Dopamin
Dopamin | |
---|---|
Ümumi | |
Kimyəvi formulu | C₈H₁₁NO₂[1] |
Molyar kütlə | 0 kq[1] |
Fiziki xassələri | |
Aqreqat halı (n.ş.) | bərk |
Termik xüsusiyyətlər | |
Ərimə nöqtəsi | 128 °S |
Kimyəvi xassələri | |
Suda həllolma | 60 q/100 ml suda q/100 ml |
Təsnifatı | |
CAS-da qeyd. nöm. | 51-61-6 |
PubChem | 681 |
SMILES | C1=CC(=C(C=C1CCN)O)O |
ChEBI | 18243 |
ChemSpider | 661 |
Dopamin— İnsan bədənində təbii yaranan kimyəvi maddədir. Simpatik sinir sistemində təsirləri dərman olaraq ürək döyüntülərinin artırılması və qan dövranını yüksəltmək üçün işlədilir. Normal insanın beynində onun axıcı və əlaqəli hərəkətini təmin edən dopamini ifraz edən hüceyrələr var. Dopamin beyinə gələn məlumatları bir sinir hüceyrəsindən digərinə ötürür. Beləcə, bədən tarazlığı təmin edilir. Lakin bu hüceyrələrin bir qismi ziyan görəndə və ya azalanda dopamin ifraz edilə bilmir. Dopamin ifraz edən hüceyrələrin 60-80 faizi itkiyə uğrayanda bədəndə titrəmə, yavaş hərəkətetmə və tarazlığın pozulması halları ortaya çıxır. Bunlar Parkinson xəstəliyinin əlamətləridir.[2] Kimyəvi formulu belədir: C6H3(OH)2-CH2-CH2-NH2. Kimyəvi adlandırılması "DA" şəklindədir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 dopamine (ing.).
- ↑ lent.az. "Dünyanın ən təhlükəli xəstəliyi barədə" (az.). 02.03.2015. 2015-05-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-11-06.