Ketonturşular

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Ketonturşular- tərkibində karbonil və karboksil qrupu olan turşulara deyilir.

Ketonturşular, yuxarıdan aşağıya: piroüzüm, asetsirkəLevulin turşuları

Karbonil və karboksil qruplarının bir-birindən uzaqlığından asılı olaraq ketonturşular α, β, γ və sairə tiplərə bölünə bilir.

Piroüzüm turşusu

[redaktə | mənbəni redaktə et]

Piroüzüm turşusu -CH3—CO— COOH α-ketonturşuların ən sadə nümayəndəsi asetilqarışqa turşusu və ya piroüzüm turşusudur. Bunu birinci dəfə üzüm turşusu və ya çaxır turşusunu yüksək temperaturda qızdırmaqla almış və buna görə "piroüzüm" adlandırmışlar.

Piroüzüm turşusunu aşağıdakı üsullarla almaq olar:

  • Süd turşusunu oksidləşdirməklə
  • α, α-dihalogenpropion turşusuna suyun təsiri ilə
  • asetilxloridə KCN təsiri ilə və alınan nitirilin sabunlaşdırılması ilə

Piroüzüm turşusu 165o-də qaynayan mayedir, suda yaxşı həll olur, kəskin iyi vardır. Piroüzüm turşusu şəkərlərin spirt qıcqırmasından alınan aralıq məhsullardan biridir.

Asetsirkə turşusu

[redaktə | mənbəni redaktə et]

Asetsirkə turşusu — CH3—CO—CH2—COOH β-ketonturşuların ən sadə nümayəndəsi olub, qızdırdıqda parçalanır, karbon qazı və asetona çevrilir. Diabet xəstəliyinə tutulmuş adamların sidiyində rast gəlinir.

Levulin turşusu

[redaktə | mənbəni redaktə et]

Levulin turşusu — CH3—CO—CH2—CH2—COOH, γ-ketonturşuların ən sadə nümayəndəsi levulin turşusudur. Bunu levulozu (furuktoz) və ya başqa şəkərlərin qüvvətli turşularla qızdırdıqda almaq olur. Bu səbəbdəndə ona levulin adı vermişlər.

Levulin turşusu 37oS-də əriyən 250oS-də qaynayan bərk kristallik maddədir. Levulin turşusu qaynadıqda, başqa ketonturşulardan fərqli olaraq COayrılmır. Levulin turşusu ketonlar və turşulara xas olan reaksiyalara girir.

M. Mövsümzadə, P. Qurbanov "Üzvi kimya", Maarif-1983