Henrik İbsen

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Henrik İbsen
Henrik Johan Ibsen[1]
Doğum adı Henrik Johan Ibsen[1]
Təxəllüsü Brynjolf Bjarme[1]
Doğum tarixi
Doğum yeri Şien, Norveç
Vəfat tarixi (78 yaşında)
Vəfat yeri Kristianiya, Norveç
Vəfat səbəbi insult[3][4]
Dəfn yeri
  • Xilaskar Məsih qəbiristanlığı[d][5]
İxtisası Dramaturq
Fəaliyyəti dramaturq, şair, librettoçu, rejissor, yazıçı
Fəaliyyət illəri 1850–1906
Əsərlərinin dili Danimarka dili[6], Norveç dili[6]
İstiqamət ədəbi realizm[7]
Janrlar dram[7], poeziya[7]
Tanınmış əsərləri
Mükafatları "Müqəddəs Olaf" ordeni Knight Grand Cross of the Order of Vasa Order of the Polar Star - Commander's Grand Cross Grand Cross of the Order of the Dannebrog 3-cü dərəcəli "Məcidiyyə" ordeni
İmza
hf.uio.no/is/tjenester/v…
nb.no/forskning/ibsen/
Vikimənbənin loqosu Henrik İbsen Vikimənbədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Henrik Yohan İbsen (20 mart 1828, Şien — 23 may 1906, Kristianiya) — görkəmli norveç dramaturqu. Müasir realist dramaturgiyanın inkişafına misilsiz töhfələr vermiş bu yazıçını çox vaxt "müasir dramaturgiyanın atası" adlandırırlar.

Henrik İbsen 1828-ci ildə zəngin tacir ailəsində anadan olub. Onun ailəsi 1836-cı ildə müflisləşib. İbsen 1844-cü idən başlayaraq əczaçı işləyib. Əczaçı işlədiyi dövrdə o özünün ilk şerlərini və 1848-ci ildə Avropada baş vermiş inqilabi hadisələri özündə əks etdirən "Katalina" (1850) dramını qələmə alıb. 1850-ci ildə İbsenin "Qəhrəmanlıq kurqanı" adlı pyesi Kristianiyada (indiki Oslo) tamaşaya qoyulub. 1852–1857-ci illərdə Bergendə Norveçin ilk milli teatrına, 1857–1862-ci illərdə isə Kristianiyada Norveç teatrına rəhbərlik edib.

1864–1891-ci ilərdə Roma, DrezdenMünhendə yaşayıb. İbsen 1862-ci ildə yazdığı "Məhəbbət komediyası"nda o dövrün norveç məmurlarının satirik obrazını, 1864-cü ildə qələmə aldığı "Taxt-tac uğrunda savaş" adlı tarixi dramında isə mütərəqqi tarixi missiyanı həyata keçirən qəhrəman obrazını yaradıb.

1860-cı illərin sonu, 1870-ci illərin əvvəllərində sosial-siyasi baxışlarında formalaşan kəskin ziddiyyətlər fonunda İbsen köhnə dünyanın dağılması, "insan ruhunun inqilabı və intibahı" həsrətində olur. Roma imperatoru Flavi Klavdi Yulian haqqında "İmperator və qalliyalı" dramında (1873) İbsen insanın ruhani və cismani təbiətinin birləşməsi haqqında fikirlərini oxucuya çatdırır və bu hadisənin tezliklə baş verəcəyini israr edir.

Dramaturqun yaradıcılığının son illəri pyeslərində qələmə aldığı psixoloji mənzərlərin olduqca mürəkkəbləşməsi ilə xarakterizə edilir. Yaradıcılığının belə mürəkkəb psixoloji mərhələyə qədəm qoyması ilə İbsen yaratdığı qəhrəmanlarına qarşı daha kəskin mövqe tutur. Belə əsərlərə misal kimi onun "Memar Solnes" (1892), "Yon Qabriel Borkman" (1896) pyeslərini göstərmək olar.

Onun ən məşhur əsərləri "Oyuncaq ev", "Kabuslar" və musiqisi dahi norveç bəstəkarı Edvard Qriq tərəfindən yazılmış Per Günt dramları sayılır.

  • Katilina (1850)
  • Qəbir hövzəsi (1850)
  • Solhauq bayramı (1855)
  • Olaf Lilyekrans (1856)
  • Vikinqlər Helqelandda (1858)
  • Məhəbbət Komediyası (1862)
  • Brend (1866)
  • Per Günt (1867)
  • İmperator və Qalliyalı (1873)
  • Cəmiyyətin Əsasları (1877)
  • Oyuncaq Ev (1879)
  • Kabuslar (1881)
  • Xalq Düşməni (1882)
  • Vəhşi Ördək (1884)
  • Rosmersholm (1886)
  • Hedda Gabler (1890)
  • Yon Gabriel Borkman(1896)
  • Biz Ölülər Oyananda (1899)