, ABŞ — 24 iyul 1862, Kinderhuk, Nyu-York, ABŞ) — Amerika Birləşmiş Ştatlarının 8-ci prezidenti (1837–1841), 8-ci vitse-prezidenti (1833–1837) və 10-cu Dövlət katibi (1829–1831). Tomas Ceffersonla yanaşı hər üç vəzifəni tutmuş yeganə şəxsdir.

Amerikanın Britaniyadan müstəqillik qazanmasından sonra doğulmuş ilk ABŞ prezidentidir.[5]

Erkən həyatı

[redaktə | mənbəni redaktə et]

Martin Van Buren 5 dekabr 1782-ci ildə Nyu-York yaxınlığındakı Kinderhuk şəhərində anadan olmuşdur. Sonralar yazdığı memuarlarında əcdadlarının Amerikaya 1633-cü ildə Hollandiyadan gəldiklərini bildirirdi. Nüfuzlu fermer və meyxana sahibi olan atası Avraam Van Buren işgüzarlığı sayəsində böyük sərvət toplaya bilmişdi. Martin ailənin 5 uşağından üçüncüsü idi. İbtidai təhsilini latın dili tədris olunan məktəbdə almış, 14 yaşında ikən vəkil olmaq məqsədilə dəftərxanada işləməyə başlamışdır. O, dövrün tanınmış vəkillərindən biri olan Frensis Silvesterin yanında praktika keçdikdən sonra müstəqil fəaliyyətə başlamışdır. 1803-cü ildə məhkəmədə işləməyə başlayarkən Martin Van Buren artıq yerli siyasətdə Ceksonun tərəfdarı kimi tanınırdı.

Martin 1807-ci ildə anasının uzaq qohumu Hanna Hoeslə ailə həyatı qurmuşdur.

Siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

30 yaşında Nyu-York senatına seçilən Martin Van Buren doğma ştatın siyasi həyatında əhəmiyyətli rol oynamışdır. Q, 1821-ci ildə Nyu-York Konstitusiya konventində ştatın siyasi sisteminin demokratikləşdirilməsi uğrunda fəal mübarizə aparırdı. Elə həmin il ştatı Vaşinqtonda təmsil edəcək iki senatordan biri seçilir. Prezident Adamsın yeritdiyi siyasi kursa müxalif olması onu Ceksonla yaxınlaşmağa sövq edir. 1828-ci ildə yenidən senator seçilsə də mandatdan imtina edərək Nyu-York qubernatoru seçkilərində namizədliyini irəli sürür. Bu siyasi gedişdə onun məqsədi, paralel olaraq keçirilən prezident seçkilərində Ceksonun namizədliyini təbliğ etmək idi. O, qubernator seçilsə də, 1829-cu ilin martında Ceksonun qurduğu kabinetdə xarici işlər naziri vəzifəsini tutur. Prezidentin yaxın silahdaşı kimi 1831-ci ildə istefaya gedərək ona kabineti yenidən qurmaq imkanı yaradır. Van Buren İngiltərədə səfir təyin edilsə də, senatda olan müxalif qüvvələr buna razılıq vermir. Lakin çox keçmir ki, Ceksonun Van Buren haqqında daha ciddi fikirdə olduğu aşkar olur. Prezident onu özünün siyasi varisi görmək istəyirdi. 1836-cı ildə Ceksonun arzusuna uyğun olaraq Van Buren və Kentukki ştatından Riçard Consonun uyğun olaraq prezident və vitse-prezidentliyə namizədlikləri irəli sürülür. Cekson və Van Burenin siyasi rəqibləri artıq viqlər partiyasında birləşsələr də seçkilərə vahid namizədlə gedə bilmədilər. Belə ki, 1836-cı il seçkilərində Ohayo ştatından olan U. H. Harrisonla birgə Tennessili H. L. Vayt, Massaçusetsdən D. Uebster, Cənubi Karolinadan U. P. Manqam da seçkiyə qoşuldular. Səslərin bölünməsi Van Burenin qələbəsini təmin etmiş oldu.

Bəziləri Van Burenin gələcək fəaliyyətini sadəcə Ceksonun üçüncü prezidentlik müddəti olacağını deyirdilər. Lakin verilən proqnozların əksinə olaraq, Van Buren bir çox məsələlərin həllinə özünəməxsus tərzdə yanaşırdı. Müharibələrin artıq tarixə çevrilməsi onu İngiltərə ilə mülayim davranmağa sövq edirdi. 1837-ci ildə baş vermiş iqtisadi böhran onun nüfuzunaböyük zərbə vurmuşdur. Qırxıncı illərə qədər davam etmiş iqtisadi böhran, onun növbəti seçkilərdə uğur qazanmamasının başlıca səbəbi olmuşdur. Buna baxmayaraq Van Buren prezidentliyi dövründə qarşıya çıxan bir çox problemləri müvəffəqiyyətlə həll edir. 1837-ci ilin qışında Niaqara çayında, 1838-ci ilin qışında isə şimal-şərq sərhəd zolağında İngiltərəylə, hər ikisi müharibə ilə nəticələnə biləcək qarşıdurma yaranır. Hər iki halda general Uinfild Skottun rəhbərliyi altında qoşunları Kanada ilə sərhəd bölgəsinə göndərən prezident ona münaqişədən yayınmaq və dostluq münasibətləri yaratmağı tapşırır. Bununla o, nəinki labüd müharibənin qarşısını alır, eyni zamanda Birləşmiş Ştatlarla Kanada arasında mübahisəli sərhəd problemini birdəfəlik həll edir. Təəssüf ki, Van Buren bu uğurlardan səmərəli yararlana bilmir. 1840-cı il seçkilərində demokratların güclü köməyinə baxmayaraq viqlər partiyasının nümayəndəsi Uilyam Harrisona məğlub olur. Ümumi səsvermədə 46,8 % səs toplasa da, seçimçilər kollegiyasındakı səsvermədə pis nəticə göstərir (60–234).

Prezidentlikdən sonrakı həyatı

[redaktə | mənbəni redaktə et]

Belə ağır məğlubiyyətə uğraması onu heç də ruhdan salmır. Nyu-Yorkdakı fermasında yaşayan Van Buren yenidən siyasətə qayıtmaq haqqında düşünür. Bu məqsədlə 1842-ci ildə Birləşmiş Ştatlara səfərə çıxır. Lakin Texasın ilhaq edilməsinin əleyhdarı olması onun 1844-cü il prezident seçkilərində qələbə çalacağını şübhə altına salır və demokratlar ehtiyat varianta əl ataraq C. Polkun namizədliyini irəli sürürlər. Van Buren yenidən öz malikanəsinə çəkilir. C. Polkun siyasi xəttinin cəmiyyətdə birmənali qarşılanmaması, quldarlığın ləğvi ilə əlaqədar partiya daxilində ikitirəliyin yaranmasına biganə qala bilməyən qoca siyasətçi 1848-ci il prezident seçkilərində namizədliyini irəli sürür. O, seçkilərdə yalnız üçüncü yeri tutsa da, nəticədən razı idi. Məhz onun sayəsində quldarlıq problemi ilk dəfə olaraq seçkiönü mübarizənin əsas amilinə çevrilirdi. Bu, eyni zamanda Şimal və Cənub arasında münaqişələrin başlanmasına rəvac vermişdir. Quldarlığın barışmaz əleyhdarı olan Van Buren ümumilikdə 10 % səs toplasa da Cənub ştatlarında bir səs belə ala bilmir. Bu, Van Burenin milli siyasətdə sonuncu böyük çıxışı idi. 1853–55-ci illərdə Avropaya səyahətə çıxır və eyni zamanda tamamlaya bilmədiyi bioqrafiyasını yazmaqla məşğul olur. Burada o, siyasi partiyalara və müasir partiyalı dövlətə olan inamını bir daha təsdiq edir.

Ömrünün son illərini Kinderhukdakı Lindenvald malikanəsində keçirir. O, 24 iyul 1862-ci ildə, vətəndaş müharibəsinin qızğın vaxtında vəfat edir.

  1. Cohen S. G. Asthma among the famous. Martin Van Buren (1792-1862), eighth president of the United States (ing.). // Allergy and Asthma Proceedings Providence: OceanSide, 1996. Vol. 17, Iss. 6. P. 370–372. ISSN 1088-5412; 1539-6304 PMID:9091244
  2. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  3. 1 2 3 4 Lundy D. R. Martin Van Buren // The Peerage (ing.).
  4. 1 2 3 4 Lundy D. R. The Peerage (ing.).
  5. "Martin Van Buren: Life in Brief". Miller Center of Public Affairs University of Virginia. April 3, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 6, 2017.