Hideyo Noquçi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Hideyo Noquçi
yap. 野口 英世
Doğum adı Seysaku Noquçi
Doğum tarixi
Doğum yeri
Vəfat tarixi
Vəfat yeri
Vəfat səbəbi Sarı qızdırma
Elm sahələri mikrobiologiya, tibb
İş yerləri
Üzvlüyü
Mükafatları 2-ci dərəcəli "Doğan günəş" ordeni "Katolik İzabella" ordeninin böyük xaçı Knight of the Order of the Dannebrog
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hideyo Noquçi (野口 英世, Noquçi Hideyo?, 9 noyabr 1876, İnavaşiro[d]21 may 1928, Akkra) və ya doğum adı ilə Seysaku Noquçi (野口 清作, Noquçi Seysaku?)Yaponiya bakterioloqu. O, sifilis xəstəliyinin törədicisi olan Treponema pallidum bakteriyasını kəşf etməsinə görə tanınır.[1]

Həyatı və karyerası

[redaktə | mənbəni redaktə et]

Seysaku Noquçi 9 noyabr 1876-cı ildə Yaponiyanın Fukuşima prefekturasının İnavaşiro qəsəbəsində doğulmuşdur.[1] 1878-ci ildə evdəki ocağa düşərək sol əlini yandırmışdır.[1] 1892-ci ildə Kanae Vatanabe əlini əməliyyat etdirmiş və Noquçi baş barmağını yenidən hərəkət etdirə bilmişdir.[1] Bu hadisədən sonra tibb sahəsinə maraq göstərməyə başlamışdır.[1] 1896-cı ildə tibb təhsili almaq üçün Tokioya yola düşmüş və 1897-ci ildə milli imtahanı keçərək həkim olmuşdur.[1] 1898-ci ildə Şibasaburo Kitasatonun başçılıq etdiyi Yoluxucu Xəstəliklər İnstututuna daxil olaraq bakterioloq olmağa qərar vermişdir.[1] Bu dövrdə adını Seysakudan Hideyoya dəyişmişdir. O, Çinə gedərək taunla mübarizə aparmışdır.[1]

Noquçi 1900-cü ildə Simon Fleksnerin dəvəti ilə ABŞ-yə getmiş və Pensilvaniya Universitetində işləmişdir.[1] Burada ilan zəhərini öyrənmişdir.[1] 1903-cü ildə Milli Serum İnstitutunda işləmək üçün Danimarkaya getmişdir.[1] 1904-cü ildə Nyu-Yorkda yerləşən Tibbi Tədqiqat üzrə Rokfeller İnstitutunda işləməyə başlamışdır.[1]

1915-ci ildə Yaponiyaya qayıtsa, 1918-ci ildə sarı qızdırma xəstəliyini öyrənmək üçün Cənubi Amerikaya getmiş, Peru, Braziliya, Salvador, Ekvadorda olmuş və vaksin hazırlamışdır.[1] 1927-ci ildə sarı qızdırma xəstəliyinin səbəbini aşkar etmək üçün müasir Qananın ərazisində yerləşən Akkra şəhərinə getmişdir.[1] O, Nyu-Yorka qayıtmağı planlaşdırsa da, sarı qızdırmaya yoluxmuş və 21 may 1928-ci ildə Akkrada ölmüşdür.[1]

Elmi töhfələri

[redaktə | mənbəni redaktə et]

Noquçi 1913-cü ildə ABŞ-də sifilis xəstəliyinin törədicisini kəşf etmişdir.[1] Bu kəşfinə görə 1914 və 1915-ci illərdə Tibb üzrə Nobel mükafatına namizəd göstərilmişdir.[1] O, poliomielit, Oroya qızdırması və traxoma xəstəliklərini də tədqiq etmişdir.[2]

1939-cu ildə Noquçinin doğulduğu yerdə Hideyo Noquçi Memorial Muzeyi açılmışdır.[3] Noquçinin Ekvadorda çəkdirdiyi fotosu 1000 yenlik əsginasda öz əksini tapmışdır.[1] Google 9 noyabr 2011-ci ildə onun 135 illiyi münasibətilə dudl yayımlamışdır.[4]

  1. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 "Hideyo Noguchi" (PDF). Memorial muzeyin rəsmi saytı (ingiliscə). 14 iyul 2022 tarixində arxivləşdirilib (PDF).
  2. Kodansha Encyclopedia of Japan
  3. "理事長あいさつ". Rəsmi saytı (yaponca). 24 sentyabr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 noyabr 2022.
  4. "Hideyo Noguchi's 135th Birthday". Google (ingiliscə). 9 noyabr 2011. 2022-11-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 noyabr 2022.