Jores Alfyorov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Jores Alfyorov
rus. Жоре́с Ива́нович Алфёров
belar. Жарэ́с Іва́навіч Алфёраў
Doğum tarixi 15 mart 1930(1930-03-15)[2][3][…]
Doğum yeri
Vəfat tarixi 1 mart 2019(2019-03-01)[4][5][…] (88 yaşında)
Vəfat yeri
Vəfat səbəbi hipertensial böhran
Elm sahələri yarımkeçiricilər fizikası[d], fizika[1], yarımkeçirici[1], siyasət[1]
Elmi dərəcələri
Elmi adları
  • REA-nın akademikləri[d],
  • professor[d]
İş yerləri
Təhsili
  • Sankt-Peterburq Universitetinin Fizika və Riyaziyyat fakültəsi[d] (–1952)
Üzvlüyü
Mükafatları 1-ci dərəcəli "Vətən qarşısında xidmətlərinə görə" ordeni "Aleksandr Nevski" ordeni "Lenin" ordeni "Oktyabr inqilabı" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Şərəf nişanı" ordeni "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı Jubilee Medal "300 Years of the Russian Navy" "Sankt-Peterburqun 300 illik xatirəsinə" medalı "Əmək veteranı" medalı "Leninqradın 250 illik xatirəsinə" medalı "Xalqlar dostluğu" ordeni Order of Francisc Skorina
Nizami Gəncəvi adına Qızıl medal
"Fəxri Legion" ordeninin zabit dərəcəsi
Rusiya Federasiyasının dövlət mükafatı
5-ci dərəcəli "Knyaz Yaroslav Mudrı" ordeni
"Lenin" mükafatı SSRİ Dövlət mükafatı
Fizika üzrə Nobel mükafatı
Demidov mükafatı Rusiya Federasiyası Hökumətinin fəxri fərmanı
Ordo Sancti Constantini Magni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Jores İvanoviç Alfyorov (15 mart 1930[2][3][…], Vitebsk[2]1 mart 2019[4][5][…], Sankt-Peterburq) — Fizika üzrə Nobel mükafatı laureatı, Yarımkeçiricilər fizikası, yarımkeçiricilər və kvant elektronikası sahəsi üzrə mütəxəssis.

15 mart 1930-cu ildə Vitebsk şəhərində anadan olmuşdur.

1952-ci ildə V.İ.Ulyanov (Lenin) adına Leninqrad Elektrotexnika İnstitutunu bitirmişdir. Əmək fəaliyyətinə 1953-cü ildə SSRİ EA A.F.İoffe adına Fiziki-texnika institutunda mühəndis kimi başlamışdır. 1953-cü ildən 1964-cü ilə kimi kiçik elmi işçi, 1964-1967-ci illərdə baş elmi işçi kimi çalışmışdır. 1967-1973-cü illər ərzində – sektor müdiri, 1973-1990-cı illər ərzində – laboratoriya müdiri, 1987-ci ildən həmin institutun direktoru olmuşdur. 1989-cu ildən 1991-ci ilədək SSRİ EA Leninqrad Elmi mərkəzinin RH-ın sədri, 1991-ci ildən indiyə qədər REA Sankt-Peterburq Elmi mərkəzinin RH-ın sədri, 25 aprel 1990-cı ildən isə REA-nın vitse-prezidentidir. 28 noyabr 1972-ci ildən ümumi fizika və astronomiya (fizika) Bölməsi üzrə müxbir üzv, 15 mart 1979-cu ildən ümumi fizika və astronomiya (fizika, astronomiya) Bölməsi üzrə akademik seçilmişdir. Yarımkeçiricilər, heterokeçid və onların əsasında cihazların yaradılması sahəsindəki əməyinə görə Lenin mükafatına (1972) və SSRİ Dövlət mükafatına (1984) layiq görülmüşdür. 2000-ci ildə o, yarımkeçiricilər fizikası, yarımkeçiricilər və kvant elektronikası sahəsindəki nailiyyətlərinə görə Fizika üzrə Nobel mükafatına layiq görülmüşdür.

Jores İvanoviç Alfyorov 2004-cü ildə AMEA-nın fəxri xarici üzvü seçilmişdir.[7]

Jores Alfyorov 1 mart 2019-cu ildə 88 yaşında vəfat edib.

  • Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: “İnformasiya Texnologiyaları” nəşriyyatı, 2013, 169 səh.
  1. 1 2 3 4 5 6 Çex Milli Hakimiyyət Məlumat bazası.
  2. 1 2 3 4 Алфёров Жорес Иванович // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  3. 1 2 Zhores Alferov // Encyclopædia Britannica (ing.).
  4. 1 2 В больнице РАН назвали причину смерти Жореса Алферова.
  5. 1 2 Bibliothèque nationale de France Jores Ivanovitch Alferov // BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  6. 1 2 https://primo.nlr.ru/permalink/f/oo3rn7/07NLR_LMS007455730.
  7. "Alfyorov Jores İvanoviç" (az.). science.gov.az. 2017. 2020-11-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-20.