Jozef Furye
Jozef Furye | |
---|---|
fr. Jean-Baptiste Joseph Fourier | |
Doğum adı | Jean-Baptiste Joseph Fourier |
Doğum tarixi | 21 mart 1768[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 16 may 1830[1][2][…] (62 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Elm sahələri | riyazi analiz, riyaziyyat, fizika, Afrikanistika, tarix elmi[d], arxeologiya, riyazi fizika |
İş yerləri | |
Təhsili | |
Elmi rəhbəri | Jozef Lui Laqranj[8] |
Tanınmış yetirməsi | Peter Qustav Lejyon Dirixle |
Üzvlüyü |
|
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Jan Baptista Jozef Furye (fr. Jean Baptiste Joseph Fourier; 21 mart 1768[1][2][…], Oser, Burqundiya, Fransa krallığı[6] – 16 may 1830[1][2][…], Paris, Burbon restavrasiyası[1]) — fransız riyaziyyatçısı və fiziki.
Həyatı
[redaktə | mənbəni redaktə et]Bir dərzinin oğlu olan Jan Baptista Jozef Furye 21 mart 1768-ci il tarixində Fransanın Oser şəhərində anadan olmuşdur. Hələ 9 yaşında olarkən həm anasını,həm də atasını itirmişdir. Xeyriyyəçi Madam Moiton və Oser qəsəbəsinin baş rahibinə nə qədər təşəkkür edilsə yenə də azdır. Çünki bu xeyriyyəçi şəxslər yetim və kimsəsiz qalan Furyeni şəhərdəki hərbi məktəbə göndərdilər. Furye özünü bu məktəbdə çox yaxşı şəkildə inkişaf etdirdi. Riyaziyyatla ilk dəfə tanış olduqda sehrlənmiş kimi olmuşdur.
Fəaliyyəti
[redaktə | mənbəni redaktə et]1817-ci ildən Paris 1829-cu ildən Peterburq Elmlər Akademiyasının. üzvüdür. İlk elmi tədqiqatları cəbrə aiddir. O cəbri tənliyin verilmiş sərhədlər arasındakı köklərinin sayı haqqında teoremi isbat etmiş (Furye teoremi) Nyutonun verdiyi tənliyin təqribi həlli üsulunun tətbiq edilməsi şərtlərini araşdırmışdır. Füryenin əsas tədqiqat sahəsi riyazi fizika olmuşdur. 1807-1811-ci illərdə o bərk cisimdə istiliyin yayılmasına aid ilk kəşflərini etmiş , 1822-ci ildə isə "İstiliyin analitik nəzəriyyəsi" əsərini çap etdirmişdir. İstilikkeçirmə tənliyi üçün bu və ya digər sərhəd şərtləri daxilində dəyişənlərin ayrılmasını üsulunu vermişdir. Onun "İstiliyin analitik nəzəriyyəsi" əsəri triqonometrik sıralar nəzəriyyəsi və analizin bəzi ümumi məsələlərinin işlənib hazırlanması üçün istinad mənbəyi olmuşdur.Müxtəlif sahələrdə verilmiş funksiyaların triqonometrik sıraya ayrılmasına aid ilk misalları Furye vermişdir. Onun istənilən funksiyanı belə sıraya ayırma cəhdi uğursuz olsa da, o həmin problemə aid böyük işlərin başlanğıcını qoymuşdur. Çoxluqlar nəzəriyyəsi və həqiqi dəyişənli funksiyalar nəzəriyyəsinin yaranması bu tədqiqatlarla bağlıdır.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 5 6 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 3 4 Maktutor riyaziyyat tarixi arxivi. 1994.
- ↑ 1 2 3 4 Maktutor riyaziyyat tarixi arxivi. 1994.
- ↑ 1 2 Mathematics Genealogy Project (ing.). 1997.
- ↑ 1 2 Joseph Fourier // Académie française (fr.).
- ↑ 1 2 Фурье Жан Батист Жозеф // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- ↑ Moiroux J. Le cimetière du Père-Lachaise (fr.). Paris: 1908. P. 162.
- ↑ Mathematics Genealogy Project (ing.). 1997.
- 21 martda doğulanlar
- 1768-ci ildə doğulanlar
- Fransada doğulanlar
- 16 mayda vəfat edənlər
- 1830-cu ildə vəfat edənlər
- 62 yaşında vəfat edənlər
- Parisdə vəfat edənlər
- Per-Laşez qəbiristanlığında dəfn olunanlar
- Paris Ali Normal Məktəbinin məzunları
- London Kral Cəmiyyətinin üzvləri
- Fransa Akademiyasının üzvləri
- İsveç Kral Elmlər Akademiyasının üzvləri
- Fransa Elmlər Akademiyasının üzvləri
- Rusiya Elmlər Akademiyasının üzvləri
- Prussiya Elmlər Akademiyasının üzvləri
- "Fəxri Legion" ordeni zabitləri
- Əlifba sırasına görə alimlər
- Fransa riyaziyyatçıları
- Eyfel qülləsində adı yazılmış şəxslər
- XIX əsr Fransa riyaziyyatçıları
- London Kral Cəmiyyətinin əcnəbi üzvləri