35°49′58″ şm. e. 50°59′30″ ş. u.HGYO

Kərəc

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Kərəc
کرج
35°49′58″ şm. e. 50°59′30″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Sahəsi
  • 162 km²
Mərkəzin hündürlüyü 1.341 m[1]
Saat qurşağı
Əhalisi
Əhalisi
Rəsmi dili
Rəqəmsal identifikatorlar
Telefon kodu +98 26
Digər
karaj.ir
Xəritəni göstər/gizlə
Kərəc xəritədə
Kərəc
Kərəc
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kərəc (fars. كرج‎) — İran İslam Respublikasının Əlburz ostanında şəhər. Əlburz ostanının və Kərəc şəhristanının inzibati mərkəzi.

Kərəc şəhəri Tehranın 20 km qərbində, Əlburz dağlarının ətəyində yerləşir. Ərazisi 2.452 km² olan şəhər ilbəil böyüyərək Tehrana daha da yaxınlaşır. Kərəc Elburs dağ silsiləsinin ətəyində yerləşir və ölkənin mühüm nəqliyyat qovşağıdır. Mənzərəli dağ təbiətinə malik Kərəc ölkənin sürətlə artan sənaye şəhəridir. Şəhərə yaxın bir neçə dağ kurortu yerləşir. Kərəcdə eyni zamanda klassik Şərq və, əsasən mərkəzdə, müasir Avropa memarlıq nümunələri ilə qarşılaşmaq olar. Burada bir neçə nüfuzlu tədris müəssisəsi də var. Şəhərdə gəzinti və istirahət üçün çoxlu park və xiyaban var. Kərəcdə çoxlu sayda görməli yer var, xüsusi ilə sonuncu şahın böyük bacısının sifarişi ilə 1966 ildə tikilən Mirvari saray diqqəti cəlb edir. Bundan başqa şəhərdə, indi kənd təsərrüfatı universiteti yerləşən, Süleyman sarayı diqqətə layiqdir. Şəhərin ətrafında Qaleyi-Dəşhət və Qaleyi-Fərəmərz qədim qalaları var. Burada İranın ən yaxşı dağ-xizək kurortu sayılan Dizin kurortu var. Kərəcdə ölkə əhəmiyətli bir neçə mühüm sənaye kompleksləri var. Məsələn ölkə əhəmiyətli enerji turbinləri istehsal edən "Şəhriyar" adına müəssisə. 2013 ilin iyununda 29 gün "Şəhriyar" zavodunun fəhləsi bəst (tətil) edib. Bu zavod enerji turbinləri üçün ehtiyat hissələri istehsal edir.

Kərəc əhalisinin 53% farslar, 30% isə Azərbaycan türkləri təşkil edir.

İl Sayı
2016 1.592.492 [2][3]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]