Kərəm Mustafayev
Kərəm Mustafayev | |
---|---|
14 may 2014 – 2024 | |
Nazir | Zakir Həsənov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1 iyul 1962 (62 yaş) |
Doğum yeri | |
Təhsili | |
Hərbi xidmət | |
Mənsubiyyəti | Müdafiə Nazirliyi |
Qoşun növü | Əlahiddə Ümumqoşun Ordu |
Döyüşlər | Birinci Qarabağ müharibəsi (1992–1994) |
Rütbəsi |
General-polkovnik |
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Kərəm Nəriman oğlu Mustafayev (1 iyul 1962, Noraşen rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin general-polkovniki (2020), Azərbaycan Respublikası müdafiə nazirinin müavini — Əlahiddə Ümumqoşun Ordusunun komandanı (2014–2024).
Həyatı
[redaktə | mənbəni redaktə et]Kərəm Nəriman oğlu Mustafayev 1 iyul 1962-ci ildə hazırkı Şərur rayonunda anadan olub. 1983-cü ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini, 2002-ci ildə Naxçıvan Dövlət Universitetini, 2006-cı ildə isə Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasını bitirib. Evlidir. 3 övladı var.[1]
1983–1992-ci illərdə SSRİ Silahlı Qüvvələri sıralarında taqım, bölük və tabor komandiri kimi xidmət edib.[1]
1991–1998-ci illərdə isə Azərbaycan Silahlı Qüvvələri sıralarında tabor komandiri, əlahiddə gücləndirilmiş motoatıcı briqada komandirinin müavini — briqadanın qərargah rəisi, əlahiddə gücləndirilmiş motoatıcı briqada Komandiri və 705-ci əlahiddə gücləndirilmiş motoatıcı diviziyanın komandiri vəzifələrində xidmət edib. 1992–1994-cü illərdə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak edib.[1]
8 dekabr 1998-ci ildə Beşinci Ordu Korpusunun komandiri vəzifəsinə təyin olunub. 14 may 2014-cü ildə isə Beşinci Ordu Korpusunun əsasında yaradılan Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun Komandanı təyin olunub.[1]
Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamları ilə Kərəm Mustafayevə 25 may 1998-ci ildə general-mayor[2], 19 yanvar 2002-ci ildə general-leytenant[3], 25 iyun 2020-ci ildə isə general-polkovnik[4] ali hərbi rütbələri verilib.
2024-cü ilin iyulun 5-də sosial mediada və xəbər saytlarında müdafiə nazirinin müavini – Əlahiddə Ümumqoşun Ordusunun komandanı Kərəm Mustafayevin tutduğu vəzifədən azad edilməsi, əvəzinə isə bu vəzifəyə Kənan Seyidovun təyin olunması ilə bağlı xəbərlər yayılıb.[5] İyulun 8-də isə Kərəm Mustafayevun son günlərdə istintaqı aparılan cinayət işlərindən biri ilə bağlı müstəntiqlərə ifadə verməsi ilə bağlı xəbər dərc edilib. Qeyd edilən məsələlər ilə bağlı rəsmi açıqlama verilməyib.[6]
Təltif və mükafatları
[redaktə | mənbəni redaktə et]Xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə dəfələrlə müxtəlif mükafatlara, orden və medallara layiq görülüb. Azərbaycan Respublikası Prezidentinin:
- 24 iyun 2003-cü il tarixli Fərmanı ilə "Azərbaycan Bayrağı" ordeni,
- 22 iyun 2006-cı il tarixli Sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalı,
- 25 iyun 2009-cu il tarixli Sərəncamı ilə "Vətən uğrunda" medalı,
- 25 iyun 2011-ci il tarixli Sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni,
- 24 iyun 2014-cü il tarixli Sərəncamı ilə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni,
- 25 iyun 2018-ci il tarixli Sərəncamı ilə 1-ci dərəcəli "Rəşadət" ordeni[7] ilə təltif olunub.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 "General-polkovni̇k Mustafayev Kərəm Nəri̇man oğlu | Müdafi̇ə nazi̇ri̇ni̇n müavi̇ni̇ – Əlahi̇ddə Ümumqoşun Ordusunun komandanı". Müdafiə Nazirliyi. 1 oktyabr 2022. 2021-01-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.10.2022.
- ↑ "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və digər qoşun birləşmələrinin zabitlərinə ali hərbi rütbələrin verilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin Fərmanı". e-qanun.az. İstifadə tarixi: 2024-04-06.
- ↑ "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin Fərmanı". e-qanun.az. 2011-10-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-06.
- ↑ "Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı". e-qanun.az. 2024-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-06.
- ↑ "Kərəm Mustafayev işdən çıxarıldı – Yerinə o təyin olundu". Qafqazinfo. 5 iyul 2024. 8 iyul 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 iyul 2024.
- ↑ Sail Ağasəlim. "Kərəm Mustafayev dindirilib?". Qafqazinfo. 8 iyul 2024. 2024-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 iyul 2024.
- ↑ "Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". president.az. 25 iyun 2018. 2020-10-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 iyun 2018.
- 1 iyulda doğulanlar
- 1962-ci ildə doğulanlar
- Yaşayan insanlar
- Şərur rayonunda doğulanlar
- Bakı Ali Ümumqoşun Komandirlər Məktəbinin məzunları
- Naxçıvan Dövlət Universitetinin məzunları
- Azərbaycan Silahlı Qüvvələrinin general-polkovnikləri
- "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilənlər
- 1-ci dərəcəli "Rəşadət" ordeni ilə təltif edilənlər
- 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilənlər
- 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilənlər
- "Vətən uğrunda" medalı ilə təltif edilənlər
- "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilənlər
- "Hərbi xidmətdə fərqlənməyə görə" 2-ci dərəcəli medalı ilə təltif edilənlər
- "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilənlər
- "Azərbaycan Silahlı Qüvvələri Veteranı" medalı ilə təltif edilənlər
- "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalı ilə təltif edilənlər
- "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı ilə təltif edilənlər
- "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı ilə təltif edilənlər
- "Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi" yubiley medalı ilə təltif edilənlər
- "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı ilə təltif edilənlər
- "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı ilə təltif edilənlər
- SSRİ-nin 1-ci dərəcəli "Qüsursuz xidmətə görə" medalı ilə təltif edilənlər
- SSRİ-nin 2-ci dərəcəli "Qüsursuz xidmətə görə" medalı ilə təltif edilənlər
- SSRİ-nin 3-cü dərəcəli "Qüsursuz xidmətə görə" medalı ilə təltif edilənlər
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Azərbaycan generalları
- Azərbaycanlı generallar